129
Tərcümə nəzəriyyəsinin predmeti –
onun predmeti
dillərarası kommunikasiyanın leypsiq məktəbi tərcümə nəzəriy-
yəsinin terminlərdə «dil vasitəçiliyi»nin spesifik növü.
Tərcümə oxucusu –
ədəbi metakommunikasiyanın iştirakçısı,
tərcümənin qəbuledən.
Tərcümə oluna bilməmə –
bu, orijinal və tərcümənin dil ele-
mentləri arasında arzu ediləcək dəyişikliklər baş vemədiyi
situasiyadır ki, burada nə struktur, nə xətti, nə də funksional
dəyişikliklər baş vermir. Bu, eyni zamanda elə situasiyadır ki,
yaradıcı subyektlə orijinalın dil ifadələri tərcümə olunan dildə öz
adekvat əksini tapmır.
Tərcümə olunan mətn –
bir dildən digərinə tərcümə olunan
mətn.
Tərcümə olunma –
1. İki dildən istifadə ilə kommunikasiya
şəraitində məlumatı obyektiv verə bilmək imkanı. 2. bax: həm də:
tərcümə olunma - tərcümə olunmama problemi.
Tərcümə –
bu, orijinal və tərcümənin dil elementləri arasında
və obrazlar sistemində struktur, yaxud funksional dəyişikliklərin
aparılma situasiyasıdır. Burada - tərcümədə funsional əvəzləmə üs-
lubi (yer dəyişmələrin) köməyi sayəsində əldə edilir.
Tərcümə və tərcümə olunmama problemi –
1. Tərcümə
olunma problemin - tərcümə probleminin ən köhnə nəzəriyyələrin-
dən biridir. Bu problem tərcüməyə tələbat yaranan və onu formalaş-
dırmağa cəhd olduğu bütün zamanlarda ortaya çıxır. Prinsipial
tərcümə olunma təxminən xalqlar eyni səviyyədə olanda (onların
elmi-texniki inkişafı bir-birinə uyğun olanda) gedə bilər. Belə ol-
duqda bir dildə ifadə olunan digər dildə ifadəsini tapa bilər, yəni
tərcümə mümkündür. Burada bir problemin iki tərəfi var. Tərcümə
informasiyanı elə şəkildə çatdırılmalıdır ki, orada hər hansı itki
getməməli, orijinalın məzmun və forması çatdırılmalı, bu zaman,
dəqiq şəkildə informasiyanın dəyişdirilməsi mümkün deyildir. Əgər
tərcüməni məlumatın verilməsi və qəbuluna istiqamətlənmiş nitq-dil
fəaliyyəti kimi nəzərdən keçiririksə, daha doğrusu, bu dillərarası
kommunikasiya üçün zəruridirsə, bu zaman tərcümə olunma
130
problemi müsbət həll olunur. Sonuncu halda mövcud
informasiyanın verilməsi şəraiti sanki ünvançıya onun çatdırılasını
deyir. Bədii tərcümədə oxucuya ilk növbədə əsərin müəllifinin
üslubunu çatdırmaq lazımdır. Sinxron və ardıcıl tərcümədə isə
yalnız məkanın verilməsi ilə məhdudlaşmaq olar. Lakin bunun özü
də əsilin adekvatlığını və tamlığını müstəsna etmir. 2. Əgər tər-
cüməni artıq hər hansı dildə ifadə olunmuş fikir kimi qiy-
mətləndiririksə, deməli, tərcümə olunmayan orijinal da yoxdur.
Belə ki, bir dildə ifadə olunanı digər dildə də ifadə etmək olar.
Deməli, belə olduqda biz çətin tərcümə olunan mətnlərdən danışa
bilərik. Tərcümə zamanı bu, ya orijinalın dilini mükəmməl bilmə-
mək ucbatından ortaya çıxan çətinliklərlə bağlıdır, yaxud predmetin
mahiyyətinin tam bilinməməsi, daha doğrusu, dərk olunmaması,
xüsusi biliklərin natammalığı ilə bağlı olur. Yaxud tərcümə edilən
dilin özünün zəif bilinməsi ilə bağlı olan çətinliklərlə, yaxud da
tərcümə dilində hazır ekvivalentlərin olmaması ilə əlaqədardır. 3.
Tərcümə olunma ilkin dildə və tərcümə dilindəki dildaxili üslubi,
semantik informasiyanın yenidən yaradılmasıdır.
Tərcümə olunmama –
1. Doğma dildə ideal ekvivalentin ol-
maması, yaxud orijinaldakı bu və ya digər sözə, yaxud anlayışa uy-
ğunsuzluq. Bu, tərcüməçinin tərcümənin bu və ya digər priyomla-
rında bacarıqla istifadə etmək yolu ilə verilir. 2. Bax: tərcümə olun-
ma - tərcümə olunmama problemi.
Tərcümə olunmuş mətn –
tərcümə prosesi nəticəsində alınan
mətn.
Tərcümə praktikası –
1. Tərcümə nəzəriyyəsi, metodikası və
texnikasının əsasında dayanan seçilmiş bilik və bacarıqların
tərcüməçilik fəaliyyətinin onun şifahi və yaxud yazılı prosesində
tərcüməçinin koqnitiv hərəkətləri və bu fəaliyyətlə sistemli məş-
ğuliyyət nəticəsi, daha doğrusu, ikidilli situasiyada informasiyanın
işlənməsi. 2. Tərcüməşünaslığın tədris prosesində nəzəri biliklərin
tətbiqi və möhkəmləndirilməsi. 3. Təcrübəyə əsaslanan ikidilli si-
tuasiyada yazılı və yaxud şifahi informasiyanın işlənib hazırlanma
131
bacarığı, məşğuliyyəti, işi. Bax: tərcümə metodikası,
tərcümə
texnikası.
Tərcümə priyomu –
tərcümə prosesində ortaya çıxan tərcü-
məçinin fəaliyyəti, yaxud konkret əməliyyatlar.
Tərcümə prosesi –
1. Bir işarələr sistemindən digərinə keçid.
2. Orijinaldakı hər hansı ekvivalent vahidlərin əvəzinə tərcümə
dilində ekvivalent vahidlərin ardıcıl olaraq qoyulması prosesi. 3.
Tərcüməçinin ilkin mətndən qavradığını tərcümə mətnində yarat-
ması. İki dildən istifadə etməklə kommunikasiyanın əsas həlqəsini
və spesifikasını təşkil edir. 4. Bir dildə göndərəndən digər dildə
adresata (informasiyanın verilməsi yolu ilə (şifahi, yaxud yazılı) şə-
yata keçirilən kommunikasiya aktı, yəni, ikidilli kommunikasiya
aktı. 5. Üç hissədən ibarət məqsədyönlü, adekvat proses: a) hər han-
sı dildə görmə, yaxud eşitmə yolu ilə anlama məqsədilə qavrama; b)
başa düşülmüşün dildə təhlili məqsədilə məlumatın, yaxud orijinalın
öz şəxsi biliyinə çevrilməsinin dərk olunması; c) digər dildə yadda
saxlanılmışların yenidən səsləndirilməsi (əksər hallarda ana dilində)
öz biliyinin malına çevrilmişi digər şəxsə çatdırma. 6. Burada
sözlər, orijinalda digər dilin qrammatik konstruksiya və vasitələri
yox, orijinalın məzmunu, mənası tərcümə olunur. Məzmun bir daha
ifadə olunur. Bu dəfə tərcümədə, lakin öz qanunları olan digər
sistem işarələri yaradan başqa vasitələrin köməyi ilə gedir. 7. Ümu-
mi şəkildə desək, o, çoxsaylı funksional kriteriyalar arasında gedən
axtarış həlli prosesi kimi nəzərdən keçirilə bilər. Tərcümənin
nəticəsində təsir edən və eyni zamanda geniş perifraz (kontekstual
sinonimiya) tərcümə həllinin heç də yeganə həll olmadığını və
çoxsaylı dəyişkən həcmlər olduğunu göstərir. Başqa sözlə, deyim
çərçivəsində tərcümənin bir neçə «düzgün» variantı mümkündür. 8.
Fikir-nitq fəaliyyəti olmaqla, üç ardıcıl mərhələni özündə birləş-
dirir: ilkin dildə olan ifadələrin fikrinin başa düşülməsi; təfəkkürün
bir obyektdən digərinə qoşulması (bir dildən başqa dilə); tərcümə
dilinin vasitələri ilə fikrin ifadəsi. Buradan belə bir nəticə çıxır ki,
tərcümə nitq fəaliyyətindəki digər dörd növə nisbətən – şifahi nitq,
məruzəyə qulaq asanlar, yazılı nitq və özü-özünə oxuya nisbətən
132
ikincidir; tərcümənin hər hansı növü üzrə bacarıq və vərdişlərin nitq
fəaliyyətinin sadaladığımız iki növündən (audirovaniye – şifahi
nitq, audirovaniye – yazılı nitq, öz-özünə (ürəkdə) oxuma – yazılı
nitq) və bir dildən başqa dilə keçid təfəkkürünü tərcümənin hər
hansı növünü yuxarıda qeyd etdiyimiz nitq fəaliyyətinin iki növünə
bölmək mümkündür. 9. Hər hansı mətnin, yaxud şifahi nitqin digər
dilin köməyilə birincinin məzmun və formasının vahidliyini
yenidən yaratma prosesi. Adətən tərcümə dedikdə nəinki proses,
həm də tərcümə olunmuş mətn, bəzən isə tərcümə olunmuş sənəd
nəzərdə tutulur.
Tərcümə prosesində kommunikativ miqyaslar –
tərcümə
aktını iki kommunikativ zəncirin (Müəllif→Mətn→Oxucu/Tərcü-
məçi→Mətn→Tərcümə) asılılığı kimi nəzərdən keçirən konfron-
tasiyası kimi qəbul edən kommunikativ imkan diapazonudur ki,
onlar eyni zamanda eyni şəraitlərdə fəaliyyət göstərmir. Bu
konfrontasiya prosesində tərcüməçinin mətn səviyyəsində zaman və
məkan baxımından kənarlaşması gedir.
Tərcümə-referat –
bəzən tərcüməçiyə mətni ixtisar imkanı
verilir ki, oradan o, ikinci dərəcəli şeyləri kənara atıb, tərcümə olu-
nan işin məzmununu daha müxtəsər şəkildə öz sözləri ilə şərh etmə-
si nəzərdə tutulur. Tərcümə-referat orijinalın əsas fikrini əhatəli şə-
kildə işıqlandırmalı və referat öz lakonikliyi ilə seçilməlidir. Tərcü-
mə-referatda, xüsusən, yenini fərqləndirməyə ehtiyac vardır.
Tərcümə-reminissensiya –
orijinalın təsiri altında və onun
məzmunun və yaxud formasının komponentlərindən istifadə etmək-
lə, lakin müəllif əsərinin ilkin mənbəsi göstərilməməklə yaradılmış
bədii poetik mətn.
Tərcümə reseptoru
– bu, elə adresat, alıcı deməkdir.
Tərcümə tarixi –
diaxron aspektdə tərcümə prosesinin mo-
dernləşdirilməsi. Tərcümə tarixi ədəbi prosesin bir hissəsini təşkil
edir. Milli ədəbiyyat tarixinə məxsusdur. Tərcümə tarixi məhdud
mənada isə tərcüməçilik proqramlarının tarixi, tərcümə konsepsiya-
sını və tərcümə metodlarının inkişafını özündə ehtiva edir. O, ədəbi
əlaqələr tarixi və tarixi üslubiyyatla bağlı olur. Tərcümənin daxili