133
inkişafının tarixi poetika ilə çarpazlaşması tərcümə tədqiqatının
modelini əks etdirir.
Tərcümə tənqidi –
ədəbi tənqid tərəfindən tərcüməyə müna-
sibətdə irəli sürülən dləyərləndirmə meyarlarının cəmi. Tərcümənin
aksiologiyası – tərcümə mətninin aktual dəyər kriteriyasıdır. Dəyər
kriteriyasının qoyulmasında ədəbi tənqid praqmatik funksiyası ilə
iştirak edir. Adətən, praktikada tərcümə tənqidinə üç əsas mövqe
əks olunur: oxucu dəyəri tərcümənin tənqidi kimi, orijinalın ideya -
estetik dəyərinin tərcümə olunmuş mətndə reallaşması; tərcümə
olunmuş əsərin qəbuledici ədəbi kontekstində ideya – estetik əhə-
miyyəti
Tərcümə tipləri –
tərcümənin realizə tipinə uyğun olaraq ger-
çəkləşməsi (elmi, bədii, publisist və s.). Operativlik və ikoniklik ki-
mi ziddiyyətlər əsasında qurulan ilkin üslubun əsas sxemi anlaşma
və emosionallıq üzərində qurulmaqla, ilkin üslubların müvafiq qol-
larını təqdim edir.
Tərcümə transformasiyaları –
müvafiqliyin üçüncü kateqo-
riyasıdır ki, burada nitq vahidlərinin mənalarından asılı olan uyğun-
luğu tərcüməçinin özü yaradır. Belə olduğu halda, təsviri tərcümə
tərcüməçinin köməyinə çatır və məntiqi təfəkkürün mənanın konk-
retləşməsi ilə bağlı, mənanın generalizasiyası, anatomik tərcümə və
s. köməyə gələ bilir.
Tərcümə universaliləri –
1. Tərcümənin şəraitindən asılı ol-
mayaraq, mətnin janr xarakteristikasından, ünsiyyətə girən dillərdən
asılı olmayaraq tərcümənin anlayış və kateqoriyaları. Tərcümə uni-
versalilərinə invriant, məlumat, tərcümə üsulu, müvafiqlik, tərcümə
vahidi və s. aid etmək mümkündür. 2. Tərcüməçilik fəaliyyətinin
bütün müxtəlif növlərinə, hadisə və kateqoriyalarına xas olan xü-
susiyyətlər: tərcümə prosesinin sxemi, tərcümənin invariantı,
tərcümə vahidi və s. aiddir.
Tərcümə üçün mətn seçimi –
bax, tərcüməçi proqramı.
Tərcümə üsulu –
tərcümə haqqında elmin əsas kateqoriyala-
rından biri. Tərcümə üsulu obyektin mövcud olan tərcümə fəaliyyə-
134
tində bir dildən digərinə keçidin qanunauyğunluğu. Tərcümənin iki
üsulu məlumdur: işarə və məna.
Tərcümə vahidi –
ayrı-ayrı vahidlərin tərcüməsidir.
Tərcümədə semantik kondensasiya
– mətndə semantik seq-
mentlərin tədricən formalizə olunması zamanı gedir ki, onun kömə-
yi ilə mətnin əsas modelinin invariantına eksperimental yanaşma
mümkündür.
Tərcümədə bədii inversiya –
digər dildə tərcümə zamanı
özünü göstərən və tərcüməçinin maraqlarına uyğun olaraq transfor-
masiya.
Tərcümədə dilin kreolizasiyası –
tərcümə dilinin orijinal
dilinin elementləri ilə sistemsiz şəkildə doldurulması; iki dil
strukturunun tərcümədə qeyri-orqanik çarpazlaşması. Orijinal dil
strukturunun tərcümə dilinə, hər şeydən öncə, leksik, morfoloji və
sintaktik formalardan kalkalaşma yolu ilə gedir.
Tərcümədə
mədəniyyətin «kreolizasiyası»
– iki
mədəniyyətin çarpazlaşması; iki mədəniyyətə məxsusluq (tərcümə
«sənəd» kimi, yaxud orijinal mədəniyyətinin daşıyıcısı və vətən,
qəbul edən mədəniyyətinin özünəməxsus faktı).
Tərcümədə neqativ yerdəyişmə –
orijinalın dərk
olunmaması ilə şərtlənən üslubi informasiyanın qeyri-adekvat həlli.
Neqativ yerdəyişmə tərcümə mətnində dili bilməmək, yaxud orijinal
strukturunun səthi interpretasiyası ilə motivləşə bilər. Tərcümə
mətnində neqativ yerdəyişmə, belə demək mümkünsə,
«perevodizm»lərin, yaxud son dərəcə yüksək interpretasiyası
şəklində, orijinal mətnin interpretasiyasında özünü göstərir.
Tərcümədə orijinala sadiqlik –
bax, tərcümədə üslubi və
məzmun ekvivalentliyi.
Tərcümədə orijinalın kodlaşması
– bax, tərcüməçinin
metabədii fəaliyyəti.
Tərcümədə relyativ tarixiləşmə –
bu, əsərin bütün mətninə
yox, müxtəlif səviyyələrinə aid olan tematik və dil işləməsidir. O,
müəllif koduna (poetikasına) uyğun olaraq tərcüməçinin mövzu-üs-
lubi direktivlərindən irəli gəlir.
135
Tərcümədə tematik yerdəyişmə
– orijinalda və tərcümədə
tematik realilər arasında olan müxtəlifliklər. Tərcümə zamanı tema-
tik yerdəyişmə denotatların çatışmazlığı nəticəsində yaranır: kon-
notasiyaya üstünlük vermənin özü konnotasiyanın ziyanına ola
bilər.
Tərcümədə transformasiya –
tərcümə zamanı orijinalın dili-
nin, mövzusunun, üslubunun modifikasiyası, tərcümənin yaradılma-
sı şəraitində orijinalın invariant nüvəsi. Tərcümədə transformasiya
müəyyən dərəcədə ekvivalentlik dərəcəsi yaradır, daha doğrusu,
burada tərcümənin orijinala yaxınlaşdırılma dərəcəsi nəzərdə tutulur
Tərcümədə üslubi itkilər –
orijinalın bədii strukturunun tərc-
ümə mətnində bədii üslubi elementlərinin itirilməsi.
Tərcümədə üslubi kalkalaşma –
orijinaldan tərcüməyə
keçirilmiş, işlənilmiş hazır üslubi sxem və metodlar. Bu, mətnin
makro, yaxud mikroüslubi səviyyəsində həyata keçirilə bilər.
Tərcüməçi (1) -
1. Bir dildən digərinə çevirən, tərcümə üzrə
mütəxəssis. 2. Həm ilkin dildən alıcı rolunu da, həm də sonuncu dil-
dən, yəni tərcümə dili rolunda çıxış edən ikidilli kommunikativ akt
iştirakçısı. 3. Ünsiyyətdə əlavə; ona ehtiyac, zərurət o zaman yaranır
ki, mənbə ilə adresatın kodları üst-üstə düşmür. 4. Müəyyən mənada
onu linqvoölkəşünas da hesab etmək olar ki, o özü konkret mədə-
niyyət daşıyıcısı olsa da, digər mədəniyyət haqqında da eyni
dərəcədə müvafiq biliyə malik olmalıdır.
Tərcüməçi (2) -
yaddilli məlumatı (mətni) qəbul edən
məlumatın (mətnin) digər dildə yenidən kodlaşdırılmasıdır.
Tərcüməçinin ümumi informasiya mənbələri –
1. Ümumi
təyinatlı lüğətlər: A. İkidilli lüğətlər; 1) xarici – Azərbaycan və
Azərbaycan- xarici qeyri-ixtisas lüğətləri; 2) frazeoloji lüğətlər. B.
Birdilli lüğətlər; 1) Azərbaycan dilinin izahlı lüğəti, xarici dilin və
əcnəbii söz lüğətləri; 2) köməkçi (yardımçı) lüğətlər (sinonimlər,
antonimlər, orfoqrafik); 3) ümumitəyinatlı ensiklopedik lüğətlər. II.
Ümumi ensiklopediyalar.
136
Tərcüməçi mövqeyi (ideoloji)
– tərcüməçinin orijinalın ide-
ya – estetik xüsusiyyətlərinə münasibəti, orijinal müəllifinin və
onun ədəbi aktivlik fəaliyyətinin dəyərlənirilməsi.
Tərcüməçi mövqeyi (üslubi) –
hakim ədəbi baxışlar çərçivə-
sində yaranan orijinalın üslubi xüsusiyyətlərinə münasibətdir ki, bu,
tərcüməçinin fərdi üslubi meyilləri ilə bağlıdır. Balsenjanın əsər-
lərinə uyğun olaraq biz bu, mövqenin üç realizasiyasını nəzərdə
tuturuq: sıfır tərcümə üslübi nöqteyi-nəzərdən ifadəli deyil, izafidir
– üslubi informasiya yalnız kəmiyyət baxımından qarantlaşdırılır;
tərcümədə yeni üslub.
Tərcüməçi mövqeyi (üslubi nuleveya)
– tərcüməçinin dil və
tematik ekvivalentlik səviyyəsindən qurtula bilməməsi və üslubi ek-
vivalentlik səviyyəsinə çıxması.
Tərcüməçi proqramı –
tərcümə üçün mətn seçimi. Tərcümə-
çinin proqramı, adətən, mədəni-ictimai situasiya, mədəni-ictimai
tələb və ədəbi səviyyədən ibarətdir. Tərcüməçi proqramı həm nor-
manı üstələyə, həm də fərdi zövqünə uyğun olaraq geri də qala bi-
lər.
Tərcüməçi-referent –
1. Xarici (ən azı iki) dillər üzrə
mütəxəssis; ali məktəblərin tərcümə fakültəsini bitirmiş məzunlara
verilən ixtisas; yeni dövlət standartı: «linqvistika və kulturoloji
dərəcə (ixtisaslaşdırma)» linqvist. Tərcüməçi. 2. Müqayisə et:
referent və tərcüməçi – referent.
Tərcüməçilər kollektivi
– tərcümə ilə bağlı bir neçə tərcümə-
çinin birliyi və ədəbi mətnlər toplusu. Adətən, tərcüməçi kollektivi
iri həcmli ədəbi əsərlərin tərcüməsi zamanı (çoxcildli) yaranır.
Tərcüməçilik fəaliyyətinin modeli
– o, özündə dörd səviyyə-
ni əks etdirir. Birinci səviyyəni mətninin ümumi strukturunda söz-
lərin ilkin mənasının başa düşülməsini və dərk edilməsini tərcümə-
nin realizəsi kimi qeyd etmək olar. Daha sonra tərcümənin sxem sə-
viyyəsində realizasiyasında mətnin ayrı-ayrı vahidlərinin (söz, söz
birləşməsi, frazoloji vahidlər), həm də daha iri seqmentlərin (cümlə,
cümlədən böyük vahidlərin, bütöv mətnin) mənasının daha dərindən
və dəqiq müəyyən edilməsi amili özünü göstərir. Bu, tərcüməçi