41
DƏRSİN GEDİŞİ
MOTİVASİYA
Müəllim şagirdləri qruplara ayırmaq üçün üzərinə rəngbərəng flomasterlərlə ifadələr yazılmış 5 vərəq
hazırlayır: 1-ci vərəqdə “meşələrdə yaşayır” (yaşıl rəngdə); 2-ci vərəqdə “uçur” (qara rəngdə); 3-cü vərəqdə
“çöllərdə yaşayır” (çəhrayı rəngdə); 4-cü vərəqdə “suda üzür” (qırmızı rəngdə); 5-ci vərəqdə “gözəldir”
(göy rəngdə) sözləri yazılıb. Vərəqlər şagirdlərin sayından asılı olaraq 4-5 hissəyə bölünür. Hər hissə bir
şagirdə verilir. Onlar uyğun rənglərə görə qruplaşırlar və vərəqləri birləşdirərək sözləri bərpa edirlər.
Müəllim alınan sözləri yazı lövhəsinə yazır və soruşur:
– Bu sözlər sizə nəyi xatırladır? (Quşları).
Tədqiqat sualı: Quşları vərəqdə çəkmək üçün nə etmək lazımdır? Təsəvvürə əsasən rəsm deyəndə
nə başa düşürsünüz?
Fərziyyələr söylənilir.
Şagirdlər dərslikdə olan materiallarla tanış olurlar. Quşların çəkilmə mərhələlərinə əməl
etməklə qrup-
lardakı şagirdlər rəsmi təsvir edirlər. Bundan əlavə, quşlar haqqında məlumat toplayırlar. Hər qrupa dərs-
likdə təsvir ardıcıllığı verilən müxtəlif quş şəkli tapşırıla bilər. Onların sərbəst işi zamanı müəllim lazımi
istiqamətlər verir. İşin sonunda rəsmlər rənglənilir.
XQEOŞ-lər qruplarda rəngləmə işini yerinə yetirə bilərlər.
Müəllim dərsin sonunda şagirdlərin özünü dərəcələr üzrə qiymətləndirəcəklərini xatırladır və meyarları
yazı lövhəsindən asır.
Qruplar rəsmlərini təqdim edirlər və quşlar haqqında məlumat verirlər. Bu zaman digər qruplar iş
haqqında fikirlərini bildirirlər.
– Quşları təsəvvürə əsasən çəkmək üçün onun hansı xüsusiyyətlərini nəzərə aldınız? Mərhələlərdə nə
etdiniz?
– Təsəvvürə əsasən rəsm nə deməkdir?
– Heyvan və quşları təsvir edən rəssam necə adlanır?
– Yaxşı təsəvvürə malik olmaq üçün diqqətli olmalı, müşahidələr aparmalı, gördüklərinizi yadda
saxlamalısınız.
Quşların üzərindəki naxışlarla paltarı bəzəmək.
Dərəcələr üzrə qiymətləndirmə aparılır.
Keyfiyyət
dərəcəsi
Kompozisiya
həlli tapılıb
Qurmaya
əməl olunub
Forma
verilib
Mütənasiblik
verilib
Vaxtında
qurtarıb
Rəng həlli
düzgündür
Əla
+ +
+
+
+
+
Yaxşı
– +
+
+
+
+
Orta
– –
+
+
–
+
Zəif
– –
+
–
–
+
YARADICI TӘTBİQETMӘ
QİYMӘTLӘNDİRMӘ
ÜMUMİLӘŞDİRMӘ VӘ NӘTİCӘ
MӘLUMATIN MÜZAKİRӘSİ VӘ TӘŞKİLİ
MӘLUMAT MÜBADİLӘSİ
TӘDQİQATIN APARILMASI
Çap üçün deyil
42
18. SUALTI DÜNYANIN SAKİNLƏRİ
Məşğələ növü
naturadan rəsm (təsəvvürə əsasən)
Alt standart
1.1.2.; 2.2.4.
Təlim nəticələri
• sualtı dünyanın cəmiyyətdə roluna aid məlumatlar verir;
• balıqların üzərində naxışlardan sadə dekorativ kompozisiyalar
quraşdırır.
Dərsin tipi
induktiv
İstifadə olunan iş formaları qrup işi
İstifadə olunan üsullar
müzakirə
Fənlərarası inteqrasiya
İnf.1.1.3.; Tex.1.3.3.; Riy.3.2.1.; A-d. 2.2.4.
Təchizat
rəngli karandaşlar, pastel tabaşirlər, flomasterlər
DƏRSİN GEDİŞİ
MOTİVASİYA
Müəllim şagirdlərə aşağıdakı tapmacanı oxuyur:
Üzər suda,
Batar suda,
Gəzər suda,
Yatar suda,
Qanadları,
Qolları var,
Xərclənməyən
Pulları var.
– Bu nədir? (Balıq). Hansı balıqları tanıyırsınız? (fərziyyələr).
Tədqiqat sualı: Balıqları vərəqdə çəkmək üçün nə etmək lazımdır?
Tədqiqat sualı nəticəsində şagirdlərin fərziyyələri dinlənilir və yazı lövhəsində qeyd olunur.
Şagirdlər balıqların növlərinə görə qruplara bölünürlər. Hər növün şagirdlərin sayına görə 5-6 surəti
verilir. Dərslikdən istifadə edərək tədqiqat işi aparılır. Qruplar orada verilən mərhələləri tətbiq etməklə balı-
ğı təsvir edirlər. Müəllim dərsin sonunda şagirdlərin özünü dərəcələr üzrə qiymətləndirəcəklərini xatırladır
və meyarları yazı lövhəsindən asır.
XQEOŞ-lər isə balığı dərslikdə göstərilən ardıcıllığa uyğun yapırlar.
Qruplar
balıq təsvirlərini təqdim edirlər. Bu zaman digər qruplar iş haqqında fikirlərini bildirirlər.
– Balığı təsvir etmək üçün onun hansı xüsusiyyətlərini nəzərə aldınız? Hər bir mərhələdə nə etdiniz?
– Balıqların üzərindəki naxış və rəngləri harada tətbiq etmək olar? Balıqları təsvir
edən zaman onun
hissələrini, onlar arasındakı fərqi, rəngini, naxışlarını diqqətlə müşahidə etmək lazımdır.
Delfin rəsmini çəkmək.
Dərəcələr üzrə qiymətləndirmə aparılır.
YARADICI TӘTBİQETMӘ
QİYMӘTLӘNDİRMӘ
ÜMUMİLӘŞDİRMӘ VӘ NӘTİCӘ
MӘLUMATIN MÜZAKİRӘSİ VӘ TӘŞKİLİ
MӘLUMAT MÜBADİLӘSİ
TӘDQİQATIN APARILMASI
Çap üçün deyil