MÜNDƏRİCAT
GİRİŞ
.......................................................................................................................3
II SİNİF ÜZRӘ MӘZMUN STANDARTLARI
....................................................................4
DӘRSLİK KOMPLEKTİNİN MÖVZULAR
ÜZRӘ STRUKTURU
...................................................................................................5
ŞAGİRD NAİLİYYӘTLӘRİNİN QİYMӘTLӘNDİRİLMӘ
PRİNSİPLӘRİ VӘ ÜSULLARI
......................................................................................8
MÜӘLLİM ÜÇÜN METODİK VӘSAİTDӘ İSTİFADӘ
OLUNAN FӘAL TӘLİM ÜSULLARI
...............................................................................13
1. SEHRLİ RӘNGLӘR
................................................................................................16
2. TӘSVİRETMӘ QAYDALARI
....................................................................................25
3. TӘBİӘT VӘ İNSAN
..............................................................................................32
4. GÖZӘLLİK ALӘMİNӘ SӘYAHӘT
..............................................................................46
KİÇİK SUMMATİV QİYMӘTLӘNDİRMӘ NÜMUNӘLӘRİ
.................................................57
MӘNBӘLӘR
..............................................................................................................64
Ümumtәhsil pillәsinin dövlәt standartları vә proqramları (kurikulumları) әsasında hazırlanmışdır.
Ümumtәhsil mәktәblәrinin 2-ci sinfi üçün “Tәsviri incәsәnәt” – dәrslik komplektinә daxildir:
1. Dәrslik
Müәllim üçün metodik vәsait
Tәsviri incәsәnәt – 2-ci sinif. Müәllim üçün metodik vәsait.
Y.Cәlilova, K.Cәfәrzadә. “Yaznәşr”, Bakı – 2014, 64 sәh.
Müәlliflik hüquqları qorunur. Xüsusi icazә olmadan bu nәşri vә yaxud onun hәr hansı hissәsini
yenidәn
çap etdirmәk, surәtini çıxarmaq, elektron informasiya vasitәlәri ilә yaymaq qanuna ziddir.
ISBN-978-995 2-433-09-1
© Azәrbaycan Respublikası Tәhsil Nazirliyi, 2014
Format 5782
1
/
8
. Ofset kağızı №1. Fiziki çap vәrәqi 8.
Çapa imzalanmışdır: 04.07.2014. Tiraj 7930, pulsuz.
Çap üçün deyil
3
GİRİŞ
Hörmәtli müәllimlәr! Şagirdlәrin ümumi orta tәhsilindә, ahәngdar inkişafında tәsviri incәsәnәtin
rolu böyükdür. Tәsviri incәsәnәt fәnninin
mәqsәdi estetik dünyagörüşlü, zәngin mәnәviyyata, bәdii
zövqә vә yaradıcı tәxәyyülә malik, milli vә ümumbәşәri dәyәrlәrә hörmәtlә yanaşan, incәsәnәt
әsәrlәrini duyub qiymәtlәndirәn, obrazlı vә simvolik düşüncә tәrzinә malik şәxsiyyәt formalaşdır-
maqdan ibarәtdir.
Tәsviri incәsәnәt fәnnindәn Azәrbaycan Respublikasında ümumi tәhsilin Konsepsiyası (Milli Ku-
rikulumu) әsasında hazırlanmış 2-ci sinif dәrslik komplekti dәrslik vә müәllim üçün metodik
vәsaitdәn ibarәtdir.
Dәrslik komplektindә tәqdim olunan mәşğәlәlәr Bakı mәktәblәrindә tәsviri incәsәnәt dәrslәrin-
dә sınaqdan keçirilmişdir. Praktik işlәrin nümunәlәri isә nәşriyyatın müәlliflәrlә birgә әmәyi sayә-
sindә әyani şәkildә hazırlanmışdır.
Dәrslikdә mövzu haqqında qısa mәlumatlar verilmişdir. Bu mәlumatlar isә beş mәşğәlә növü
vasitәsilә tәqdim edilir:
1) naturadan rәsm;
2) tәsviri sәnәt haqqında söhbәt;
3) mövzu üzrә rәsm;
4) dekorativ-tәtbiqi fәaliyyәt;
5) yapma.
Mәşğәlәlәrdә verilәn mәlumatlar praktik şәkildә tәtbiq olunaraq müәyyәn hәyati bacarıqlar әldә
edilir. Burada Blum taksonomiyasına әsaslanan, digәr
fәnlәrlә inteqrativ xarakterli, dәrsin verdiyi
informasiyadan әlavә, başqa bilik vә bacarıqlardan da istifadәni nәzәrdә tutan suallar verilmişdir.
Dәrsliyә hәr bir mәzmun xәtti üzrә qiymәtlәndirmә standartları әsasında diferensial tәlim nәzә-
rә alınmaqla hazırlanmış bilik vә bacarıqları möhkәmlәndirmәk üçün tapşırıqlar, yaradıcı tәtbiq-
etmә xarakterli çalışmalar, praktik işlәr üzrә tapşırıqlar, istiqamәtlәndirici suallar, hәr tәdris vahidi-
nin sonunda summativ qiymәtlәndirmә vasitәlәri daxildir.
Tapşırıqlar sadәdәn mürәkkәbә doğru yerlәşdirilmişdir. Şagirdlәrin bütün tapşırıqları yerinә
yetirmәlәri vacib deyildir. Bunlar diferensial yanaşma әsasında, çәtinlik dәrәcәlәrinә görә şagirdlәr
arasında bölüşdürülә bilәr.
Müәllim üçün vәsaitdә aşağıdakı materiallar öz әksini tapmışdır:
2-ci sinif üzrә mәzmun standartları;
Dәrslik komplektindә dәrslәrin mövzular üzrә planlaşdırılması. Burada fәnn üzrә mәzmun
standartlarının reallaşma cәdvәli vә illik iş planı, fәnlәrarası inteqrasiya imkanları vә digәr fәnlәrin
uyğun alt standartları ilә inteqrasiya cәdvәli göstәrilmişdir;
Şagird nailiyyәtlәrinin qiymәtlәndirilmә prinsiplәri vә formaları barәdә materiallar;
Tәlimin tәşkilindә istifadә olunan üsullar;
Dәrsin mәrhәlәlәr üzrә planlaşdırılma nümunәlәri.
Dәrsin planlaşdırılması nümunәlәrindә tövsiyә olunan materiallardan tәdris prosesindә istifadә
edilmәsi konkret situasiyalardan asılı olaraq, müәllim tәrәfindәn müәyyәnlәşdirilir. Dәrslәr aşağıda-
kı mәrhәlәlәrlә aparılır vә vaxt bölgüsü sinfin hazırlığına әsasәn tәqribi olaraq müәyyәn edilir:
1. Motivasiya, tәdqiqat sualının qoyulması;
2. Tәdqiqat aparılması;
3. Mәlumat mübadilәsi;
4. Mәlumatın müzakirәsi vә tәşkili;
5. Nәticәlәr çıxarılması;
6. Yaradıcı tәtbiqetmә;
7. Qiymәtlәndirmә.
Çap üçün deyil