15
T-sxemlәr
Bu tәsvirdәn eyni bir konsepsiyanın iki aspektini müqayisә etmәk üçün istifadә olunur. Mәsәlәn,
orta mәktәblәrin şagirdlәri nәdәnsә esse yazmağa başlayarkәn әvvәlcә aşağıda göstәrilәn
qaydada müsbәt vә mәnfi aspektlәrin siyahısını tәrtib edә bilәrlәr.
MÜSBƏT ASPEKTLƏR
MƏNFİ ASPEKTLƏR
BEYİN HӘMLӘSİ
Şagirdlәr fәrdi şәkildә vә yaxud cüt-cüt olmaqla mövzu üzrә özlәrinә mәlum olanların hamısını
sadalayırlar. Bu zaman fikirlәrin düzgün olub-olmadığının o qәdәr dә әhәmiyyәti yoxdur. Әsas
mәqsәd odur ki, şagird mövzu haqqında düşünmәyә başlasın. Bu üsul problemin hәlli yollarının
araşdırılmasını öyrәdir vә müstәqil düşünmәk qabiliyyәtini inkişaf etdirir.
KONSEPTUAL CӘDVӘL
Konseptual cәdvәl üç vә ya daha çox mәsәlәnin, yaxud cәhәtin müqayisәsini nәzәrdә tutur.
Cәdvәlin tәrtibi: şaquli qrafada müqayisә edilәcәk obyektlәr, üfüqi qrafalarda isә onların müqayisә
olunacaq xüsusiyyәtlәri vә özәlliklәri yerlәşir.
AÇAR SÖZLӘR
Bu üsul yeni anlayışların müstәqil olaraq çıxarılmasına xidmәt edir. Әvvәlcә mövzuya aid olan
dörd vә ya beş söz verilir. Hәmin sözlәrә uyğun olaraq onlardan doğan söz tapılır. Bu, şagirdlәrin
mövzu haqqında fikirlәşmәlәrinә kömәk edir.
QRUP MÜZAKİRӘSİ
Müәyyәn mövzu verilir. Onun haqqında müxtәlif mülahizәlәri ortaya çıxarmaq mәqsәdilә mövzu
әtrafında bütün qrup müzakirә aparır vә söylәnәn fikirlәrә hörmәtlә yanaşılır.
İNTERAKTİV QEYDETMӘ SİSTEMİ – İQS (İNSERT)
Şagirdlәrin davamlı mәşğuliyyәtini tәmin edәn bir çox tәdris üsulları vardır. İQS (İNSERT) oxu
zamanı şagirdlәrin öz qavrayışını yoxlamasına imkan verәn güclü vasitәdir. Bu, sәmәrәli mütaliә vә
tәfәkkür üçün İnteraktiv Qeydetmә Sistemi olub, işarәlәr sistemindәn istifadә edib mәtni başa
düşmәk üçün biliyini yoxlamaqla düzgün cavab axtarmaq üsuludur.
Kimә mәlum deyil ki, bәzәn bir sәhifә materialı oxuyub qurtarırsan vә mәlum olur ki, yadında
heç nә qalmayıb. Bu, fәal surәtdә dәrk etmәk, anlamaq, qavradığını yoxlamaq üçün oxumağın әn
yaxşı nümunәsidir. Bir çoxları mahiyyәti dәrk etmәdәn oxu vә digәr öyrәnmә proseslәrini
mәnimsәmәk istәyirlәr. Öyrәnmә prosesindә mahiyyәtin dәrk edilmәsi zәruridir. Lakin öyrәnәn
şәxs proseslә mәşğul deyilsә, öyrәnmә imkanları hәdәr gedәcәkdir.
İnteraktiv Qeydetmә Sistemi vasitәsilә mәtn xüsusi işarәlәrlә oxunur:
"+” – yeni informasiyadır,
“—” – bildiyimә ziddir,
“?” – qarışıq informasiyadır,
“
” – әvvәl bilirdim.
Şagirdlәrin yaş vә hazırlıq sәviyyәsindәn asılı olaraq işlәdilәn işarәlәr dә müxtәlif olur. Aşağı
siniflәrdә iki işarәdәn istifadә edilsә yaxşıdır: “+” yeni informasiyadır vә “
” – әvvәl bilirdim.
Oxunun mәqsәdindәn vә şagirdlәrin işarә sistemi ilә işlәmәk tәcrübәsindәn asılı olaraq, işarәlәr
fәrqli ola da bilәr.
Çap üçün deyil
16
1. SEHRLİ RƏNGLƏR
1. TƏBİƏT VƏ RƏSSAM
Məşğələ növü
mövzu üzrə rəsm
Alt standart
1.1.1.; 2.2.2.; 3.1.1.
Təlim nəticələri
• təbiətin cəmiyyətdə rolunu sadalayır;
• sadə və rəngli karandaşlarla, flomasterlərlə, pastel tabaşirlərlə, quaş və ya
akvarellə yay fəslini təsvir edir;
• yay fəslinə aid verilmiş təsviri sənət nümunələrinin onda yaratdığı əhvali-
ruhiyyəni yaş səviyyəsinə uyğun şərh etməklə ona münasibət bildirir.
Dərsin tipi
deduktiv
İstifadə olunan iş formaları qrup işi
İstifadə olunan üsullar
beyin həmləsi; müzakirə; təriflər- suallar-təkliflər
Fənlərarası inteqrasiya
H-b.1.3.2.; 2.3.2.; A-d 1.2.1.
Təchizat
müxtəlif əsərlərin fotoları, rəngli karandaşlar, flomasterlər, pastel tabaşirlər,
quaş və ya akvarel
DƏRSİN GEDİŞİ
MOTİVASİYA
Müəllim yazı lövhəsinin bir tərəfində bəzəkli kəlağayı, paltar, güldan, üzük təsvirlərini, gözəl təbiət
mənzərəsini, digər tərəfində isə həmin əşyaların bəzəksiz təsvirlərini, susuzluqdan çat vermiş torpaq mənzə-
rəsini asır və soruşur:
– Şəkillərdə nə təsvir olunub? (Kəlağayı, paltar, güldan, üzük, təbiət təsviri).
– Gördüklərinizin fərqi nədədir? (Bir tərəfdə bəzəkli əşyalar və gözəl təbiət, digər tərəfdə isə eyni əşya-
lar bəzəksizdir və təbiət darıxdırıcıdır).
– Hansı daha gözəldir? (Bəzəkli əşyalar və gözəl təbiət).
– Gözəlliyi görmək üçün nə etmək lazımdır? (Ətrafa baxmaq, onu müşahidə etmək lazımdır).
Tədqiqat sualı: Rəssam kimdir? Yay fəslinin gözəlliklərini müşahidə və təsvir etmək üçün nəyi nə-
zərə almaq lazımdır?
Tədqiqat sualı əsasında şagirdlərin fərziyyələri dinlənilir və yazı lövhəsinə yazılır.
TӘDQİQATIN APARILMASI
Şagirdlər dərslikdəki mövzu ilə tanış olurlar. Sonra müəllim onları təbiətin yaratdığı gözəl varlıqların adı
yazılmış vərəqlər vasitəsilə (“Çobanyastığı çiçəyi”, “Lalə gülü”, “Cücə”, “İlbiz”) 4 qrupa ayırır. 1-ci qrup
“Çobanyastığı çiçəyi”nin, 2-ci qrup “Lalə gülü”nün, 3-cü qrup “Cücə”nin, 4-cü qrup “İlbiz”in gözəlliyini
ifadə edir, onlar haqqında məlumat verirlər. Qrup üzvləri öz aralarında müzakirələr aparırlar. Müəllim qrup-
lara “Yay fəsli” mövzusunda rəsm çəkməyi tapşırır. Bunun üçün onlarla bu fəsil, onun gözəlliyi haqqında
müzakirələr edir. Kompozisiyanı çəkən zaman mövzuda verilən varlıqların mərhələlərlə rəsmindən istifadə
edə bilərlər.
Xüsusi qayğıya ehtiyacı olan şagirdlər (XQEOŞ) yalnız çiçəklərdən birini mərhələlərlə çəkə bilərlər.
Qruplar sərbəst işləyirlər, müəllim isə arabir onlara yaxınlaşıb istiqamət verir.
Müəllim dərsin sonunda qrupun özünü qiymətləndirəcəyini xatırladır və meyarlar yazı lövhəsindən
asılır.
Çap üçün deyil