31
adları verilir. Yazı lövhəsindən isə əsərlərin şəkilləri (dərslikdə var) asılır. Müəllim əsərlərin adlarını uşaq-
lardan soruşaraq uyğun yerlərə yazır.
– Bu əsərlərin məzmunu arasında fərq nədir? (fərziyyələr). Müəllim şagirdləri dinlədikdən sonra əsərlə-
rin məzmunları arasında olan fərqə diqqət yönəldir, xarakterinə görə janrlara bölündüyünü bildirir.
Tədqiqat sualı: Təsviri sənətin janrları dedikdə nə başa düşürsünüz?
Fikirlər dinlənilir və yazı lövhəsinə yazılır.
Müəllim “doğma” qrupları 1, 2, 3, 4 saymaqla “ekspert” qruplara ayırır. 1-ci “ekspert” qrupu süjetli
əsərlər, 2-ci “ekspert” qrupu portret, 3-cü “ekspert” qrupu mənzərə və 4-cü “ekspert” qrupu isə natürmort
janrı haqqında dərslikdən məlumatlarla tanış olurlar, öyrəndiklərini yoldaşlarına da danışmaq məqsədilə təd-
qiq edirlər. “Ekspert” qruplara bunun üçün müəyyən vaxt ayrılır. Sonra onlar öz “doğma” qruplarına qa-
yıdaraq öyrəndiklərini yoldaşlarına söyləyirlər. Nəticədə “doğma” qrup təsviri incəsənətin bütün janrları
haqqında məlumat toplayır və təqdimatı istənilən formada hazırlayır.
Qruplar janrlar haqqında öyrəndiklərini təqdim edirlər.
– Natürmortla süjetli rəsmin fərqi nədir?
– Süjetli rəsmlə portretin fərqi nədir?
– Mənzərə ilə süjetli rəsmin fərqi nədir?
Şagirdlərin diqqəti beyin həmləsi zamanı deyilən fikirlərə yönəldilir. Müəllim onlarla birlikdə təsviri
incəsənətin janrları haqqında dedikləri fikirlərdən hansının düz, hansının səhv olduğunu müzakirə edir.
Sonra müəllim müxtəlif əsərlərin fotolarını onlara göstərərək hansı janrda olmalarını müzakirə edir və
soruşur:
– Təsviri incəsənət bizə nə üçün lazımdır? (fərziyyələr)
Təsviri sənətin janrları haqqında əlavə məlumat toplamaq.
Qiymətləndirmə meyarları:
• Sadalama;
• Məlumatvermə;
I səviyyə
II səviyyə
III səviyyə
IV səviyyə
Təsviri sənətin cəmiy-
yətdə rolunu çətinliklə
sadalayır.
Təsviri sənətin cəmiy-
yətdə rolunu müəllimin
köməyi ilə sadalayır.
Təsviri sənətin cəmiy-
yətdə rolunu qismən sa-
dalayır.
Təsviri sənətin cəmiy-
yətdə rolunu ətraflı sada-
layır.
Təsviri
sənətin cəmiy-
yətdə tutduğu roluna aid
məlumat verməkdə çə-
tinlik çəkir.
Təsviri sənətin cəmiy-
yətdə roluna aid az say-
da məlumatlar verir.
Təsviri sənətin cəmiy-
yətdə roluna aid məlu-
matları nümunələr və su-
allar əsasında verir.
Təsviri sənətin cəmiy-
yətdə roluna aid məlu-
mat verir.
Təsviri sənətin növləri
üzrə mövcud olan əsas
janrları sadalayaraq növ-
lərlə qarışıq salır.
Təsviri sənətin növləri
üzrə mövcud olan əsas
janrları çətinliklə sadala-
yır.
Təsviri sənətin növləri
üzrə mövcud olan əsas
janrları rəssam əsərləri
və suallar əsasında sada-
layır.
Təsviri sənətin növləri
üzrə mövcud olan əsas
janrları sadalayır.
YARADICI TӘTBİQETMӘ
QİYMӘTLӘNDİRMӘ
ÜMUMİLӘŞDİRMӘ VӘ NӘTİCӘ
MӘLUMATIN MÜZAKİRӘSİ VӘ TӘŞKİLİ
MӘLUMAT MÜBADİLӘSİ
TӘDQİQATIN APARILMASI
Çap üçün deyil
32
3. TƏBİƏT VƏ İNSAN
11. AZƏRBAYCAN SƏNƏTKARLARI
Əzim Əzimzadə və Bəhruz Kəngərli
Məşğələ növü
təsviri sənət haqqında söhbət
Alt standart
1.2.1.; 1.2.2.; 1.2.3.
Təlim nəticələri
• görkəmli Azərbaycan təsviri sənət nümayəndələrini sadalayır;
• Ə.Əzimzadə və B.Kəngərlini yaradıcılıq sahələrinə görə fərqləndirir;
• görkəmli Azərbaycan təsviri sənət nümayəndələri Ə.Əzimzadə və
B.Kəngərlinin məşhur əsərlərini sadalayır.
Dərsin tipi
induktiv
İstifadə olunan iş formaları qrup işi
İstifadə olunan üsullar
beyin həmləsi, ziqzaq, Venn diaqramı
Fənlərarası inteqrasiya
A-d.1.2.1.; Mus.2.1.1.
Təchizat
rəssamların əsərlərindən ibarət reproduksiyalar
DƏRSİN GEDİŞİ
“Tıq-tıq xanım” nağılına (istənilən nağıl ola bilər) olan illüstrasiya və mənzərə təsviri yazı lövhəsindən
asılır. Müəllim soruşur:
– Bunlar nədir? (“Tıq-tıq xanım” nağılı və mənzərə).
– Rəsmlərin fərqi nədir? (Biri nağıl haqqındadır, digəri təbiət təsviridir).
– Nağıllara, hekayələrə, ədəbi əsərlərə çəkilmiş təsvirlərə illüstrasiya deyilir. Bu gün illüstrasiyaçı rəssam
Ə.Əzimzadə və mənzərəçi rəssam B.Kəngərli haqqında öyrənəcəksiniz.
Müəllim Ə.Əzimzadənin “Kasıb evində ramazan”, “Varlı evində ramazan” və B.Kəngərlinin “Qaçqın
İmran heybə ilə”, “İlanlı dağ” əsərlərinin adı yazılmış vərəqləri şagirdlərə paylayır. Onlar əsərlərin adına
görə 5-6 nəfərlik “doğma” qrupa ayrılırlar.
Tədqiqat sualı: Ə.Əzimzadə və B.Kəngərli haqqında nə deyə bilərsiniz?
Qrupların bildikləri bütün fikirlər yazı lövhəsinə yazılır.
Şagirdlər “doğma” qruplarda 1, 2 saymaqla “ekspert” qruplara ayrılırlar. 1-ci qrup Ə.Əzimzadə, 2-ci
qrup B.Kəngərli haqqında məlumatı dərslikdən oxuyurlar və əsas qeydlərini edirlər. Sonra “doğma” qrupla-
rına qayıdıb öyrəndiklərini bir-birlərinə danışır və rəssamlar haqqında müxtəlif formalarda təqdimat hazırla-
yırlar.
XQEOŞ –lər isə mənzərə təsviri çəkə bilərlər.
Qruplar öyrəndiklərini təqdim edirlər.
– Ə.Əzimzadə, B.Kəngərlinin əsərlərinin oxşar və fərqli cəhətləri nədədir?
– Onlar təsviri incəsənətin hansı janrlarında işləyirlər? İllüstrasiya nədir?
– Mənzərəçi rəssamlardan kimi tanıyırsınız?
MӘLUMATIN MÜZAKİRӘSİ VӘ TӘŞKİLİ
MӘLUMAT MÜBADİLӘSİ
TӘDQİQATIN APARILMASI
MOTİVASİYA
Çap üçün deyil