23
Bağçalar solur,
Əsir küləklər,
Axışır sellər.
– Bu nədir? (Payız)
– Bu gün dərsimiz payız fəsli haqqındadır.
II variant: Yazı lövhəsindən fəsillərə aid rəsmlər asılır.
– Rəsmlərdə nələr təsvir olunub? (Fəsillər).
– Gördüyünüz fəsillərdən indiki fəslə hansı uyğundur? (Payız).
– Payız fəslinin gözəlliyi nədədir? (fərziyyələr).
– Bu gün dərsimiz payız fəsli haqqındadır.
Tədqiqat sualı: Payızda təbiətdə hansı dəyişikliklər baş verir və əsas hansı rənglər müşahidə
olunur? Bu fəsli təsvir edərkən hansı təsvir qaydalarından istifadə etmək lazımdır?
Payız meyvələrinə görə şagirdlər 5-6 nəfərdən ibarət 5 qrupa bölünürlər. Müəllimin yazı lövhəsində
çəkdiyi BİBÖ cədvəlini qruplar da çəkərək, payız haqqında bildiklərini müzakirə edib ümumiləşdirərək
cədvəlin birinci “Bilirik” hissəsinə yazır, sonra bilmək istədiklərini isə ikinci “İstəyirik bilək” hissəsində
qeyd edirlər.
BİLİRİK
İSTƏYİRİK BİLƏK
ÖYRƏNDİK
Verilən vaxt ərzində təqdimatçılar cədvəlin hər iki hissəsində yazdıqlarını oxuyurlar.
TӘDQİQATIN APARILMASI
Şagirdlər dərslikdə olan mövzu ilə tanış olurlar. Rəssam işlərindəki kompozisiya quruluşunu müzakirə
edirlər.
ƏLAVƏ MATERİAL: Rəsmə başlamazdan əvvəl müəllim onlara ”kompozisiya” anlayışını oyun-tapmaca
vasitəsilə izah edir. Otaqda, əvvəlcədən hazırlanmış, süfrəsi əzilmiş və bir tərəfə sallanmış vəziyyətdə olan
stolun üstünə müxtəlif əşyalar yığır: üzü aşağı çevrilmiş fincan, boş nəlbəki və qəndqabı, hər tərəfə dağılmış
qənd, konfet, qapağı açıq olan çaydan, qaşıq, əzik salfet və s. qoyulur.
– Süfrədə olan əşyalar necə görünür? (Səliqəsiz, dağınıq).
– Onların səliqəli, təmiz, gözəl görünməsi üçün nə etmək olar? (fərziyyələr).
Müəllim hər qrupdan bir şagirdi dəvət edərək, dağınıq stolu səliqəyə salmağı xahiş edir. Əvvəlcə süfrə
dartılır, stolun üzərində düzgün yerləşdirilir. Qaşıq və fincan üzü yuxarı çevrilərək nəlbəkinin içinə qoyulur,
qənd və konfetlər qəndqabıya yığılır və qapağı örtülür. Çaydanın da qapağı yerinə qoyulur və salfet qatlanır
və s. Müəllim şagirdlərə təşəkkür edərək, öz yerlərində oturmasını xahiş edir.
– Sizin fikrinizcə, süfrənin görünüşü ilk gördüyünüzdə, yoxsa indi xoşa gəlimlidir? (Əlbəttə, indi).
Müəllim onlara rəsm çəkən zaman da belə səliqəyə mütləq fikir vermələrini tövsiyə edir. Rəsmdə bütün
hissələrin uyğunluğu, əlaqəli verilməsi çox vacibdir və bu, “kompozisiya” adlandırılır.
Şagirdlər payız fəslinin çəkilmə mərhələləri ilə tanış olur, lazımi məlumatı topladıqdan sonra “BİBÖ”
cədvəlinin üçüncü – “Öyrəndik” hissəsində öyrəndiklərini yazırlar. Sonra qrupda payız mövzusuna aid öy-
rəndiklərini ümumiləşdirən rəsm çəkirlər. Müəllim iş zamanı onlara yaxınlaşıb istiqamət verir.
MӘLUMAT MÜBADİLӘSİ
Şagirdlərin tərtib etdikləri BİBÖ cədvəlinin “Öyrəndik” hissəsi və ona aid rəsmləri qrup nümayəndələri
tərəfindən təqdim olunur. Onlar rəsmlərində verilən kompozisiyanın quruluşunu əsaslandırırlar.
Çap üçün deyil
24
MӘLUMATIN APARILMASI VӘ TӘŞKİLİ
– Payıza aid kompozisiya çəkmək üçün hər bir mərhələdə nə etdiniz?
ÜMUMİLӘŞDİRMӘ VӘ NӘTİCӘ
Müəllim şagirdlərin diqqətini tədqiqat sualına yönəldir və soruşur:
– Kompozisiya nədir? Təbiət təsviri hansı janra aiddir?
– Payızda nəyi müşahidə etdiniz? Bu fəsildə isti və yaxud soyuq rənglər çoxdur?
– Təbiətin həmişə gözəl olması üçün nə etmək lazımdır?
YARADICI TӘTBİQETMӘ
Payızı əks etdirən aplikasiya düzəltmək.
QİYMӘTLӘNDİRMӘ
Qiymətləndirmə meyarları:
• Tanıma;
• Adlandırma;
• Münasibətbildirmə.
I səviyyə
II səviyyə
III səviyyə
IV səviyyə
Rəngkarlıqda mövcud
olan mənzərə janrını çə-
tinliklə tanıyır.
Rəngkarlıqda mövcud
olan mənzərə janrını mü-
əllimin verdiyi suallar
vasitəsilə tanıyır.
Rəngkarlıqda mövcud
olan mənzərə janrını rəs-
sam əsərləri əsasında ta-
nıyır.
Rəngkarlıqda mövcud
olan mənzərə janrını ta-
nıyır.
Əsas rəngləri adlandırır.
Əsas rənglərdən çalarla-
rın alınmasını bilir.
Əsas rənglərdən alınmış
çalarları praktiki tapşırıq
əsasında adlandırır.
Əsas rənglərdən alınmış
çalarları adlandırır.
Payız mənzərəsinin onda
yaratdığı əhvali-ruhiyyə-
ni yaş səviyyəsinə uyğun
şərh etməkdə çətinlik çə-
kir.
Payız mənzərəsinin onda
yaratdığı əhvali-ruhiyyə-
ni yaş səviyyəsinə uyğun
suallar əsasında şərh
edir.
Payız mənzərəsinin onda
yaratdığı əhvali-ruhiyyə-
ni yaş səviyyəsinə uyğun
qısa sözlərlə şərh edir.
Payız mənzərəsinin onda
yaratdığı əhvali-ruhiyyə-
ni yaş səviyyəsinə uyğun
şərh etməklə ona müna-
sibət bildirir.
Çap üçün deyil