19
Təsvir materialı
İşləmə qaydası
Digər materiallardan fərqi
Akvarel
Quaş
Palitra
Pastel tabaşirlər
Fırça
YARADICI TӘTBİQETMӘ
Şagirdlər təsvir materiallarından istifadə edərək məişət əşyasının rəsmini çəkirlər.
QİYMӘTLӘNDİRMӘ
Qiymətləndirmə meyarları:
• Müxtəlif materiallarla təsviretmə;
• Münasibətbildirmə.
I səviyyə
II səviyyə
III səviyyə
IV səviyyə
Sadə və rəngli karandaş-
lar, pastel tabaşirlər,
rəngli kağızlar, flomas-
terlər, plastilin və yaxud
sulu boyalarla təsvirin
yaradılmasında çətinlik
çəkir.
Sadə və rəngli karandaş-
lar, pastel tabaşirlər,
rəngli kağızlar, flomas-
terlər, plastilin və yaxud
sulu boyalarla təsviri
səliqəsiz şəkildə yaradır.
Sadə və rəngli karandaş-
lar, pastel tabaşirlər,
rəngli kağızlar, flomas-
terlər, plastilin və yaxud
sulu boyalarla istənilən
təsviri müəllimin kö-
məyi ilə yaradır.
Sadə və rəngli karandaş-
lar, pastel tabaşirlər,
rəngli kağızlar, flomas-
terlər, plastilin və yaxud
sulu boyalarla istənilən
təsviri sərbəst şəkildə
yaradır.
Verilmiş təsviri sənət
nümunələrinin onda ya-
ratdığı əhval-ruhiyyəni
yaş səviyyəsinə uyğun
şərh etməkdə çətinlik
çəkir.
Verilmiş təsviri sənət
nümunələrinin onda ya-
ratdığı əhval-ruhiyyəni
yaş səviyyəsinə uyğun
suallar əsasında şərh
edir.
Verilmiş təsviri sənət
nümunələrinin onda ya-
ratdığı əhval-ruhiyyəni
yaş səviyyəsinə uyğun
qısa sözlərlə şərh edir.
Verilmiş təsviri və deko-
rativ sənət nümunələri-
nin onda yaratdığı əhval-
ruhiyyəni yaş səviyyəsi-
nə uyğun şərh etməklə
ona münasibət bildirir.
3. ƏSAS VƏ QARIŞIQ RƏNGLƏR
Məşğələ növü
naturadan rəsm
Alt standart
2.2.1.; 2.2.2.
Təlim nəticəsi
• əsas rənglərdən alınmış çalarları adlandırır;
• sadə və rəngli karandaş, pastel tabaşirlər, quaş vasitəsilə sadə rəngli təsvir-
lər yaradır.
Dərsin tipi
induktiv
İstifadə olunan iş formaları
qrup işi
İstifadə olunan üsullar
müzakirə, qalereya gəzintisi
Fənlərarası inteqrasiya
A-d. 1.2.1.; H-b. 1.3.2.; 2.3.2.; A-d. 1.2.1.
Təchizat
quaş, fırçalar, su, rəngli karandaşlar, pastel tabaşirlər
DƏRSİN GEDİŞİ
MOTİVASİYA
Müəllim müxtəlif rənglərdə olan cisimlərin – qırmızı rəngdə paltar, göy rəngdə köynək, limon (sarı),
portağal (narıncı), yarpaq (yaşıl), bənövşə gülü (bənövşəyi) və s. rəsmlərini yazı lövhəsindən asır və so-
ruşur:
Çap üçün deyil
20
– Bunlar nədir və hansı rənglərdədir? (Paltar qırmızı, köynək göy, limon sarı, portağal narıncı, yarpaq
yaşıl, bənövşə gülü bənövşəyi rənglərdədir). Bunların içərisində əsas və qarışıq rənglər var. Əsas rənglər
— qırmızı, sarı, göydür. Qarışıq rənglərə isə yaşıl, narıncı və bənövşəyi aiddir.
Tədqiqat sualı: Əsas və qarışıq rənglərin fərqi nədədir?
Tədqiqat sualı əsasında şagirdlərin fərziyyələri dinlənilir.
TӘDQİQATIN APARILMASI
Şagirdlər dərslikdə olan mövzu ilə tanış olurlar. Müəllim şagirdlərin sayına görə onları 1-ci qrup qırmı-
zı, 2-ci qrup sarı, 3-cü qrup göy, 4-cü qrup yaşıl rənglərə görə 5-6 nəfərdən ibarət 4 qrupa ayırır. Qrupların
diqqətini mövzuda verilən cisimlərə yönəldir. Cisimlərin hansının əsas və ya qarışıq rəngdə olduğunu söylə-
yirlər. Həmin rənglərin hansını insan, hansını təbiət verdiyini müzakirə edirlər.
Sonra şagirdlər qruplarda yaradıcı tapşırığa başlayırlar: hər qrup öz aralarında müzakirə edərək, əsas və ya
qarışıq rənglərdən ibarət rəsm düşünüb çəkirlər.
XQEOŞ isə, sadəcə, vərəqi kvadratlara ayırıb onları əsas və qarışıq rənglərlə boyayırlar.
MӘLUMAT MÜBADİLӘSİ
Qruplar işlərini yazı lövhəsinin qarşısına düzürlər. Qalereya gəzintisi üsulu vasitəsilə şagirdlər yoldaş-
larının işlərinə münasibətlərini bildirirlər.
MӘLUMATIN MÜZAKİRӘSİ VӘ TӘŞKİLİ
– Təbiətdə əsas rəngdə olan cisimlərin adını sadala. Təbiətdə qarışıq rəngdə olan varlıqların adını sadala.
ÜMUMİLӘŞDİRMӘ VӘ NӘTİCӘ
Müəllim şagirdlərin diqqətini tədqiqat sualına yönəldir və soruşur: Əsas və qarışıq rənglərin fərqi nədə-
dir? Sonra müəllim şagirdlərlə birlikdə deyilənləri ümumiləşdirir: Əsas rənglər heç bir rəngdən alınmır və
onun sayı cəmi üçdür. Qarışıq rənglər isə əsas rənglərdən alınır. Sonra qarışıq rəngləri qatışdırıb digər rəng-
lər də almaq olar.
YARADICI TӘTBİQETMӘ
Rəngli kağızlardan əsas və qarışıq rənglərdə olan əşyaların aplikasiyasını düzəltmək.
QİYMӘTLӘNDİRMӘ
Qiymətləndirmə meyarları:
• Adlandırma;
• Təsviretmə (sadə və rəngli karandaş, pastel tabaşirlər, quaş).
I səviyyə
II səviyyə
III səviyyə
IV səviyyə
Əsas rəngləri adlandırır.
Əsas rənglərdən çalarla-
rın alınmasını bilir.
Əsas rənglərdən alınmış
çalarları praktiki tapşırıq
əsasında adlandırır.
Əsas rənglərdən alınmış
çalarları adlandırır.
Sadə və rəngli karandaş,
pastel tabaşirlər, quaş
vasitəsilə sadə təsvirlər
çəkməyə çalışır.
Sadə və rəngli karandaş,
pastel tabaşirlər, quaş
vasitəsilə sadə rəngli təs-
virlər yaratmaqda çətin-
lik çəkir.
Sadə və rəngli karandaş,
pastel tabaşirlər, quaş
vasitəsilə müəllimin kö-
məkliyi ilə sadə təsvirlər
yaradır.
Sadə və rəngli karandaş,
pastel tabaşirlər, quaş
vasitəsilə sadə rəngli təs-
virlər yaradır.
Çap üçün deyil