25
2. TƏSVİRETMƏ QAYDALARI
6. ORNAMENT VƏ KOMPOZİSİYA
Məşğələ növü
dekorativ-tətbiqi fəaliyyət
Alt standart
2.1.2.; 2.2.3.; 2.2.4.
Təlim nəticələri
dekorativ sənətin növlərini istifadə olunan materiallara görə fərqləndirir;
nəbati elementlərdən və həndəsi fiqurlardan naxış düzəldərək sadə deko-
rativ kompozisiyalar tərtib edir;
ənənəvi Azərbaycan naxışlarından sadə dekorativ kompozisiyalar çəkir.
Dərsin tipi
induktiv
İstifadə olunan iş formaları fərdi və qrup işi
İstifadə olunan üsullar
müzakirə, Venn diaqramı
Fənlərarası inteqrasiya
Tex.1.3.3.; Riy.3.2.1.
Təchizat
rəngli karandaşlar, qələmlər, flomasterlər
DƏRSİN GEDİŞİ
MOTİVASİYA
Müəllim müxtəlif bəzəklərdə olan əşyaları — xalça, güldan, naxışlı parça şəkillərini yazı lövhəsindən asır
və soruşur:
Bunlar nədir? (Xalça, güldan, naxışlı parça). Onlar haqqında nə deyə bilərsiniz? (Onlar bəzəklidir).
Bəzəklər nədən ibarətdir? (Yarpaqlardan, çiçəklərdən, həndəsi fiqurlardan).
Müxtəlif əşyaları bəzəmək üçün rəssam həndəsi fiqurlar, gül və yarpaqlardan naxış və ornament
fikirləşir. Ornament — təkrarlanan naxışa deyilir.
Tədqiqat sualı: Hansı ornamentləri tanıyırsınız? Bəzək məqsədilə onlardan harada istifadə etmək
olar? Tədqiqat sualı əsasında şagirdlərin fərziyyələri dinlənilir.
TӘDQİQATIN APARILMASI
Şagirdlər dərslikdə olan məlumatla tanış olurlar. Nəbati, həndəsi naxışlar haqqında məlumat topladıqdan
sonra, naxışların çəkilmə ardıcıllığına əməl etməklə, fərdi şəkildə sadə naxışlar təsvir edirlər. Onlar qrup-
larda da işləyə bilərlər. 1 və 2-ci qruplara nəbati, 3 və 4-cü qruplara isə həndəsi naxışlarla olan ornament
çəkmək tapşırıla bilər. Sonra onu rəngli karandaş və flomasterlərlə rəngləyirlər.
XQEOŞ-lər isə çəkilən naxışı rəngləyə bilər.
ƏLAVƏ MATERİAL: Müəllim əvvəlcə şagirdlərə naxışların müxtəlif növləri haqqında məlumat verdik-
dən sonra xatırladır ki, naxışların çoxu xətlərin köməkliyi ilə qurulur. Sonra dekorativ sənətin öz məzmunu-
nu bizi əhatə edən ətraf aləmdən götürdüyünü bildirir. Məsələn, gül və yarpaqların forma və rənglərini
naturada olduğu kimi deyil, onların xarakterik xüsusiyyətlərini və quruluşunu saxlamaq şərti ilə özünəməx-
sus bir formada, daha da gözəlləşdirərək çəkmək olar. Nəbati naxışlar belə yaranır. Riyaziyyat dərsində keç-
diyiniz həndəsi fiqurları bir-biri ilə əlaqələndirərək, bir-birinin yanında çəkərək, təkrarlayaraq, çox gözəl
həndəsi naxışlar almaq olar.
MӘLUMAT MÜBADİLӘSİ
Qruplar işlərini təqdim edirlər. Digər şagirdlər fikirlərini bildirirlər.
MӘLUMATIN MÜZAKİRӘSİ VӘ TӘŞKİLİ
– 1-ci, 2-ci və 3-cü mərhələdə nə etdiniz?
Çap üçün deyil
26
ÜMUMİLӘŞDİRMӘ VӘ NӘTİCӘ
Müəllim şagirdlərin diqqətini tədqiqat sualına yönəldir və soruşur:
Ornamentlərdən bəzək məqsədilə harada istifadə edilir?
Venn diaqramından istifadə etməklə, nəbati və həndəsi naxışları müqayisə edirlər.
YARADICI TӘTBİQETMӘ
Nəbati və ya həndəsi naxışla hər hansı bir əşyanı bəzəmək.
QİYMӘTLӘNDİRMӘ
Qiymətləndirmə meyarları:
Fərqləndirmə;
Kompozisiyalar tərtibetmə;
Quraşdırma.
I səviyyə
II səviyyə
III səviyyə
IV səviyyə
Dekorativ sənətin növlə-
rini istifadə olunan mate-
riallara görə çətinliklə
tanıyır.
Dekorativ sənətin növlə-
rini istifadə olunan mate-
riallara görə müəllimin
köməkliyi ilə fərqləndi-
rir.
Dekorativ sənətin növlə-
rini istifadə olunan mate-
riallara görə dekorativ
sənət nümunələri əsasın-
da fərqləndirir.
Dekorativ sənətin növlə-
rini istifadə olunan mate-
riallara görə fərqləndirir.
Nəbati elementlərdən və
həndəsi fiqurlardan na-
xış düzəldərək sadə de-
korativ kompozisiyalar
tərtib edən zaman səhv-
lərə yol verir.
Nəbati elementlərdən və
həndəsi fiqurlardan na-
xış düzəldərək sadə de-
korativ kompozisiyaları
çətinliklə tərtib edir.
Nəbati elementlərdən və
həndəsi fiqurlardan na-
xış düzəldərək sadə de-
korativ kompozisiyaları
müəllimin köməkliyi ilə
tərtib edir.
Nəbati elementlərdən və
həndəsi fiqurlardan na-
xış düzəldərək sadə de-
korativ kompozisiyalar
tərtib edir.
Kompozisiya haqqında
bilir, lakin çəkməkdə çə-
tinlik çəkir.
Ənənəvi Azərbaycan na-
xışlarından sadə dekora-
tiv kompozisiyalar çək-
məkdə çətinlik çəkir.
Ənənəvi Azərbaycan na-
xışlarından sadə dekora-
tiv kompozisiyaları hazır
nümunələr əsasında çə-
kir.
Ənənəvi Azərbaycan na-
xışlarından sadə dekora-
tiv kompozisiyalar çəkir.
7. SİMMETRİYA
Məşğələ növü
dekorativ-tətbiqi fəaliyyət / aplikasiya
Alt standart
2.1.2.; 2.2.3.
Təlim nəticələri
• aplikasiyanı istifadə olunan materiala görə (rəngli kağızlar) fərqləndirir;
• rəngli kağızlardan simmetrik quş üzərində dekorativ kompozisiyalar tərtib
edir.
Dərsin tipi
induktiv dərs
İstifadə olunan iş formaları qrup işi
İstifadə olunan üsullar
müzakirə
Fənlərarası inteqrasiya
Tex. 1.3.3.; H-b. 1.1.1.
Təchizat
rəngli kağızlar, yapışqan, qayçı, sadə və rəngli karandaşlar, flomasterlər
Oxşar
cəhətlər
Fərqli
cəhətlər
Fərqli
cəhətlər
Çap üçün deyil