27
DƏRSİN GEDİŞİ
MOTİVASİYA
Müəllim yazı lövhəsindən simmetrik və qeyri-simmetrik olan (kəpənək və fincan) varlıqların rəsmini
asır və soruşur:
– Gördüyün varlıqların fərqli xüsusiyyətləri hansılardır? (fərziyyələr).
– Varlıqların mərkəzindən xətt çəksək, sağ tərəfləri sol tərəfləri ilə eyni olarmı? (Kəpənəkdə tərəflər
eynidir, fincanda isə sağ tərəfdə qulpu var).
– Kəpənək simmetrik, fincan isə qeyri-simmetrikdir.
Tədqiqat sualı: Hansı simmetrik və qeyri-simmetrik varlıqları müşahidə etmisən? Onları rəngli
kağızlardan necə düzəltmək olar?
Fərziyyələr dinlənilir.
TӘDQİQATIN APARILMASI
Şagirdlər dərslikdə olan məlumatla tanış olurlar. Onlar çaydan (1-ci qrup), vedrə (2-ci qrup), şəkər tozu
üçün qab (3-cü qrup) və quş şəkilləri (4-cü qrup) ilə 4 qrupa ayrılırlar. Hər qrupun qarşısına simmetrik və
qeyri-simmetrik varlıqlardan (məişət və məktəb əşyaları, güllər və s.) ibarət şəkillər qoyulur. Qruplar şə-
killərin içərisində simmetrik, qeyri-simmetrik olan varlıqları tapır və onların haqqında bildiklərini müzakirə
edirlər. Sonra dərslikdə olan mövzuda göstərilən ardıcıllığa əməl etməklə, simmetrik olan quşun aplikasiya-
sını düzəldirlər. Şagirdlər könüllü olaraq simmetrik əşyaların rəsmini də çəkə bilərlər. 1 və 2-ci qruplar ka-
ğızdan quşu düzəldə, 3 və 4-cü qruplar isə simmetrik əşya rəsmi çəkə bilərlər.
XQEOŞ-lər isə kəpənəyi çəkib rəngləyə bilərlər.
MӘLUMAT MÜBADİLӘSİ
Qruplar düzəltdikləri quşu və ya çəkdikləri simmetrik əşyanı təqdim edirlər. Digər şagirdlər də fikirlərini
bildirirlər.
MӘLUMATIN MÜZAKİRӘSİ VӘ TӘŞKİLİ
– Hər mərhələdə nə etdiniz?
ÜMUMİLӘŞDİRMӘ VӘ NӘTİCӘ
– Simmetriya nədir?
Müəllim şagirdlərin dediklərini ümumiləşdirdikdən sonra yazı lövhəsində səmanı göstərmək üçün bulud
təsvirləri çəkir və deyir: “Səmanı bəzəyən quşlar” kompozisiyası düzəltmək üçün quş fiqurlarını bərkidici
vasitəsilə buludların ətrafında yerləşdirin. Simmetrik əşya çəkən şagirdlərin işini isə ayrıca lövhənin qarşısı-
na düzə bilər.
YARADICI TӘTBİQETMӘ
Simmetrik əşyaların aplikasiyasını düzəltmək.
QİYMӘTLӘNDİRMӘ
Qiymətləndirmə meyarları:
• Fərqləndirmə;
• Tərtibetmə.
I səviyyə
II səviyyə
III səviyyə
IV səviyyə
Aplikasiya haqqında mə-
lumata malikdir.
Aplikasiya zamanı istifa-
də olunan materialı (rəng-
li kağızlar) bilir.
Aplikasiyanı istifadə olu-
nan materiala görə (rəngli
kağızlar) izah edir.
Aplikasiyanı istifadə olu-
nan materiala görə (rəngli
kağızlar) fərqləndirir.
Rəngli kağızlardan sim-
metrik quşu düzəltmək-
də çətinlik çəkir.
Rəngli kağızlardan sim-
metrik quşu düzəldir, la-
kin üzərində dekorativ
kompozisiyalar tərtib et-
məkdə çətinlik çəkir.
Rəngli kağızlardan sim-
metrik quş üzərində de-
korativ kompozisiyaları
hazır kəsilmiş naxışlar-
dan tərtib edir.
Rəngli kağızlardan sim-
metrik quş üzərində de-
korativ kompozisiyaları
sərbəst tərtib edir.
Çap üçün deyil
28
8. NATURADAN RƏSM
Məşğələ növü
naturadan rəsm
Alt standart
1.1.2., 2.2.2.
Təlim nəticələri
• naturadan rəsmin cəmiyyətdə əsas roluna aid məlumatlar verir;
• sadə və rəngli karandaşlar, pastel tabaşirlər və quaş vasitəsi ilə oyuncaq
təsviri yaradır.
Dərsin tipi
induktiv
İstifadə olunan iş formaları qrup işi
İstifadə olunan üsullar
müzakirə
Fənlərarası inteqrasiya
İnf. 1.1.3.; H-b. 2.3.2.; A-d. 2.2.4.
Təchizat
pastel tabaşirlər, quaş, fırça, sadə və rəngli karandaşlar, oyuncaq şəkilləri
DƏRSİN GEDİŞİ
Müəllim müxtəlif oyuncaq şəkilləri göstərir və soruşur:
– Bunlar nədir? (Oyuncaqlar). Onlar necə adlanır? (fərziyyələr).
– Oyuncaqlar nədən hazırlanır? (fərziyyələr).
– Bu gün naturadan oyuncaq çəkəcəksiniz.
Tədqiqat sualı: Naturadan rəsm nədir? Naturadan oyuncaq çəkmək üçün nəyi bilmək lazımdır?
Fərziyyələr dinlənilir.
Şagirdlər dərslikdə olan materiallarla tanış olurlar. Müəllim şagirdləri oyuncaq ayı, dovşan, pişik, inək
şəkillərinə görə 4 qrupa ayırır. Sonra onlar dərslikdəki mövzuda olan mərhələlərə əməl etməklə rəsm çəkirlər.
Naturadan 1-ci qrup ayı, 2-ci qrup dovşan, 3-cü qrup pişik, 4-cü qrup inək oyuncaqlarının rəsmini çəkir.
XQEOŞ-lər qruplarda yalnız rəsmin rənglənməsində iştirak edə bilərlər.
Qruplar işlərini təqdim edirlər və digər şagirdlər isə təsvirlərə aid fikirlərini söyləyirlər.
– Oyuncaqlar hansı hissələrdən ibarətdir və hər bir mərhələdə nə etdiniz?
– Naturadan rəsm nədir?
– Oyuncaqların həyatda olan varlıqlardan fərqli və oxşar cəhətləri nədir?
Müəllim şagirdlərin diqqətini tədqiqat sualına yönəldərək deyir:
– Naturadan rəsm zamanı onun hündürlüyünü, enini, hissələrini, onlar arasındakı fərqi, formanı, rəngini
müqayisə etmək lazımdır.
Naturadan təsvir etdiyin oyuncağın təsəvvürə əsasən aplikasiyasını düzəltmək.
Qiymətləndirmə meyarları:
• Məlumatvermə;
• Təsviretmə (sadə və rəngli karandaşlar, pastel tabaşirlər və quaş).
YARADICI TӘTBİQETMӘ
QİYMӘTLӘNDİRMӘ
ÜMUMİLӘŞDİRMӘ VӘ NӘTİCӘ
MӘLUMATIN MÜZAKİRӘSİ VӘ TӘŞKİLİ
MӘLUMAT MÜBADİLӘSİ
TӘDQİQATIN APARILMASI
MOTİVASİYA
Çap üçün deyil