43
№
Meyarlar
Əla
Yaxşı
Orta
Zəif
1 Formanı nə dərəcədə göstərmişik?
+
+
+
+
2 Balığın hissələri arasında ölçü fərqlərini necə
göstərmişik?
+ + – –
3
İstifadə etdiyimiz rənglər təsvir etdiyimiz varlıqlara
uyğundurmu?
+ + + +
4 Rəsmimiz səliqəlidirmi?
+
+
+
–
19. YURDUMUZA BAHAR GƏLİR
Məşğələ növü
mövzu üzrə rəsm
Alt standart
1.2.3.; 2.2.2.; 3.1.1.
Təlim nəticələri
• görkəmli Azərbaycan təsviri incəsənət nümayəndələrinin əsərlərini
sadalayır;
• sadə, rəngli karandaşlar, flomasterlər, quaş və pastel tabaşirlər vasitəsilə
bahar fəslini çəkir;
• verilmiş təsviri incəsənət nümunələrinə münasibət bildirir.
Dərsin tipi
deduktiv
İstifadə olunan iş formaları
fərdi iş, qrup işi
İstifadə olunan üsullar
şaxələndirmə, müzakirə, Venn diaqramı
Fənlərarası inteqrasiya
H-b. 1.3.2.; 2.3.2.; A-d.1.2.1.; Mus. 2.1.1.
Təchizat
quaş, pastel tabaşirlər, flomasterlər
DƏRSİN GEDİŞİ
MOTİVASİYA
Günəş doğdu, yayıldı,
Yatan ellər ayıldı.
Açdı çiçəklər, güllər,
Dilə gəldi bülbüllər.
Qar, çovğun gözdən itdi,
Dağlarda lalə bitdi.
Qanadlandı buludlar,
Cücərdi yaşıl otlar.
Artdı suların səsi,
Sevindirdi hər kəsi.
Səməd Vurğun
Müəllim yuxarıdakı şeiri oxuduqdan sonra soruşur:
– Şeir nə haqqındadır? (Bahar). Şagirdlər mərkəzi sözü “Bahar” seçib onun haqqında bildiklərini fərdi
şəkildə şaxələndirirlər. Sonra dərslikdə olan mətni oxuyurlar.
Tədqiqat sualı: Bahar fəslini rəsm edərkən hansı təsvir qaydalarını nəzərə almaq lazımdır?
Fərziyyələr söylənilir.
Şagirdlər bahar güllərinin (nərgiz, lalə, novruzgülü, bənövşə) şəkillərinə əsasən qruplara ayrılırlar.
Qruplarda kompozisiya qaydalarını nəzərə alaraq bahar haqqında çəkəcəkləri rəsmi müzakirə edir və onu
böyük vərəqlərdə təsvir edirlər. Bu zaman dərslikdə təsvir ardıcıllığı verilən çiçəklənən ağac rəsmindən də
istifadə edirlər. Onların sərbəst işi zamanı müəllim lazımi istiqamətlər verir. İşin sonunda rəsmlər
rənglənilir. Müəllim dərsin sonunda şagirdlərin özünü dərəcələr üzrə qiymətləndirəcəklərini xatırladır və
meyarları yazı lövhəsindən asır.
XQEOŞ-lər isə dərslikdə təsvir ardıcıllığı verilən çiçəklənən ağacın rəsmini çəkirlər.
Qruplar rəsmlərini təqdim edirlər. Bu zaman digər qruplar iş haqqında fikirlərini bildirirlər.
MӘLUMAT MÜBADİLӘSİ
TӘDQİQATIN APARILMASI
Çap üçün deyil
44
– Rəsm zamanı bahar fəslinin hansı xüsusiyyətlərini nəzərə aldınız?
– Təbiətdə hansı yaz mənzərəsi sizi təəccübləndirib? Niyə?
– Hansı təsvir qaydalarını tətbiq etdiniz?
– Yazı təsvir edən hansı rəssamlarımızı tanıyırsınız? Onların əsərləri haqqında nə deyə bilərsiniz?
Qruplar bahar fəsli ilə payız fəslini Venn diaqramı vasitəsilə müqayisə edirlər.
Sonra diaqramlarını yazı lövhəsindən asırlar.
Bahara aid süjetli aplikasiya düzəltmək.
Dərəcələr üzrə qiymətləndirmə aparılır.
№
Meyarlar
B
1 Kompozisiya
həllini necə tapmışam?
+
+
–
–
2 Varlıqların arasında əlaqəni necə vermişəm? +
+
+
–
3 Varlıqların ölçülərindəki fərqi necə göstərmişəm?
+
+
–
–
4
İstifadə etdiyim rənglər ətrafdakı varlıqlara
uyğundurmu?
+ + + +
5 Təsviri tapşırılan vaxt ərzində yerinə yetirdimmi?
+
–
+
+
6
İş zamanı qrupun bütün üzvləri fəal iştirak etdimi?
+
+
+
+
20. XOŞ GƏLMİSƏN, ELİN ƏZİZ BAYRAMI!
Məşğələ növü
naturadan rəsm
Alt standart
1.1.3.; 2.2.2.
Təlim nəticələri
• təsviri incəsənətin cəmiyyətdə rolunu fərqləndirir;
• sadə və rəngli karandaş, flomasterlər, quaş vasitəsi ilə Novruz
xonçasının təsvirini yaradır.
Dərsin tipi
induktiv
İstifadə olunan iş formaları qrup işi
İstifadə olunan üsullar
müzakirə
Fənlərarası inteqrasiya
A-d.1.2.1.; H-b. 1.3.2.
Təchizat
quaş, flomasterlər, pastel tabaşirlər
Oxşar
cəhətlər
Fərqli
cəhətlər
Fərqli
cəhətlər
YARADICI TӘTBİQETMӘ
QİYMӘTLӘNDİRMӘ
ÜMUMİLӘŞDİRMӘ VӘ NӘTİCӘ
MӘLUMATIN MÜZAKİRӘSİ VӘ TӘŞKİLİ
Çap üçün deyil
45
DƏRSİN GEDİŞİ
MOTİVASİYA
Müəllim su, od, yel, torpaq şəkilləri olan vərəqlərdən şagirdlərin sayına uyğun olaraq 5-6 nümunə
çıxardır. Onları şagirdlərə paylayır. Partaların üzərində həmin sözlərə uyğun şəkillər qoyulur.
Hər şagird
onda olan rəsmə uyğun şəklin qoyulduğu partada əyləşərək qruplar yaradırlar. Müəllim hər qrupdan şəkildə
nəyin təsvir olunmasını soruşur və onları yazı lövhəsindən asır.
– Şəkillərdə nə təsvir olunub? (Od, su, yel, torpaq).
– Bunlar sizə nəyi xatırladır? (fərziyyələr. Novruz bayramını).
– Çərşənbə axşamlarını hansı bayramda səbirsizliklə gözləyirik? (Novruz bayramında).
– Novruz bayramı haqqında nə bilirsiniz? (fərziyyələr).
Tədqiqat sualı: Novruz xonçasını naturadan necə çəkmək olar?
Fərziyyələr söylənilir və bəzi şagirdlər yazı lövhəsində əyani olaraq Novruz xonçasını bacardığı kimi
çəkir.
Şagirdlər dərslikdə olan materiallarla tanış olurlar. Sonra qruplar naturada olan bayram xonçasını
diqqətlə müşahidə edirlər və birlikdə çəkirlər. Bu zaman dərslikdə bayram xonçasını təşkil edən nemətlərin
mərhələlərlə təsvirindən istifadə edilir. Müəllim qruplara yaxınlaşıb şagirdləri istiqamətləndirir. O, dərsin
sonunda şagirdlərin özünü dərəcələr üzrə qiymətləndirəcəklərini xatırladır və meyarları yazı lövhəsindən
asır.
XQEOŞ-lər isə xonçaya daxil olan şirniyyatlardan (dərslikdə göstərilən təsvir ardıcıllığına əməl etməklə)
birini təsvir edə bilərlər.
Rəsmlər təsvir edildikdən sonra yazı lövhəsindən asılır və qruplar öz fikrini söyləyir.
– Novruz bayramı hansı fəsillə əlaqədardır? Novruz xonçasını naturadan necə çəkdiniz?
– Yeni il və Novruz bayramının fərqli xüsusiyyətləri hansılardır?
Novruz bayramına aid süjetli rəsm çəkmək.
Dərəcələr üzrə qiymətləndirmə aparılır.
Keyfiyyət
dərəcəsi
Kompozisiya həlli
tapılıb
Qurmaya əməl
olunub
Forma
verilib
Mütənasiblik
verilib
Vaxtında
qurtarıb
Rəng həlli
düzgündür
Əla
+ +
+
+
+
+
Yaxşı
– +
+
+
+
+
Orta
– –
+
+
+
+
Zəif
– –
+
–
–
+
YARADICI TӘTBİQETMӘ
QİYMӘTLӘNDİRMӘ
ÜMUMİLӘŞDİRMӘ VӘ NӘTİCӘ
MӘLUMATIN MÜZAKİRӘSİ VӘ TӘŞKİLİ
MӘLUMAT MÜBADİLӘSİ
TӘDQİQATIN APARILMASI
Çap üçün deyil