17
MӘLUMAT MÜBADİLӘSİ
Qrup üzvləri çəkdikləri rəsmi təqdim edir, qrup adından rəsmdə olan gözəllikləri, onların yaratdığı
əhval-ruhiyyəni öz sözləri ilə ifadə edirlər. Qruplar təriflər, suallar və təkliflər üsulundan istifadə etməklə
bir-birilərinin təsvirlərini müzakirə edirlər.
MӘLUMAT MÜZAKİRӘSİ VӘ TӘŞKİLİ
Təqdim olunan rəsmlə bağlı sinfə müraciət olunur:
– Rəsmi çəkən zaman nəyə fikir verdiniz?
– Sizdə hansı əhvali-ruhiyyə yarandı?
ÜMUMİLӘŞDİRMӘ VӘ NӘTİCӘ
– Yaxşı müşahidəçi kimdir?
– Siz hansı yeni məlumat əldə etdiniz? (Gözəllik bizim ətrafımızdadır, onu müşahidə etməyi bacarmaq
lazımdır).
Müəllim şagirdlərin diqqətini tədqiqat sualına yönəldərək deyir:
– Gözəlliyi çox axtarmaq lazım deyil. O, bizim yanımızdadır. Ona görə də təbiətin yaratdığı gözəllikləri
müşahidə etmək və ondan zövq almağı bacarmaq lazımdır.
Bizə gözəllik bəxş edən rəssamlarımızın əməyini də unutmamalıyıq. Yaxşı rəssam olmaq üçün yaxşı
müşahidəçi olmaq lazımdır.
YARADICI TӘTBİQETMӘ
“Yay fəsli” mövzusunda istənilən rəssamın əsərini təhlil etmək.
QİYMӘTLӘNDİRMӘ
Qiymətləndirmə meyarları:
• İzahetmə;
• Təsviretmə (sadə və rəngli karandaşlar, flomasterlər, pastel tabaşirlər, quaş və ya akvarel);
• Münasibətbildirmə.
I səviyyə
II səviyyə
III səviyyə
IV səviyyə
Təbiət haqqında bildik-
lərini izah edir.
Təbiətin cəmiyyətdə ro-
lunu suallar əsasında
izah edir.
Təbiətin cəmiyyətdə ro-
lunu rəssam əsərləri əsa-
sında izah edir.
Təbiətin cəmiyyətdə ro-
lunu izah edir.
Sadə və rəngli karandaş-
larla yay fəslini təsvir
edir, lakin flomaster,
pastel tabaşirlər, quaş və
ya akvarellə təsvirində
çətinlik çəkir.
Sadə və rəngli karandaş-
larla, flomasterlərlə, pas-
tel tabaşirlərlə yay fəsli-
ni təsvir edir, lakin quaş
və ya akvareldən istifadə
etməkdə çətinlik çəkir.
Sadə və rəngli karandaş-
larla, flomasterlərlə, pas-
tel tabaşirlərlə, quaş və
ya akvarellə yay fəslini
müəllimin köməyi ilə
təsvir edir.
Sadə və rəngli karandaş-
larla, flomasterlərlə, pas-
tel tabaşirlərlə, quaş və
ya akvarellə yay fəslini
sərbəst təsvir edir.
“Yay fəsli”nə aid veril-
miş təsviri sənət nümu-
nələrinin onda yaratdığı
əhval-ruhiyyəni yaş sə-
viyyəsinə uyğun şərh et-
məkdə çətinlik çəkir.
“Yay fəsli”nə aid veril-
miş təsviri sənət nümu-
nələrinin onda yaratdığı
əhval-ruhiyyəni yaş sə-
viyyəsinə uyğun suallar
əsasında şərh edir.
“Yay fəsli”nə aid veril-
miş təsviri sənət nümu-
nələrinin onda yaratdığı
əhval-ruhiyyəni yaş sə-
viyyəsinə uyğun qısa
sözlərlə şərh edir.
“Yay fəsli”nə aid veril-
miş təsviri sənət nümu-
nələrinin onda yaratdığı
əhval-ruhiyyəni yaş sə-
viyyəsinə uyğun şərh et-
məklə ona münasibət
bildirir.
Çap üçün deyil
18
2. RƏSSAM HANSI MATERİALLARLA İŞLƏYİR
Məşğələ növü
naturadan rəsm
Alt standart
2.2.2.; 3.1.1.
Təlim nəticəsi
• sadə və rəngli karandaşlar, pastel tabaşirlər, rəngli kağızlar, flomasterlər,
plastilin və yaxud sulu boyalarla istənilən təsviri yaradır;
• verilmiş təsviri və dekorativ sənət nümunələrinin onda yaratdığı əhval-
ruhiyyəni yaş səviyyəsinə uyğun şərh etməklə ona münasibət bildirir.
Dərsin tipi
deduktiv
İstifadə olunan iş formaları qrup işi
İstifadə olunan üsullar
müzakirə, ziqzaq
Fənlərarası inteqrasiya
A-d.1.2.1.; H-b. 1.3.2.; 2.3.2.
Təchizat
müxtəlif təsvir materialları, onlarla çəkilmiş əsərlər, qrupa bölmək üçün və-
rəqlər
DƏRSİN GEDİŞİ
MOTİVASİYA
Müəllim yazı lövhəsində müxtəlif əşyaların təsvirlərini – pozan, kitab, balta, termometr, boya, paltar,
fotoaparat, molbert, vərəq asır və soruşur:
– Bu materiallardan hansılar rəsm zamanı istifadə olunur? (Pozan, boya, molbert, vərəq).
Tədqiqat sualı: Rəssam iş vaxtı hansı təsvir materiallarından və necə istifadə edir?
Tədqiqat sualı əsasında şagirdlərin fərziyyələri dinlənilir.
TӘDQİQATIN APARILMASI
Akvarel, quaş, pastel, fırça təsvirləri olan şəkillərdən 4-5 nümunə hazırlanır və şagirdlərə paylanır. Eyni
şəkilli şagirdlər bir yerdə – “doğma” qruplarda əyləşirlər. Hər “doğma” qrup 1-dən 5-ə qədər sayır. Sonra
eyni rəqəmə malik olan şagirdlər “ekspert” qruplarda birlikdə otururlar. 1-ci “ekspert” qrupu akvarel, 2-ci
“ekspert” qrupu quaş, 3-cü “ekspert” qrupu pastel, 4-cü “ekspert” qrupu palitra, 5-ci “ekspert” qrupu fırçalar
haqqında dərslikdəki mövzudan məlumat toplayırlar. “Ekspert”lər dərslikdəki mətnin onlara aid hissələrini
oxuyaraq müzakirələr aparırlar. Hər hansı təsvir materialından istifadə edib istədikləri rəsmi çəkir, təsvir
materialının işləmə qaydasını praktik şəkildə müəyyənləşdirirlər .
Sonra “doğma” qrupa qayıdırlar. Hər ekspert bildiklərini yoldaşlarına danışır və nəticədə bütün qrupun
rəssamın işlətdiyi materiallar haqqında məlumatı olur.
Bundan başqa, şagirdlər materiallar arasında fərqi də müzakirə edərək, öyrəndiklərini təqdimat üçün və-
rəqdə lazımi formada tərtib edirlər.
XQEOŞ-lər plastilindən çiçək yapa bilərlər.
MӘLUMAT MÜBADİLӘSİ
Hər qrupdan bir şagird rəssamın işlətdiyi materiallar haqqında məlumat verir. Sonra fikir mübadiləsi
aparılır. Çəkdikləri rəsmi təqdim edirlər.
MӘLUMATIN MÜZAKİRӘSİ VӘ TӘŞKİLİ
– Rəngli karandaşla pastel tabaşirlərin fərqi nədir? Akvarellə quaşın fərqi nədir? Fırça ilə necə işləmək
olar?
ÜMUMİLӘŞDİRMӘ VӘ NӘTİCӘ
Müəllim şagirdlərin diqqətini tədqiqat sualına yönəldir və bu məqsədlə onlar aşağıdakı cədvəli fərdi
şəkildə doldururlar.
Çap üçün deyil