12
keçdikcə, xüsusilə aqrotexnika kifayət qədər yüksək səviyyədə
olmadıqda onlar öz keyfiyyətini itirir, tədricən pisləşir. Buna
görə də toxum materialını həmin sortun toxumları ilə lakin da-
ha yaxşı cins xüsusiyyətlərə, nisbətən yüksək sort təmizliyinə
malik olan toxumları ilə vaxtaşırı təzələmək lazımdır. ən
yüksək keyfiyyətlərə elmi-tədqiqat idarələrinə, təcrübə stansi-
yaları və institutların istehsal etdikləri elit toxumlar malikdir.
Toxumşünaslığın nəzəri əsasını genetika, seleksiya və toxum-
çuluq təşkil edir. Onun əsas obyekti sort və toxum materialıdır.
Toxumşünaslığın vəzifəsi dövlət reyestrinə daxil edilmiş
bitki sortlarının sorttəmizliyini, bioloji və məhsuldarlıq keyfiy-
yətlərini saxlamaq üçün sortdəyişmə və sorttəzələməni həyata
keçirməklə toxumların kütləvi artırılmasını, onun səpin keyfiy-
yət göstəricəlirinin, fiziki və biokimyəvi xüsusiyyətlərinin
dəqiqləşdirilməsindən ibarətdir.
Keyfiyyətli toxum gələcək yüksək məhsulun əsasıdır. Çünki,
yüksək keyfiyyətli toxum aşağı keyfiyyətli toxumlara nisbətən
bitkilərin məhsuldarlığını 15-20% artırır.
Kənd təsərrüfatı istehsalının mühüm sahəsi kimi toxum-
şünaslıq iki məsələni həll edir:
1. Sortun yayılması üçün toxuma tələbin ödənilməsi.
2. Çoxalma prosesində həmin sortun xüsusiyyətlərini, qiy-
mətli təsərrüfat nişanələrini və sort təmizliyini saxlamaq.
Toxumşünaslıq seleksiyanın nailiyyətlərinin həyata keçiril-
məsini sürətləndirmək imkanına malikdir.
Toxumşünaslığın hesabına sort bazar obyektinə çevrilir.
Seleksiya və toxumşünaslığın qarşısında duran vəzifələr
fərqli olsa da, onlar bir-biri ilə sıx əlaqədardır. Seleksiya za-
manı yeni sort və hibrid əldə edilir. Toxumşünaslığın və-
zifəsinə mövcud sort və hibridin təmiz halda saxlanılması və
toxumun sortluq və səpin keyfiyyəti itirilmədən kifayət miq-
darda artırılmasını təmin edilməsi aid edilir.
13
1.3. Toxumşünaslıq sistemi və onun
əsas prinsipləri
Toxumşünaslıqda istifadə edilən bitki materialları, onların
toxumları onun obyektləridir.
Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tu-
tulmuş qaydada toxum istehsalı, tədarükü, və istifadəsi ilə məş-
ğul olan hüquqi və fiziki şəxslər toxumşünaslığın sub-
yektləridir.
Toxumşünaslıq fəaliyyəti aşağıdakı prinsiplər əsasında hə-
yata keçirilməlidir:
• sortun səciyyəvi xüsusiyyətlərini təyin etməyə imkan ve-
rən fərqlilik, oxşarlıq , sabitlik və digər əlamətlərin qorunub
saxlanması;
• toxum istehsalında təsdiq edilmiş becərilmə sxemlərinə
riayət olunması;
• istifadə olunan toxumların sertifikatlaşdırılmasının məcbu-
riliyi;
Toxumşünaslıq sistemi - toxum istehsalı, onun fiziki və bi-
oloji xüsusiyyətlərinin öyrənilməsi, keyfiyyət göstəricilərinin
analiz edilməsi, tədarükü, saxlanması, sortluq və toxumluq
işlərinin cəmidir.
Beləliklə toxumşünaslıq sistemi-istehsaldan satışa qədər to-
xumun keyfiyyətinə daimi nəzarət etmək üçün bütün kompleks
tədbirləri əhatə edir.
Toxumşünaslıq bitkilərin çoxaldılma prosesi, onların bi-
ologiyasından asılı olaraq kütləvi, fərdi və klonlu seçmə ilə
aparılır.
Kütləvi seçmə - çarpaz tozlanan bitkilərin və onların sortla-
rının toxumunun kütləvi seçmə üsulu ilə aılnmasında, yeni
yaradılan sortun sürətlə yayılması məqsədilə istifadə olunur.
Toxum materialı artırılma mərhələsinə görə orijinal, elit və
reproduksiyalı kateqoriyalara bölünür.
Orijinal toxum-sortun alınmasında maraqlı olan şəxsin əldə
etdiyi toxumdur. Orijinal toxumdan alınan və toxumçuluq üzrə
14
dövlət standartlarına cavab verən toxum elit adlanır.
Reproduksiyalı toxum-elit toxumdan sonrakı nəsil (1-ci, 2-ci,
3-cü və s.) sayılır.
Toxumşünaslıq prosesində iki əsas məsələ:-sortdəyişmə və
sorttəzələmə məsələləri həll edilir.
Toxumşünaslıq sistemində - toxumların sort və əkin keyfiy-
yətinə nəzarət, bütün təsərrüfatların sort toxumu ilə təmin
edilməsi, tədarükü əsas yer tutur.
Toxumşünaslıq sxemi dedikdə isə - sort əkinlərin və pitom-
niklərin qarşılıqlı əlaqəsi əsas götürülür.
Kənd təsərrüfatı bitki sortunun təkrar istehsalı üçün istifadə
edilən bitkilərin generativ orqanı toxum adlanır. Digər hissələr
(çilik, kök, yarpaq, soğanaq, kök yumru su və s.) vasitəsilə
çoxaltması isə vegetativ orqanlarla çoxaltmadır.
Ilkin toxumşünaslıq mərhələlərində bitki nəsillərinin selek-
siya yolu ilə seçilməsi və qiymətləndirilməsi nəticəsində
alınmış toxum orijinal toxum adlanır.
Orijinal toxumun çoxaldılmasından alınmış toxum super elit
toxum adlanır .
Super elit toxumun çoxaldılmasından alınmış toxum elit
toxum adlanır .
Elit toxumun ardıcıl çoxaldılmasından alınmış toxum repro-
duksiyalı toxum adlanır.
Sortun reproduksiyası artdıqca onun keyfiyyəti tədricən pis-
ləşir, xətti xarakter daşımır və mexaniki, bioloji zibillənməyə
(spontan hibridləşmə və ya təkrar tozlanma, təbii mutasiyanın
baş verməsi, haçalanma)və xəstəliklərin yayılmasına gətirib
çıxarır. Müxtəlif bitkilərin sortunun pisləşmə səbəbləri eyni
olmur. Taxıl bitkilərində sortluq keyfiyyətinin pisləşməsinin
əsas səbəbi mexaniki zibillənmə və xəstəliklərin yayılması,
çarpaz tozlanan bitkilərdə çarpaz tozlanmadır.
Sortdəyişmə – təsərrüfat sahələrində bir sortun (və ya bir
neçə sortun) qeydiyyatdan keçmiş digər daha məhsuldar və ya
əvvəlki sortla müqayisədə hər hansı üstünlüyə malik olan
Dostları ilə paylaş: |