Microsoft Word Toxumshunasliq 2014 mbm



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə38/89
tarix24.04.2018
ölçüsü2,8 Kb.
#40008
1   ...   34   35   36   37   38   39   40   41   ...   89

126 
VIII FƏSİL 
 
TOXUMŞÜNASLIQDA AQROTEXNİKİ FONUN 
VƏ BƏZİ AQROTEXNİKİ TƏDBİRLƏRİN TOXUMUN 
KEYFİYYƏTİNƏ TƏSİRİ 
 
 
8.1.  Toxumşünaslıqda aqrotexniki fonun səviyyəsi 
 
Toxumluq  əkinlərdə  sənaye texnologiyası  təkcə sort xüsu-
siyyətlərinə deyil, həm də yüksək aqrofona və əkinçilik mədə-
niyyətinə malik olmalıdır. Belə  şəraitdə yaxşı  məhsuldarlıq 
xassələrinə malik və növbəti ildə geniş istehsalat əkinlərində 
artım verən toxumlar  mütərəqqi aqrotexniki tədbirlərin istifadə 
olunmasında əlavə xərcləri ödəyir və iki - üç dəfə effektiv olur.  
Toxumluq əkinlərdə sənaye texnologiyasının əsasını yüksək 
aqrofonun  yaradılması  təşkil etməlidir ki, bu da bütün bitki 
əkinlərinin inkişafı üçün ən yaxşı şəraiti təmin edir.  
Toxumların səpin keyfiyyətinin və  məhsuldarlıq xassə-
lərinin, onların yüksək aqrofonda becərilmə prosesində yaxşı-
laşdırılması bir çox tədqiqatlarla təsdiq edilmişdir.  
 
Yazlıq buğdanın məhsuldarlığının aqrofondan və  toxumların 
məhsuldarlıq xassələrindən asılılığı 
                 Cədvəl 12 
 
Toxumların əmələ 
gəlməsi 
Yüksək aqrotex-
nika ilə olan sahə 
Adi aqrotexnika ilə 
olan sahə 
Yüksək məhsuldar 
sahədən (30 s/ha) 
41,0 23,3 
Aşağı məhsuldar 
sahədən (12s/ha) 
36,2 21,9 
Məhsuldarlığın artması 
4,8 1,4 
 
 


127 
Cədvəldən göründüyü kimi yüksək məhsuldar sahədən alın-
mış toxumlar əkildikdə adi aqrotexnika aparılan sahəyə 
nisbətən yüksək aqrotexnika aparılan sahədə  məhsuldarlığın 
artımı müəyyən qədər çox olmuşdur.  
D.Assi qeyd edir ki, yüksək məhsuldarlıq, dənin yüksək 
keyfiyyəti və dənin formalaşması bəzi hallarda müxtəlif şərait-
də ola bilir.  
C.Hacıyev Gəncə-Qazax torpaq-iqlim şəraitində apardığı 
tədqiqatlara  əsasən məhsuldarlığın müxtəlif tiplərinə rast gəl-
məsini qeyd edir: yüksək məhsuldarlıq yüksək səpin key-
fiyyətində, yüksək məhsuldarlıq aşağı  səpin keyfiyyətində, 
aşağı məhsuldarlıq yüksək səpin keyfiyyətində və s. Ona görə 
də toxumların becərilmə texnologiyasını hazırladıqda zona 
xüsusiyyətlərini nəzərə almaq lazımdır.  
Toxumluq  əkin sahələrində sortun təmizliyinin, onun 
məhsuldarlıq xassələrinin və  səpin keyfiyyətinin saxlanılması 
üçün  xüsusi toxumçuluq tədbirləri həyata keçirmək lazımdır.  
Yüksək sort təmizliyini saxlamaq üçün mexaniki zibil-
lənmədən qaçmaq (səpən maşınların, tarlaların, kombaynın və 
anbarların təmizlənməsi) sort alağı  və sorttəmizliyi  aparmaq 
lazımdır. Xüsusi ilə çox çətinliklə seçilən və çoxalma əmsalı 
çox olan alaqları. Məsələn: buğdada - çovdar, yulafda- vələmir 
və arpa, yumşaq buğdada – bərk buğda və s. Çarpaz tozlanan  
bitkilərdə də məsafə təcridinə nəzarət etmək lazımdır.    
Növbəli əkində yeri – elmi cəhətdən əsaslandırılmış növbəli 
əkinlərdən düzgün istifadə etdikdə bütün toxumçuluq 
 
 
manqalarında yüksək məhsul almaq mümkündür. Bu sahədə 
çox maraqlı və etibarlı rəqəmlər, D.P. Pryaşnikovun təşəbbüsü 
ilə 1912-ci ildə TKTA–da qoyulmuş  təcrübə  əsasında 
alınmışdır. Alınan materiallar V.E. Yeqorov tərəfindən 
ümumiləşdirilmişdir. 
  
 


128 
Fondan asılı olaraq fasiləsiz növbəli əkində becərilmiş bitkilərin 
məhsuldarlığı (1912 - 1970) 
Cədvəl 13 
Göstəricilər 
Payızlıq 
çovdar 
Kartof Vələmir 
Gübr
əsiz
 
NPK
 
Gübr
əsiz
 
NPK
 
Gübr
əsiz
 
NPK
 
Növbəli əkində 
məhsuldarlıq ha/sen 
14,1 21,9  88,4  160,6  13,9  18,5 
Monokulturada 
məhsuldarlıq ha/sen 
7,3 12,2  76,2  154,2  7,9  11,7 
Növbəli əkində 
məhsuldarlığın artması, 
ha/sen 
6,8 9,7  12,2  6,4  6,0  6,8 
%-lə 
93,0 79,0  16,0  4,0  76,0  58,0 
 
Daimi yerlərdə aparılmış  təcrübələr  əsasında və xeyli 
miqdarda materialların ümumiləşdirilməsi nəticəsində V.E. 
Yeqorov tarla bitkilərinin növbəli əkinlərdə həssaslığını nəzərə 
alaraq onları 3 qrupa bölmüşdür: 
1.  Növbəli  əkinlərə güclü reaksiya verən bitkilər (kətan, 
şəkər çuğunduru, üçyarpaq yonca). 
 2.  Növbəli  əkinlərə orta reaksiya verən bitkilər (çovdar, 
vələmir, qarğıdalı, arpa, buğda).  Bu qrupa aid olan bitkilər 
torpağa gübrə verdikdə, torpağın becərilməsi və alaqlarla 
mübarizə düzgün aparıldıqda təkrar  əkinlərdə yaxşı  məhsul 
verirlər. 
3. Növbəli  əkinlərə  zəif reaksiya göstərən bitkilər (kartof, 
çəltik, tütün, pambıq, kənaf).  
Bu qrupa aid olan bitkilər torpağa gübrə verdikdə  və tor-
pağın becərilməsi düzgün aparıldıqda, təkrar əkinlərdə davamlı 
və yaxşı məhsul verirlər.  
M.S.Hüseynovun apardığı  təcrübələrə görə çox ünsürlü 


129 
təcrübələrdə payızlıq buğda növbəli əkinləri becərildikdə məh-
suldarlıq artımı 57%, mineral gübrələr verildikdə isə 33% ol-
muşdur. Kartof bitkisində isə  məhsuldarlıq artımı ona uyğun 
olaraq 6-86% olmuşdur.  
C.Ə.Hacıyev təcrübələrlə müəyyən etmişdir ki, məhsul-
darlığın çox olması, növbəli  əkinlərdən və aqrotexnikanın 
səviyyəsindən asılıdır. 
Ayrı–ayrı aqrotexniki tədbirlər və bitkilərin növbələşdiril-
məsi uzun müddət təkrar olunduqda, dəyişdirilmədikdə  məh-
suldarlıq artımı olmur. Ona görə də  növbəli əkinlərin dəyərini 
artırmaq lazım deyil. Lakin nəzərə almaq lazımdır ki, gübrə-
lərin istifadəsini artırmaqla növbəli  əkinlərin rolu azalmır. 
Əksinə növbəli əkinlərdə həssas olan bitkilərdə çoxalır. 
Məhsuldarlığın dayanmadan artması üçün aqrotexnika ilə 
bərabər növbəli  əkinlərində  təkmilləşdirilməsi vacibdir. Əkin-
çiliyin mədəniyyətini və intensifikasiya səviyyəsini artırdıqda  
növbəli  əkinlərdə yerli şəraitdə daha məhsuldar bitkilər seçil-
məlidir. 
 
 Payızlıq çovdar toxumunun səpin keyfiyyətinin toxumluq əkinlərin 
sələflərindən asılılığı 
Cədvəl 14 
 
Sələf 
Cücərmə 
enetjisi, 
%-lə 
Laboratoriya 
cücərməsi, 
%-lə 
Boy atma gücü 
Cücərtilərin 
miqdarı%-lə 
100 cücərtinin 
kütləsi, q-la 
Qara herik 
95,5 
98,5 
92,0 
6,7 
Noxud 93,0  98,0 
91,5 
6,4 
Qarğıdalı 95,0 
98,0 
92,0 
6,5 
Gülül – vələ-
mir qarışığı 
92,0 96,5  88,0  6,1 
Arpa 92,0  96,0 
88,0 
5,9 
 
 Toxumluq  əkinlər üçün xüsusi növbəli  əkinlər seçilmədir. 
Növbəli əkinlərin daxilində bitkilərin növbələşməsi onların ara-


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   89




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə