Microsoft Word Toxumshunasliq 2014 mbm



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə37/89
tarix24.04.2018
ölçüsü2,8 Kb.
#40008
1   ...   33   34   35   36   37   38   39   40   ...   89

123 
dələr mübadiləsi pozulur. Məlumdur ki, zəif yatmış bitkilərdə 
(50%) məhsuldarlıq 2 – 3 sen aşağı düşür (6 – 8%), güclü 
yatmış bitkilərdə isə 4-5 sen/ha (15 – 20%) aşağı düşür. 
Bitkilərin yatması  nəticəsində toxumlar xırda, yüngül və 
cılız olur. Bir çox məlumatlara görə taxılların yatması  nəticə-
sində toxumlarda zülalların və şəkərin miqdarı çoxalır, nişasta-
nın miqdarı azalır. Belə halda toxumların məhsuldarlıq xassə-
ləri və səpin keyfiyyəti pisləşir.  
Hətta əgər yatmış və yatmamış əkinlərdən alınan toxumların 
1000  ədəd dəninin kütləsi eyni olsa da onların məhsul-
darlığında mühüm fərq (2,2 sen/ha) qeyd edilir ki, bu da to-
xumların keyfiyyətinin pisləşməsi ilə bağlıdır. Yatmış bitki-
lərdən alınan toxumlar zəif nəsil verir.  
Təcrübələrimizdə yatmış bitkilərdən alınan toxumlarla 
əkilən arpanın məhsuldarlığı 3,6 sen/ha az olmuşdur.  
Beləliklə, toxumların yatması  nəticəsində  yığımın pisləş-
məsi və  məhsuldarlığın aşağı düşməsi ilə eyni zamanda to-
xumların məhsuldarlıq xassələri və səpin keyfiyyəti də pisləşir.  
Deməli, toxumluq əkinlərdə yatmış yerləri ayrıca yığmaq və 
məhsulu  ərzaq və yem məqsədi ilə istifadə etmək lazımdır. 
Münbit torpaqlarda əkin normasını bir qədər aşağı salmaq 
lazımdır. Qısa gövdəli, yatmağa davamlı sortların  əkilməsi 
daha əlverişlidir.  
Hal-hazırda taxılların yatmağı ilə mübarizədə kimyəvi mad-
də olan – xlorxolinxlorid (SSS və ya TUR) daha geniş istifadə 
olunur. Bu preparatın sulu məhlulu ilə taxılların boruya çıxma 
fazasının  əvvəlində  işlənməsi bitkilərin hündürlüyünün 20–
30% aşağı enməsinə, gövdənin möhkəmliyinin artırılmasına, 
kök sisteminin qüvvətliliyinin artırılmasına, yatmağa davam-
lılığın güclənməsinə imkan verir, nəticədə dənin məhsuldarlığı 
artır.  
Sonda qeyd etmək lazımdır ki, tarla bitkilərinin toxumları-
nın keyfiyyətinə toxumların becərilmə yerinin coğrafi şəraiti və 
ana bitkisinin inkişafının metereoloji şəraiti həll edici təsir 


124 
göstərir. Optimal ekoloji şəraitdə formalaşmış toxumlar ən yax-
şı səpin keyfiyyətinə və məhsuldarlıq xassəsinə malik olurlar. 
Ölkənin müxtəlif zonalarında aparılmış çox saylı tədqiqatlar 
göstərmişdir ki, coğrafi şəraitin təsiri bir qayda olaraq müxtəlif 
təbii və aqrotexniki faktorlara nisbətən güclüdür. Müxtəlif 
torpaq-iqlim şəraitində becərilmiş toxumları səpdikdə məhsul-
darlıqda fərq 7 sen/ha-dan artıq olmuşdur. “Taxıl və paxlalı 
bitkilər” sahəvi laboratoriyasının apardığı aqrotexniki təcrübə-
lərdə isə müxtəlif gübrə dozaları  və  sələflər nəslin məhsul-
darlığında maksimal fərqin 1,7-2,3 s/ha olmasına imkan ver-
mişdir. Ona görə də xüsusi sənaye toxum istehsalında mühüm 
məsələlərdən biri toxumların ekoloji nöqteyi nəzərdən işlən-
məsidir.  Əlverişli torpaq iqlim zonalarında, yəni vilayətlərdə, 
rayonlarda və respublikada, toxum istehsalında rayondaxili və 
təsərrüfat daxili xüsusiliyi istifadə etmək vacibdir. 
Qeyd etmək lazımdır ki, toxumların becərilməsi zamanı 
ekoloji şəraiti kifayət dərəcədə nizamlamaq imkanı olmadıqda, 
davamlı sortları və toxumluq əkinlər üçün spesifik olan sənaye 
texnologiyasını istifadə edərək ayrı-ayrı faktorların mənfi tə-
sirlərini aşağı salmaq, müsbət təsirlərini isə gücləndirmək 
mümkündür. 
 
7.2. Yüksək keyfiyyətli toxum becərilməsinin  
sənaye texnologiyasının aqronomik əsasları 
 
Toxumların texniki məqsədlər üçün becərilməsi yem və 
əmtəə üçün becərilməsindən fərqlənir. Hər  şeydən  əvvəl bu 
proses toxumların yüksək sort və səpin keyfiyyətinə görə, həm-
çinin məhsuldarlıq xassələrinə görə ixtisaslaşdırılmış toxumçu-
luq təsərrüfatlarında aparılır. (sənaye texnologiyası əsasında). 
Sənaye texnologiyası elə mexanikləşdirilmiş proseslər 
yığınıdır ki, burada işlərin keyfiyyəti və müəyyən müddəti 
vardır.  Bu  da  bitkilərin böyüməsi üçün optimal şəraitin yara-
dılmasına istiqamətləndirilir və konkret şəraitdə yüksək key-


125 
fiyyətli toxum məhsullarının alınmasını təmin edir. 
Yerli və zonal şəraiti nəzərə alaraq, elmin yeni nailiyyətləri 
və qabaqcıl təcrübələr əsasında, yeni texnologiya işlənilir ki, bu 
da müxtəlif  kənd təsərrüfatı bitkilərinin toxum istehsalında hər 
il texnoloji kartların yaradılması ilə nəticələnir. 
Sənaye texnologiyasının məqsədi – müasir, səmərəli maşın 
və alətlərin, məhsuldar sort və hibridlərin bioloji cəhətdən tam 
qiymətli toxumlarının, planlaşdırılmış məhsul üçün gübrə nor-
malarının, torpağın becərilməsi üçün enerji qoruyucu sistem-
lərin, effektiv herbisid və pestisidlərin,  əməyin elmi təşkilinin 
kompleks şəkildə istifadə edilməsidir. 
Belə halda əl  əməyinin istifadə edilməsi tamamilə itir və 
yaxud minimum dərəcəyə endirilir, maşınların istismar rejimi 
optimallaşır, hər növ işin yerinə yetirilməsi dəqiqliyi ilə müəy-
yənləşir, texnoloji əməliyyatlar yeganə axımda birləşdirilir və 
buraxılan məhsul dövlət standartlarına uyğun olur. 
Yüksək keyfiyyətli iri və barəbər toxum materiallarının 
alınması  təkcə toxumların sortlara ayrılması  və  təmizlənməsi 
üçün mexaniki üsullarla istifadənin nəticəsində yox, həmçinin 
əsasən bioloji xüsusiyyətlərini və şəraitini nəzərə almaqla, xü-
susi sənaye texnologiyası şəraitində iri dənli sortların alınması 
nəticəsində olur ki, bu da yüksək sort və  səpin keyfiyyətinə, 
məhsuldarlıq xassələrinə malik toxumların  əldə olunmasına 
səbəb olur.  
Nəzərdə saxlamaq lazımdır ki, yüksək keyfiyyətli toxumları 
bir qayda olaraq yüksək məhsuldar bitkilərdən almaq olur. 
Əkinlərdə optimal bitki sıxlığı, gövdələrin bərabərliyi olmalıdır 
ki, bu da toxumların bir cinsliliyinə gətirib çıxarır. 
Toxumların məhsuldarlıq xassələri sortda irsi xüsusiyyətləri 
ilə  həmçinin xarici mühit şəraitinin təsiri altında ana bitkinin 
yetişməsi və toxumların formalaşması ilə müəyyən edilir. Bu 
şərait hər  şeydən  əvvəl ekoloji faktorların və aqrotexniki 
tədbirlərin kompleksindən asılıdır. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   89




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə