Microsoft Word Toxumshunasliq 2014 mbm



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə40/89
tarix24.04.2018
ölçüsü2,8 Kb.
#40008
1   ...   36   37   38   39   40   41   42   43   ...   89

133 
vinasının keyfiyyəti yüksək olduğu üçün uzunmüddətli qıc-
qırma prosesi zamanı əmələ gələn karbon qazının xəmirin da-
xilində qalmasını təmin etdiyindən  yüksək həcmli çörək çıxı-
mına malik olur.  
Ikinci sinfə orta qüvvəyə malik olan sortlar daxildir. Belə 
sortların unundan yüksək və orta keyfiyyətli çörək alınır. Lakin 
bu sinfə daxil olan sortlar aşağı keyfiyyətli sortlarla qarış-
dırıldıqda onların çörəkbişirilmə keyfiyyətini yaxşılaşdıra 
bilmir. Bu sinfə aid olan buğdalarda zülalın miqdarı 11-13%, 
kleykovina 25-27% olmaqla, keyfiyyətcə II qrupa aid olur.  
Üçüncü sinfə zəif (aşağı) keyfiyyətli buğda sortları daxildir 
ki, bu sortların unundan aşağı kefiyyətli çörək alındığından 
əsasən qənnadı sənayesində istifadə edilir.  
Bərk buğdalara bir sıra ölkələrdə  “makaron buğdası” de-
yilir. Bu buğdaların həm yazlıq, həm də payızlıq sortları ma-
karon  istehsalı üçün əvəzedilməz xammaldır. (Cədvəl 16) 
 
Bərk buğdaların keyfiyyət göstəriciləri 
                                                                     Cədvəl 16 
Göstəricilər 
Norma 
I sinif 
II sinif 
III sinif 
Natura kütləsi (q-la) 
770 
745 
745 
Başqa sortların qarışığı (%-lə) 10  15 
15 
Kleykovinanın miqdarı (%-lə) 28  25 
22 
Kleykovinanın keyfiyyəti 
İkinci qrup 
 
Düzgün elmi əsaslarla tərtib edilmiş növbəli  əkin dövriy-
yəsində qabaqcıl aqrotexniki tədbirlərin həyata keçirilməsi ilə 
keyfiyyətli məhsul alınması təmin edilir. 
Əkin dövriyyəsində qara herikdən sonra becərilən buğda 
dəninin tərkibindəki zülalın miqdarı digər sələflərdən sonra 
əkilən buğdanınkından  çox olur. 
Azərbaycan  şəraitində  sınaqdan keçirilən payızlıq buğda 
(Qaraqılçıq-2, Bol buğda, Pərzivan-1) sortlarından  ən yüksək 
məhsul yemləmə gübrəsini bitkinin kollanma (ilk yazda) və 


134 
boruyaçıxma mərhələlərində tətbiq etdikdə alınmışdır. 
Payızlıq buğdanın keyfiyyəti dedikdə onun çörəkbişirilmə, 
un və makaron keyfiyyətinin xarakterizə edən göstəriciləri – 
dənin forması, ölçüləri, rəngi, şüşəvariliyi, natura kütləsi, 1000 
ədəd dənin kütləsi, kül elementlərinin, zülalın, kleykovinanın 
miqdarı  və keyfiyyəti, nişastanın miqdarı, xəmirin fiziki 
xüsusiyyətləri, çörəyin həcm çıxımı  və keyfiyyəti, makaronun 
fiziki və texnoloji xüsusiyyətləri başa düşülür. 
 
Bərk və qüvvəli buğdaların keyfiyyətinin 
təyin edilməsi 
Yığıma 5-6 gün qalmış  bərk və qüvvəli buğdaların sahəsi 
onun keyfiyyətini müəyyənləşdirmək üçün sahələr üzrə ayrılır. 
Sonra həmin sahələrdən dərzlər götürülür, döyülür və  dənin 
keyfiyyəti (şüşəvariliyi, kleykovinanın miqdarı  və keyfiyyəti) 
təyin edilir (cədvəl 17). Analizin nəticələrinə  əsasən sahələrin 
yığım vaxtı və üsulu müəyyən edilir. 
 
Bərk və qüvvəli  buğdalara verilən tələblər 
 
                                                                            Cədvəl 17 
Dənin keyfiyyətinə 
görə xarakteristi-
kası 
Kleykovina 
Şüşəvariliyi 
Miqdarı 
(%-lə) 
Keyfiyyət 
qrupu 
Qüvvətli 33-dən çox 

60-dan çox 
Qiymətli 
28-31 
25-17 
25-dən çox 


II 
60-dan çox 
60-dan çox 
60-dan çox 
Bərk buğda 
I sinif 
28-dən çox 
II 
75 
II sinif 
25-28 
II 
60-75 
III sinif 
22-25 
II 
40-60 
 
 


135 
Təsərrüfatlarda buğdaların keyfiyyətinə görə  
qruplaşdırılması 
 
Mövcud DÜST 9354-67 və DÜST 9353-67-ə uyğun olaraq 
qüvvəli və eləcə də bərk buğdanın keyfiyyətinə görə partiyalara 
ayrılır. Bu işin gedişinin düzgün təşkil edilməsinə  təsərrüfat 
rəhbərləri cavabdehdirlər.  
Xırmanlarda bərk və qüvvəli buğdaların partiyalara ayrıl-
masında dənin yetişkənliyi, sələfləri, sort və reproduksiyalar 
nəzərə alınmalıdır.  
Alınmış partiyalardan taxıl tədarükü idarələrinin laborantı 
nümunələr götürür və onun keyfiyyətini qüvvədə olan me-
todikaya uyğun təyin edir. Nümunələrin götürülməsi üçün akt 
tərtib edilir və  həmin aktda nümunənin nömrəsi, tarlanın adı, 
sahəsi və partiyada olan dənin miqdarı qeyd edilir. Tədarük 
idarələrinin laboratoriyasında təsərrüfatın və rayon mütəxəs-
sislərinin iştirakı ilə  dəndə kleykovinanın miqdarı  və key-
fiyyəti, nəmliyi, zibilliyi və s. təyin edilir.  
Analizin nəticəsi xüsusi jurnalda qeyd olunur və təsərrüfatın 
mütəxəssisinə analizin nəticələri yazılmış forma təqdim edilir. 
Nümunənin qalığı  tədarük idarələrinin laboratoriyalarında 
saxlanılır.  
 
 
 


136 
IX FƏSİL 
 
TOXUMUN SƏPİN KEYFİYYƏTİ VƏ  
KONDİSİYASI 
 
 
Səpin məqsədi ilə ayrılan toxumlar lazım tələbata uyğun 
gəlməlidir. Bu tələbata kondisiya deyilir. Fermerlər buna 
xüsusi diqqət yetirməlidirlər. 
Kondisiyaya uyğun olmayan toxumlardan səpin üçün 
istifadə edilməməlidir. Ona görə də hər bir fermer çalışmalıdır 
ki, yüksək məhsuldar, başqa sort və alaq otu, zibil qarışığından 
təmiz, sağlam və zərərvericilər tərəfindən zədələnməyən toxum 
yetişdirsin, həmçinin bu toxumlar uzun müddət saxlamağa 
imkan verən normal nəmliyə malik olsun. 
Toxumlar səpin keyfiyyətindən asılı olaraq I, II və III 
standart siniflərə bölünür. 
I sinif toxumlar  ən yüksək  keyfiyyətli, II sinif orta və III 
sinif I və II siniflərə nisbətən aşağı keyfiyyətli hesab olunur. 
Fermer təsərrüfatlarında imkan daxilində birinci sinif toxum-
lardan istifadə edilməlidir. 
Birinci sinif toxumlar çatmadıqda isə ikinci sinif  toxum-
lardan istifadə edilir. Toxumların təmizliyini və cücərmə 
qabiliyyətini  yüksəltmək üçün başlıca tədbir onları təmizləmək 
və çeşidlərə ayırmaqdır. Bu üsulla hər cür qatışıq, o cümlədən 
cücərti verə bilməyən toxumlar kənar edilir. 
 
9.1. Toxumun səpin  keyfiyyət göstəricilərinin  
təyini üsulları 
 
Kənd  təsərrüfatı ilə məşğul olan torpaq mülkiyyətçiləri yax-
şı bilirlər ki, yüksək məhsul yalnız yaxşı seçmə toxumdan 
yetişdirilə bilər. Toxum nə qədər yaxşı keyfiyyətli olsa, ondan 
inkişaf edən bitkiləri də bir o qədər güclü, məhsuldarlıq isə 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   89




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə