Microsoft Word Toxumshunasliq 2014 mbm



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə42/89
tarix24.04.2018
ölçüsü2,8 Kb.
#40008
1   ...   38   39   40   41   42   43   44   45   ...   89

140 
Elevator quyusundan toxum boşaldıqda və ya yükləndikdə 
toxum axınından nümunə götürmək üçün xüsusi çömçədən 
istifadə edərək axının bütün eni boyunda nümunə götürülür. 
Toxum bir elevator quyusundan digər elevator quyusuna 
keçirildikdə, hər ton toxumdan 0,1 kq nümunə götürülür. Qalan 
hallarda isə hər 20 tondan orta nümunə düzəldilir. 
Fermerlər yuxarıda göstərilənlərə hökmən əməl etməlidirlər. 
Əks təqdirdə külli miqdarda maddi ziyan çəkə bilərlər. 
Toxumun səpin keyfiyyətini təyin etmək üçün əsas nümu-
nədən iki orta nümunə: biri toxumların cücərmə qabiliyyətini, 
cücərmə enerjisini, xəstəliklərə tutulmasını, mütləq çəkisini, tə-
mizliyini təyin etmək üçün: ikincisi isə toxumların rütubətliyini 
və anbar zərərvericilərinə tutulmasını  təyin etmək üçün 
götürülür. 
Bitkilərin və toxumların iriliyindən asılı olaraq, orta nü-mu-
nənin çəkisi müxtəlifdir. Məsələn, buğda, çovdar, vələmir, ar-
pa, qarğıdalı, çəltik, noxud, lərgə, günəbaxan, soya və yerfın-
dığından orta nümunənin çəkisi 100 qram; darı, mərcimək, qa-
rabaşaq, çuğundur, qarpız, yemiş  və qabaqdan 500 qram; qır-
mızı şabdar və yoncadan 250 qram; sorqo, sudan otu 200 qram; 
çoban toppuzu, çovdarotu, pişikquyruğu otu və yerkökündə isə 
30 qram olur. Orta nümunə mütləq toxum saxlanılan yerdən 
götürülür və toxum-nəzarət laboratoriyalarına dərilənə  qədər 
orada saxlanılır.  
Orta nümunə almaq üçün toxumları hamar səth-stol və ya 
foner üzərinə töküb xətkeşlə kvadrat şəklində hamarlayırlar. 
Sonra həmin xətkeşlə toxumları diaqonal xətt üzrə 4 hissəyə 
bölür və qarşı-qarşıya duran iki üçbucaq götürülərək qalan iki 
hissə qarışdırılır. (Şəkil 12) 
Bu  əməliyyat müvafiq bitki üçün müəyyən edilmiş  çəkidə 
orta nümunə alınana qədər davam etdirilir. Bundan sonra qarşı-
qarşıya duran üçbucağın  toxumlarını bir yerə tökür, təmizliyini 
və cücərmə qabiliyyətini təyin etmək üçün kisəyə doldurulur
rütubətliyi və anbar zərərverici-lərinin yoluxmasını müəyyən 


141 
Şəkil 12. Diaqonallar üzrə bölünmə üsulu  
etmək məqsədilə qalan iki üçbucaqdakı nümunəni kisəyə töküb 
ağzını möhkəm bağla-dıqdan sonra surquclayıb  parafinləyirlər. 
 
Kisəyə  nümunələrə iki nüsxədən ibarət etiketlər yazılır. Eti-
ketdə fermer təsərrüfatının adı və ünvanı, bitkinin adı və sortu, 
məhsul ili, toxum partiyasının çəkisi, toxum partiyası  və nü-
munənin nömrəsi, kisələrin nömrəsi göstərilir. Etiketlərin biri 
kisənin  xaricindən yapışdırılır,  ikincisi  isə onların içərisinə 
qoyulur. Orta nümunə götürüldükdə 2 nüsxədən ibarət akt 
yazılır, aktlardan biri təsərrüfatda saxlanılır, digəri isə orta 
nümunə ilə göndərilir. Akta orta nümunənin götürülməsində  
iştirak  edən şəxslər  imza edir və o, möhürlə təsdiqlənir. 
 
9.3. Toxumun təmizliyinin təyini 
 
Fermerlər bəzən toxum üçün ayrılmış materialların tə-
mizliyinə, hətta hansı ölkədən gətirilməsinə fikir vermirlər. 
Nəticədə baha qiymətə aldıqları toxumdan çox aşağı  məh-sul 
əldə edirlər. Hətta gələcək əkin üçün həmin məhsuldan toxum 
kimi istifadə edə bilmirlər. Toxum üçün ayrılmış ma-terial 


142 
təmiz olmalıdır, çünki müxtəlif qatışıqların olması  əkin sahə-
sinin zibillənməsinə və məhsuldarlığın aşağı düş-məsinə səbəb 
olur. Qarışıqların olması, xüsusilə toxumlar saxlandıqda onun 
keyfiyyətinin xarablaşmasına səbəb olur. Ona görə  də toxum-
nəzarət laboratoriyaları toxumların zibillik dərəcəsini və tərki-
bini yoxlayır.  Əgər toxumda zibillik dərəcəsi Dövlət Standar-
tındakından artıq olarsa, laboratoriya toxumların təmizlənmə-
sinə dair göstəriş verir. 
Toxumların təmizliyini təyin etmək üçün diqqətlə qarışdırıl-
mış orta nümunədən-qarğıdalı, noxud, lobya və paxladan 200 
qr; lərgə, günəbaxan, soya, qarpız və qovaqdan 100 qr; buğda, 
çovdar, vələmir, arpa və  çəltikdən 50 qr; sorqo, sudan otu, 
çuğundurdan 25qr; darıdan 5 qr; pişikquyruğundan 2 qr; şabdar 
və yoncadan 5 qr miqdarında 2 nümunə götürülür. 
Götürülmüş hər nümunə ayrıca təhlil edilərək ştapellə 2 yerə 
-  əsas bitkinin təmiz toxumlarına və  çıxara ayrılır.  Əsas 
bitkinin təmiz toxumlarına; rəngindən asılı olmayaraq; içi boş 
və  xırda toxumlardan başqa, kifayət qədər dolğun olmayan 
toxumlar; rüşeymi qismən zədələnmiş toxumlar; qılafı çatlamış 
toxumlar; çiçək qruplarının qalıqları qalmış toxumlar. 
Tədqiq olunan bitki toxumlarının çıxarına-rüşeymsiz, xırda 
və cılız, kökcüyü qılafdan xaricə çıxmış və cücərmiş toxumlar; 
əzilmiş və yastılaşmış toxumlar, rüşeymin olub-olmamasından 
asılı olmayaraq, toxumun 1/3 hissəsindən çoxu itirilmiş
parçalanmış və zədələnmiş toxumlara aiddir. 
Canlı zibillərə alaq bitkilərinin toxumu, başqa mədəni bit-
kilərin toxumu, sürməyə tutulmuş toxumlar, buğda nematodu-
nun fırları, toxumların diri zərərvericiləri və diri sürfələri 
daxildir. 
Cansız zibillərə torpaq və daş parçaları, qum, gövdə  qırıq-
ları, toxumsuz çiçək qrupları, meyvə və toxum qalıqları, başqa 
mədəni bitkilərin zədələnmiş, rüşeymsiz toxumları, digər to-
xum parçaları, ölü zərərvericilər və ölü sürfələr daxildir. 
Nümunədə olan təmiz toxum və  çıxarlar ayrıldıqdan sonra 


143 
0,01 qr dəqiqliyinə  qədər çəkilir və faizi tapılır. Məsələn, 50 
buğda dənində  cəmi 1,12 qr çıxar olmuşdur. Bu zaman təmiz 
toxum 50 qr – 1,12 qr = 48,88 qr, yaxud 97,76%-ə  bərabər 
olur.  İki nümunə arasında olan fərq yol verilə biləcək 
miqdardan artıq olmazsa, təhlil qurtarmış hesab olunur, artıq 
olduqda isə üçüncü nümunə götürülür. 
 
9.4. Toxumun cücərmə qabiliyyətinin təyin olunması 
 
Toxumların cücərmə qabiliyyəti, müəyyən edilmiş müddət-
də normal inkişaf etmiş cücərtilər verən toxumların sayının,  
götürülmüş toxumların sayına olan nisbətdir. Cücərmə qabiliy-
yəti toxumların keyfiyyətini göstərən  əlamətlər içərisində  ən 
mühüm cəhətdir. Çünki, cücərmə qabiliyyətinə görə    səpin 
norması  təyin edilir. Cücərmə qabiliyyətinə malik olan to-
xumlarla səpin apardıqda sahədə tez və normal cücərti alınır. 
Cücərmə qabiliyyəti standarta uyğun olmazsa, toxum səpin 
üçün yararsız hesab olunur. 
Cücərmə qabiliyyətini təyin etmək üçün hər birində 100 
ədəd toxum olmaqla 4 nümunə, iri toxumlu bitkilərdə (qarpız, 
qarğıdalı, paxla və noxud) isə 50 ədəd toxum olmaqla 4 nü-
munə götürülür. Toxumları cücərtmək üçün yataq məqsədilə 
süzgəc kağızı  və ya yundan istifadə edilir. 
Toxumlar cücərdildikdə iriliyindən asılı olaraq  döşənək 
üzərində bir-birindən 0,5-1,5 sm aralı  məsafədə yerləşdirilir. 
Qumda cücərdildikdə onun qalınlığına uyğun olaraq basdırılır. 
Toxumlar düzüldükdən sonra hər sınaq döşənəyinin  üzərinə 
qeydə alma nömrəsi, nümunə (100 toxum) nömrəsi, cücərmə 
qüvvəsi və qabiliyyətinin hesablanması tarixini göstərən etiket 
qoyulmalıdır. Bütün qeydlər adi qara karandaşla aparılmalıdır. 
Toxumlar termostatda cücərdilməlidir. 
Tələb olunan şərtlərə əməl edildikdə toxumun cücərmə qa-
biliyyəti haqqında düzgün məlumat  əldə etmək olar. Buğda, 
arpa, vələmir, qarğıdalı  və çovdar toxumları o vaxt cücərmiş 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   89




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə