Microsoft Word Toxumshunasliq 2014 mbm



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə41/89
tarix24.04.2018
ölçüsü2,8 Kb.
#40008
1   ...   37   38   39   40   41   42   43   44   ...   89

137 
yüksək olar. 
Yaxşı toxum yüksək məhsulun rəhnidir. Ona görə də hər bir 
təsərrüfat səpin üçün tədarük etdiyi toxumun yüksək keyfiy-
yətli olması üçün  mümkün olan bütün tədbirləri görməlidir. 
Səpin üçün ayrılan bütün toxumlar tələbata uyğun gəlməlidir. 
Daha doğrusu səpin üçün hazırlanan toxum təmiz olmalıdır. 
Yəni toxum materialında tullantı və qatışıqlar nə qədər az olsa, 
toxum bir o qədər təmiz olar. 
Toxumlar yüksək cücərmə qabiliyyətinə, iriliyinə  və  bəra-
bər formalı, normal rütubətli və sağlam olmalıdır.  Belə key-
fiyyətlərə malik toxum əldə etmək üçün  səpindən qabaq to-
xumları qarışıqlardan  təmizləmək, çəkisinə  və iriliyinə görə 
çeşidləmək, mütləq çəkisini təyin etmək, təsərrüfat yarar-lılığı-
nı, xəstəlik və ziyanvericilərə, karantin alaqlara tutulma dərəcə-
sini yoxlamaq lazımdır. Toxum kondisiyaya uyğun ol-mazsa, 
müəyyən tədbirlər görülməlidir. Qabaqcıl fermer, to-xumçuluq 
sahəsinin mütəxəssislərinə müraciət etməlidir. Adətən toxumun 
keyfiyyəti toxum nəzarət laboratori-yalarında təyin edilir və 
keyfiyyətə dair sənəd verilir. 
Kənd təsərrüfatında yüksək məhsul ancaq  yüksək keyfiy-
yətli toxum səpilmiş  əkinlərdən almaq olar. Toxumun səpin 
keyfiyyəti bir çox göstəricilərlə təyin edilir: təmizliyi, cücərmə 
enerjisi, cücərmə qabiliyyəti, nəmliyi, 1000 toxumun  çəkisi, 
xəstəlik və zərərvericilərə yoluxma dərəcəsi. 
 Toxumun  səpin keyfiyyəti toxumçuluq idarələri tərəfindən 
müəyyən edilməklə DÜST-ə görə 12036-81 ilə  təyin edilir. 
Aqronomlar bu standartı bilməli və ona əməl etməlidirlər. 
     Bütün  bu  işlərin görülməsi üçün orta nümünənin götürül-
məsi vacib şərtlərdəndir. Nümunə  bütün partiya toxumu əhatə 
etməli, bütün  sənədləri yoxlanılmaqla götürülməlidir. 
     Orta nümunəni götürmək üçün xüsusi alətlərdən –araölçən-
lərdən - şuplardan  istifadə etmək lazımdır. Bunlar toxumların 
saxlanılma üsulundan asılı olaraq müxtəlif olur.  
Şuplar - konusvari, silindrik, kisə  şupu, yonca bitkisinin 


138 
Şəkil 11. Toxumların  götürülməsi 
üçün şuplar: 
1.   Silindrik; 
2.   Konusvari; 
3.   Kisə şupu; 
4.   Üçyarpaq yonca üçün; 
5.   Dənli bitkilərin toxumlarından 
nümunə götürmək üçün alət 
toxumundan, dənli bitkilərin 
toxumundan nümunə götür-
mək üçün və hobbe şupudur. 
(Şəkil 11) 
Konusvari  şupu – açıq 
maşınlardan, vaqon və anbar-
lardan nümunə götürmək 
üçün istifadə edilir. 
Kisə şupu – bağlı kisələr-
dən orta nümunənin götürül-
məsi üçün istifadə olunur. 
Silindrik  şup – açıq kisə-
lərdən orta nümunə götür-
mək üçün istifadə edilir. 
Hobbe  şupu – bağlı  xırda 
toxumlu kisələrdən nümunə 
götürmək üçün istifadə edilir. 
Maşın, anbar və.s toxum 3 
qatdan götürülür. 
Kisədən isə 3 yerdən (10 
qədər), 10-25 kisədə olanda 
hər kisənin bir yerindən, 26-
100 kisədə isə  hər beş kisə-
dən bir, 100-artıq  kisə olsa 
hər 10 kisədən bir nümunə 
götürülür. 
Qarğıdalıdan qıçalı halda isə 15 yerdən 5-5 qıça götürülür (3 
qatdan). 
Bütün nümunələr brezent, faner və.s üzərinə tökülür. İyi, 
rəngi, müxtəlifliyi və.s öyrənilir.  Əgər eynidirsə onlar eyni 
yığılır və qarışdırılır.  Bu ilk nümunə taxıllarda 1kq, yonca və.s  
250 qr.  olmaqla   təqribən 40000  toxum  olmalıdır. 
Başlanğıc  nümunə  stola  və. s   tökülür,  xaç  üsulu  ilə  4  
yerə bölünür, 2 – si  saxlanılır və göstərilən  çəkidə  nümunə  
qalana  qədər  əvvəlki  formada  təkrar  edilir . 


139 
9.2. Toxum partiyasından orta nümunənin  
götürülmə qaydası 
 
Toxumun keyfiyyəti bütün toxum partiyasının keyfiyyətini 
əks etdirən orta nümunəyə (əsas nümunə toxumların laborato-
riyada təhlil etmək üçün ayrılmış hissəsinə orta nümunə de-
yilir)  əsasən təyin edilir. Ona görə  də orta nümunə götürmək 
qaydalarına ciddi əməl etmək və bu işin çox mühüm və məsu-
liyyətli olduğunu yadda saxlamaq lazımdır. Çünki götürülmüş 
orta nümunə toxum partiyasının keyfiyyətini əks etdirməlidir. 
Toxum partiyasına düzgün qiymət vermək üçün müxtəlif 
bitkilərdən müəyyən edilmiş  çəkidə bircinsli toxum partiya-
sından orta nümunə götürülür (bir bitkidən, sortdan, nəsildən
sort təmizliyi dərəcəsindən, ilin məhsulundan, dərman bitkiləri 
üzrə isə bundan əlavə bir cinsdən olan əkiləcək, saxlanılacaq və 
ya göndəriləcək hər hansı bir toxumun miqdarına toxum parti-
yası deyilir). Məsələn, buğda, çovdar, vələmir, qarğıdalı, qara-
başaq, noxud, çəltik, mərcimək, paxla, günəbaxan, gənəgər-
çək,və s. bitkilərin hər 200 sentnerindən; darı, sorqo, çuğundur 
80; yonca, şabdar, çobantoppuzu, qarpız, qabaq, yerkökü, bit-
kilərinin 20; kartofun hər 2 sentner çəkisində olan toxum ma-
terialı bir partiya sayılır. Partiyanın çəkisi göstərilən miqdardan 
artıq olarsa, o qəbul edilmiş  çəkidən artıq olmayan yoxlama 
vahidlərinə bölünür və hər hissədən ayrıca nümunə götürür. 
Toxum partiyası  yığınlarda saxlanılarsa, nümunələr konus 
şəkilli və ya silindrik çalovlarla (şuplarla) götürülür. Toxum 
tığlarının müxtəlif dərinliyindən 3 nümunə: üst qatdan 10 sm 
dərinlikdə, ortadan yığının tən ortasından və  aşağısın-dan dö-
şəmədən nümunə götürülür. Anbarlarda, yığınlarda, avtomaşın 
və arabalarda olan toxumların 5 yerindən 3 qatdan 15 nümunə 
götürülür. 20 ton toxum tutan vaqonlardan isə 11 nöqtədən və 3 
qatdan 33 nümunə götürülür. 
Elevator quyusundan toxum boşaldıqda və ya yükləndikdə 
toxum axınından nümunə götürülür. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   89




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə