130
sında
yetişmə şəratinə, torpağa təsirinə və biologiyasına görə
müxtəlifliyi ilə müəyyən edilir. Bu zaman toxumluq əkinlərin
sort təmizliyini də nəzərə almaq lazımdır. Beləliklə, buğdanın
müxtəlif sortlarının, buğda və arpanın, çovdar və buğdanın to-
xumlarını bir-birinə yaxın əkmək olmaz, çünki onların toxum-
ları bir-birindən çətin ayrılır.
Bizim ölkədə dənli bitkilərin toxumluq əkinləri üçün təmiz
herik ən yaxşı sələfdir.
Lakin ayrı-ayrı illərdə təmiz herikdə dənlilər yatır və yaxud
onların yetişməsi uzanır. Rütubətli zonalarda payızlıq bitkilər
üçün ən yaxşı sələflər
çoxillik otlar, noxud və silos üçün qarğıdalı
altında olan heriklərdir. Altaysk vilayətinin dövlət sort sahələ-
rindən təmiz heriklərdə hektardan 19,1 sen yazlıq buğda, buğdanı
buğda ilə yerləşdirdikdə isə 15,1 sen alınmışdır. Bu zaman to-
xumların keyfiyyəti də aşağı düşür: 1000 ədəd dənin kütləsi və
zülalın faizi azalır, xəstəliklərə yoluxması çoxalır. Bu da sortun
məhsuldarlıq xassələrinin tez itirilməsinin ən əsas səbələrindən
biridir. Xəstəliklərin əhəmiyyətli inkişafı zamanı toxumluq
əkində toxumların məhsuldarlığı kəskin sürətdə aşağı düşür.
K\t bitkilərini növbəli əkinlərdə yerləşdirdikdə, ayrı-ayrı
sortların xüsusiyyətlərini nəzərə almaq lazımdır.
Burada məh-
şur bioloji qanunauyğunluğu nəzərə almaq lazımdır: sort nə
qədər məhsuldar olsa, o qədər də becərmə şəraitinə tələbkardır,
pis şəraitdə isə onun məhsuldarlığı az məhsuldar sorta nisbətən
aşağı düşür.
Payızlıq buğda sortlarının məhsuldarlığının sələflərdən asılılığı (sen/ha)
Cədvəl 15
Sort
Sələf
Qara herik
Noxud
(toxumluq)
Qarğıdalı
(silos üçün)
Payızlıq
taxıllar
Pərzivan-1
36,0 31,7 16.0 25,5
Nurlu-99_33,8_29,0_22,0_36,2_Bol_buğda'>Nurlu-99
33,8 29,0 22,0 36,2
Bol buğda
30,5 30,5 21,3 30,1
131
Ən yüksək məhsuldarlıq təmiz herikdə (36,2 s/ha) payızlıq
buğdanın daha məhsuldar olan
Nurlu-99
olmuşdur. Belə halda
Nurlu-99
sortunun məhsuldarlığı başqa sortlara nisbətən 6,1 –
10,7 s/ha artıq olmuşdur. Deməli
toxumçuluğun növbəli əkin-
lərində ən yaxşı sələflər daha məhsuldar sortlar olunmalıdırlar.
Burada izah olunanların hamısını toxumluq əkinlərin
növbəli əkinlərində bitki və sortların düzgün növbələşdirilməsi
üçün nəzərə almaq lazımdır.
Torpağın becərilməsi. Torpağın becərilmə sistemi müəyyən
bitkilərə, torpaq müxtəlifliyinə uyğun, enerji qoruyucu, toxum-
luq əkinlərdə isə sortlara uyğun olmalıdır. Yaxşı becərilmə,
torpağın fiziki xassələrini yaxşılaşdıraraq,
gübrələrin, pestisid-
lərin, ən yaxşı sortların yüksək keyfiyyətli toxumların və
aqrotexniki tədbirlərin yüksək effektli istifadəsini təmin edir.
Zərərvericilərlə, xəstəliklərlə yoluxmuş və ağır mexaniki
quruluşa malik olan topaqlarda becərilmənin əhəmiyyəti mü-
hüm dərəcədə artır. Toxumluq əkinlərdə alaq otlarını məhv
etmək lazımdır, hər şeydən əvvəl çətin seçilənləri (vələmir,
tatar qarabaşağı, yabanı turp) və xüsusən də karantin (sarı
sarmaşıq, ətirşah, kəkrə) alaqları.
Alaq otları olduqda toxumların sinfi aşağı enir, karantin
alaqların olması isə toxumlar əkin üçün yararsız edir. Bundan
əlavə alaq otları mədəni bitkilərin toxumlarının
tarla cücərtisini
aşağı salır. Becərmə bütün torpaq proseslərinin istiqamətli
idarə edilməsinə və bitkilərin inkişafı üçün daha əlverişli
şəraitin yaradılmasına imkan verir.
Texniki avadanlığın, əkinçilik mədəniyyətinin artırılması
sahələrdə aparılan əməliyyatların sayını mühüm dərəcədə
çoxaldır ki, bu da torpağın quruluşuna mənfi təsir göstərir,
eroziya proseslərini və quraqlığın ziyanverici təsirini güc-
ləndirir.
Ona görə də, son zamanlar bir neçə əməliyyatların
azaldılması, eləcə də illik şumlamanı herbisidlərin intensiv
istifadəsi, kotansız şumlama və üzdən becərmə ilə əvəz
edilməsi çox mühüm problemlərdən biridir.
132
8.2. Bəzi aqrotexniki tədbirlərin toxumun
keyfiyyətinə təsiri
Bu göstəricilər yeni sortların yaradılması prosesində mühüm
əhəmiyyətə malik olmaqla gələcək məhsulun yararlılıq dərə-
cəsini müəyyən edir. Nəzərə alınmalıdır ki, zülalın dəndəki
miqdarı çox mürəkkəb bir əlamət olmaqla sortun bir sıra mor-
foloji göstəriciləri ilə əks korrelyativ asılılıqla xarakterizə olu-
nur. Yəni, yüksək məhsuldar sortların dənində ümumi zülalın
miqdarı bir qayda olaraq aşağı olur ki,
bu da onun keyfiyyət
göstəricilərinə təsir edir.
Dəndə zülalın miqdarının yüksək olması buğda bitkisində
arzu olunandırsa, pivəbişirmə sənayesi üçün əsas xammal olan
arpanın dənində pis keyfiyyət göstəricisi kimi qiymətləndirilir.
Ümumilikdə isə dənin keyfiyyət göstəricilərinin qiymətlən-
dirilməsi müvafiq metodlar rəhbər tutulmaqla yerinə yetirilmiş
laboratoriya analizlərindən əldə edilən göstəricilər əsasında
aparılır. Seleksiya prosesi üçün nəzərdə tutulmuş müxtəlif yerli
və beynəlxalq qiymətləndirmə şkalalarının göstəricilərinə əsa-
sən dənin biokimyəvi və texnoloji
xüsusiyyətlərinin qiymətlən-
dirilməsi aparılır.
Təsərrüfatlarda əsasən buğdanın iki növü (yumşaq və bərk)
geniş yayılmışdır. Bu növlər botaniki və təsərrüfat xüsusiy-
yətlərinə görə fərqləndiyi kimi, kimyəvi və texnoloji xüsusiy-
yətlərinə görə də fərqlənir. Yumşaq buğdalar əsasən çörək,
bərk buğdalar isə makaron üçün istifadə edilir.
Çörəkbişirmə keyfiyyətinə görə yumşaq buğdalar 3 sinfə
bölünür: birinci sinfə qüvvəli buğdalar aiddir. Bu buğdaların
əsas xüsusiyyətləri ondan ibarətdir ki, onların unu yüksək key-
fiyyətli, yüksəkhəcmli çörək çıxımına malikdir.
Bunlar çörə-
kbişirilməsini təmin etməklə yanaşı, aşağı keyfiyyətli unla
müəyyən nisbətdə (15-20%) qarışdırıldıqda onların çörəkbişi-
rilmə keyfiyyətini də xeyli yaxşılaşdırır.
Qüvvəli buğdaların ununun suudma qabiliyyəti, kleyko-