205
IV. Uluslararası Türk Kültür Coğrafyasında Eğitim ve
Sosyal Bilimler Sempozyumu
27-30 Haziran 2018/Bakü-Azerbaycan
IV. International Symposium on Educational and
Social Sciences in Turkish Cultural Geography
27-30 June 2018/Baku-Azerbaijan
Bu dövrdə A.Qurbanovun S.Vurğunun "Vaqif" pyesinin dili və üslubu» adlı namizədlik dissertasiyasında,
qiyabi oxuyan tələbələr üçün «Müasir Azərbaycan dilinin frazeologiyası" [10] adlı metodiki göstərişdə və «Müasir
Azərbaycan ədəbi dili" kitabında frazeologiyadan geniş bəhs edilmişdir.
Frazeologiyanın tədqiqi M.Məmmədovun "N.Nərimanovun nəsr əsərlərinin leksikası və frazeologiyası"
adlı namizədlik dissertasiyasında da öz əksini tapmışdır. Müəllif dissertasiyanın ikinci fəslini bütünlüklə
frazeologiyaya həsr etmiş, burada N.Nərimanovun nəsr əsərlərində işlənən frazeoloji vahidlərin morfoloji növü,
o cümlədən feili frazeoloji vahidlər haqqında ətraflı danışmış və onların üslubi xüsusiyyətlərini göstərmişdir.
Görkəmli leksikoqraf-alim Ə.Orucov "Azərbaycan dili filoloji izahlı lüğətinin nəzəri əsasları"
monoqrafiyasında müasir dilimizin frazeologiyasına toxunaraq yazır: "… frazeologiyanın əhatə dairəsi daha
genişdir. Frazeologiya dedikdə, dildə olan sabit söz birləşmələrinin hamısı nəzərdə tutulur. Frazeologiyaya eyni
zamanda, məsəllər, atalar sözləri, klişe halını almış tərkiblər, aforizmlər və s. də daxildir".
Bütün bu görülən işlər Azərbaycan dili frazeologiyasına marağı daha da artırmış, yeni-yeni problemlər
meydana çıxmışdır. Bununla da, frazeologiyada yaranmış problemlər aparılan tədqiqat işlərində ətraflı şəkildə
araşdırılaraq təhlil edilmişdir.
Belə tədqiqat işlərindən biri K.Əliyevin "Bədii ədəbiyyatda frazeologiyanın üslubi xüsusiyyətləri" [4
] adlı
namizədlik dissertasiyasıdır.
Azərbaycan dilçiliyində mötəbər (dəyərli) frazeoloji tədqiqatlardan biri də N.Rəhimzadənin "Azərbaycan
dilində idiomatik ifadələr" [7] adlı namizədlik dissertasiyasıdır. N.Rəhimzadə burada idiomatik ifadələrin
əmələgəlmə yollarını, onların məna növlərini, morfoloji əlamətlərinə görə təsnifini, üslubi xüsusiyyətlərini və s.
məsələləri müəyyənləşdirməyi bir vəzifə kimi qarşısına məqsəd qoymuşdur.
H.Bayramov bütün araşdırmalarına, demək olar ki, «Azərbaycan dili frazeologiyasının əsasları" [1]
monoqrafiyası ilə yekun vurmuşdur. Əsər üç fəsildən ibarət olmaqla Azərbaycan dili frazeologiyasının ümumi
məsələlərini, Azərbaycan dili frazeologiyasının strukturunu və Azərbaycan dili frazeologiyasının məna quruluşunu
əhatə edir. Frazeologiyaya həsr edilmiş əsərlərdən biri də H.Həsənovun "Azərbaycan dilinin frazeologiyası"
əsəridir. Elmi-metodiki göstəriş kimi nəşr olunan bu kitab diqqətəlayiqdir. "Müasir Azərbaycan dili" proqramına
uyğun yazılmış həmin əsərin məqsədi vəsaitdə yazıldığı kimi, "qiyabiçi tələbələrdə frazeologizmlər barədə düzgün
təsəvvür yaratmaq, … frazeologizmlərin proqram həcmində mənimsənilməsinə düzgün istiqamət vermək və mövzu
ilə bağlı olan mövcud ədəbiyyata tələbələrin diqqətini cəlb etməkdir".
Ağamusa Axundov "Ümumi dilçilik" kitabında frazeologiya məsələlərindən bəhs edərkən, dilçilik elmində
iki qrup söz birləşmələrinin olduğunu göstərir: sərbəst və qeyri-sərbəst söz birləşmələri (sabit və qeyri-sabit)
terminlərini işlədir. Sonra müəllif bunları aşağıdakı kimi fərqləndirir: "Sərbəst və yaxud qeyri-sabit söz
birləşmələri o birləşmələrə deyilir ki, onların tərkib hissələri müstəqil leksik mənaya malik olsun, morfoloji və
sintaktik cəhətdən üzvlərə ayrılsın. Belə söz birləşmələrini qrammatikanın sintaksis şöbəsi öyrənir”.
Frazeoloji birləşmələr dilin tarixi inkişafı prosesində yaranmış və sabitləşmişlər. Ünsiyyət prosesində
bunlardan hazır şəkildə istifadə edilir. Belə birləşmələri yaradan sözlər öz əvvəlki mənalarından az və ya çox
dərəcədə uzaqlaşır. Frazeoloji birləşmələrin tərkib hissələri əlaqələnərək ümumi bir məna fonu əmələ gətirir. Yəni
tərkib hissələrinə ayrılıqda xas olan mənalar birləşmədə itir. Həmin hissələr vahid məcazi məna bildirir. Bu
cəhətdən frazeoloji vahidlərin tədqiqata cəlb edilməsi bu gün də öz aktuallığını saxlayir.
Açar sözlər: türkologiya, frazeologiya, dilçilik, tədqiqat, əsər.
206
IV. Uluslararası Türk Kültür Coğrafyasında Eğitim ve
Sosyal Bilimler Sempozyumu
27-30 Haziran 2018/Bakü-Azerbaycan
IV. International Symposium on Educational and
Social Sciences in Turkish Cultural Geography
27-30 June 2018/Baku-Azerbaijan
Stok Alım-Satım Kayıt İşlemlerinin Azerbaycan Ve Türkiye Tek Düzen Hesap Planı
Açısından Karşılaştırılması
Turan AHMADOV
UNEC - Azerbaycan Devlet İktisat Universitesi
ahmedovturan@gmail.com
Azerbaycan bağımsızlığını kazandıktan sonra piyasa ekonomisine geçiş sürecine başlamıştır. Geçiş
süresinde birçok alanda olduğu gibi muhasebe alanında da bir sıra değişiklikler yapılmıştır. Bu değişikliklerin
yapılmasında temel nedeni uluslararası düzeyde karşılaştırılabilir, güvenilir ve zamanlı finansal bilgileri
hazırlayıp, ilgili kullanıcılara sunarak, onların karar vermelerine yardımcı olmaktır. 2004 yılında kabul edilen
Muhasebe Hakkında Kanun ve 2008 yılında başlatılan CAPSAP (Corparate and Public Sector Accountability
Project) devlet programı ile muhasebe sisteminin dönüşüm süreci hız kazanmış ve uluslararası standartlarla
uyumlu muhasebe uygulamaları geliştirilmiştir. Stoklar bir işletmenin en önemli varlıkları arasında yer
almaktadırlar. Stoklara ait doğru, güvenilir muhasebe kayıt sisteminin oluşturulması, işletmelerde stok
kullanımının takibi açısından önemlidir. İster bir yıl içerisinde kullanmak ister tüketmek, isterse de daha sonra
satmak amacıyla edinilmiş olsun tüm stoklar her iki hesap planında (Azerbaycan ve Türkiye) tek grup halinde
toplanmıştır. Muhasebe kayıt işlemlerinin karşılaştırılması geniş konu olduğundan burada karşılaştırma kâr
amacı güden, yani ticari şirketler açısından yapılmıştır. Bu nedenle Azerbaycan`da özel ve devlet kurumları için
farklı hesaplar planı olduğundan karşılaştırmaya esas gibi ticari şirketler için hazırlanmış hesaplar planı ele
alınmıştır.
Azerbaycan, Türkiye, Tek Düzen Hesap Planı, Stoklar
Dostları ilə paylaş: |