210
IV. Uluslararası Türk Kültür Coğrafyasında Eğitim ve
Sosyal Bilimler Sempozyumu
27-30 Haziran 2018/Bakü-Azerbaycan
IV. International Symposium on Educational and
Social Sciences in Turkish Cultural Geography
27-30 June 2018/Baku-Azerbaijan
Sinonimik Hadisələrin İnkişafinda Bədii Üslubun Rolu
Tofiq ƏBDÜLHƏSƏNLİ
Azərbaycan Dövlət İqtisad Universiteti - UNEC’in kafedra müdiri,f.e.d., professor
XÜLASƏ
Məqalədə Azərbaycan dilinin lüğət tərkibinin mühüm bir hissəsini təşkil edən sinonimlərin üslubi
çalarlarından, xüsusilə bədii üslubdakı sinonimik hadisələrdən bəhs olunur. Burada göstərilir ki, sinonimik hadisə
əslində elə sözün üslubi aspekti ilə xarakterizə olunur. Belə ki, dildə yaxın və ya eyni mənalı sözlər var ki, bunları
ayrılıqda sinonim kimi düşünmək imkanı olsa da, bir sıra leksik vahidlər yalnız kontekstdə sinonimik mahiyyət
daşıyır. Belə kontekst zənginliyi ilə müşahidə olunan üslublarından biri və sözün əsl mənasında birincisi bədii
üslubdur ki, burada kontekstdən asılı olaraq müxtəlif sinonimik hadisələrlə qarşılaşmaq mümkündür. Məqalədəki
dil faktlarında görkməli Azərbaycan şairi Əli Kərimin poeziyasına istinad olunmuş, nəzəri məsələlər şairin dilinə
əsasən şərh edilmişdir. Belə qeyd olunmuşdur ki, zəngin və dolğun poetik yaradıcılığı ilə ədəbiyyatımız tarixində
mühüm yer tutan Əli Kərimin poeziyasında kontekstdən asılı olaraq təkrarsız və bənzərsiz sinomik hadisələrlər
qarşılaşmaq mümkündür. Onun şeir dilində kontekstdən və lirik qəhrəmanın məqsədindən asılı olaraq müxtəlif
sinonimlərə rast gəlmək olar.
Açar sözlər: Azərbaycan dili, poetik dil, sinonimlər, bədii üslub, məna çaları.
211
IV. Uluslararası Türk Kültür Coğrafyasında Eğitim ve
Sosyal Bilimler Sempozyumu
27-30 Haziran 2018/Bakü-Azerbaycan
IV. International Symposium on Educational and
Social Sciences in Turkish Cultural Geography
27-30 June 2018/Baku-Azerbaijan
Hüseyn Cavid Dilinin Bənzərsizliyi
Matanat AMRAHOVA
Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC)
amrahova2016@mail.ru
Məqalədə böyük Azərbaycan şairi və dramaturqu Hüseyn Cavid irsinin zəngin və
çoxşaxəli, təkrarolunmaz bədii irsinə, unikal yaradıcılığına müxtəlif istiqamətlərdən yanaşılır. Eyni zamanda,
mütəfəkkir sənətkarın dilinin leksik-semantik yükünün bəlli yönü onun Türkiyədə aldığı təhsili və ilk yaradıcılıq
dövrü haqqında geniş məlumat verilir. Həmçinin Türkiyə ilə yaradıcılıq əlaqələrinin ədibin dilinə ciddi təsir
göstərməsindən, dramaturqun Azərbaycan ədəbi mühitinə romantizmi daşıyan ilk ədəbi şəxsiyyətlərdən
olmasından danışılır.
dramaturq, unikal yaradıcılıq, ədəbiyyatşünaslıq, bədii irs, ədəbi ideyaları
212
IV. Uluslararası Türk Kültür Coğrafyasında Eğitim ve
Sosyal Bilimler Sempozyumu
27-30 Haziran 2018/Bakü-Azerbaycan
IV. International Symposium on Educational and
Social Sciences in Turkish Cultural Geography
27-30 June 2018/Baku-Azerbaijan
Beynəlxalq Turizmin İnkişafının Ətraf Mühitə Təsiri
Səidə SULTANLI
“Ətraf mühitin mühafizəsi və iqtisadiyyatı” kafedrası, Azərbaycan Dövlət İqtisad Universiteti
(UNEC), baş müəllim, coğrafiya üzrə fəlsəfə doktoru
saida_sultanli@mail.ru
XÜLASƏ
Müasir dünyada turizm bir çox ölkələrin və beynəlxalq təşkilatların vacib fəaliyyət istiqamətlərindəndir.
Turizmin dünya iqtisadiyyatına və beynəlxalq münasibətlərinə təsiri uzunmüddətli xarakter daşıyır. Beynəlxalq
turizm əsasən ekoloji vəziyyəti qənaətbəxş olan regionlarda inkişaf edir və orada təbiətin mühafizəsi tədbirlərin
görülməsini stimullaşdırır. Eyni zamanda, turist sənayesinin istiqamətləri ölkələrarası münasibətlərin
inkişafından asılıdır. UNESCO tərəfindən turizmin mədəni-qumanitar inkişafında, dünyada sülhün
saxlanılmasında və xalqların yaxınlaşmasında mühüm rolu təsdiqlənir.
2008-2009-cu illərin qlobal maliyyə iqtisadi böhranından sonra turizm sənayesi dünya regionlarında
ardıcıl artım tempini göstərir. Ümumdünya Turizm Təşkilatının (UNWTO) məlumatına görə, 2017-ci ildə
dünyanın bütün turistik istiqamətlərində beynəlxalq turist gəlişlərin sayı 1 mlrd. 322 mln. çatmışdır, bu da 2016-
ci il ilə müqayisədə 7% çoxdur.
Səyahət və turizm üzrə statistik məlumatların təhlili göstərir ki, turizm sənayesi dinamik inkişaf edir və
2017-ci ildə, nəqliyyat xərclərini nəzərə alaraq beynəlxalq turizmdən əldə edilən gəlirlər 1,5 trilyon doll. keçib.
UNWTO-nun hesablamalarna görə, 2018-ci ildə bütün istiqamətlərdə 4-5 %-lıq artım gözlənilir və təşkilatın
proqnozlarına görə, 2020-ci ildə beynəlxalq turist gəlişlərin sayı 1,6 mlrd. çatacaq, turistlərin gündəlik xərcləri
isə 5 mlrd.doll. həcmində olacaq.
Statistik göstəricilərə əsasən, Azərbaycanın turizm sektoru, bütövlükdə, yüksəliş dövrünü yaşayır və
2017-ci ildə Azərbaycana 2 milyon 692 min turist gəlib, bu da əvvəlki il ilə müqayisədə 20% çoxdur. Həmin ildə
ölkəyə beynəlxalq turist gəlişlərindən əldə edilmiş vəsait 2309,5 mln ABŞ dollar həcmində olmuşdur. AR
Mədəniyyət və Turizm Nazirliyinin hesablamaları göstərir ki, 2019-cu ildə turistlərin sayı 3 mln. çatmalıdır.
Turizmin ətraf mühitə təsirinin bir neçə aspektini qeyd etməliyik:
ekosistemlərə və təbii resurslara – torpaq, flora, fauna, hava, landşaft və s.
yerli əhaliyə - mədəniyyətə, dəyərlərə, həyat tərzinə və s.
regional və milli iqtisadiyyata.
Azərbaycan üçün turizm məsələlərini tənzimləyən qanunları və siyasəti, təbii resurslar ilə təmin olunması,
ətraf mühitin dayanıqlılığı və s. amillər əsasında araşdırmalar bilavasitə turizm sənayesinin inkişafına təsirini
göstərən ölkənin qiymətləndirməsinə, dünya ölkələri və bölgələrilə münasibətlərin yaxşılaşdırılmasına və bu
sahədə müvafiq tədbirlərin görülməsinə imkan verir.
Açar sözlər: beynəlxalq münasibətlər, turizm sənayesi, turist gəlişləri, ətraf mühit, ekosistem.
Dostları ilə paylaş: |