202
IV. Uluslararası Türk Kültür Coğrafyasında Eğitim ve
Sosyal Bilimler Sempozyumu
27-30 Haziran 2018/Bakü-Azerbaycan
IV. International Symposium on Educational and
Social Sciences in Turkish Cultural Geography
27-30 June 2018/Baku-Azerbaijan
Mega Etkinliklerin Kent Mekânına Ekonomik Yansımaları: Formula1 Azerbaycan
Grand Prix Örneği
Nurhodja AKBULAEV
Azerbaycan Devlet İktisat Üniversitesi-UNEC
nurhoca@gmail.com
Yusif ALİYEV
Azerbaycan Devlet İktisat Üniversitesi-UNEC
aliyev.yusif@gmail.com
Birçok destinasyonda bölgesel turizm gelirlerini arttırmak amacıyla, son yıllarda etkinlik turizmine
ağırlık verilmektedir. Ziyaretçilerin yaptıkları harcamalar göz önünde bulundurulduğunda olimpiyatlar, Grand
Prix’ler ve şampiyonalar gibi etkinliklerin bölge ekonomilerine önemli katkılar sağladığı görülmektedir. Bunun
en önemli nedeni bu tür etkinliklere katılan ziyaretçilerin yüksek gelir grubundan ve katılımda devamlılık gösteren
bir özelliğe sahip olmasıdır. Spor etkinliklerine katılan ziyaretçilerin bölge içinde yaptıkları harcamaların
ekonomiye doğrudan, dolaylı ve uyarılmış olmak üzere üç tür etkisi bulunmaktadır. Bu çalışmanın amacı, bir
turizm etkinliği olarak değerlendirilen 2016 ve 2017 Formula One Azerbaycan Grand Prix’sine katılan yabancı
ziyaretçilerin yapmış oldukları harcamaların bölge ekonomisi üzerindeki doğrudan, dolaylı ve uyarılmış
etkilerinin ortaya çıkartılmasıdır. Bu araştırmada Formula 1 spor etkinliğinin seçilmesindeki etkenler; bu
etkinliğin bütün dünyada bilinen ve çok sayıda ziyaretçi çekebilen bir spor etkinliği olması ve etkinliğin devamlılık
arz etmesidir. Ülkede gerçekleştirilen etkinliğin olumlu ve olumsuz yönlerinin ölçülmesinde temel unsurlardan
biri söz konusu etkinliğin ekonomik etkileridir. Gerçekleştirilen etkilerin ekonomik etkilerinin belirlenmesi ile
sonraki yıllarda benzeri etkinliklerin planlanması ve geliştirilmesinde önemli araçlardan biridir. Aynı zamanda
etkinliğe katılan ziyaretçilerin profillerinin ve harcama şekillerinin belirlenmesi ile ulaşılması düşünülen hedef
kitlenin istek ve beklentilerine uygun pazarlama stratejilerinin geliştirilmesinde yardımcı olmaktadır. Bu
araştırma, Formula 1 etkinliğinin ilk kez yapılması nedeniyle farklı bir öneme sahiptir Bu araştırmanın sonucu ile
ortaya çıkan bulgularla birlikte etkinliğe katılan turistlerin profillerinin ve harcama türlerinin belirlenmesi ve bu
harcamaların ekonomiye katkılarının ortaya çıkartılması ile bundan sonra bu ve benzeri etkinlikler için yapılacak
çalışmalara bir taban oluşturması düşünülmektedir.
Azerbaycan, Mega etkinlik, Formula 1 Grand Prix, ekonomik etki.
203
IV. Uluslararası Türk Kültür Coğrafyasında Eğitim ve
Sosyal Bilimler Sempozyumu
27-30 Haziran 2018/Bakü-Azerbaycan
IV. International Symposium on Educational and
Social Sciences in Turkish Cultural Geography
27-30 June 2018/Baku-Azerbaijan
İnsanların Alışveriş Merkezleri ile İlgili Görüşleri: Bakü Örneği
Dr. Şahin EKBEROV
sahinekber@gmail.com
Azerbaycan Devlet İktisat Üniversitesi / UNEC
Türk Dünyası İşletme Fakültesi, İktisat ve İşletme Bölümü
ÖZET
Çalışmanın amacı, insanların alışveriş merkezleri ile ilgili düşüncesini ortaya koymaktır. Veri toplama
yöntemi olarak anket yöntemi belirlenmiştir. Anket örnekleme internet üzerinden dağıtılmıştır. 255 anket elde
edilmiştir. Elde edilen veriler SPSS-24 programlarıyla analiz edilecektir. Alışveriş merkezlerinin ister alış-veriş,
isterse de eğlenceni birarada sunması onları insanlar arasında popüler mekanlar yapmaktadır. Azerbaycan`da
da bu eğilim sözkonusudur. Bu açıdan insanların alışveriş merkezleri hakkındaki düşüncelerinin ortaya konulması
önemli olmaktadır.
Anahtar Kelimeler: Alışveriş merkezleri, Azerbaycan.
204
IV. Uluslararası Türk Kültür Coğrafyasında Eğitim ve
Sosyal Bilimler Sempozyumu
27-30 Haziran 2018/Bakü-Azerbaycan
IV. International Symposium on Educational and
Social Sciences in Turkish Cultural Geography
27-30 June 2018/Baku-Azerbaijan
Türk Dillərinin Frazeologiyasi Elmi Tədqiqatlarda
Təranə XƏLİLOVA
Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC)
Filologiya elmləri üzrə fəlsəfə doktoru, dosent
txalilova1962@gmail.com
Türk dillərinin müqayisəli tədqiqi ilə bağlı Azərbaycan dilçiliyində XX əsrin ortalarından başlayaraq bir
çox işlər görülmüşdür. Yəni, ölkəmizdə bu sahəyə böyük diqqətlə yanaşılmış, alimlərimiz türk dillərinə, onların
müqayisəli şəkildə öyrənilməsinə böyük diqqət yetirmişlər.Təsadüfi deyil ki, Azərbaycan türkoloji araşdırmaların
aparıldığı ən böyük mərkəzlərdən biri olmuşdur.Sevindirici haldır ki, bu ənənə müstəqilliyimiz dövründə davam
və inkişaf etdirilməkdədir. Eyni zamanda, türk xalqlarının bir-biri ilə yaxınlaşması, əlaqələrin genişlənməsi indi
daha sanballı elmi işlərin yazılıb araya-ərsəyə çıxarılmasına geniş imkanlar yaratmışdır.
Oğuz qrupu türk dillərindən türkmən dilinin frаzеоlоgiyаsı ХХ əsrdə gеniş şəkildə tədqiq оlunmuşdur.
K.Bаbаyеv türkmən dilindəki frаzеоlоji vаhidlərin struktur-sеmаntik təhlilini аpаrmışdır. M.Аbdurахmаnоvа bu
dildəki sаy kоmpоnеntli frаzеоlоji vаhidləri tədqiq еtmiş və çох mаrаqlı fаktlаr аşkаrlаmışdır. Türkmən dili
frаzеоlоji vаhidləri də dаhа çох lеksikоqrаfik cəhətdən tədqiqаt оbyеkti оlmuşdur. Frаzеоlоji vаhidlər ən çох
ingilis və rus dilləri ilə müqаyisədə öyrənilmişdir. Türkmən yаzıçılаrının əsərlərində işlədilən frаzеоlоji vаhidlər
də аlimlərin tədqiqаt mövzusu оlmuşdur. [6, s.25
]
Türkoloji tədqiqatlarda sabit söz birləşmələri də araşdırıcıların diqqətindən yayınmamışdır. Həmin dildə
bu birləşmələrə aid problemlər barədə A.N.Kononovun yürütdüyü fikirlər maraq doğurur. [8, s.373
]
S.N.Muratov xalis frazeoloji idiomlar, sabit söz birləşmələri, leksik-frazeoloji idiomlar adı ilə frazeoloji
birləşmələrin bir neçə növünü göstərir. Müəllif frazeoloji birləşmələrlə sabit söz birləşmələrinin fərqini
göstərməyə çalışsa da, öz fikrində dolaşıqlıq yaradır. Çünki o, komponentlərdən birinin müstəqil mənası olmayan
tərkibləri də frazeoloji ifadə kimi götürür.
Türkologiya elmində frazeoloji vahidlərin təsnifində yeni bir mərhələni V.V.Vinoqradov açmışdır.
V.V.Vinoqradov frazeoloji vahidlərin semantik strukturunu vermiş və onları təsnif etmişdir. Onun təsnifatının
əsasını frazeoloji söz birləşmələrində komponentlərin mənası ilə yaratdıqları frazeoloji vahidin ümumi mənası
arasındakı münasibətlər təşkil edir[9
]. Qeyd edək ki, V.V.Vinoqradovdan sonra bu məsələdən bəhs edən müəlliflər
frazeologiya sahəsində onun təsnifatını əsas götürürlər.
Z.Q.Uraksinin «Фразеология башкирского языка» əsərinin [11
] başqırd dilində frazeologiyanın
sistemli şəkildə öyrənilməsində rolu böyükdür. Müəllif burada frazeoloji vahidlərin semantik, qrammatik və
sintaqmatik planda analizini vermiş, frazeologizmlərin paradiqmatik və transformatik qarşılığını göstərmiş,
etimoloji cərgəsini açıqlamış və onların digər türk dillərinin və monqol dilinin materialları əsasında
müqayisəsində mənbə- məxəzlərini və s. göstərmişdir
S.T.Nauruzbayeva da həmçinin «Фразеологические единицы в каракалпакско-русском словаре» adlı
monoqrafiyasında qaraqalpaq dilində olan frazeoloji vahidlərin monqol və bir neçə türk dilləri ilə müqayisəsinə
aid misallar göstərmiş, onların şərhini vermişdir [10].
Dilçilik elmimizdə frazeologiya, onun növləri, xüsusiyyətləri və mənbələri haqqında ilk geniş məlumata
M.Hüseynzadənin 1954-cü ildə çapdan çıxmış "Müasir Azərbaycan dili" kitabında rast gəlirik. Müəllif doğru
olaraq dilimizdə frazeoloji birləşmələrin xalqın həyatı ilə bağlı olduğunu göstərir [5]. O, həmçinin idiomların
frazeoloji birləşmələrin başqa növlərindən fərqli xüsusiyyətlərini qeyd etməklə, onların dilimizdəki mənbələrini
də açıqlayır. Müəllif sonra yazır ki, frazeoloji birləşmələr sabit söz birləşmələridir [5, s. 32-35].
M.Hüseynzadədən sonra bu sahə S.Cəfərovun diqqətini cəlb etmiş və o, "Azərbaycan dilində idiomlar"
adlı məqalə yazmışdır. Sonra müəllif "Müasir Azərbaycan dilinin leksikası" kitabında [2] frazeologiya, onun
növləri, xüsusiyyətləri haqqında geniş bəhs etmişdir. Həmin kitab 1982-ci ildə yenidən təkmilləşdirilərək ikinci
dəfə nəşr edilmişdir [3]. Bu nəşrdə frazeologiya haqqında daha ətraflı məlumat verilir. S.Cəfərov burada
frazeologiya bəhsində öyrənilən sabit söz birləşmələrinin aşağıdakı növlərini verir: idiomlar, ibarələr, hikmətli
sözlər, atalar sözləri, zərbi-məsəllər, tapmacalar. Göründüyü kimi, S.Cəfərov sabit söz birləşmələrinin geniş
anlayış ifadə etdiyini bildirir.
Ə.Dəmirçizadə "Azərbaycan dilinin üslubiyyatı" [3, s. 168-179] kitabında frazeologiyaya toxunmaqla
idiomatik vahidlərə geniş yer vermiş, onların üslubi xüsusiyyətlərini təhlil etmişdir. Ə.Dəmirçizadənin fikrincə,
idiomlar bütün üslublarda, ən çox isə bədii üslubda işlənir. Müəllif burada idiomları üç qrupa bölür: idiomatik
sözlər, idiomatik ifadələr və idiomatik cümlələr [3, s. 170].
XX əsrin 60-70-ci illəri Azərbaycan dili frazeologiyası tarixində ən uğurlu dövr olmuşdur. Belə ki, bu
dövrdə dilçiliyimizdə frazeologiya sahəsində xeyli iş görülmüş, məqalələr və bir neçə dissertasiya işi yazılmışdır.
Dostları ilə paylaş: |