79
IV. Uluslararası Türk Kültür Coğrafyasında Eğitim ve
Sosyal Bilimler Sempozyumu
27-30 Haziran 2018/Bakü-Azerbaycan
IV. International Symposium on Educational and
Social Sciences in Turkish Cultural Geography
27-30 June 2018/Baku-Azerbaijan
Azərbaycan Multikulturalizmi Və Dağlıq Qarabağ
Firuzə RAŞOVA
Azərbaycan Turizm və Menecment Universiteti
f.rashova@atmu.edu.az
XX əsrin əvvəllərindən Azərbaycan multikulturalizminin inkişafına ermənilərin törətdiyi terrorlar və
soyqırım bir maneə kimi durmuşdur. “Böyük Ermənistan” xülyasını reallaşdırmaq məqsədi ilə Stepan Şaumyan
Bakı quberniyasında “etnik təmizləmə” siyasətini həyata keçirdərək minlərlə dinc türk-müsəlman əhalisini məhv
edir. Lakin 28 may 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin elan olunması, milli hərbi qüvvələrin və
gənctürklərin Bakı istiqamətində hərəkət etməsi Stepan Şaumyanın və onun dəstələrinin “etnik təmizləmə”
istiqamətinə yönəlmiş planlarını pozur. Şərqdə ilk dünyavi demokratik dövlət olan, 23 ay ölkəni idarə edən
Azərbaycan Xalq Cümhuriyyətini bolşeviklər 28 aprel 1920-ci ildə devirir və beləliklə 1920-ci ildə Cənubi
Qafqazın sovetləşməsindən öz məqsədləri üçün istifadə edərək, Zəngəzuru və Azərbaycanın bir sıra torpaqlarını
Ermənistanın SSRİ-yə daxil etməyə nail oldular. Bununla kifayətlənməyib ermənilər Azərbaycanın tarixinə
“Qarabağ məsələsi”ni gətirir.
Dağlıq Qarabağ münaqişəsinin dinc yolla həllinə aparılan danışıqlar istiqamətində 1992-ci ildən
etibarən böyük dövlətlərin və beynəlxalq təşkilatların vasitəçilik səyləri nəticəsində addımlar atılmışdır.
Azərbaycan ərazisi tarixən müxtəlif dini konfessiyaların və etno-mədəni qrupların birgə yaşadığı məkan
olmuşdur. Azərbaycanda multikultiralizm cəmiyyətin həyat tərzinə çevrildiyi üçün, hal-hazırda Azərbaycan
Respublikasının dövlət siyasətinin tərkib hissəsidir və bu siyasətin alternativi yoxdur. Bu gün multikulturalizm
siyasətinin uğurla həyata keçirilməsi Ulu öndərin davamçısı Azərbaycan Respublikasının Prezidenti cənab İlham
Əliyevin adı ilə bağlıdır.
Azərbaycanın mədəniyyətini, tarixən millətimizə aid olan multikultural dəyərləri, tolerant və
multikultural siyasətini, inkişaf meyillərini əldə etdiyimiz uğurlarla müqayisə edərək, nəticə çıxardıb gələcək
inkişaf addımlarımızın daha qətiyyətli və aydın olması üçün səy göstərməliyik.
Müasir dünyamızda multikulturalizm siyasəti erməni terrorizmi ilə qarşıdurmada olaraq, tolerantlığın
əsas prinsiplərinə riayyət edərək, polietnik cəmiyyətlərin birgəyaşayış qaydalarını nizamlamağa, insanlığın
maddi-mədəni irsinin qorunması istiqamətində tədbirlərin görülməsini məqsəd olaraq qarşıya qoyur. Əsas
məqsədlərdən biri də “Dağlıq Qarabağ” probleminin həllidir. Bu problemin həllinə nail olmaq üçün də vacib və
əsas şərtlərdən biri beynəlxalq münasibətlər sistemində ikili standartlardan imtina edərək, erməni lobbisinin
uydurma ərazi iddiasına son qoymaqdır. Bu məqsədlərə nail olduğumuz zaman multikulturalizm münbit köklü
müstəvidə özünün yeni inkişaf mərhələsinə daxil olacaq.
Açar sözlər: Azərbaycan Xalq Cümhuriyyəti, multikulturalizm, Dağlıq Qarabağ, bolşeviklər, erməni
quldurları.
80
IV. Uluslararası Türk Kültür Coğrafyasında Eğitim ve
Sosyal Bilimler Sempozyumu
27-30 Haziran 2018/Bakü-Azerbaycan
IV. International Symposium on Educational and
Social Sciences in Turkish Cultural Geography
27-30 June 2018/Baku-Azerbaijan
Qafqaz İslam Ordusunun Azərbaycan Xalqına Qardaşlıq Köməyi
Məmmədov Xəqani Məmməd oğlu
tarix üzrə elmlər doktoru, professor
Azərbaycan Dövlət Pedaqoji Universiteti, Bakı şəhəri.
e-mail: prof.khaqani.mammadov@gmail.com
XÜLASƏ
Məqalədə 1918-ci il mart soyqırımı nəticəsində bolşevik- daşnak hərbi qüvvələri tərəfindən Azərbaycan
xalqına qarşı yönəldilmiş soyqırımdan bəhs edilir. Azərbaycanın istiqlaliyyətinin elan edilməsindən sonra
bolşeviklərin Gəncəyə gözlənilən hücumunun qarşısının alınması üçün Nuru Paşanın başçılığı ilə Qafqaz İslam
Ordusunun Türkiyə höküməti tərəfindən Azərbaycana göndərilməsindən və Azərbaycanın könüllü hərbi dəstələri
ilə birlikdə Bakının azad edilməsi uğrunda qəhrəmancasına mübarizəsindən bəhs edilir.
1918-ci ilin mart-aprel aylarında Bakı, Quba, Şamaxı və Azərbaycanın digər qəzalarında
azərbaycanlılara qarşı təşkil edilən qətlimanlar, qısa müddətdə 50 mindən çox dinc adamın amansızcasına
öldürülməsi xalqımızın başına gətirilən soyqırım siyasəti idi.
1918-ci il may ayının 28-də Azərbaycan Milli Şurası Azərbaycanın istiqlaliyyətini elan etdi və 6
bənddən ibarət “İstiqlal Bəyannaməsi”ni-“Əqdnamə”ni imzaladı. Lakin, Bakı XKS-nin sədri S.Şaumyan yeni
yaradılmış Azərbaycan Xalq Cümhuriyyətini beşiyində boğmaq üçün 20 minlik bolşevik-daşnak hərbi
birləşmələrinə Gəncədə yerləşən gənc müstəqil respublika üzərinə hücum əmrini verdi.
Azərbaycan hökumətinin hərbi qüvvələri bolşevik-daşnak hərbi birləşmələrinin hücumlarının qarşısını
almaq üçün kifayət qədər deyildi. M.Ə.Rəsulzadə yazırdı ki, o zaman yaranmış şəraitdə yalnız Türkiyəyə ümid
qalırdı və bu qardaş millət Azərbaycanı düşnənlərin əlindən qoparıb almalı idi.
1918-ci iliyunun 4-də Osmanlı imperiyası ilə Azərbaycan Cümhuriyyəti arasında dostluq
haqqında müqavilə imzalandı. Müqavilənin 4-cü maddəsində deyilirdi ki, Osmanlı hökuməti,əgər zəruri olarsa,
sülh və əmin-amanlığın möhkəmləndirilməsi, ölkənin təhlükəsizliyinin təmin edilməsi məqsədilə Azərbaycan
Cümhuriyyətinə hərbi kömək göstərməyi öz üzərinə götürür.
Azərbaycan Xalq Cümhuriyyətinin ərazi bütövlüyünün təmin edilməsində, daşnak-bolşevik qüvvələrinin
darmadağın edilməsində, milli Azərbaycan ordusunun formalaşmasında Qafqaz İslam Ordusunun böyük rolu və
xidmətləri olmuşdur. Türkiyə hökumətinin tapşırığı ilə Qafqaz İslam Ordusuna rəhbərlik Nuru paşaya
tapşırılmışdı. Nuru paşa və onunla birlikdə Azərbaycana gələn türk hərbçiləri Gəncədə xalqımız tərəfindən böyük
sevinclə qarşılandı. Nuru paşa Azərbaycanda son dərəcə gərgin və mürəkkəb şəraitdə daşnak-bolşevik
qüvvələrinin Azərbaycanda hakimiyyəti ələ keçirmək təhlükəsinin qarşısını almaq üçün ciddi tədbirlər həyata
keçirməyə başladı. Azərbaycanı düşmən qüvvələrdən birdəfəlik təmizləmək üçün qardaş Türkiyə dövləti 5-ci və
15-ci Çanaqqala türk diviziyalarını Azərbaycana göndərdi. Qafqaz İslam Ordusu və Azərbaycan hərbi qüvvələri
Gəncə ermənilərini tərksilah etdi, Qarabağı və Azərbaycanı daşnak-bolşevik qüvvələrdən təmizlədi, Bakını
düşməndən azad etmək uğrunda şiddətli döyüşlər apardı.
Qafqaz İslam Ordusu yerli əhalidən ibarət könüllü dəstələrin köməyi ilə 1918-ci ilin iyunun 27-dən
iyulun-1-dək Kürdəmir, Qaraməryəm və Göyçay əməliyyatında düşməni darmadağın edərək Göyçayın bütün
kəndlərini azad etdi. İyulun 6-da Ağsu, iyulun 10-da Kürdəmir, iyulun sonlarında isə Şamaxı, Qarasu, Hacıqabul,
Ələt və Sənqəçal azad edildi. Avqustun 5-6-da ağır döyüşlə Bibi-Heybət, Badamdar ələ keçirildi. Volçiy Vorot
(Qurd qapısı) döyüşündən sonra sentyabrın 15-də Qafqaz İslam Ordusu və Azərbaycan könüllü hərbi dəstəsi
həlledici əməliyyatdan sonra Bakıya daxil oldu. Sentyabrın 17-də Azərbaycan hökuməti Gəncədən Bakıya
köçürüldü.
Bakının azad edilməsi uğrunda keçirilən hərbi əməliyyatlarda 1100-dən çox türk hərbçisi, 30-dan çox
türk zabiti şəhid oldu.Azərbaycan xalqı Qafqaz İslam Ordusunun qardaş köməyini daim sonsuz minnətdarlıq hissi
ilə xatırlayır, onu nəsildən- nəsilə ötürür.
Açar sözlər: Azərbaycan Xalq Cümhuriyyəti, Qafqaz İslam Ordusu, Nuru Paşa, qardaş köməyi, milli
dövlət, demokratik respublika.
Dostları ilə paylaş: |