81
IV. Uluslararası Türk Kültür Coğrafyasında Eğitim ve
Sosyal Bilimler Sempozyumu
27-30 Haziran 2018/Bakü-Azerbaycan
IV. International Symposium on Educational and
Social Sciences in Turkish Cultural Geography
27-30 June 2018/Baku-Azerbaijan
Ümidlərin izi ilə…
Səidə ƏLİYEVA
Azərbaycan Yazıçılar Birliyinin üzvü
saida.a@rambler.ru
Xülasə: Şəmil Sadiq və Müşfiq XANın qələmə aldıqları «Ümidlərin izi ilə» romanının əsas ideyası milli
üstünlük ideologiyasının doğurduğu təhlükənin bədii təzahüründən ibarətdir. Yazarlar bu təhlükəni Cənubi
Qafqaz sakinlərinin talelərinə faciəvi təsiri ilə açıqlayırlar. Roman millətçi-faşist dünyagörüşünün müasir
təzahürlərinin, bu dünyagörüşün törətdiyi ictimai ziddiyyətlərin və insanların talelərinə təsirinin oxucuya
çatdırılması baxımından maraq doğurur. Milli üstünlük ideologiyası bir tərəfdən bu ideologiyanın daşıyıcılarının
daxili aləmini dağıdır. Digər tərəfdən isə zorakılığa və cinayətkarlığa geniş imkanlar yaradır.
Romanda milli üstünlük ideologiyasını təbliğ edən qüvvələrin iqtisadi maraqları da əks etdirilmişdir.
«Böyük» ideyalardan danışan düşmən millətçiləri və insan hüquqları ideyasını əlində bayraq edən «qərb»
vətəndaşları Kəlbəcərin qızıl yataqlarında əsir götürülmüş azərbaycanlıların qul kimi istifadə etməsini normal hal
kimi qəbul edirlər. Fransız Fabian Soisson Vaskanyanla iş birliyi qurmuş, Kəlbəcərdəki qızıl yataqlarını işlədən
əcnəbidir.
Romanın əsas ideyası əsərin təhkiyəsinə, süjet və kompozisiyasına önəmli təsir göstərərək, əsərin janr
xüsusiyyətlərini müəyyənləşdirir. «Ümidlərin izi ilə» romanının təhkiyəsi öz sənədliliyi ilə seçilir. Qeyd etmək
lazımdır ki, romanda MTN-nin arxiv materiallarından geniş istifadə olunmuşdur. Təsadüfi deyil ki, romanda
təhkiyə Aytəkinin apardığı «Girov qadının xatirələri» gündəliyi əsasında qurulmuşdur. Bir tərəfdən, gündəlik
forması arxiv materiallarının daha ətraflı oxucuya bədii formada çatdırmağa imkan verir, digər tərəfdən isə
Xocalı faciəsinin dəhşətlərini xocalıların xatirələri ilə verməyə şərait yaradır.
«Ümidlərin izi ilə» romanının süjeti iki əsas süjet xətləri ilə səciyyələnir. Birinci süjet xətti milli üstünlük
ideologiyası realizə edildikdə yaranan ziddiyyətləri açıqlayır. İkinci süjet xətti isə universitet tələbələri olmuş
Aytəkin Səfərova və Ramil İbrahimovun məhəbbəti və taleləri ətrafında qurulmuşdur. Birinci və ikinci süjet xətləri
Aytəkin ilə əlaqəlidir. Lakin birinci süjet xətti çərçivəsində Aytəkin ümumiləşdirilmiş obraz kimi çıxış edirsə, ikinci
süjet xətti çərçivəsində - fərdi şəxsiyyət kimi iştirak edir. Birinci süjet xətti çərçivəsində Aytəkin əsir düşmüş qadın
obrazını əks etdirir. Qeyd etmək lazımdır ki, romanda ikinci dərəcəli obrazlar sırasında digər əsir qadın obrazları
da mövcuddur. Məsələn, romanda təsvir edilən Rəna adlı qadının epizodik surəti. Bu surət vasitəsi ilə müəlliflər
bu qadının başına gələn olaylarla Aytəkinin tək olmadığını, əsirlikdə olan qadınlarımızın əzaba düçar olmalarını
göstərməyə cəhd edirlər. Qeyd etmək lazımdır ki, romanın iki süjet xətti bir nöqtədə birləşir – Xocalı faciəsində.
Romanda bir sıra yardımçı süjet xətləri mövcuddur. Onlar əsas mövzunun başa düşülməsinə xidmət göstərir.
«Ümidlərin izi ilə» romanının kompozisiyasında Xocalı faciəsinin təsviri xüsusi yer tutur. Xocalı faciəsi
romanda kompozisiyanın düyünü kimi çıxış edir. Xocalı faciəsi romanın əsas qəhrəmanlarının sındırılmış
ümidlərinin, məhv olmuş həyatlarının rəmzi kimi çıxış edir. Xocalı əsərdə canlı obraz kimi təsvir edilir, əsərin
qəhrəmanı Aytəkinin monoloqunda canlandırılır.
Romanın iki əsas süjet xətti Aytəkin və Xocalı obrazları ilə yanaşı, həm də «Ümid» ilə birləşdirilir.
Təsadüfi deyil ki, «ümid» sözü əsərin adında xüsusi vurğulanır. «Ümid» məhz müstəqil obraz kimi əsərdə təqdim
edilmişdir. Aytəkinlə dialoqda Ümid canlı bir varlığın düşüncəsi kimi təsvir edilir. Aytəkin ürək ağrısı ilə qeyd
edir ki, «ümidlər daha mənə təsəlli ola bilmirdi. Gizlənməyə yer axtarırdı, amma tapa bilmirdi. Axı harda gizlənə
idi? Həsrətdən deşik-deşik olan qəlbimdə, məkanı murdarlanmış ruhumda, yoxsa şərəf və namusunun
pozulduğunu gördüyü üçün kor olmuş gözlərimdə? Gizlənə bilmirdi, lüt-üryan halda qarşımda diz çökdü
ümidlərim».
Əbədi yaşamağa qadir Ümid müəlliflərin Qarabağ münaqişəsinə və onun inkişaf perspektivlərinə milli
romançılığımızda yeni yanaşmanın formalaşma prosesini əks etdirir. Son iyirmi il ərzində Azərbaycan
ədəbiyyatında «Qarabağ romanı» kimi qəbul edilən janr forması yaranmışdır. Adətən «Qarabağ romanında»
münaqişənin perspektivləri ya pessimist, yaxud qeyri-müəyyən şəkildə verilirdi. «Ümidlərin izi ilə» romanında isə
perspektivlər optimist şəklində verilir, Azərbaycanın parlaq gələcəyi aydın göstərilir. Bu da Azərbaycanda baş
verən inkişafın təsiri altında fərdi və kütləvi şüurun transformasiyasını əks etdirir, eyni zamanda «Qarabağ
romanı» janr formasına yeni çalarlar gətirir.
Açar sözlər: Xocalı faciəsi, «Ümid», Azərbaycan ədəbiyyatında «Qarabağ romanı», Milli üstünlük
ideologiyası
82
IV. Uluslararası Türk Kültür Coğrafyasında Eğitim ve
Sosyal Bilimler Sempozyumu
27-30 Haziran 2018/Bakü-Azerbaycan
IV. International Symposium on Educational and
Social Sciences in Turkish Cultural Geography
27-30 June 2018/Baku-Azerbaijan
Evril Turan Ve Bozböri Romanı
Tuğba SERT
Gazi Üniversitesi Sosyal Bilimler Enstitüsü Çağdaş Türk Lehçeleri ve Edebiyatları Ana Bilim Dalı
Öğrencisi
tuuubasert92@gmail.com
ÖZET
Özbek Edebiyatının önemli yazarlarından Evril Turan, 1945 yılında Cizzah’ın Feriş ilçesine bağlı
Bogdan köyünde doğmuştur. İlk eğitimini köy mektebinde alan Turan, lise eğitimini Rusya’da Teknik Lisede
tamamlamıştır. O, kendisi edebiyat alanında da geliştirme gayreti içerisinde olmuştur. 1972 yılında Taşkent
Devlet Üniversitesi Gazetecilik Bölümü’nü bitiren Evril Turan, 1990 yılına kadar Özbekistan Yazarlar
Birliği’ndeki sekreterlik görevini icra etmiş, yine bu yıllarda o, Medeniyet Vakfının da başkanlığını yürütmüştür.
Yazar, ilk eseri olan “Bo’g’dan Qashqiri” [Boğdan Kurdu] adlı eserinde, Sovyetler Birliğinin
oluşturduğu “Basmacı” imaj ve algısını eleştirmiş, bununla ilgili Sovyetlerin ortaya koyduğu düşünceleri
değiştirmeye çalışmıştır.
“Basmacı” kelimesinin tam karşılığı “eşkıya”dır. Ruslar, Türkçe olan bu kelimeyi 1918-1935 yılları
arasındaki Türkistan hürriyet mücadelesini bir eşkıya hareketi olarak vasıflandırmak gayesiyle kullanmıştır.
Türkistanlılar ise Sovyet Rusya’ya karşı yürüttükleri hürriyet çabasını “milli mücadele” olarak ifade etmiştir.
Özbekistan topraklarının Çarlık Rusyası tarafından işgalini anlatan ikinci romanı “Ölmes Kayalar” ise
daha sonra “Bu Taġlar Ulu Taġlar” adıyla yayımlanmıştır.
Yazar son romanı olan “Bozböri”yi ise düşünce suçlusu olarak cezaevinde bulunduğu sırada yazıp
tamamlamıştır. Bozböri, İslam tarihi içeresinde ortaya koyduğu fikirler ve sonuçlar bakımından önemli bir dinî
ve siyasî hareket sayılan “Beyaz Elbiseliler Hareketi”nin lideri Mukanna’nın hayatı ve faaliyetlerini anlatan ilk
eserlerden olması bakımından mühim bir öneme sahiptir. Asıl adı bazı kaynaklarda Ata ve Haşim ibn Hâkim
olarak da geçen Mukanna, Abbasilerle girdiği savaşlar ile tarihte önemli bir yer tutmuştur. Romanda daha çok
Alp Hakan adıyla gördüğümüz Mukanna’nın ondan yana olan gönüllüler, ailesi, yakınları, dostları ve eşlerinin
desteğiyle, Abbasi Halifesinin ve İslam ordusunun Turan yurdu üzerindeki baskıcı tutumunu kırarak ve geri
püskürterek “Orta Türk Yurdu Hakanı” olduğunu görüyoruz. Mukanna adının nereden geldiği, İskit ve Hun
torunlarının hangi bölgelere yayıldıklarına dair bilgiler de içeren roman ara ara Narşâhî’nin Tarih-i
Buhara’sından da alıntılar ve atıflar yaparak ilerlemektedir. Aynı eserde kendisine destek veren dostları ile Savaş
Sanatı dersleri aldığı anlatılan Mukanna, dönemin yenilmez kahramanlarından olarak görülmektedir bu yüzden
o dönemde kendisinin sihirbazlık ve cadılık yaptığı da düşünülmüştür. Yazar, romanında, başkahramanına
Araplar tarafından Mukanna yani “peçeli” ismi verilmesine sebep gösterilen, yüzünün çirkin, gözlerinin şaşı
olduğu iddialarına da karşı çıkmaktır. Turan yurtlarını Arap baskınından ve zulmünden kurtararak tekrar
diriltmeye çalışan Mukanna’nın mücadelelerini anlatan Bozböri romanında, yazar, gerçeği kurgusal bir yapı ile
anlatmıştır.
Bu tebliğde önce Evril Turan’ın eserlerinin hakkında bilgiler verilecek arkasından da onun son romanı
Bozböri’nin incelemesi yapılacaktır.
Anahtar Kelimeler: Mukanna, Özbek edebiyatı, Evril Turan, Basmacı, Bozböri.
Dostları ilə paylaş: |