Microsoft Word turkcess ozet kitap docx



Yüklə 2,88 Mb.
Pdf görüntüsü
səhifə46/115
tarix19.10.2018
ölçüsü2,88 Mb.
#74851
1   ...   42   43   44   45   46   47   48   49   ...   115

 
 
  79
 
IV. Uluslararası Türk Kültür Coğrafyasında Eğitim ve 
Sosyal Bilimler Sempozyumu  
27-30 Haziran 2018/Bakü-Azerbaycan
 
IV. International Symposium on Educational and 
Social Sciences in Turkish Cultural Geography  
27-30 June 2018/Baku-Azerbaijan
 
Azərbaycan Multikulturalizmi Və Dağlıq Qarabağ 
Firuzə RAŞOVA 
Azərbaycan Turizm və Menecment Universiteti 
f.rashova@atmu.edu.az 
XX  əsrin  əvvəllərindən  Azərbaycan  multikulturalizminin  inkişafına  ermənilərin  törətdiyi  terrorlar  və 
soyqırım bir maneə kimi durmuşdur. “Böyük Ermənistan” xülyasını reallaşdırmaq məqsədi ilə Stepan Şaumyan 
Bakı quberniyasında “etnik təmizləmə” siyasətini həyata keçirdərək minlərlə dinc türk-müsəlman əhalisini məhv 
edir.  Lakin  28  may  1918-ci  ildə  Azərbaycan  Xalq  Cümhuriyyətinin  elan  olunması,  milli  hərbi  qüvvələrin  və 
gənctürklərin  Bakı  istiqamətində  hərəkət  etməsi  Stepan  Şaumyanın  və  onun  dəstələrinin  “etnik  təmizləmə” 
istiqamətinə  yönəlmiş  planlarını  pozur.  Şərqdə  ilk  dünyavi  demokratik  dövlət  olan,  23  ay  ölkəni  idarə  edən 
Azərbaycan  Xalq  Cümhuriyyətini  bolşeviklər  28  aprel  1920-ci  ildə  devirir  və  beləliklə  1920-ci  ildə  Cənubi 
Qafqazın sovetləşməsindən öz məqsədləri üçün istifadə edərək, Zəngəzuru və Azərbaycanın bir sıra torpaqlarını 
Ermənistanın  SSRİ-yə  daxil  etməyə  nail  oldular.  Bununla  kifayətlənməyib  ermənilər  Azərbaycanın  tarixinə 
“Qarabağ məsələsi”ni gətirir. 
Dağlıq  Qarabağ  münaqişəsinin  dinc  yolla  həllinə  aparılan  danışıqlar  istiqamətində  1992-ci  ildən 
etibarən böyük dövlətlərin və beynəlxalq təşkilatların vasitəçilik səyləri nəticəsində addımlar atılmışdır. 
Azərbaycan ərazisi tarixən müxtəlif dini konfessiyaların və etno-mədəni qrupların birgə yaşadığı məkan 
olmuşdur.  Azərbaycanda  multikultiralizm  cəmiyyətin  həyat  tərzinə  çevrildiyi  üçün,  hal-hazırda  Azərbaycan 
Respublikasının dövlət siyasətinin tərkib hissəsidir və bu siyasətin alternativi yoxdur. Bu gün multikulturalizm 
siyasətinin uğurla həyata keçirilməsi Ulu öndərin davamçısı Azərbaycan Respublikasının Prezidenti cənab İlham 
Əliyevin adı ilə bağlıdır. 
Azərbaycanın  mədəniyyətini,  tarixən  millətimizə  aid  olan  multikultural  dəyərləri,  tolerant  və 
multikultural  siyasətini,  inkişaf  meyillərini  əldə  etdiyimiz  uğurlarla  müqayisə  edərək,  nəticə  çıxardıb  gələcək 
inkişaf addımlarımızın daha qətiyyətli və aydın olması üçün səy göstərməliyik. 
Müasir dünyamızda multikulturalizm siyasəti erməni terrorizmi ilə qarşıdurmada olaraq, tolerantlığın 
əsas  prinsiplərinə  riayyət  edərək,  polietnik  cəmiyyətlərin  birgəyaşayış  qaydalarını  nizamlamağa,  insanlığın 
maddi-mədəni  irsinin  qorunması  istiqamətində  tədbirlərin  görülməsini  məqsəd  olaraq  qarşıya  qoyur.  Əsas 
məqsədlərdən biri də “Dağlıq Qarabağ” probleminin həllidir. Bu problemin həllinə nail olmaq üçün də vacib və 
əsas  şərtlərdən  biri  beynəlxalq  münasibətlər  sistemində  ikili  standartlardan  imtina  edərək,  erməni  lobbisinin 
uydurma  ərazi  iddiasına  son  qoymaqdır. Bu  məqsədlərə  nail  olduğumuz  zaman  multikulturalizm  münbit köklü 
müstəvidə özünün yeni inkişaf mərhələsinə daxil olacaq. 
 Açar  sözlər:  Azərbaycan  Xalq  Cümhuriyyəti,  multikulturalizm,  Dağlıq  Qarabağ,  bolşeviklər,  erməni 
quldurları. 
 
 
 


 
 
  80
 
IV. Uluslararası Türk Kültür Coğrafyasında Eğitim ve 
Sosyal Bilimler Sempozyumu  
27-30 Haziran 2018/Bakü-Azerbaycan
 
IV. International Symposium on Educational and 
Social Sciences in Turkish Cultural Geography  
27-30 June 2018/Baku-Azerbaijan
 
Qafqaz  İslam Ordusunun Azərbaycan Xalqına Qardaşlıq  Köməyi 
Məmmədov Xəqani  Məmməd oğlu 
tarix üzrə elmlər doktoru, professor 
Azərbaycan Dövlət Pedaqoji Universiteti, Bakı şəhəri. 
e-mail: prof.khaqani.mammadov@gmail.com 
XÜLASƏ 
 
Məqalədə 1918-ci il mart soyqırımı nəticəsində bolşevik- daşnak hərbi qüvvələri tərəfindən Azərbaycan 
xalqına  qarşı  yönəldilmiş  soyqırımdan  bəhs  edilir.  Azərbaycanın  istiqlaliyyətinin  elan  edilməsindən  sonra 
bolşeviklərin Gəncəyə gözlənilən hücumunun qarşısının alınması üçün Nuru Paşanın başçılığı ilə Qafqaz İslam 
Ordusunun Türkiyə höküməti tərəfindən Azərbaycana göndərilməsindən və Azərbaycanın könüllü hərbi dəstələri 
ilə birlikdə Bakının azad edilməsi uğrunda qəhrəmancasına mübarizəsindən bəhs edilir. 
1918-ci  ilin  mart-aprel  aylarında  Bakı,  Quba,  Şamaxı  və  Azərbaycanın  digər  qəzalarında  
azərbaycanlılara  qarşı  təşkil  edilən  qətlimanlar,  qısa  müddətdə  50  mindən  çox  dinc  adamın  amansızcasına 
öldürülməsi xalqımızın başına gətirilən soyqırım siyasəti idi.    
   
1918-ci il may ayının 28-də Azərbaycan Milli Şurası Azərbaycanın istiqlaliyyətini elan etdi və 6 
bənddən  ibarət  “İstiqlal  Bəyannaməsi”ni-“Əqdnamə”ni  imzaladı.  Lakin,  Bakı  XKS-nin  sədri  S.Şaumyan  yeni 
yaradılmış  Azərbaycan  Xalq  Cümhuriyyətini  beşiyində  boğmaq  üçün  20  minlik  bolşevik-daşnak  hərbi 
birləşmələrinə Gəncədə yerləşən gənc müstəqil respublika üzərinə hücum əmrini verdi. 
Azərbaycan hökumətinin hərbi qüvvələri bolşevik-daşnak hərbi birləşmələrinin hücumlarının qarşısını 
almaq üçün kifayət qədər deyildi. M.Ə.Rəsulzadə yazırdı ki, o zaman yaranmış şəraitdə yalnız Türkiyəyə ümid 
qalırdı və bu qardaş millət Azərbaycanı düşnənlərin əlindən qoparıb almalı idi. 
 
1918-ci  iliyunun  4-də  Osmanlı  imperiyası  ilə  Azərbaycan  Cümhuriyyəti  arasında  dostluq 
haqqında müqavilə imzalandı. Müqavilənin 4-cü maddəsində deyilirdi ki, Osmanlı hökuməti,əgər zəruri olarsa, 
sülh  və  əmin-amanlığın  möhkəmləndirilməsi,  ölkənin  təhlükəsizliyinin  təmin  edilməsi  məqsədilə  Azərbaycan  
Cümhuriyyətinə hərbi kömək göstərməyi öz üzərinə götürür.  
Azərbaycan Xalq Cümhuriyyətinin ərazi bütövlüyünün təmin edilməsində, daşnak-bolşevik qüvvələrinin 
darmadağın edilməsində, milli Azərbaycan ordusunun formalaşmasında Qafqaz İslam Ordusunun böyük rolu və 
xidmətləri  olmuşdur.    Türkiyə  hökumətinin  tapşırığı  ilə  Qafqaz  İslam  Ordusuna  rəhbərlik  Nuru  paşaya 
tapşırılmışdı.  Nuru paşa və onunla birlikdə Azərbaycana gələn türk hərbçiləri Gəncədə xalqımız tərəfindən böyük 
sevinclə  qarşılandı.  Nuru  paşa  Azərbaycanda    son  dərəcə    gərgin  və  mürəkkəb  şəraitdə  daşnak-bolşevik 
qüvvələrinin Azərbaycanda hakimiyyəti ələ keçirmək  təhlükəsinin qarşısını almaq üçün ciddi  tədbirlər həyata 
keçirməyə başladı.   Azərbaycanı düşmən qüvvələrdən birdəfəlik təmizləmək üçün qardaş Türkiyə dövləti 5-ci və 
15-ci Çanaqqala türk diviziyalarını Azərbaycana göndərdi. Qafqaz İslam Ordusu və Azərbaycan hərbi qüvvələri 
Gəncə  ermənilərini  tərksilah  etdi,  Qarabağı  və  Azərbaycanı  daşnak-bolşevik  qüvvələrdən  təmizlədi,  Bakını 
düşməndən azad etmək uğrunda şiddətli döyüşlər apardı.  
 Qafqaz  İslam  Ordusu yerli  əhalidən  ibarət  könüllü  dəstələrin  köməyi  ilə  1918-ci ilin  iyunun  27-dən 
iyulun-1-dək  Kürdəmir,    Qaraməryəm  və  Göyçay  əməliyyatında  düşməni  darmadağın  edərək  Göyçayın  bütün 
kəndlərini azad etdi.  İyulun 6-da Ağsu, iyulun 10-da Kürdəmir, iyulun sonlarında isə Şamaxı, Qarasu, Hacıqabul, 
Ələt və Sənqəçal azad edildi.  Avqustun 5-6-da ağır döyüşlə Bibi-Heybət, Badamdar ələ keçirildi. Volçiy Vorot 
(Qurd qapısı) döyüşündən sonra  sentyabrın 15-də  Qafqaz İslam Ordusu və Azərbaycan könüllü hərbi dəstəsi 
həlledici  əməliyyatdan  sonra  Bakıya  daxil  oldu.    Sentyabrın  17-də  Azərbaycan  hökuməti  Gəncədən  Bakıya 
köçürüldü. 
Bakının azad edilməsi uğrunda keçirilən hərbi əməliyyatlarda  1100-dən çox türk hərbçisi, 30-dan çox 
türk zabiti şəhid oldu.Azərbaycan xalqı Qafqaz İslam Ordusunun qardaş köməyini daim sonsuz minnətdarlıq hissi 
ilə xatırlayır, onu nəsildən- nəsilə ötürür. 
Açar sözlər:  Azərbaycan Xalq Cümhuriyyəti, Qafqaz İslam Ordusu, Nuru Paşa, qardaş köməyi, milli 
dövlət,  demokratik respublika. 
 
 


Yüklə 2,88 Mb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   115




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə