Microsoft Word umidlerin izi ile son 10. 02. 2012



Yüklə 1,72 Mb.
Pdf görüntüsü
səhifə27/42
tarix01.07.2018
ölçüsü1,72 Mb.
#52556
1   ...   23   24   25   26   27   28   29   30   ...   42

 
 
104 
vasitəsi ilə dedilər ki, siz kiçik bir məktub yazmalısınız. Bunu 
deyəndən sonra əsgərlər onları kənara çəkərək, sanki müdaxilə 
etməklərinin qarşısını alırdılar.  Əlavə  nəsə danışmağa imkan 
vermirdilər. Açığı bu gələnlərin də onlardan qorxduğu açıq-
aydın hiss olunurdu. Bizim məktub yazmağımıza ermənilər 
nəzarət etdilər. Onların bilmədiyi dildə-Azərbaycan dilində 
astadan dedilər  əgər kimsə artıq-əskik nəsə yazsa, axşam 
başlarına oyun açılacaq. Qırmızı Xaçlılar bir də onu dedilər 
ki, məktubun sonunda hansı ünvana getməlidir onu yazsınlar. 
Biz məktubu  özümüz yazmadıq, sadəcə, xətt bizim oldu. 
Məktubun məzmununu da ermənilər deyirdi. 
 
Əzizim, Ramil, mən sağam, hər  şey yaxşıdır. Heç narahat 
olma, burada bizə yaxşı baxırlar. Deyirlər ki, erməni əsirləri ilə 
dəyişəcəklər. Öpürəm. 
İmza:  Aytəkin 
Ünvan: Bakı Dövlət Universiteti Tarix fakültəsi, 
İbrahimov Ramil, 4-cü kurs tələbəsi. 
 
Məktubları da ermənilər yığdı. Qırmızı Xaçlılar məktubları 
almaq istəyəndə Vaskanyanın baxışı ilə geri çəkildilər. Yəqin 
ki, nə yazıldığını oxuyandan sonra onlara verəcəkdilər.  
Məktubları  yığandan sonra sarışın cins şalvar geyinmiş
çiynində fotokamera olan alman xanımı tərcüməçiyə nəsə dedi. 
Tərcüməçi Vaskanyanın  üzünə baxdı. Başı ilə  tərcümə 
etməsini işarə etdi. O sual verirdi ki, yeməkləri necədir?  
Biz nə cavab verəcəyimizi bilmirdik. Hamı susmuşdu. 
Çünki ilk 4-5 gün bizə heç  nə verməmişdilər yeməyə, sonrakı 
günlərdə isə  gündə bir dəfə  çörəyin dörddə birini və yarım 
stəkan su verirdilər. Bunumu deməliydik onlara? Bundan 
sonra nə olacağını  təsəvvür etmək  çox  çətin idi. Çünki hər 
işgəncə  əvvəlkindən fərqli olurdu. Onun üçün də  nə 


 
 
105 
gözlədiyini düşünə bilmirdik. Hamımız lal-dinməz almanların 
üzünə baxırdıq. Bizi yenə  vəziyyətdən Qədim dayı  çıxardı. 
“Hər  şey yaxşıdır”, deyə sakit tərzdə cavab verdi. Almanlar 
isə vəziyyəti başa düşdükləri üçün heç bir əlavə sual vermədilər. 
Sadəcə, sonradan bildik ki, bizə isti yemək vermələri  üçün 
Qırmızı Xaçın büdcəsindən pul ayırıb onlara vermişdilər.  
Ermənilər də guya ki, buna əməl edirlərmiş kimi bizə gündə 
bir dəfə bir stəkan isti, qara rəngdə su verirdilər. Dadından 
qaynadılmış noxud suyuna bənzəyirdi. Bu da onların isti 
yeməyi idi. 
Almanlar gedəndən sonra bizim otaqda bir sevinc hökm 
sürürdü. Tezliklə qaytarılacağımızı, elimizə  dönəcəyimizi 
düşünürdük. Elə bil hamımız başımıza açılan oyunları 
unutmuşduq, dünənə qədər “bundan sonra qaytarılmaqdansa, 
ölməyimiz yaxşıdır” deyənlər işarmaqda olan bu ümidin 
sevinci ilə yaşayırdılar.  İçimizdə olan azadlıq arzusu yaranın 
altından qaysaqlanırdı.  
Mən  ünvan yerinə haranı yazacağımı  çox düşünmədim. 
Yazdıqdan sonra “niyə Ramil?”-deyə  özümə sual da verdim. 
Amma cavabım sadəcə “məhəbbət” idi. Sadəcə onun məni 
qurtara biləcəyini düşünürdüm. İkinci bir tərəfdən ata tərəfdən 
heç kimim qalmamışdı. İki dayım isə uzaqda, Naxçıvanda idi. 
Rəsmi ev ünvanlarını da yaxşı bilmirdim. Bir də ki, qədim 
Azərbaycan torpağı Naxçıvanda da müharibə gedirdi axı. 
Onların başına heç bir faciə  gəlmədiyini hardan biləydim. 
Hələ girov düşməmişdən Naxçıvanda da şiddətli döyüşlərin 
getdiyini bilirdim. Və naxçıvanlıların da arasında şayiə var idi 
ki, vəziyyət gərgin olsa, İrana qaçmaq lazımdır. Bütün bunları 
düşünəndə görürdüm ki, mən kimsəsizəm. Mənim kimimsə sağ 
qalmamışdı. Ramil isə mənim yeganə kimsəm idi. Sadəcə ona 
sığınmaq, ondan kömək gözləmək arzusu var idi.  


 
 
106 
O anda heç  düşünə bilmirdim ki, Ramil məni bütün bu 
olanlardan sonra, namusu ləkələnmiş,  şərəfi tapdalanmış 
vəziyyətdə  qəbul edərdimi? Bu suala cavab axtarmağa belə 
xəcalət  çəkirdim. Axı onun məni qəbul etməsini necə  gözləyə 
bilərdim. Axı o çox qısqanc idi. Bir dəfə  məndən Politexnik 
İnstitutunu soruşan oğlana yolu göstərdiyim üçün incimişdi də. 
Düz etmədiyimi dəfələrlə söyləmişdi.   
– Axı mən nə edim? Binanın yerini soruşdu, burda nə var axı?-
deyə özümü müdafiə etmişdim. 
– Deyəydin ki, bilmirəm. Sənsə  əldən-ayaqdan gedərək, 
bilmirdin nə edəsən. Bəlkə, elə aparıb göstərə idin. Kim deyə 
bilər ki, o sənə yaxınlaşmaq üçün etmirdi bunu. Utanmaz oğlu 
bu qədər adamı qoyub səndən niyə soruşur? 
– Mənim yerimə  sən olsa idin, bir qız səndən soruşsaydı, nə 
cavab verərdin? –deyə sual vermişdim. 
– O başqa, bu başqa,- deyə cavab vermişdi. 
O vaxt Ramilə hirslənməmişdim. Bu hərəkəti nə qədər xoş 
olmasa da, qısqandığı üçün daxilən sevinmişdim də. Bir qadın 
kimi çox xoşuma gəlmişdi. Amma Ramilin hərəkəti yeniyetmə 
bir uşağı xatırladırdı. Mənim dodaqaltı  gülümsünməyimi 
görüb o da yumşalmışdı.  
– Bir də belə şey eləmə. Bilirsən ki, xoşuma gəlmir.  
– Yaxşı,-deyə sakitcə cavab verdim. Mövzunun bağlanmasını 
mən də istəyirdim. Bu hiss yalnız şərqli qadınlara məxsus idi. 
Bunu yalnız biz azərbaycanlı qadınlar edərdik. Bu bir türk 
qızının sevdiyinə qarşı sədaqəti, inamı idi. Halbuki avropalılar 
bunu insan hüquqlarının pozulması adlandırırdı... 
   Bu  cür qısqanc bir kişi mənim başıma açılan oyunlara 
necə  dözərdi?! O, çox qürurlu oğlan idi. Məncə, o, bunları 
eşitsə idi, ya məni  öldürməli idi, ya özünü, ya da ermənilərin 
üstünə gedib qisas almalı idi. Bircə  kəlmə desə idi, “bəs niyə 
yaşadın?” bu mənə  bəs edərdi. Mənim niyə yaşadığımı isə 


Yüklə 1,72 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə