90
Mən 5-10 dəqiqə otaqda ayaq üstə durdum. Nə düşündüyümü
heç indi də xatırlamıram. Bəlkə də, heç nə düşünmürdüm.
Düşünə bilmirdim. Bacarmırdım düşünməyi. Hər şeyi
unutmuşdum. Artıq Ramil də yadıma düşmürdü.
Xatırlayanda da unutmağa, ondan uzaq olmağa çalışırdım.
Qapının açılması və onun mənə “niyə soyunmamısan?” sualı
məni donub qaldığım yerdən bir addım geri çəkilməyə məcbur
etdi.
Məni çarpayıya itələyərək üstümə atıldı. Qolumdan
tutduğu zaman çox güclü olduğunu hiss etdim. Əynindən
hərbi paltarını çıxardı. Qarnı o qədər iyrənc görünürdü ki...
Boyunun hündürlüyü, qollarının güclü olması istənilən
qadınla mübarizədə qalib gəlməsinə yetirdi. Vaskanyan məni
öpməyə başladı. Əllərimi bir əli ilə tutub tülkü ağzına oxşar
ağzı ilə dodaqlarımı, sinəmi öpür, bir əli ilə paltarımı
soyundurmağa çalışırdı. Ağzından ürəkbulandırıcı araq iyi
gəlirdi. Fısıltısı isə insanı dəhşətə gətirirdi.
Düzü, üstümdə elə uzanmışdı ki, hərəkət etməyə heç bir
imkanım yox idi. Sadəcə başımı o tərəf-bu tərəfə çevirir,
dizlərimlə onu vurmağa çalışırdım. O isə sanki yırtıcı heyvan
kimi əlində olan zəif ceyranı parçalamağa çalışırdı. O anda
ceyranın gücü sadəcə gözlərinə və ürəyinə çatırdı. Mənim
çırpınmağım, ağlamağım, qışqırığım ona ləzzət verirdi. O
durmadan məni vurur, dişləyirdi. Bir növ məni müqavimət
göstərməyə sövq edirdi. Elə bil bilərəkdən işini uzadır,
bitməsindən qorxurdu. Uzandıqca vəhşiləşir, gözləri qanla
dolur, orqazma çatacaq dana kimi böyürürdü.
-Sən bunlara alış, öyrən, vəzifəni bil, türk qancığı. Bundan
sonra mənim kefim istədiyi zaman bura gələcəksən. Mənə
qulluq edəcəksən. Gör sənə nələr göstərəcəm. Sənin türk
kişilərin sənə indiyə qədər əl vurmayıblar ki, mənə xidmət
edəsən,-deyir, gücü çatdığı qədər ağır zərbələrlə şillə vurur,
91
məqsədinə çatmağa tələsmirdi. Adətən, insan bu cür
vəziyyətdə kimisə köməyə çağırar, haray qoparar, amma mən
o anda bir şeyi dərk edirdim ki, köməyə çağırılası heç kim
yoxdur. Sözsüz ki, Allahı nəzərə almasaq. Allahı isə
çağırmağa heç bir ehtiyac yox idi. Bizə öyrədildiyi kimi idisə,
o, bizi görürdü. Görməsə də eşidirdi. Amma nə fayda?...
Nənəmlə mübahisələrimdə “Tanrı niyə pis adamları
günahlandırmır? Onlara imkan verir ki, həyatı istədikləri kimi
yönəltsinlər?” deyə onu hirsləndirirdim. Rəhmətlik nənəm çox
yaxşı müsəlman idi. Dinini və allahını sevməyi və qorumağı
həmişə bacarırdı. Yadıma gəlmir ki, nənəmin orucundan,
namazından qaldığını görüm. Rəhmətlik bu sualımı çox
sevdiyi atalar sözü ilə cavablandırırdı: “Allahın barmağı
yoxdur ki, soxub göz çıxartsın”, “gec edər, güc edər”. O, hər
şeyi görür. Hər şeyə qadirdir.”
Hətta nənəm danışırdı ki, 20 Yanvar faciəsi baş verəndə
bütün naxçıvanlılar Nehrəmdəki İmamzadəyə yığışıb allaha
yalvarıblar da. Azərbaycanın üstünü alan qara buludları tez
bir zamanda dağıtması üçün göz yaşı töküb, ağlayıblar da.
Tanrının tez bir zamanda erməniləri cəzalandıracağına çox
əmin idi rəhmətlik nənəm. Onun düşüncəsinə görə Tanrı
yalnız bizim idi. Ermənilərin ya tanrısı yox idi, ya da bizim
tanrı onları sevmirdi. Ya da Tanrı yalnız yaxşılara sahib
çıxırdı. Pislərə isə şeytan başçılıq edirdi. Belə olduqda isə
bizlər-müsəlmanlar yaxşı olduğumuz üçün Tanrı bizim idi.
Ermənilərin isə payına şeytan düşürdü. Bu cür dayaz düşüncə
isə dünyanı, bəşəriyyəti dərk etməkdə bizi müəyyən qapalı
sahədə saxlayırdı. Bunun üçün də ya Tanrının bizə olan
münasibətini tam dəqiqləşdirə bilmirdik, ya biz Tanrıya qarşı
münasibətimizi aydınlaşdıra bilmirdik. Tanrı isə həmişəki
kimi bildiyini edirdi....
92
“Bu zülmü allah bağışlamaz”,- deyirdi yazıq nənəm.
Şərqin – müsəlmanların bəlkə də bəlalara düçar olmasının ilk
səbəbi hər şeyi göyə-tanrıya bağlamaları idi. Hər şeyi də
ondan gözləməsi idi. İstənilən müsəlman istənilən problem
qarşısında qaldıqda üzünü göyə tutur, ondan kömək istəyir.
Bu isə insan beyninin tənbəlləşməsinə gətirib çıxarır. Tanrıya
müraciət etmək, həlli ondan gözləmək ən asan yoldur, lakin
məntiqin gücü ilə problemin həlli daha çətin, daha
mürəkkəbdir.
O gecə mənim ömürlük ruhuma damğalanmış acı bir gecə
oldu... Var gücümlə mübarizə aparmağa çalışsam da, heç nə
alınmırdı. Məndən qat-qat güclü olması istədiyi kimi rəftarına
ən yaxşı yardımçı idi. Mənim alt paltarım da yox idi. Onu
evimizdə olarkən əynimdən çıxarmışdılar. Bu onun işini bir az
da asanlaşdırırdı. Mən artıq yorulmuş, taleyimlə bir daha
barışmağa hazırlaşırdım. Amma, deyəsən, mənim
yorulmağım, çırpınmamağım onun həvəsini söndürürdü. Bir
də ki, çarpayının setkası boş olduğu üçün orta hissə batırdı.
Bu da onun işini çətinləşdirən amillərdən idi. Bunu hiss edən
Vaskanyan məni döşəmənin üstünə atdı. Bu zaman su əvəzinə
qan axıdan gözlərim onun cinsiyyət orqanına sataşdı.
Bayaqdan üstümdə qızmış dəmir parçası kimi məni narahat
edən orqan artıq büzüşmüşdü. Vaskanyan dəliyə dönmüşdü.
Gözləri qanla dolmuşdu. Kişilik qüruru hesab etdiyi onu
məğlub vəziyyətə salmışdı. Yalançı qürur sahibi isə bunu hər
hansı bir girovun qarşısında özünə heç bağışlaya bilmirdi.
Stolun üstünə qoyduğu şalvarından remenini çıxardı. Və
dayanmadan məni vurmağa başladı. Mən bunu qələbə hesab
edirdim. Timsahın dişləri arasından qurtulmuşdum. Amma
Timsah əlindəki ovu yeyə bilmədiyi üçün çılğınlığından
partlayırdı. Erməni dilində nəsə deyir, saçımdan tutaraq
sürüyür, bağırırdı. Nə edəcəyini bilmirdi. Sığala ehtiyacı olan
Dostları ilə paylaş: |