Microsoft Word umidlerin izi ile son 10. 02. 2012



Yüklə 1,72 Mb.
Pdf görüntüsü
səhifə26/42
tarix01.07.2018
ölçüsü1,72 Mb.
#52556
1   ...   22   23   24   25   26   27   28   29   ...   42

 
 
100 
bunun yuxu olduğunu düşünüb cavab verməmişdi. Yalnız 
saçlarına toxunan barmaqların nəvazişindən bunun gerçək 
olduğunu duyub hövlnak ayağa qalxdı. 
– Sən Allah, düzünü de, birini deyib neçəsini  çəkmisən 
siqaretin?! - ərinə fürsət verməyib qabaqdangəlmişlik elədi. 
Mən birini çəkib buraya gəldim, amma səni belə  görüb 
oyatmağa qıymadım, inanmırsan?! – Nərminənin sualından 
sonra ani düşünərək o gedəndən sonra qutudakı iki, yeni 
qutudan daha birini çəkdiyini yada saldı. 
–  İnanan daşa dönsün! – Nərminənin  şirin tərzdə dediyi bu 
sözdən sonra hər ikisi bərkdən gülüşdülər. 
– Gəl, gedək – Ramil dilləndi. Görəsən, Aytəkin neyləyir?! 
Həyat yoldaşının  əlindəki kitabı alıb stolun üstünə qoydu. 
Başa düşdü ki, xanımı onun nəyə  görə belə fikirli olmasını 
anlayıb. Bu qədər anlayışlı olduğu üçün onu bağrına  basmaq 
istəsə  də,  ürəyindən gələn səs buna imkan vermədi. Daha 
doğrusu, beyninə hakim çıxa bilmədi. Bir az əvvəl bu beynin 
bütün sirli aləmi on doqquz il əvvəl itirdiyi Aytəkini 
xatırlamışdı...  Əli gəlmədi yoldaşını qucaqlamağa. Bu qəribə 
bir hiss idi... Bunu yalnız yaşayanlar bilərdi. Amma Ramil heç 
vaxt bunu kiməsə arzulamazdı. Bu o qədər ağır idi ki! Kişi 
mərdliyinə, qüruruna xələl gətirə biləcək qədər dözülməz idi. 
Bir az duruxsunub, iş otağından  çıxmaq  üçün qapıya tərəf 
getdi. 
– Ramil!.. – həyat yoldaşının səsindəki həyəcan ona qeyri-adi 
gəldi. Bu səslənişdə yalvarış, minnətdarlıq, sevgi, bağlılıq, 
ürək ağrısı... Hər  şey var idi. Ramil bunu hiss edə bilmişdi. 
Nərminənin nə deyəcəyini, yaxud edəcəyini anladı. Bir anlıq 
onu çağıranın Aytəkin olduğunu da düşündü. Özünü aldatmaq 
istədi həmin saniyələrdə... Axı, illərdir bu səsi həsrətlə 
gözləmişdi... Tələbəlik illərinin hər anı ilə xoş  dəqiqələrinə, 
arzularına, niyyətlərinə  qərq olmuş pak sevgisini yaşatmaq 


 
 
101 
üçün Aytəkinin  əsirinə  çevrilmişdi. Həmişə, elə indi də, bu 
saniyə  də elə  düşünürdü ki, Aytəkin  ölməklə o da ölmüşdü. 
Əzab  çəkməklə o da sınmışdı.  Əsir düşməklə o da əsir 
düşmüşdü. Bu əsirlik erməni  əsirliyindən daha sarsıdıcı, 
dəhşətli və dözülməz idi... Ramilin əsirliyinin yeganə adı sevgi 
idi. Ümidsiz sevgi... 
– Ay can! – sanki Nərminənin onun nə  düşündüyünü 
bilməkdən utanıb tez özünü ələ aldı. 
– Mən səni canımdan çox istəyirəm! – qadın bunu deyib onun 
boynuna sarıldı. Bu, əsl qadın nəvazişi idi. Hansı ki, artıq sözə 
ehtiyacı yox idi. Ramilin bayaq edə bilmədiyini həyat yoldaşı 
bacarmışdı. Hər ikisi hallarından məmnunluq hissi ilə bir 
birinə sığınmışdılar. 
– “Sevgi qarın doyuzdurmur, əzizlərim!” – yarı  açılı 
vəziyyətdə olan iş otağının qapısını açıb içəri keçən Aytəkinin 
otağa girməyi ilə bu sözü deməsi bir oldu. Valideynlərini bir-
birini qucaqlayan görən qız 
özünü itirsə 
də, 
hazırcavablığından qalmadı. Yadına düşdü ki, qapını 
döyməmiş  içəri girib. Amma qapıya da bağlı demək olmazdı 
axı! Həm də ki, nə  qədər gözləmək olar?! Artıq bütün 
dərslərini oxuyub bitirmişdi. Sabahkı  tədbirə  də ciddi 
formada hazırlaşmışdı. Hətta otağındakı güzgünün qarşısında 
yarım saata qədər öz-özünə məşq də etmişdi. 
– Sizə mane olduğuma görə bağışlayın, amma mən  çox 
acmışam! Səhvini boynuna almamaq üçün uşaq  şıltaqlığı ilə 
dilləndi. Amma onun bu sözlərində uşaqdan daha çox böyük 
adamlara məxsus  əda, ironiya var idi. Son günlərdə atasının 
ona hədiyyə etdiyi “Atalar sözləri, aforizmlər və  məsəllər” 
kitabındakı sözlərdən də çox məharətlə istifadə edirdi. Bu bir 
daha onun istedadlı olmasını göstərirdi. 


 
 
102 
– Peşman olduq ha, sənə o kitabı almağa. Başımıza bəla oldun 
müdrik kəlamlarınla, – Ramil bunu deyib, qızını  özünə  tərəf 
çəkib boynunu qucaqladı. 
Bu dəfə daha da ucadan gülüşdülər. Utandığından 
yanaqları qızaran Aytəkin də valideynlərinə qoşulub gülməyə 
başladı. 
Bu yanaqların qızartısı Ramilə tanış idi. Həsrət qaldığı 
həmin yanaqlar... İllər aman vermədən ötmüşdü... 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


 
 
103 
 
 
 
 
 
 
 
 
 
14. Köməyə gələn var?! 
 
Martın 9-u idi... Havaların qızmağa doğru getməsi  əsən 
küləyin yumşaqlığından hiss olunurdu. Soyuq əvvəlki kimi 
adamı göynətmirdi. Günəş isə yalançı  pəhləvanlar kimi sanki 
“mən də varam” deməyə  çıxmışdı. Yerdəki qarlar isə  ərimiş, 
yeri palçığa  çevirmişdi. Təbiət sanki soyuq havada ayağını 
yorğandan  çıxardıb,  üşüdüyü  üçün yenidən içəri  çəkən  şıltaq 
uşağa bənzəyirdi. Günəşin şüaları yerə xeyli uzaq olduğundan 
adama bir o qədər də təsir etmirdi.  
Bu gün ermənilərə nə isə olmuşdu. Bizim hamımıza bir rus 
adyalı verərək həmin binanın ikinci mərtəbəsinə qaldırıb, ya 
iki, ya da üç yerə bölərək otaqlara yerləşdirdilər. Çünki bizim 
otaqda 8 nəfər var idi. 
– Əgər kimsə bura gələn adamlara yaşadıqları haqqında nəsə 
desə, ona qan udduraram. Bu gələnlər bir günlükdür, amma 
siz burda hələ  çox qalacaqsınız, - deyə Vaskanyan yanındakı 
əsirin başına ironiya ilə sığal çəkdi.  
Bizi otaqlara yerləşdirdikdən təqribən iki saat sonra səliqəli 
geyimdə olan üç kişi, bir də qadın gəldi. Bu Qırmızı Xaç 
Cəmiyyətinin nüməyəndələri idi. Erməni əsgərləri bu gələnləri 
tam mühasirəyə almışdılar. Danışıqlarından almanlara 
oxşayırdılar. Hərəmizə bir kağız verdilər və  tərcüməçinin 


Yüklə 1,72 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə