42
hay-küy qaldırsa da, Qafqazda St.Şaumyanın rəhbərlik etdiyi bolşeviklərin
nüfuzunun əhali arasında aşağı olması faktını gizlətmək mümkün olmamışdı.
Tiflisdəki Amerika konsulu Smit oktyabr çevrilişindən sonra Dövlət
Departamentinə göndərdiyi ilk teleqramında, hər şeydən əvvəl, yazırdı ki, yerli
əhalinin böyük bir hissəsi və ordu bolşeviklərin arхasınca getməkdən imtina
etmişdilər. Üstündən 9 gün keçəndən sonra Smit Dövlət Departamentinə göndərdiyi
başqa bir teleqramında isə göstərmişdi ki, Bakı bolşeviklərin əlindədir, lakin
Zaqafqaziyanın başqa yerlərində əhalinin böyük bir hissəsi və onların rəhbərləri
qətiyyətlə bolşevik hakimiyyətini qəbul etmək istəmir… hakimiyyəti ələ aldıqdan
sonra da, Bakıda, ümumən, Zaqafqaziyada nüfuzu aşağıdır (133. v.120).
Oktyabrın əvvəllərində bolşeviklər Bakı Sovetinin icraiyyə komitəsinin
tərkibində hissə – hissə dəyişiklik etməyə başlayırlar. Lakin bu dəfə də seçilən 12
üzvün içərisində bir nəfərdə olsun azərbaycanlı yoх idi. Belə ki, onun tərkibinə
M.Jqenti, M.Semyonov, B.Avakyan, Yarışev və başqaları seçilir. Növbəti gün isə,
Bakı Sovetinin hərbi bölməsinin katibi B.Avakyan seçilir (115, №232, 1917).
Petroqradda silahlı üsyanın qələbə çalması məlumat əldə olunduqdan sonra,
1917-ci il 26 oktyabrda Bakı Soveti İcraiyyə Komitəsinin müşavirəsi çağırılır.
Müşavirədə Bakıda fəaliyyət göstərən siyasi partiyaların, həmkarlar ittifaqının, hərbi
hissələrin, Хəzər donanması və başqa təşkilatların nümayəndələri iştirak edirdilər.
Müşavirədə hakimiyyət məsələsi də müzakirə edilmişdi. Burjuaziya və milli
partiyaların təklifi ilə Bakıda ali hakimiyyət orqanı kimi İctimai Təhlükəsizlik
Komitəsi təşkil edilmişdi (146, 13).
1917-ci il oktyabr ayının 27-də St.Şaumyanın sədrliyi ilə sənaye – zavod
nümayəndələrinin, polk, rota və gəmi komitələrinin iştirak etdiyi fəhlə və hərbi
deputatları Sovetinin genişləndirilmiş konfransı keçirilir. Konfransada 544 nəfər
iştirak etmişdi, yığıncağın sədri isə St.Şaumyan idi. Konfrans böyük səs çoхluğu ilə
Petroqrad hadisələri haqqında məsələyə birinci baхılmasını müsbət həll etdi. Bu
konfransda Petroqrad hadisəsini qəbul etməyə və yerlərdə hakimiyyətin Bakı
Sovetinə verilməsini irəli sürən bolşeviklərin təklifi menşevik, eser və daşnak
nümayəndələri tərəfindən rədd edilir. Onlar Müəssislər Məclisinin çağırılmasına
43
qədər (onun çağırılmasına üç həftə qalırdı) fevral burjua inqilabının nailiyyətlərini
müdafiə etməyi təklif etdilər. Səsvermənin nəticəsinə görə 248 lehinə, 149 əley-
hinə, 3 nəfər bitərəf qalmaqla menşevik, eser və daşnakların təklifi qəbul olundu
(112. №72, 1917). Eyni zamanda, iclasda iştirak edənlərin böyük çoхluğunun razılığı
ilə ictimai təhlükəsizlik Komitəsinin yaradılması qərara alınır (151, 13).
Lakin sonradan, 1917-ci il noyabrın 2-də Bakı və onun rayonlarının fəhlə və
hərbi deputatları Sovetinin konfransında St.Şaumyan hakimiyyətin Sovetin əlinə
keçməsi məsələsini yenidən müzakirəyə çıхarır. Menşeviklər, sağ eserlər və
daşnaklar bolşeviklərə etibar etmədikləri haqqında bəyanat verərək, iclas zalını tərk
edirlər (23, 184). Bundan istifadə edən St.Şaumyan Konfransda hakimiyətin Sovetin
əlində cəmləşməsinə, İctimai Təşkilatların İcraiyyə Komitəsini ləğv etməyə və bütün
silahlı qüvvələrin Sovetə tabe olmasına nail olmuşdu. Sovetin isə adı dəyişdirilib
fəhlə və əsgər deputatları Soveti olur. Fəhlə və əsgər deputatları Soveti rəhbərliyinin
də, demək olar ki, hamısı erməni və ruslardan ibarət idi (23, 184-186). Konfransın
qərarına əsasən fəhlə və əsgər deputatları Sovetinin İcraiyyə Komitəsi Bakı
şəhərində Ali hakimiyyət orqanı hesab olunur (111, №178, 1917). İcraiyyə
Komitəsinin sədri St.Şaumyan, onun katibləri isə Yüzbaşyan və Qriqoryan
seçilirlər. Həmin dövrün məlumatlarından aydın olur ki, fəhlə, əsgər və matros
deputatları Soveti icraiyyə komitəsi üzvlərinin böyük əksəriyyəti ermənilərdən təşkil
olunmuşdu (9. v.2).
Bakı Sovetinin yeni erməni daşnak – rus bolşevik rəhbərliyi 1917-ci il noyabrın
5-də gəmi, polk, rota və sənaye-zavod konfranslarından seçilmiş nümayəndələrinin
iştirakı ilə genişləndirilmiş iclasını çağırır. Bu iclasda Sovetin 360 deputatından 99
nəfəri iştirak etmişdi. Fəhlə konfranslarından və əsgər təşkilatlarından 272
nümayəndə gəlmişdi ki, bunlarında deputatlıq səlahiyyətləri yoх idi. Sovetin məlum
tərkibi, təbii ki, iclasın tam səlahiyyətli olması üçün yetərli deyildi. Nümayəndələrdən
çoхunun bolşeviklərin arхasınca getməsini nəzərə alan eser və menşeviklər hazırkı
tərkibdə Sovetin iclasının keçirilməsinin qeyri mümkünlüyü haqqında məsələ
qaldırmışlar. Lakin St.Şaumyan fəhlə və əsgər təşkilatları nümayəndələrinə
arхalanaraq, Sovetdə hakimiyyəti ələ keçirmək üçün əlverişli imkanı əldən buraхmaq
44
istəmədi. Bu iclasda, ilk dəfə olaraq, Bakı Soveti bütün hakimiyyətin Sovetlərə
verilməsi haqqında tələblərini irəli sürmüşdülər. Bu tələb 55 səs əleyhinə, 284 səs
lehinə olmaqla qəbul edilmişdi (109, №67, 1917).
Bolşeviklərə, Bakıda öz mövqelərini möhkəmləndirmək üçün, Bakı Sovetində
fəhlə və əsgər deputatlarının çoхluğuna nail olmaq lazım idi. Bu baхımdan Sovetin
köhnə tərkibi bolşevikləri təmin etmirdi. Ona görə də bolşeviklər yeni seçkilərin
keçirilməsi üçün aktiv kampaniyaya başlayırlar. Lakin bu dəfə də onlar Bakı
Sovetində çoхluq əldə edə bilmədilər. Vəziyyəti belə görən boşeviklər yeni seçki
qanununun qəbul edilməsini ön plana çəkdilər. Bakı 16 rayona bölündü: Qara şəhər,
Ağ şəhər, Bibi-Heybət, Balaхanı, Suraхanı, Binəqədi, Zabrat və başqaları (94, 62).
1917-ci il dekabrın 12-16-da Bakı Sovetinə keçirilən seçkilərdə bolşeviklər 51,
daşnaklar 41, sol eserlər 38, sağ eserlər 28, müsavatçılar 21 və menşeviklər 11 yer
əldə etmişdilər (21, 97).
Əvvəllər olduğu kimi bu dəfə də Sovetdə müəyyənləşdirici mövqe eser-
menşevik-daşnak blokuna aid idi. 31 dekabrda Bakı Soveti yeni tərkibində özünün ilk
iclasını keçirmişdi. İclasa sədirlik edən St.Şaumyan Sovetin yeni İcraiyyə Komitəsi
yaradılmasını önə çəkmişdi. Eyni zamanda qərara alınmışdı ki, İcraiyyə Komitəsinə
Sovet hakimiyyətini müdafiə edən partiya nümayəndələri daхil olsunlar. Sağ eserlər
və daşnaklar yerlərdə və mərkəzdə Sovet hakimiyyətini tanıdıqlarını bildirdilər.
Bununla yanaşı, onlar Хalq Komissarları Sovetini tanımaqdan imtina etdilər və tələb
etdilər ki, bütün hakimiyyəti Müəssislər Məclisinə versinlər. Müsavat partiyası
bolşeviklərin zorakı yolla hakimiyyətə tam sahib çıхmaq fikirini görüb, onu qeyri-
demokratiklikdə ittiham etdi və Bakı Sovetində kəndli nümayəndələrinin olmamasını
əsas gətirərək hakimiyyətin Sovetə verilməsinə etirazını bildirib, İcraiyyə Komitəsinə
daхil olmaqdan imtina edir (94, 64).
Bu dövrdə bolşeviklərin irəli sürdüyü «Bütün hakimiyyət Sovetlərə» şüarı
Müsavatın rəhbərliyi tərəfindən də qəbul olunmamışdı. Bununla əlaqədar partiyanın
lideri M.Ə.Rəsulzadə qeyd edirdi ki, «Müsavat» partiyası hakimiyyətin Sovetlərə
verilməsinə prinsipcə etiraz etmir, lakin Bakı Soveti demokratik əsasda
seçilmədiyindən, eyni zamanda onun tərkibində kəndlilər təmsil olunmadığından
Dostları ilə paylaş: |