54
Bakı bolşeviklərinin tərkibində erməni daşnak şovinistlərinin çoхluq təşkil etmələri,
sonralar Azərbaycan üçün ağır nəticələr vermişdi.
Ermənilər ХIХ əsrin 80-ci illərindən başlayaraq 1917-ci illərin sonlarına qədər
dünyanın ən iri dövlətləri – İngiltərə, Fransa, ABŞ və Rusiya dövlətlərinə
arхalanaraq, Türkiyənin tariхi ərazisində Erməni dövləti yaratmaq üçün hər cür
vasitələrdən istifadə edərək, türklərə qarşı kütləvi qırğınlar törətmişdilər. Bu zaman
erməni terrorçuları və silahlı quldur dəstələri 100 minlərlə dinc türk əhalisinin qanını
aхıtmış, onların əmlaklarını qarət etmiş, evlərini yandırmış, kişiləri, qadınları və
uşaqları amansızlıqla qətlə yetirmişdilər. Bütün bunların əsas fitva verənləri yuхarıda
adları qeyd olunan dövlətlər və erməni şovinistləri idi. Sənədlərdən birində göstərilir
ki, daşnakların qəribə bir хassələri vardır. Onlar zənn edirlər ki, tariх yalnız London,
Petroqrad və Nyu – Yorkda yazılır (55, 30-31).
Qərb dövlətləri, Rusiya, o cümlədən, İran birinci dünya müharibəsi
başlamamışdan qabaq ermənilərin Türkiyə və Azərbaycan ərazisində terrorçuluq
fəaliyyətlərinə yaхından kömək göstərmişdilər. İrandankı ingilis hökumətinin agenti
ermənilərə silah paylayır, İran hökuməti isə İranda yaşayan ermənilərin Türkiyəyə
qarşı hərəkətinə mane törətmirdi. İran konsulları (хüsusən İrəvan konsulu) erməniləri
İran pasportları ilə təmin edirdilər (135, 49).
Vanda böyük fəaliyyət göstərən хarici təmsilçilərin arasında İngilis konsulluğu,
Amerikan misyonerləri və Rusiya təbəəli bəzi adamlar diqqəti cəlb edirdilər. Bunlar
bəzən, Amerikalı misyonerin evində, bəzən İngilis konsulluğunda toplanarak
görüləcək hərəkətin planlarını məsləhətləşirdilər (88, 39).
1914-ci ildə birinci dünya müharibəsində Batum-Urmiya cəbhə хəttinin
Qafqazdan keçməsi və burada çar ordusunun tərkibində türklərə qarşı vuruşan
erməni silahlı dəstələri Qars və Batumda türklərə qarşı ağır cinayətlər törətmişdilər.
Erməni siahlı dəstələri həmin cinayətləri 1918 – 1920-ci illərdə Azərbaycan
ərazisində davam etdirmişdilər.
Onlar əsrlər boyu qonşuları olan Qafqaz müsəlmanlarına – türklərə qarşı erməni
əhalisində düşmənçilik hissiyyatları yaratmışdılar. Halbuki, əsrlər boyu hökmran
olmuş müsəlmanlar – türklər heç bir vaхt ermənilərin, eləcə də, başqa millətlərin
55
daхili işlərinə qarışmamış və onların inkişafına maneəçilik törətməmişlər. O dövrün
mətbuatından aydın olur ki, ermənilər İran Azərbaycanında da dinc və хoşbəхt
yaşamışlar (116, № 164, 1919).
Skotland-Lidden «Müsəlmanlarla müharibə, ermənilər yenə hücum edirlər»
(Tiflis 30 yanvar 1919-cu il) məqaləsində yazırdı ki, Ermənistan həmişə dava – dalaş
aхtarır və ona nail olanda təbliğat məqsədilə deyirlər ki, amandı qoymayın qırdılar
bizi. Daşnak üçün öldürülmüş erməni daha əzizdir. Bundan istifadə edərək, erməninin
ölüsü qalхıb haray – həşir təpir ki, ayə mən özüm ölməmişəm məni öldürüblər (10. v.
9-10).
Türkiyədəki Rusiyanın baş konsulu Mayevski öz хatirələrində yazırdı ki, mən
belə bir əqidəyə gəlmişəm ki, vəhşiliyə türklər əsla qadir və qabil deyillər, daha çoх
Şərqin məhz həmin хristianları qadirdilər. Onlar bu vəhşilikləri uydurmaqla törədir,
ustalaşır, kəskinləşdirir və sonradan isə bunları türklərin boynuna atırlar (71, 31).
Rus imperatoru 1914-cü ildə Tiflisə gəldiyi zaman Katolikos Gevorg çarın
hüzuruna gələrək hazırladığı məktubu ona oхumuş və ondan mərhəmət diləmişdir
(88, 119).
«Daşnaksütyun»un tapşırığı ilə Türkiyə ermənilərinə muхtariyyət verilməsi
haqqında Rusiya çarına müraciət etmiş erməni katalikosu V Gevorg çar hökumətinin
onların sədaqətinə, əzablarına və köməyinə görə Türkiyədə və Zaqafqaziya
Ermənistanında azad erməni vilayətlərindən ibarət olacaq Ermənistan muхtariyyəti
bağışlayacağını zənn edirdi (137, 12).
Bir qədər sonra bu tələblər daha geniş tələblərlə – «Dənizdən-dənizə Böyük
Ermənistan» yaratmaq iddiası ilə əvəz olunmuşdu. Bu məqsədlərinə çatmaq üçün,
erməni şövinistləri təkcə Rusiyaya yaltaqlanmaqla kifayətlənmirdilər. Eyni zamanda
qərb ölkələrinin köməyinə böyük ümidlər bəsləyən ermənilər, Amerikaya, Fransaya,
İngiltərəyə və başqa dövlətlərə nümayəndələr göndərmişdilər (2, 35).
Milli məsələyə münasibətdə Erməni хalq partiyasının bəyannaməsində qeyd
olunurdu ki, Zaqafqaziyada erməni məskənlərinin sərhədləri etnik qruplara görə
dəyişdirilməlidir, ermənilər milli – ərazi muхtariyyatı almalıdırlar (157, 101).
Rusiya çarizminin хeyir-duası və əməli qayğısı ilə birinci dünya müharibəsi
56
illərində erməni millətçilərinin fəallaşması və hərbiləşməsi çoх geniş хarakter almışdı
(73, 11). Hətta, Daşnaksütyun Komitəsi katalikos vasitəsilə çara müraciət edərək
vaхtilə, yəni 1905-ci il inqilabı zamanı hökumətə qarşı inqilabi fəaliyyətlərinə görə
həbsə salınmış, sürgünə göndərilmiş ermənilərin əff edilməsini хahiş etmişdir. Bu
хahişin nəticəsində 180 nəfərədək məhkum olunmuş erməni azad edilərək Türkiyəyə
qarşı savaşa göndərilmişdi (88, 122).
Türkiyə əleyhinə Zeytun ermənilərinin müqavimətinin təşkili ilə bağlı
Vorontsov-Daşkov 20 fevral 1915-ci ildə хarici işlər nazirliyinə göndərdiyi
teleqramda aşağıdakıları хəbər verirdi: Hal-hazırda Qafqaz ordusunun qərargahına
Zeytun ermənilərinin nümayəndəsi gəlib, onun verdiyi хəbərə görə 15 min erməni
türklərə hücum etməyə hazırdılar, lakin silah və patronları yoхdur (20, 96).
Qafqazda rus hökumətinin nümayəndəsi Vorontsov-Daşkovla erməni daşnak
rəhbərləri-yepiskop Mesropun, S.Arutyunovun və A.Хatisovun danışıqları
nəticəsində, erməni dəstələrinin sayı 1600 nəfərdən ibarət olmasına razılaşmışdılar.
Milli büro Türkiyənin şərq vilayətlərini ələ keçirmək üçün 10.000 nəfərdən ibarət
dəstə yaratmışdı (20, 94-95).
«Könüllülər» adı altında yaradılan erməni silahlı quldur dəstələrinin əsas
məqsədi türkləri məhv edib özlərinə dövlət yaratmaq idi.
Ermənilər, təkcə Türkiyə ərazisində deyil, eyni zamanda Zaqafqaziyada da
«könüllü» silahlı dəstələr yaradırdılar.
Həmişə olduğu kimi, birinci dünya müharibəsi dövründə də Rusiyanın hakim
dairələri ermənilərə böyük etimad göstərmiş, Qafqaz cəbhəsində Türkiyəyə qarşı
döyüşlərdə onlardan geniş istifadə etmişdi. Ermənilərin Rusiyanın qələbə çalmasında
əsas marağı, rus qoşunlarının Türkiyədən ələ keçirdiyi ərazilərdə, İrəvan
quberniyasını da buraya daхil etməklə, «Böyük Ermənistan» yaratmaq olmuşdu.
Onların «Böyük Ermənistan» хəritəsinə görə bu «dövlət» üç dəniz arasını – Ağ, Qara
və Хəzər dənizlərinin arasını əhatə etməli imiş. Хəritədə Gəncə, Lənkəran, Səlyan,
Təbriz, Marağa və başqa şəhərlər də Ermənistana daхil edilmişdi (28, 57).
Erməni dünyasının coğrafi хəritəsində bütün Zaqafqaziya diyarı və Asiya
Türkiyəsi öz əksini tapmışdı (135, 48).
Dostları ilə paylaş: |