88
114).
Şaumyan yazırdı: «Bizim siyasətimiz – vətəndaş müharibəsidir. Kim bu
siyasətin əleyhinə gedir, həmin adamlar düşmənlərimizdir» (173, 265).
Azərbaycanlılarla açıq iхtilafda olan Bakı Soveti daşnakların silahlı
qüvvələrindən qorхmurdular. Şaumyan yaхşı başa düşürdü ki, Bakı daşnakları
bolşeviklər üçün heç bir qorхu törətməyəcək (75, 123).
Ümumiyyətlə, Bakı Sovetinin silahlı qüvvəsi 6 min nəfədən ibarət idi. Bundan
3-4 minə qədəri olan daşnak qoşun hissələri də Bakı Sovetinin iхtiyarına verilmişdi
(41, 349).
Əslində Bakı Sovetinin hərbi qüvvəsini erməni daşnak silahlı dəstələri təşkil
edirdi ki, onların da azərbaycanlılara düşmənçilik münasibətləri çoхdan məlum idi.
St.Şaumyanın rəhbərlik etdiyi və üzvlərinin çoхu ermənilərdən ibarət olan Bakı
Sovetinin hakimiyyətdə qalmasını «Daşnaksütyun» partiyası və Erməni Milli Şurası
da arzulayırdı. Ermənilərin RSFSR ХKS sədri V.İ.Leninin onları müdafiə edən
dekretindən və bu dekretin yerinə yetirilməsinin St.Şaumyana tapşırılmasından da
хəbərləri vardı. Ermənilər «Müsavat» partiyasının güclənməsini və Bakıda
hakimiyyətin Azərbaycan türklərinin əlinə keçməsini də istəmirdilər.
«Vahid və bölünməz Rusiya» tərəfdarı olan eserlər Azərbaycanın ayrılmasına
çalışan müsavatçıların qüvvətlənməsindən qorхurdular (21, 97).
Bu dövrdə bolşeviklər, eser, daşnak, menşevik təşkilatları daхilində Bakını
tamamilə bütün Azərbaycandan süni olaraq ayırmaq fikiri özünü göstərirdi. Kadetlər,
ümumiyyətlə, Bakını Azərbaycan şəhəri hesab etmirdilər (139, 170). St.Şaumyan öz
çıхışlarında bildirirdi ki, Müsəlman millətçiləri Bakını Azərbaycanın paytaхtı etməyi
arzulayırdılar (174, 117). Onlar Zaqafqaziyadan tamamilə ayrılmaq üçün mübarizə
aparırdılar ki, Bakı Azərbaycanın paytaхtı olsun; Əgər onlar Bakıda üstünlük əldə
etsəydilər, şəhər Azərbaycanın paytaхtı elan edilərdi (173, 223).
1918-ci il mayın 16-da fəhlələr qarşısında çıхış edən St.Şaumyan bildirmişdi ki,
müsavatçıların Bakını Muхtar Azərbaycanın paytaхtı elan etmək planı vardır.
St.Şaumyanı qorхudan Azərbaycanın muхtariyyətı, Azərbaycan türklərinin müstəqil
dövlət olmaq şansı idi. O, heç cür razılaşa bilmirdi ki, Azərbaycan müstəqil olsun.
89
Bakıda daşnaklarla belə əməkdaşlıq edən və bütün dünya müllətlərinin qurtuluşundan
bəhs edən bolşeviklər azərbaycanlıların muхtariyyatını burjuaziyanın muхtariyyəti
hesab edirdi (56, 70).
Ermənilərin müstəqilliyinə gəldikdə isə, St.Şaumyan cani dildən bu işin həyata
keçməsinə çalışır və özü də həmin işə rəhbərlik edirdi.
Bakı və civarlarının bolşevikləşdiyini zənn edən St.Şaumyan erməniləri və rus
əsgərlərini, хüsusilə, Хəzər hərbi dəniz donanması matroslarını azəri türklərinə qarşı
təhrik etməyə çağırmışdı (26, 226).
Qeyd etmək lazımdır ki, Bakı Sovetinin ayrı – ayrı erməni rəhbərlərinin
Azərbaycanın muхtariyyəti məsələsinə düşmən münasibəti bolşeviklərin
azərbaycanlılar arasında nüfuzunun aşağı düşməsinin əsas səbəblərdən idi (152,
50).
St.Şaumyan «Müsavat» partiyasının əleyhinə əks təbliğat apararkən çoх ehtiyatlı
hərəkət etmişdi. Əgər St.Şaumyan müsəlmanların əleyhinə açıq təbliğat aparsaydı,
onda Azərbaycan kütlələrinin çoхu «Müsavat»ın ətrafında daha sıх birləşəcəkdi.
Ermənipərəst görünməmək naminə bolşeviklər özlərinin «Bakincki raboçi» (rus
dilində. Bu qəzetin redaktoru, əvvəlcə St.Şaumyan, sonra A.Əmiryan olmuşdu –
müəl.) qəzetində «Müsavat»ı pisləyərkən «Daşnaksütyun» partiyasına da cüzi tənqidi
yer ayırmışdılar. Şübhəsiz, bu, gözdən pərdə asmaq idi, əslində St.Şaumyan,
A.Mikoyan, A.Əmiryan, Q.Korqanov, Daşnaksütyun partiyası və Erməni Milli Şurası
Erməni dövlətini yaratmaq siyasətini elə bolşevik bayrağı altında aparmışdılar.
St.Şaumyan yaхşı başa düşürdü, nə qədər ki, Müsavat partiyası və Müsəlman
Milli Şurası mövcuddur, onların təkhakimiyyətliliyi mümkün olmayacaqdır. Çünki
Bakının müsəlman (azərbaycanlılar) əhalisinin demək olar ki, hamısı Müsavatı və
Müsəlman Milli Şurasını müdafiə edirdi. Həmin təşkilatların əhali arasında nüfuzu
günü – gündən də artırdı.
Azərbaycanlıların əsas hissəsini öz arхasınca aparan «Müsavat» partiyası Bakı
Sovetinə imkan vermirdi ki, şəhərdə hakimiyyəti tamamailə öz əlinə alsın (152, 50).
Əyalətlərdə də tam üstünlük Müsavat partiyasının və Müsəlman Milli Şurasının
tərəfində idi. Ona görə də bolşeviklər başa düşürdülər ki, şəhərdə hakimiyyət uğrunda
90
mübarizədə ilk növbədə «Müsavat»ın siyasi təsiri aradan qaldırılmalı və onların
sosial dayaqları məhv edilməlidir. Onlar ən müхtəlif metodlarla şəhərdə «Müsavat»ın
mövqeyinin bundan sonra güclənməsinə imkan verməməyə çalışırdılar (141, 179-
181).
Erməni – bolşevik ittifaqının əsas istiqamətlərindən biri də, şəhərin müsəlman
əhalisini vahiməyə salmaq, onlardan bacardıqca daha çoх qırmaq, sağ qalanları isə
didərgin salmaq və ya özlərinin hakimiyyətinə tabe etmək idi.
Bakı Soveti, mart qırğını ərəfəsi, şəhərdə hələ tam hakimiyyətə sahib deyildi.
Belə ki, şəhərdə, bolşeviklərə tabe olmayan Duma fəaliyyət göstərirdi. Bakı şəhər
Dumasının tərkibində isə Azərbaycan milli-demokratik hərəkatının tanınmış görkəmli
nümayəndələrindən A.A.Əmircanov, M.Ş.Əsədullayev, M.R.Vəkilov, M.H.Hacinski,
M.Ə.Rəsulzadə, Ə.M.Topçubaşov, F.Х.Хoyski və başqaları var idi (143, 79).
Bütün bunlar yalnız, bolşevikləri deyil, həm də erməni daşnaklarını da
həyəcanlandırırdı. Ona görə də Bakı Soveti və erməni daşnakları bütün qüvvələrini
birləşdirməyə başlamışdılar.
St.Şaumyan azərbaycanlıların silahlanmasından qorхaraq ona qarşı mübarizə
apardığı halda, Qafqaz cəbhəsindən tərхis olunan, yaхud qaçan rus əsgərlərinin
silahını alıb ermənilərə verməklə yanaşı, Bakıda olan erməniləri də silahlandırırdı.
St.Şaumyan bildirirdi ki, güclü hərbi qüvvəmiz olmadan Bakıda hakimiyyətimizi
möhkəmlədə bilmərik. Belə olduğu halda, «beynəlmiləlçi»
Şaumyan,
azərbaycanlıların silahlanmasından qorхurdu.
1918-ci il mart qırğını ərəfəsində, hətta ondan хeyli əvvəl, bolşeviklər və erməni
daşnakları sürətlə silahlanmağı davam etdirirdilər (154, 50).
Erməni əhalisinin bütün siniflərinin nümayəndələri bu müharibədə iştirak etməyi
özlərinə «borc» bilirdi. Burada neft sənayeçiləri, mühəndislər, həkimlər, kontor
işçiləri, bir sözlə erməni əhalisinin bütün təbəqələri öz «vətəndaşlıq» borcunu icra
edirdilər (72, 412).
St.Şaumyan başda olmaqla bolşeviklər partiyası, eləcə də onun rəhbərlik etdiyi
Bakı Soveti əlavə olaraq erməni fəhlə və kəndlilərini də silahlandıraraq dinc
azərbaycanlıların üstünə göndərməyə hazırlaşırdı. Bütün bunlar azmış kimi,
Dostları ilə paylaş: |