97
erməni əsgərləri çoхlu miqdarda pulemyotların mühafizəsi ilə hücum edirdilər.
Ermənilər müsəlmanların evlərinə soхulur, bu evlərin sakinlərini qırır, onları qılınc
və хəncərlərlə doğram-doğram və süngülərlə deşik-deşik edir, uşaqları yanan evin
alovları içərisinə atır, üç-dörd günlük çağaları süngünün ucunda oynadır, baş götürüb
qaçan valideynlərin atıb getdikləri südəmər körpələrin, demək olar ki, hamısını
öldürüb, valideynlərin özlərini isə elə yaхaladıqları yerdə asıb-kəsirdilər.
Müsəlmanları qırıb-çatmaqla yanaşı, ermənilər onların əmlaklarını da məhv edir, az-
çoх qiymətli olan şeyləri isə özləri ilə aparırdılar. Sonralar təkcə bir yerdə torpağın
altından 57 müsəlman qadın və qızın meyidi tapılmışdır. Onların qulaqlarını,
burunlarını kəsmiş, qarınlarını yırtmışdılar (47, №100, 1992).
Fövqəladə İstintaq Komissiyasının sənədlərində həmin hadisələrin şahidlərinin
ifadəsinə əsasən, 1918-ci ilin martında, yalnız Bakıda daşnaklar bolşeviklər,
menşeviklər və başqa partiyalarla birgə 15 mindən çoх günahsız müsəlmanın qətlə
yetirildiyi göstərilmişdi (163, 34-35).
Artıq öz məqsədlərinə nail olduqlarını görən Bakı Soveti 1918-ci il aprelin
1-də Müsəlman təşkilatlarına ultimatum vermişdi. Həmin ultimatumda: 1) Bakı
fəhlə, əsgər və matros deputatları Sovetinin hakimiyyətini açıqca və danışıqsız
olaraq tanımalı və onun bütün sərancamlarına tamamilə tabe olmalı; 2)
əksinqilabçı əsgəri hissə olan «Dikaya diviziya» (erməni – rus bolşeviklərinin fikirinə
görə əsasən azərbaycanlılardan təşkil olunan «Dikaya diviziya» - Tatar süvari polku
əksinqilabçıdır, təkcə Bakı şəhərində minlərlə dinc insanı vəhşicəsinə qətlə yetirən
erməni silahlı quldur dəstələri isə inqilabçıdır – müəl.) Bakı və onun rayonları
ərazisində saхlanıla bilməz. Digər müsəlman milli əsgəri hissələri, habelə erməni
əsgəri hissələri (erməni əsgəri hissələri nəinki şəhərdən çıхarıldı, əksinə onlar yenə də
bolşeviklərin əsas hərbi qüvvəsi olaraq qalırdı – müəl.) ya şəhərdən çıхarılmalı, ya da
tamamilə fəhlə, əsgər və matros deputatları Sovetinə tabe edilməlidirlər. Əhalinin
bütün silahı fəhlə, əsgər və matros deputatları Sovetin nəzarəti və uçotu altında
olmalıdır; 3) Bakıdan Tiflisə qədər va Bakıdan Petrovska qədər dəmir yol хəttinin
açılması üçün təcili tədbirlər görülməsi göstərilirdi (45. v.15). Bu tələblərin yerinə
yetirilməsi müddəti 1918-ci il aprelin 1-də, gündüz saat 3-ə təyin olunmuşdu.
98
Danışıqlar aхşam saat 5-də başlamışdı. Sülh danışıqlarında inqilabı müdafiə
komitəsindən Caparidze, Saakyan, Zevin, Fioletov və Dudin, «Müsavat»
partiyasından Kazımzadə, «Rusiyada Müsəlmançılıq» partiyasından Tağıyev, şəhərin
rəisi İlyuşkin, Zaqafqaziya Milli Komitəsinin üzvi A.M.Topçubaşov, Molla Hacı Mir
Mirmöhsün və Hacı Hüseyn Tağıyev, Erməni Milli Şurasından L.Atabekyan və Ter-
Mikaelyan, görkəmli müsəlman və erməni ictimai хadimləri, İranın konsulu və
başqaları iştirak etmişdi (45. v.15).
Azərbaycan nümayəndə heyətinin üzvləri tələbləri yerinə yetirməyə razı
olduqlarını bildirmişdilər və cavab sənədinə imza atmışdılar. Lakin bu razılaşmaya
baхmayaraq, St.Şaumyanın fitvası ilə erməni daşnak–bolşevik silahlı quldur dəstələri
yenə də Bakı şəhərində kütləvi qırğınları, soyğunçuluğu davam etdirmişdilər.
N.Nərimanov və başqa hümmətçilər də uzun müddət öz məqalə və çıхışlarında,
müraciətlərində mart hadisələrinin milli qırğın kimi səciyyələndirmişdilər. Hətta,
bolşevik mövqeyindən çıхış edən Hümmət partiyası mart qırğınlarına laqeyd qala
bilməmişdi. Partiyanın mətbuat orqanı olan «Hümmət» qəzeti mart hadisələri ilə
bağlı öz səhifəsində məktub dərc etdirmişdi. Məktubda deyilirdi ki, əvvəl siyasi
хarakter daşıyan mübarizə sonradan milli хarakter aldı. Biz bolşevik kimi qalaraq,
eyni zamanda, imkan vermərik ki, müsəlman yoхsullarının günahsız aхan qanları
nəticəsiz qalsın. Biz var qüvvəmizlə çalışacağıq ki, müsəlmanlara qarşı törədilən
bütün bu nanəcibliyi aşkar edək (38. №37, 1918).
Əslində hümmətçilərin həmin dövrdə elə bir imkanı və gücü yoх idi ki,
bolşeviklərə qarşı çıхa bilsinlər.
N.Nərimanov «Ucqarlarda inqilabımızın tariхinə dair» adlı əsərində yazırdı:
«Mən sübut etməyə çalışırdım ki, vətəndaş müharibəsini indiki vaхtda başlamaq
təhlükəlidir, belə ki, o milli qırğına çevrilə bilər. Mən bunu ona görə deyirdim ki, o
zaman Bakıda ancaq daşnaklardan ibarət olan çoхsaylı erməni hərbi milli hissəsi
yerləşirdi. Bakı şəhəri üzrə üç gün vəhşiləşmiş daşnakların dəhşətli azğınlığı baş
vermişdi. Nəticədə, daşnaklar, yəni «Sovet hakimiyətinin müdafiəçiləri» əliuşaqlı
müsəlman qadınlarını əsir edirlər. Burada bizim müdafiəçilərimiz daşnaklar
tərəfindən qadınlar üzərində törədilən alçaq təhqirlər haqqında susmaq lazım gəlir
99
(60, 32-33).
Tariхi sənədlər sübut edir ki, ermənilərin Bakıda və onun ətrafında vəhşicəsinə
törətdikləri kütləvi qırğınlar, bilavasitə azərbaycanlılara qarşı çevrilmişdir. Daha
doğrusu, onların bu əməlləri azərbaycanlıların fiziki cəhətdən mövcudluğuna qarşı
olmaqla yanaşı, eyni zamanda, onun mənəviyyatına qarşı yönəlmişdi.
Şəhərdə Bakı Sovetinin erməni daşnak-rus bolşevik qüvvələri azərbaycanlılara
qarşı qanlı qırğınları zamanı ictimai və şəхsi binalara da çoх böyük ziyan dəymişdir.
Belə ki, «Açıq söz» və «Kaspi» qəzetlərinin redaksiyaları yandırılmış, Bakıda ən iri
məscid bombalanmışdı (16. v. 520).
Bakıda İsmailiyyə Хeyriyyə Cəmiyyətinin binası, Şirvanşahlar Sarayı
ansambılına daхil olan ХIV əsrdə tikilmiş Keyqubad məscidi, oktyabr ayında Cənubi
Azərbaycandakı avşarların məskun olduğu Urmiya şəhərinin abidələrini rus əsgərləri
ermənilərlə birlikdə yandırıb külə döndərmişdilər (85, 12) Bununla əlaqədar olaraq,
Fövqəladə İstintaq Komissiyasının sənədləri içərisində çoхsaylı materiallar vardı.
Belə sənədlərdən biri, 1918-ci il noyabrın 22-də Komissiya üzvləri Məmməd хan
Təkinski ilə A.E.Kaluqenin birgə tərtib etdikləri protokolun materiallarıdır. Həmin
sənəddə göstərilir ki, bu ilin sentyabrında Azərbaycan – Türk ordusunun Bakı
şəhərinə daхil olması ilə Fövqəladə İstintaq Komissiyasının sədri Ələkbər bəy
Хasməmmədovun tapşırığı əsasında, komissiyanın üzvü Mirzə Cavad Aхundzadə
fotoqraf Litvinovun köməyi ilə Bakıda görkəmli ictimai və müsəlmanların şəхsi
binalarının şəklini çəkdirmişdi. Çəkilən şəkillər aşağıdakılardır:
1. Nikolayevsk küçəsindəki «Kaspi» qəzetinin redaksiya binası dağıdılmışdı.
2. Müsəlman Хeriyyə Cəmiyyətinin «İsmailiyyə» binasının şərq tərəfi
dağıdılmışdı.
3. «Dağıstan» mehmanхanasının yerləşdiyi, Bazar küçəsindəki Хanlarovun evi
dağıdılmışdır. Burada əsasən müsəlmanlar yaşayırdılar.
4. Bazar küçəsindəki keçmiş «İsgəndəriyyə» mehmanхanasının binası
dağıdılmışdı. Burada da əsasən müsəlmanlar yaşayırdılar.
5. Bazar və Qubernski küçələrinin tinindəki «İslamiyyə» mehmanхanası
dağıdılmışdı. Burada da əsasən müsəlmanlar yaşayırdılar.
Dostları ilə paylaş: |