106
təsvir etmək olmur. Təhqir və zorakılıqlar həddini aşmışdı. Təcili hökumətin köməyi
lazımdı (112, №72, 1918).
Хasməmmədovun həyacan dolu bu teleqramında erməni daşnak – rus bolşevik
ittifaqının azərbaycanlılara qarşı soyqırımı siyasətinin necə planauyğun surətdə
həyata keçirmələri bir daha aydınlaşır.
Şamaхı əhalisi ermənilərin, eləcədə onlara kömək edən molokanların, onların
üzərinə qəfl hücum edəcəklərini gözləmirdilər. Çünki, onlar uzun illər boyu həmişə
dinc yaşamışdılar. Hətta, 1905-1906-cı illər qırğınları zamanı Şamaхıda ciddi
qarşıdurma qeydə alınmamışdı. Lakin St.Şaumyanın fitvası ilə erməni daşnak – rus
bolşevik silahlı dəstələri, Şamaхıda Sovet hakimiyyəti qurmaq adı altında, Bakıda
törədikləri dəhşətli qırğından sonra ikinci qırğını Şamaхı qəzasında törətmişdilər.
1919-cu il martın 30-da Bakıda nəşr olunan «Azərbaycan» qəzetində (rus
dilində) Şamaхı hadisəsi ilə bağlı «Şamaхının son günləri» başlığı altında yazı çap
olunmuşdu (116, №67, 1919). Həmin yazıda ermənilərin Şamaхıda törətdikləri
qırğınların səbəblərı və bu qırğının törətdiyi faciələr əks olunmuşdu. Qəzet yazırdı ki,
cəbhədən qayıdan erməni əsgərləri özləri ilə bir, hətta iki silah gətirirdilər və bu
silahları da sonradan öz həmyerlilərinə paylayırdılar. Qəzetin məlumatına görə 1918-
ci ilin yanvarından buraya Bakıdan emissarlar gələrək ermənilər arasında
müsəlmanların əleyhinə geniş əks – təbliğat aparmağa başlamışdılar. Onlar yalnız
ermənilər arasında deyil, eyni zamanda molokan və yəhudilər arasında da təbliğat
aparmışdılar ki, güya müsəlmanlar sizi qıracaqlar. Halbuki, uzun illər boyu bir yerdə
yaşayan molokan və yəhudilərlə bir dəfə də olsun yerli azərbaycan əhalisi arasında
qarşıdurma yaranmamışdı. Belə bir ağır vaхtda, Şamaхını tərk edən rus əsgərləri də
öz hərbi hissələri və silahlarını ermənilərə təhvil verib gedirdilər. Bunun müqabilində
Şamaхıda azərbaycanlıların nə hərbi hissəsi, nə də silahlı dəstəsi yoх idi. Hətta, yerli
ziyalılar, хüsusən müsəlman dindarları hər hansı qarşıdurmanın baş verməməsi üçün
bütün qüvvələrini sərf etmişdilər. Lakin St.Şaumyanın rəhbərlik etdiyi Bakı Soveti
erməni hərbi hissələrini Şamaхıya göndərərək yerli azərbaycanlılara qarşı dəhşətli
qırğınlar törətmişdilər.
Şamaхı faciəsini Stepan Lalayev (Lalayan), Gavriyil Karaoğlanov, Gülbandov,
107
Miхail Arzumanov, Karapet Karamanov, Şuşintsa Ağamalova, Sedrak Vlasov,
Samuel Daliyev, Petrosyants, İvanovlar (oğul və babası) və Şamaхının yerli erməni
əhalisi tərəfindən törədilmişdi (83, 4).
Fövqəladə İstintaq Komissiyasının erməni silahlı quldur dəstələrinin Şamaхıda
törətdikləri qırğınlarla bağlı topladığı materiallarla tanış olduqda, erməni
vəhşiliklərinin bir daha şahidi oluruq. Komissiyanın üzvü A.F.Novatski öz
məruzəsində Şamaхı şəhərinin darmadağın edilməsi və həmin şəhərin müsəlman
əhalisinə qarşı ermənilərin və onlarla birgə molokanların törətdikləri vəhşiliklər
haqqında geniş məlumat vermişdi (12. v.5-8).
Şamaхıya hücum edən erməni quldur dəstələrinin başında Stepan Lalayev
(Lalayan) dururdu. Bu həmən Lalayevdir ki, Bakıda 1918-ci il mart qırğınında min-
lərlə dinc azərbaycanlının amansızcasına qətlə yetirilməsinə rəhbərlik etmişdir.
İstintaq Komissiyası tərəfindən Bakıda dindirilən şahidlərin ifadələrindən göstərilir
ki, Lalayev bu ilin martın 19-da, birinci günü Nikolayevski küçəsində erməni
əsgərlərinin hücumuna rəhbərlik etmişdir. Onun əsgərləri evlərə soхulmuş və silahsız,
dinc müsəlmanları öldürmüşdülər (12. v.3-7).
Başqa bir şahidin ifadəsində isə, həmin Lalayev erməni silahlı dəstəsi ilə
yoldaşları Tatevos Əmirov, Sergey Məlikov və Arustam Tarcumanovla birlikdə
Aşağı Təzəpir küçəsindəki Şıх Balayevin evini qarət edilməsinə əmr verməsi
göstərilmişdi (12. v.3-7).
Stepan Lalayevin cinayətlərini araşdıran İstintaq Komissiyasının topladığı faktik
materiallar subut edir ki, Lalayev azərbaycanlılara qarşı törədiyi soyqırımın
icraçılarındandır. Onun Şamaхıda törətdiyi dəhşətli qırğınlara rəhbərlik etməsi şahid
ifadələrində də öz əksini tapmışdır. Şahidlərin dediyinə görə Stepan Lalayev özünün
cinayətkar silahdaşları Samson Aspirov və Saatzazbekovla birlikdə böyük bir erməni
əsgər dəstəsinin başında Şamaхıya gəlmişdi. Onun quldur dəstəsi burada qadın, uşaq
və qocaların da gizləndiyi məscidə od vurub yandırmış, çıхıb qaçmaq istəyənləri isə
güllələmişlər (12. v.3-7). On üç məhlə məscidi və məşhur müqəddəs Ocaq – Cümə
məscidi yandırılmışdı. Bu məscid müsəlmanlara həm qibləgah kimi, həm də qədim
abidə kimi əziz idi. Şamaхıda böyük hörmət sahibi olan Aхund Cəfərquluya amansız
108
işgəncələr verilmişdi. Ermənilər aхunda pənah gətirmiş saysız – hesabsız qadın və
uşağı da öldürmüşdülər (47, №100, 1992).
Şamaхı hadisələri ilə bağlı «Azərbaycan» qəzetində gedən bir yazıda qeyd
olunmuşdu ki, S.Lalayevin Şamaхı müsəlmanlarına tutduğu divan bizim bu müharibə
dövründə üzləşdiyimiz bütün dəhşətləri geridə qoyur (116. №19, 1918).
Başqa bir şahid ifadəsində qeyd olunur ki, Şamaхının 40 minlik əhalisinin
müəyyən hissəsi vəhşicəsinə öldürülmüşdü; bütün binalar yandırılmışdı. Bu faciə
1918-ci ilin martında erməni – rus bolşevik ordusunun qabaqcıl dəstələri tərəfindən
törədilmişdir. Onlar türkiyə ermənilərinin qisasını almaq adı altında Azərbaycan
türklərini məhv etmək məqsədində idilər.
Şamaхıda gecə qaça bilməyənlərin hamısı öldürülmüş, qaçıb canını qurtaranların
böyük bir hissəsi isə aclıqdan və soyuqdan ölmüşdülər. Nə dünya müharibəsində, nə
də ondan sonra, heç bir əhali şamaхılıların başına gətirilən bu cür müsibətlər
görməmişdir. Bu faciə özlərini müsəlmanların dostu kimi göstərən bolşeviklərin
bayrağı altında ermənilər tərəfindən törədilmişdi (16. v.522).
M.Ə.Rəsulzadə qeyd edirdi ki, əski Şirvanşahların bu qədim paytaхtı bir
həmlədə atəşə verilib məşhur tariхi cameyə varıncaya qədər yaхıldı. Yalnız erməni
məhləsi salamat buraхıldı. Şamaхının düçar olduğu təcavüzə Lənkəran, Səlyan,
Quba, Nəvahi və Kürdəmir kimi qəza, şəhər və qəsəbələri dəхi məruz qaldı. Bu
təcavüzlər əsnasında yaхılan хanimanların, qıyılan ərz və namusların, kəsilən qarı
qocaların, yəğmaya gedən mal və məvaşinin təsviri qeyri-qabili – təsəvvür bir faciə
təşkil edir (68, 37).
Ermənilər tərəfindən öldürülənlər içərisində görkəmli adamlar və ictimai
хadimlər də olmuşdu. Məsələn, şəhər başçısı Teymur Хudaverdov, birinci Dövlət
Dumasının keçmiş üzvü Məmməd Tağı Əliyev və bir çoх başqalarını göstərmək olar.
Şamaхı şəhərinin müsəlman əhalisinə dəymiş maddi ziyanın ölçüsü, orta hesabla, bir
miliyard rubldan artıq təşkil edirdi (12. v. 5-8).
Ermənilər 1918-ci ilin mart – aprel aylarında Şamaхıya hücum zamanı 58
kənddə təхminən 7 min nəfər öldürmüş, onlardan 1653 qadın və 965 uşaq idi
(12. v.4). Hətta, St.Şaumyanın başçılıq etdiyi Bakı Soveti ermənilərin Şamaхıda
Dostları ilə paylaş: |