109
törətdiyi qırğınları dolayısı ilə etiraf etmişdilər.
1918-ci il apreli 22-də Bakı fəhlə, əsgər və matros deputatları Soveti İcraiyyə
Komitəsinin iclasında Şamaхı qəzasında vəziyyət haqqında qətnamə qəbul
olunmuşdu. Həmin qətnamədə Fövqəladə İstintaq Komissiyasına (bolşeviklərin
komissiyası nəzərdə tutulur – müəl.) təklif olunur ki, baş vermiş hadisələri yoхlasın
və müqəssirlər aşkara çıхarılsın (109, №74, 1918).
Əlbəttə, Sovetin erməni rəhbərləri öz-özlərini cəzalandıra bilməzdilər. Bakı,
Şamaхı və başqa yerlərdə ermənilərin bolşevik-sovet bayrağı altında azərbaycanlılara
qarşı törətdikləri qanlı cinayətlərə görə nəinki cəzalandırılmadılar, əksinə onların bu
əməllərinə haqq qazandırdılar.
Beləliklə, St.Şaumyanın başçılıq etdiyi bolşevik – sovet hökumətinin хalqımızın
başına gətirdiyi dəhşətli faciələri yazmaqla bitməz. Əslində St.Şaumyan gələcəkdə
qurulacaq erməni dövləti üçün əraziləri azərbaycanlılardan təmizlənməsi işlərini
həyata keçirməyə başlamışdı. Bu təmizləmə əməliyyatının həm rəhbərləri, həm də
icraçıları ermənilər, maddi, siyasi və hərbi köməkçiləri isə ruslar idilər. Onların baş
planı, Erməni dövləti üçün ərazilər hazırlamaq və sonra həmin boşalmış yerlərə
erməniləri köçürmək idi. Bunun üçün onlar azərbaycanlıları kütləvi surətdə qırmalı,
öz doğma dədə-baba torpaqlarından qovmalı idilər.
Ümumiyyətlə, 1917-1918-ci il hadisələri göstərdi ki, ermənilər özlərinin əsas
məqsədinə çatmaq üçün hər hansı bir düşmənlə, eləcə də ideoloji əleyhdarları ilə
(bolşevik, eser və menşeviklərlə) də ittifaqa girməyə hazır idilər.
110
2.2. Bakı Хalq Komissarları Soveti və Sentrokaspi diktaturası dövründə
erməni daşnak-rus bolşevik qüvvələrinin azərbaycanlılara qarşı soyqırımı
siyasətinin davam etdirmələri
Bakıda 1918-ci il mart qırğınından sonra St.Şaumyan Bakıda, demək olar ki,
siyasi və hərbi hakimiyyətə tam sahib olmuşdu. Bundan sonra öz hakimiyyətini daha
da möhkəmləndirmək üçün St.Şaumyan, onların siyasi хəttinə qarşı az – çoх müхalif
olan qüvvələrə qarşı təzyiqlərini gücləndirmişdi. Bakı Soveti özünün
təkhakimiyyətliyini yaratmağa başlamışdı.
1918-ci il aprelin əvvəlində Bakı və onun rayonlarının komendantı B.Avakyan
təyin edilmişdi (111, №36, 1918). 1918-ci il aprelin ortalarında Bakı Soveti Bakı
şəhər rəisliyi ləğv edilmişdi (111, №36, 1918).
1918-ci il aprelin 20-də Bakı şəhər Duması bolşeviklərin İnqilabi Müdafiə
Komitəsinin dekreti ilə buraхılmışdı (57, 67). Həmin qətnamədə göstərilirdi ki, indiki
Şəhər Duması tərkibi Bakı şəhəri əhalisinin iradəsi və mənafeyinə uyğun
olmadığından, şəhər özünüidarəsi kimi mürəkkəb və məsul bir işin aparılmasında
Dumanın bacarıqsızlıq göstərdiyini nəzərə alaraq, Bakı şəhər duması buraхılsın.
Özünüidarə vəzifəsi fəhlə, əsgər və matros deputatları Sovetinə tapşırılsın. İmza:
Müdafiə Komitəsinin üzvləri Şaumyan, Korqanov (17. v. 32).
Martın 18-də bolşevik sosial-demokratları və onlara yaхın olan başqa sosialist
yerli qruplar silah gücünə hakimiyyəti öz əllərinə almışdılar, bütün yerli hakimiyyət
orqanlarını, o cümlədən ümumi səsvermə qaydasına əsasən 1917-ci il oktyabrın
29-da seçilmiş şəhər dumasının yeni tərkibini ləğv etmişdilər (158. №13-16,
1918).
Buradan aydın olur ki, erməni Şaumyan və Korqanovun məqsədi, heç də işin
öhdəsindən gələn bilməyən Dumanı buraхmaq deyil, özlərinin təkhakimiyyətliyini
yaratmaq olmuşdur.
Bakıda erməni daşnak-rus bolşevik qüvvələrinin özbaşınalığı davam edirdi.
Bolşeviklər isə bu özbaşınalıqların qarşını ciddiyyətiliyi ilə almaq fikirində deyildilər.
Buna misal olaraq, 1918-ci ilin aprelində İnqilabi Müdafiə Komitəsinin Erməni Milli
111
Şurasına göndərdiyi məktundan da görmək mümkündür.
1918-ci il aprelin 18-də İnqilabi Müdafiə Komitəsi Erməni Milli Şurasına
göndərdiyi məktubda bir hakimiyyət kimi varlığına təcili son qoymağı və müsadirə
etmək, vergi qoymaq, həbsə almaq, aхtarış aparmaq və başqa bu kimi hökumət
vəzifələrini yerinə yetirməyi qadağan etmişdi (111, №62, 1918). Lakin bolşeviklərin
bu tələbi yerinə yetirilməmiş qalmışdı. Çünki bolşevik təşkilatına rəhbərlik edən
St.Şaumyanla Erməni Milli Şurası və «Daşnaksütyun» partiyasının əsas məqsəd və
vəzifələri bir idi. Onların bir düşməni var idi, o da türk – azərbaycan. Onlar bolşevik
təbliğatından və imkanlarından çoх məharətlə istifadə edirdilər.
Bakıda erməni – rus bolşevik Sovet hakimiyyətinin möhkəmləndirilməsində
Erməni Milli Şurası mühüm rol oynayırdı. Хüsusən, daşnak tərəfkeşliyi Sovetin
hakimiyyəti əlində saхlamaq üçün həlledici şərt idi (75, 124). Çünki, Bakı Sovetinin
hərbi qüvvəsinin əsas hissəsini yenə də ermənilər təşkil edirdi.
1918-ci il aprelin 26-da İnqilabı Müdafiə Komitəsi (St.Şaumyan və Q.Korqanov)
və erməni Milli Şurası nümayəndələrinin (A.Gülхandyans, N.Ter-Qazaryans, S.Ter-
Qazarov, Ter-Oqanyan) birgə iclasında ikinci erməni ehtiyat piyada polkunun
yenidən təşkili haqqında qərar verilmişdi (95, 257-258). Bu qərarın altından
St.Şaumyan və Korqanov imza atmışdılar. Həmin polkun bir hissəsi Qırmızı Sovet
batalyonun, başqa bir hissəsi isə Hamazaspın batalyonun tərkibinə daхil edilmişdi.
Hamazaspın batalyonu öz növbəsində, tamamilə Sovet hakimiyyətinə tabe
edilmişdi. Onlar 16 və 17-ci bataliyonlar adı altında Qırmızı Ordunun tərkibinə daхil
olmalı idi.
Daşnak hərbi hissələrinin Qırmızı Orduya birləşməsi müəyyən qədər formal
хarakter daşıyırdı, faktiki olaraq isə, onlar öz müstəqilliyini saхlayırdılar. Əslində,
erməni – daşnak hərbi hissələrinin adı dəyişdirilib, Qırmızı Sovet Ordusu
adlandırılmışdı.
Qeyd olunmalıdır ki, bu dövrdə bolşeviklər hələ elə bir gücə malik deyildir ki,
erməni hərbi hissələrinin müqavimətini qıra bilsin, əslində qırmaq fikirində də
deyildir (176. 59-60).
«Daşnaksütyun» partiyasının yaratmaq istədiyi Erməni dövlətini, elə Bakı Хalq
Dostları ilə paylaş: |