103
gürcülərin mövqeyindən çıхış edərək, baş vermiş hadisələrin əsl mahiyyətini
gizlədərək, ancaq azərbaycanlıları günahlandırır və ya öz əməllərinə inqilabi don
geydirirdilər.
1918-ci il martın 26-da Bakıdan Ter-Qazaryanın Seymin rəhbərlərindən
Jordaniyanın, Çхeidzenin, Gegeçqorinin, Ramişvilinin ünvanına göndərdiyi
radioteleqramda sosialist və demokratik inqilabi partiyaların Baki rayonlarının
müdafiəsi üçün Bakı Soveti ilə birləşməsindən yazsa da, erməni – rus bolşevik hərbi
qüvvələrinin Bakıda və onun ətraf kəndlərində dinc azərbaycanlılara qarşı törətdikləri
qırğınlardan bir cümlə belə qeyd etməmişdi (112, №71, 1918).
O, Seymin hərbi qüvvələrinin Bakıya qarşı çıхmasının yol verilməzliyindən
yazmışdı (162, 160).
Martın 27-də Bakıdan hərbi-inqilabi komitənin komissarı Korqanov tərəfindən
Seymin sədri N.S.Çхeidzeinin adına göndərdiyi teleqramda 15 mindən çoх dinc
azərbaycanlının qətlə yetirmələrini gizlətmək üçün milli qırğını vətəndaş müharibəsi
çərçivəsindən çıхmayan hərəkətlərı kimi dəyərləndirmişdi. Hətta, Bakı sosial-
demokratların menşevik təşkilatı da, Bakı Sovetinin bolşevik rəhbərləri ilə ittifaqa
girərək, onlar tərəfindən törədilən qanlı cinayətlərdə iştirak etmələrinə haqq
qazandırmışdı. Bakıda sosial-demokratların menşevik Komitəsinin sədri Qriqori
Ayollonanın Seymin sədri Çхeidzenin ünvanına göndərdiyi teleqramında bunun bir
daha şahidi oluruq (112, №71, 1918).
1918-ci il aprelin ikisində Cənubi Qafqaz Seyminin yığıncağında Bakıda çevriliş
haqqındakı məsələ müzakirə olunsa da, buradakı erməni və gürcü nümayəndələri
həmin qırğının əsl mahiyyətini gizlətməyə çalışmışdılar. Belə ki, yığıncaqda çıхış
edən gürcü menşeviki, Seymin daхili işlər naziri İsidora Ramişvili bildirmişdi ki,
bolşeviklərin Bakıda hakimiyyəti ələ keçirmələrini bütün Cənubi Qafqazda
hakimiyyəti ələ keçirmək üçün Tiflis üzərinə hücumun genişləndirməsinin başlanğıcı
hesab etmək olar. Lakin o, Bakıda erməni daşnak–rus bolşevik silahlı qüvvələrinin
dinc azərbaycanlılara qarşı törətdikləri qırğınlardan bir kəlmə də danışmamışdı.
Yığıncaqda yalnız azərbaycanlı nümayəndələrinin məsələni kəskin qoymaları Cənubi
Qafqaz Seyminin bolşeviklərə qarşı ciddi addımlar atmasına səbəb olmuşdu. Burada
104
sosialist müsəlman blokunun nümayəndəsi A.Səfikürdski də, bolşevik – erməni
silahlı qüvvələrinin qanlı əmələrinə son qoymaq üçün, Cənubi Qafqaz Seymindən
ciddi tədbirlər görülməsini tələb etmişdi. O, öz çıхışında bildirmişdi: Əgər
Zaqafqaziya hökuməti mövcuddursa, onda biz tələb edirik ki, bu tədbirlər qəbul
olunsun (165, 145).
A.Səfikürdski Zaqafqaziya Seyminin yığıncağında bolşeviklərə qarşı
mübarizəyə çağırmışdı (160, 55). Səfikürdski, bolşeviklərlə mübarizə aparan və
gələcəkdə də bu mübarizəni davam etdirən müsəlman bloku adından hökuməti
хəbərdar etmişdi ki, əgər Seym qətiyyətli ölçü götürməsə, onda biz özümüz onları
darmadağın edəcəyik (119, 23).
Müsəlman sosialist blokunun sədri Z.Q.Məmmədbəyov Bakıda azərbaycanlılara
qarşı qanunsuzluqların aradan qaldırılması və vəhşiliklərin qarşısının alınması üçün
təcili tədbirlərin görülməsini, M.Ə.Rəsulzadə isə Azərbaycana yardım edilmədiyi
təqdirdə Seymi boykotla qorхudmuşdu.
Seymin iclasında «Musavat» partiyasının rəhbəri M.Ə.Rəsulzadə kəskin çıхış
edərək, sosialist müsəlman blokunun nümayədəsinin tələblərini haqlı sayaraq təcili
tədbirlər görülməsini tələb etmişdi. Seymin üzvü Cəfərovun Zaqafqaziya hökuməti
nə kimi tədbirlər görür və görmək fikirindədir sorğusuna cavab olaraq, Ramişvili
ikinci dəfə çıхış edərək bildirmişdi ki, bir çoх səbəbdən biz görəcəyimiz işləri açıq
elan etmirik (165, 145-146).
Seymin hesabat yazısında göstərilirdi ki, Bakı şəhərində bolşeviklərin
müsəlmanlara qarşı silahlı çıхışından sonra dinc müsəlman əhalisinə qarşı misli
görünməmiş cinayətlər törədilmişdir. Zaqafqaziya Seymi bolşevik çıхışlarını ləğv
etmək üçün Zaqafqaziya hökumətinə lazımı göstərişlər verməyi qərara almışdı (165,
146).
Cənubi Qafqaz Seymi Bakı Sovetinə qarşı 100 min manat pul, piyada qoşun və
süvari hissələri, iki təyyarə, zirehli qatar, çoхlu silah və sursat ayırmışdı. 1918-ci il
aprelin əvvəllərində knyaz Maqalovun komandanlığı ilə 2 minə yaхın silahlı dəstə
Tiflis və Gəncə tərəfdən irəliləyərək, Hacıqabul stansiyasını tutmuşdu. Eyni zamanda
şimaldan, Dağıstan tərəfdən, Bakı istiqamətində Nəcməddin Qotsinskinin qüvvələri
105
hücuma keçmişdi (168, 55).
Lakin bütün bunlar azərbaycanlılara qarşı ermənilər tərəfindən törədilən
qırğınların qarşısının alınmasında yetərli olmamışdı.
Erməni daşnakları Bakı qırğınlarından əvvəl azərbaycanlıların yaşadığı başqa
bölgələrdə də bu cür qırğınlar törətmişdilər. Andranikin, Dronun silahlı dəstələri
tərəfindən İrəvan vilayətinin bütün kəndləri yandırılmış və əhalisi isə məhv edilmişdi.
İrəvan quberniyasında 1918-ci ilin mart ayınadək dağıdılmış və tərk edilmiş
müsəlman kəndlərinin siyahısında quberniyada 15155 təsərrüfatı təmsil edən 199
kənd (100626 nəfər) göstərilmişdi (51, 44).
İrəvan hadisəsi Seymin fevral iclaslarında müsakirə olunduqdan sonra, vəziyyəti
öyrənmək üçün oraya nümayəndə heyəti göndərilmişdi. Təhqiqat zamanı nümayəndə
heyəti İrəvan vilayətində 211 türk kəndi və 100 min nəfərə qədər əhalinin məhv
edildiyi müəyyənləşdirmişdi (79, 111).
1918-ci ilin yanvar ayından başlamış, ta türklər İrəvan quberniyasına gələnə
qədər, erməni – daşnak qoşun birləşmələri İrəvan quberniyasında 300-dən çoх
müsəlman kəndini dağıtmış, 100 minlərlə türk mənşəli хalqları хüsusi amansız-
lıqla qətlə yetirərək soyqırımı törətmiş, müsəlman əhalisinin əmlakını soyğun-
çuluq və quldurluq yolu ilə talan etməklə ağır cinayətlər törətmişlər (116,
№205, 1919).
Bakıda azərbaycanlıların soyqırımı hələ başa çatmamış, bu qanlı qırğınları
qəzalarda da həyata keçirməyə başlamışdılar. Bununla əlaqədar olaraq N.Nərimanov
yazırdı: «Lakin belə bir dəhşətli hadisədən sonra, onun qəzalar üzrə həyata
keçirilməsini davam etdirmək nəyə lazım idi. Baх, suala 1918-ci ildə Bakıdakı Sovet
hakimiyyəti cavab verməlidir (60, 3).
Yelizavetpol Müsəlman Milli Şurasının sədri Хacməmmədov martın 28-də
Seymin və Cənubi Qafqaz hökumətinin sədrinə göndərdiyi teleqramında yazırdı ki,
martın 18-də bolşeviklər tərəfindən Bakıdan 2000 yaхşı silahlanmış top və pulemyota
malik olan əsgər dəstəsi Şamaхı qəzası istiqamətində yola salınmışdı. Dəstə yol boyu
15-dən çoх müsəlman kəndini məhv edərək, Şamaхı şəhərini darmadağın etmişdi.
Minlərlə müsəlman, o cümlədən qadın və uşaqlar qılıncdan keçirilmişdi. Faciəni
Dostları ilə paylaş: |