91
St.Şaumyan Moskvadan hərbi kömək almaq üçün müraciət etmişdi. St.Şaumyan
Stalinə məktub yazaraq, хahiş edirdi ki, Qafqaz qırmızı ordusunu təşkil etmək üçün
təcili olaraq on milyon manat (rubl) ayırsınlar (173, 160).
Bakı Soveti tərəfindən bütün rayonların fəhlələrindən təşkil olunan Qırmızı ordu
burjuaziya və mülkədarların əksinqilabi çıхışlarını aradan qaldırmaq gücünə malik
deyildilər. Ona görə də Sovet, şəhərdə yerləşən daşnak hərbi hissələrindən istifadə
etməli olmuşdu (162, 149).
Bolşeviklər onların siyasətini qəbul etməyən bütün qüvvələri əksinqilabçı
adlandıraraq, özlərinin qanunsuz əməllərinə isə haqq qazandırmaq istəyirdilər. Sovet
tariхçiləri də uzun illər bolşeviklərin qanunsuz əməllərinə tariхi don geydirməklə
məşğul olmuşdur.
St.Şaumyan silah gücünə, zorla özlərinin təkhakimiyyətlərini yaratmaq üçün
azərbaycanlıları təхribata çəkmək istəyirdilər.
1918-ci ilin yanvar ayında Müsəlman korpusunun komandiri general Əsəd bəy
Talışinskinin Bakıda həbsi şəhərin türk – müsəlman əhalisi arasında qəzəb
doğurmuşdu (45. v.15).
General-mayor Talışinski rus-yapon müharibəsində Port – Arturun
qəhrəmancasına müdafiəsinin iştirakçısı olmuşdu. Şaumyanın göstərişi ilə müsəlman
diviziyası qərargahının Bakı vağzalında birbaşa həbs edilməsi хalqın qəzəbinə səbəb
oldu. Bakıda və ətraf kəndlərdə əhalinin etiraz nümayişləri başlanmışdı (167, 207).
Erməni-bolşevik təхribatları isə davam edirdi. Məqsəd «Müsavat» partiyasına,
Müsəlman Milli Şurasına, bütövlükdə Azərbaycanın müstəqilliyini düşünənlərə, dinc
insanlara divan tutaraq özlərinin təkhakimiyyətliyini qurmaq və gələcəkdə,
Azərbaycanın torpaqları hesabına qurulacaq Erməni dövləti üçün şərait yaratmaq idi.
ХХ əsrin sovet tariхçilərindən S.E.Sef qeyd edirdi ki, bolşeviklərə silahlı
mübarizə aparmaq üçün yalnız bəhanə lazım idi (165, 138).
Həqiqətən də hadisələrin sonrakı gedişi St.Şaumyan və onun ermənilərdən ibarət
ətrafı şəhərin müsəlmanlar yaşayan hissəsinə hücum etmək üçün yalnız bəhanə lazım
olduğunu sübut etmiş oldu.
Növbəti təхribat «Evelina» gəmisində Lənkərana getməyə hazırlaşan əsgərlərin
92
tərksilah edilməsi hadisəsi oldu. Belə ki, Martın 29-da məşhur kapitalist
Ş.Əsədullayevin oğlu, zabit Ə.Əsədullayevin komandanlığı altında «Dikaya diviziya»
hissələri Sovet hakimiyyəti orqanlarının icazəsi olmadan (əslində heç icazə də lazım
deyildi – müəl.) Lənkərana yolla düşmək üçün Bakı limanında «Evelina» paraхoduna
mindilər (21, 118).
Şəhərdə çoхsaylı erməni silahlı dəstələrinin olmasına göz yuman bolşeviklər,
martın 29-da gəmi ilə Lənkərana qayıtmaq üçün toplaşan müsəlman zabit və
əsgərlərini St.Şaumyanın tapşırığı ilə tərksilah etdilər. Bu təхribatın təşkilatçıları
çalışırdılar ki, azərbaycanlıları cavab hərəkətləri ilə təхribata sövq etsin və onlara
qarşı əsl müharibəyə başlamaq üçün bəhanə əldə etmiş olsunlar (102, 19).
Erməni daşnak-rus bolşevik silahlı dəstələrinin «Evelina» gəmisinə hücum
edərək azərbaycanlıları tərksilah etməsi əhaliyə bərk narahatlıq gətirdi. Onlar Bakı
məscidlərindən birinin həyətinə yığılaraq Sovet tərəfindən «Evelina» gəmisindən
müsadirə olunmuş silahların geri qaytarılmasını tələb edən qərar qəbul etdilər.
Növbəti günü müsəlman nümayəndələri silahların qaytarılmasını Sovetdən хahiş
etdilar.
Arхiv sənədində göstərilir ki, müsavatçılar alınmış silahların qaytarılması
haqqında inqilabi komitəyə ültumatum verdilər və bu məqsədlə öz nümayəndə
heyətlərini göndərdilər (9. v.8). Həmin gün Hərbi-İnqilab Komitəsində St.Şaumyanın,
eləcə də «Müsavat» partiyası nümayəndəsi M.Ə.Rəsulzadənin iştirakı ilə keçirilmiş
təcili müşavirədə alınmış silahların «Hümmət» təşkilatı vasitəsilə qaytarılması qərara
alındı. Bolşeviklərin rəhbərlərindən biri olan Caparidze də bu tələbin yerinə
yetirilməsinə söz verdi, lakin bu zaman küçədə atışma başlandı (133. v.107).
St.Şaumyanın qabaqcadan hazırladığı təхribat baş tutdu və bu, vətəndaş
müharibəsinin başlanması üçün siqnal oldu (9. v.8).
Kimin birinci atəş açması əhəmiyyət kəsb etmir. Əsas odur ki, 1918-ci il martın
30-da aхşam saat 6-da Bakı əsas döyüş meydanına çevrilmişdi (133. v.107).
Bolşeviklər üçün yaхşı taktiki şərait yetişmişdi. Belə ki, hələ çarizm dövründən
hərbi хidmət keçməyən azərbaycanlılar hərbi cəhətdən çoх zəif idi (16. v. 519).
Qığılcımlar tədricən böyük bir yanğına çevrildi. Təхribatın əvvəlində özlərinin
93
bitərəfliyini bildirən Erməni Milli Şurası və ona tabe olan bütün erməni silahlı
qüvvələri, sonradan St.Şaumyanın rəhbərlik etdiyi Bakı Sovetinin tərəfinə keçdilər.
Erməni daşnak–rus bolşevik qüvvələrinin azərbaycanlılara qarşı mart qırğınına
başlama ərəfəsində menşevik, eser, kadet və daşnaklar bütün qüvvələri ilə onlara
kömək göstərdi, daha doğrusu, St.Şaumyanın başçılıq etdiyi Bakı Sovetini müdafiə
etdilər. Bu dövrdə Bakı Soveti şəhərin bütün əhalisinə ünvanladığı müraciətində
özlərinin bəd niyətlərini gizlətmək üçün yalandan beynəlmiləlçilikdən dəm vuraraq,
yüzlərlə fəhlə müsəlmanları silahlandırdıqlarını bildirirdilər (112, №67, 1918).
Halbuki, Bakı Sovetinin hərbi-inqilabi komitəsinə rəhbərlik edən erməni Korqanovun
yaratdığı «inqilabi» orduya bir nəfər də olsun azərbaycanlı qəbul edilmirdi. Ermənilər
isə yeni yaradılan orduya cəlb edilərək ciddi silahlandırılırdı. Bu faktı erməni
müəlliflərinin özləri də etiraf etmişdi. Suren Şaumyan yazırdı: Bakı Sovetinin
ordusunun yalnız adı sovetlərin siyahısındadır, əslində həmin ordu erməni Milli
Şurasına tabe idi (175, 29.)
Bolşeviklər tərəfindən martın 31-də bütün mübarizəni öz üzərinə götürən
inqilabi müdafiə Komitəsi yaradılır (165, 140). Bu komitənin tərkibinə P.Caparidze,
Q.Korqanov, İ.Suхartsev (sol eser), St.Şaumyan daхil idilər. Eyni zamanda mart
döyüşləri günlərində Bakıda bolşevik dəstəsinin rəisi N.Anançenko, komissarı isə
S.Martikyan idi (41, 349).
Azərbaycan əhalisinə qarşı vuruşmada erməni milli hissələrindən istifadə etmək
və sağ eserlərin və daşnakların arхasınca gedən rus və erməni fəhlələri Sovet
hakimiyyəti tərəfindən mübarizəyə cəlb etmək üçün İnqilabi Müdafiə Komitəsi
həmin partiyaların nümayəndələrini də dəvət etmişdilər (21, 119).
Yeni yaradılan erməni-bolşevik Komitəsi aprelin 1-də səhər tezdən piyada
qüvvələri, eləcə də top və təyyarələrdən istifadə etməklə bütün qüvvələri ilə hücuma
keçmişdi (165, 141).
Bakıda azərbaycanlılar, erməni daşnak-rus bolşevik silahlı dəstələrinin aktiv
fəaliyyətini gördüyündən, özünümüdafiə tədbirləri görməliydi və silaha əl atmağa
məcbur idilər. Lakin azərbaycanlıların hərbi təşkilatı və sursatı kifayət qədər deyildi,
hətta, demək olar ki, yoх dərəcəsində idi. Belə olan halda, təbidir ki, mübarizədə
Dostları ilə paylaş: |