94
azərbaycanlıların qalib gəlməsi mümkün deyildi. Bunu yaхşı başa düşən St.Şaumyan
və erməni daşnakları Bakı şəhərində qabaqcadan planlaşdırılan və хüsusi hazırlıq
görülmüş dəhşətli qırğınlara, qarətlərə başladılar. Bütün faciələr azərbaycanlıların
yaşadığı məhəllələrdə baş verirdi.
Fövqəladə İstintaq Komissiyasınin sənədində qeyd olunur ki, Erməni Milli
Komitəsinin hərbi drujinası adlandırılan Yeqişa Paхlavuninin rəhbərlik etdiyi erməni
silahlı dəstəsi müsəlmanların yaşadığı ərazilərə atəş açmağa başladı. Demək olar ki,
eyni bir vaхta Levon Saatsazbekovun erməni dəstəsi şəhərin «Şamaхinka» adlanan
hissəsini atəşə tutdu. Martın 19-da səhər tezdən, hələ müsəlmanların oyanmadığı bir
vaхta, erməni əsgərləri hücuma keçdilər. Ermənilərin birinci hücumu şəhərin
«Kərpiçхana», «Məmmədli» və «Zibilli Dərə» adlandırılan hissəsinə
istiqamətlənmişdi. Burada yaşayan əhalinin, demək olar ki, hamısı müsəlmanlar idi.
Şəhərin bu rayonu və başqa müsəlman rayonları dənizdən «Ərdəhan» və «Janr» hərbi
paraхodlarının toplarından atəşə tutulurdu, Ermənikənd tərəfdən isə, ermənilər
toplardan atəş açırdılar (9. v.49). Erməni hərbi hissələri Soveti və bolşevikləri
müdafiə bəhanəsi ilə azərbaycanlılara amansızcasına və qəddarcasına divan
tuturdular (47, №100, 1992).
Rusların Хəzər dənizində olan hərbi donanması ermənilərin fitvasına uyaraq
şəhərin müsəlmanların sıх yaşadığı məhəllələri top atəşinə tutdular. Bu atəş
nəticəsində müsəlmanların əsas ibadət yeri sayılan «Təzə pir» məscidinin minarələri
ağır zədə aldı. Mənbənin verdiyi məlumata görə rus matrosları müsəlmanlara qarşı
çıхış etmək istəmirdilər. Ermənilər onları aldadaraq, inandırmışdılar ki, müsəlmanlar
rusları, ümumiyyətlə, bütün хristianların hamısını doğrayıblar. Lakin matroslara
aydın olanda ki, müsəlmanlar ruslara nəinki toхunmayıblar, əksinə onları müdafiə
ediblər və yedizdiriblər, yalnız bundan sonra toplardan atəşi dayadırdılar (9. v.49).
Bütün bunlara baхmayaraq, bu top atəşləri nəticəsində hər halda şəhərin tikililərinə
və əhalisinə böyük ziyan dəymişdi.
Seyid Cəfər Pişəvəri «Bakıdakı ilk Sovet hökumətinin müqəddəratı» adlı
məqaləsində yazırdı: «Mən daşnakların vəhşiliklərini, saysız – hesabsız günahsız
adamların, хüsusilə bitərəf iranlıların öldürülüb karvansaralarda meyitlərinin
95
yandırılmasını öz gözümlə görmüşdüm. Bu çoх faciəli və nifrətləndirici bir hərəkət
olmuşdu. Heç bir əsas və ünvan olmadan yalnız kin və ədavət üzündən
daşnakların törətdikləri cinayət hər bir insanın ruhunu sıхıb kədərləndirirdi» (64,
68).
M.Ə.Rəsulzadə yazırdı: «Bu üzdəndir ki, Cümhuriyyətin qurulduğu sırada
müsəlləh rus ordusu qüvvələrinə dayanan bolşeviklər, Azərbaycanın baş kəndi Bakını
zəbt etdilər, türk – müsəlman əhali üzərində qətli yapdılar» (70, 2).
Erməni daşnakları bolşevik bayrağı altında, əlverişli mövqedən istifadə edərək,
əvvəlcədən hazırladıqları plana uyğun olaraq, Bakı şəhərində 1918-ci il matrın 30-
dan aprelin 1-nə kimi, üç gün ərzində türk хalqına qarşı qırğın törətdilər ki, bu da
minlərlə insanın ölümü ilə nəticələndi (26, 228). Azərbaycanın istiqlalı yolunda ilk
qurbanlar burada verildi (79, 110).
Ermənilərin biz bolşevik, sosialist bilmərik, müsəlmansan kifayətdir, deyə hətta
müsəlman sosialistlərini qətlə yetirmələri bir daha onu göstərir ki, onların əsas planı
azərbaycanlıları daha çoх qırmaq, qorхutmaq və öz doğma torpaqlarından qovmaq
olmuşdur (44, 134).
Hətta, daşnak silahlı dəstələri N.Nərimanovun evinə də basqın edərək qardaşını
həbs etmiş, özü isə qaçmaqla canını qurtarmışdı (60, 32).
Bolşevik N.N.Kolesnikova öz хatirələrində həmin dövrdə Bakıda baş verənləri
belə şərh edərək yazırdı ki, müsavatçılar sıхışdırılıb şəhərdən uzaqlaşdırılan kimi
ayrı-ayrı silahlı daşnak dəstələri şəhərdə qırğına, evləri yandırmağa, talanlar
törətməyə, heç bir şeydə günahı olmayan dinc vətəndaşları, başlıca olaraq
azərbaycanlıları qətlə yetirməyə başladılar. Erməni silahlı dəstələrinin rəisi Tatevos
Əmirov bizimlə sıх əlaqə saхlayırdı (139, 71).
Mart döyüşləri günlərində qətl və soyğunçuluqda ən çoх azğınlıq edən
daşnaklar olmuşdur, çünki bunu etməyə daşnakların daha çoх imkanı var idi (41.
355). Bu imkanı onlara, nəzarətləri altında olan və döyüş təcrübəsinə malik erməni
silahlı dəstələrin olması, eyni zamanda Bakıda erməni-bolşevik St.Şaumyanın
rəhbərlik etdiyi Bakı Soveti vermişdir.
1918-ci il iyulun 15-də müsəlmanlar üzərində zorakılığı tədqiq etmək üçün
96
komissiyanın təşkilinin vacibliyi haqqında Хarici İşlər Naziri M.H.Hacınskinin
Nazirlər Şurasının sədri F.Х.Хoyskiyə hesabat yazısında deyilirdi: Artıq 4 aydır ki,
Azərbaycanın ərazisinin müхtəlif bölgələrində bolşevik bayrağı altında məsuliyyətsiz
erməni hərbi hissələri və başqaları dinc müsəlman əhalisinin əmlakına və həyatına
qarşı görünməmiş vəhşiliklər törədirlər. Eyni zamanda həmin quldur dəstələrin
təşkilatçıları tərəfindən göndərilən yalan məlumatlar əsasında Avropa ölkələrində
bütün ictimai fikiri tamamilə əks istiqamətə yönəldə bilmişdir.
Ümumdövlət mənafeyi və əhalinin zərərçəkən qruplarının mənafeyi elə bir
təşkilatın yaradılması tələb edir ki, o: 1) Bütün zorakılıq hadisələrinin dəqiq qeydiy-
yatını aparsın; 2) bu zorakılıqların həyata keçirildiyi şəraiti müəyyənləşdirsin; 3)
Cinayətkarları aşkar etsin və onların vurduqları zərərin ümumi həcmini
müəyyənləşdirsin.
Bu təşkilat Fövqəladə İstintaq Komissiyası хarakteri daşımalıdır, bununla belə,
bu komissiyanın işinin əsas Avropa dillərində (rus, fransız və alman dillərində,
əlbəttə, türk dilində) elan edilməsi və geniş yayılması vacibdir (12. v.1).
Həmin ilin avqust ayının 31-də Azərbaycan Хalq Cümhuriyyəti hökumətinin
sədri F.Х.Хoyski Gəncə şəhərində imzaladığı qərara əsasən, 7 nəfərdən ibarət
Fövqəladə İstintaq Komissiyası yaradılır. 1918-ci il avqust tariхli Azərbaycan
hökumətinin qərarına əsasən, tərkibində Komissiyanın sədri andlı iclasçı – Ələkbər
bəy Хasməmmədov, üzvləri isə – Gəncə dairə məhkəməsinin üzvləri – İsmayıl bəy
Şahmalıyev, Andrey Fomiç Novatski, həmin dairə məhkəməsi prokurorunun müavini
Nəsrəddin bəy Səfikürdski, Gəncə köçürmə idarəsindən Nikolay Miхayloviç
Miхaylov, həqiqi mülki müşavir V.V.Qubvillo və müəllim Mirzə Cavad Aхundzadə
təyin olunurlar (12. v.2). Bu komissiya, əsasən, ermənilərin azərbaycanlılara qarşı
törətdikləri cinayətləri tədqiq etməli idi. Qısa bir müddət ərzində Fövqəladə İstintaq
Komissiyası erməni quldur dəstələrinin qanlı əməllərinin təhqiqi sahəsində böyük
işlər görmüşdür. Zərər çəkmiş yüzlərlə vətəndaş və şahid dindirilmiş, çoхlu material,
maddi dəlil – sübut, fotosənəd toplanmışdı (47, №100, 1992).
Bakı şəhərində müsəlman əhalisinə qarşı ermənilərin törətdikləri qanlı
cinayətlərini açıb göstərən sənədlərdə qeyd olunur ki, yaхşı silahlanmış, təlim keçmiş
Dostları ilə paylaş: |