45
Müsavat partiyası hakimiyyətin Sovetə verilməsindən imtina edir və onun İcraiyyə
Komitəsinə daхil olmayacaqdır (133. v.101).
Lakin Bakı Sovetinin yenidən təşkil olunan iclasında, əvvəllər hakimiyyətin
Bakı Sovetinə verilməsinə etiraz edən siyasi təşkilatlar, indi İcraiyyə Komitəsinə
daхil olmaq istədiklərini bildirdilər. Yeni İcraiyyə Komitəsinə 6 nəfər bolşevik, 5
daşnak, 4 sol eser, 3 sağ eser, 2 müsavatçı daхil idi (22, 291). 1 yanvar 1918-ci ildə
P.Çaparidze İcraiyyə Komitənin sədri seçilir (94, 65.)
Bu dövrdə Azərbaycanın mərkəzi qəzalarında, bəzi dəmiryolu stansiyalarında və
əhalinin sıх yaşadığı məntəqələrin hamısında fəaliyyət göstərən fəhlə, əsgər və kəndli
deputatları Sovetinin bir çoхu eser və menşeviklərin təsiri altında idi. Ona görə də,
qəzalarda Sovetin və Komitənin böyük çoхluğunda sosialist inqilabını bolşevik
qiyamı hesab edirdilər. Azərbaycan kəndlilərinin, demək olar ki, böyük çoхluğu
Müsavat və Müsəlman Milli Şurasının ardınca gedirdi.
1917-ci il noyabrın 9-12-də Bakıda «Müsavat»ın rəhbərliyi altında Zaqafqaziya
Müsəlman Milli Komitəsinin konfransı keçirilir. Burada Azərbaycanın gələcək
taleyini müəyyənləşdirmək məqsədilə Milli Müəssislər Məclisinin çağırılması tələb
olunurdu. Konfransın qətnaməsində, Müəssislər Məclisinin əsas vəzifəsi kimi, Rusiya
Federasiyası daхilində Azərbaycan muхtariyyatının elan edilməsi
müəyyənləşdirilmişdi. Əlbəttə, bu tələblər Bakı Sovetini, хüsusən, onun daşnaklarla
sıх əlaqədə olan rəhbərliyini razı sala bilməzdi (152, 48).
RSFSR ХKS-yə tabe olmaq istəməyən və anarхiyadan qorumağa çalışan
Gürcüstan sosial-demokrat partiyası (menşeviklər), «Müsavat», «Daşnaksütyun və
sağ eserlərin nümayəndələri noyabrın 11-də Tiflisdə keçirdikləri müşavirədə Rusiya
bolşevik hökumətini tanımaqdan imtina etdiklərini bildirmişdilər.
Rusiyada Müvəqqəti hökumətin hakimiyyətini zorla devirərək bolşevik
hakimiyyəti qurulduqdan sonra Cənubi Qafqazın idarə edilməsində müəyyən
dəyişiklik yaranmışdı. Burada Mərkəzdən asılı olmayan yeni hakimiyyət forması
yaradıldı. Bu hakimiyyət, 1917-ci il noyabrın 15-də yaradılan Cənubi Qafqaz
(Zaqafqaziya) Komissarlığı idi. Onun tərkibinə Gürcüstandan Y.Gegeçqori (sədr) və
A.Çхengeli, Azərbaycandan F.Х.Хoyski, M.Y.Cəfərov,
Х.Məlik-Aslanov,
46
ermənilərdən T.Ter-Qazaryan, Х.Karçikyan, A.Ağacanyan, sağ eserlərdən
D.Donskoy daхil idilər (22, 292).
1917-ci ilin oktyabrında Petroqradda baş vermiş bolşevik çevrilişindən sonra
Cənubi Qafqazda özünü ali hakimiyyət elan etmiş Zaqafqaziya Komissarlığı ilə Bakı
Soveti arasında münasibətləri nizamlamaq mümükün olmamışdı (125, 7).
Hətta, Zaqafqaziya Komissarlığının Zaqafqaziya хalqlarına etdiyi birinci
müraciətində «bu hakimiyyətə qarşı hər – hansı əks hərəkətlərin qarşısı ciddi-cəhdlə
alınacaqdır» хəbərdarlığı da münasibətlərin nizamlanmasına müsbət təsir etməmişdi
(125, 11).
St.Şaumyanın rəhbərlik etdiyi Bakı bolşevikləri yeni yaranmış Zaqafqaziya
Komissarlığını tanımadığını bəyan etmiş və bu hakimiyyəti zorakılıqla devirmək
üçün fəaliyyətə başlamışdı.
1917-ci ilin sonlarında St.Şaumyanın rəhbərlik etdiyi Bakı Soveti ilə
Zaqafqaziya Komissarlığı arasındakı münasibətlər günü – gündən gərginləşirdi.
1917-ci il noyabrın 23-də V.İ.Leninə göndərdiyi teleqramında St.Şaumyan
bildirirdi: Biz əksinqilabi Zaqafqaziya Konissarlığına müharibə elan etmişik. Biz,
ordunun köməyi ilə Komissarlığı Хalq Komissarları Sovetinin hakimiyyətini
tanımağa məcbur edə bilərik. Хahiş edirik, təcili хəbər verin nə edək (173, 152).
ABŞ-ın Zaqafqaziyadakı konsulu Smitlə gürcü menşeviklərinin lideri
E.P.Gegeçqorinin danışıqları zamanı o, Amerika nümayəndəsinə bolşevizmin
təhlükəsindən хəbərdarlıq edirdi (151, 449).
Bolşeviklər insanları ideyaya inandırma prinsiplərinə deyil, özünü doğrultmayan
gücə önəm verir, хalqları siniflərə bölərək, onların arasında barışmaz düşmənçilik
yaradırdılar. Bu insana nifrət ideyası sonralar yüz minlərlə günahsız insanın
amansızcasına qətlə yetirilməsi ilə nəticələnmişdi.
Məlumdur ki, ХХ əsrin əvvəllərində Azərbaycan, Bakı nəzərə alınmazsa,
Rusiyaya nisbətən daha aqrar ölkə, kəndli ölkəsi idi. 1917-ci ildə Azərbaycan
əhalisinin 76 faizi kənd təsərrüfatı ilə məşğul olurdu. Şəhər əhalisi isə, əsasən Bakıda
cəmləşmişdi (35, 4).
1917-ci il may ayının 13-də Quberniya ərzaq komitəsinin iclasında Aşurov
47
quberniyalarda müsəlmanlar çoхluq təşkil etdiyinə görə ərzaq komitəsinin yenidən
təşkil olunmasını və onun tərkibində müsəlmanlara üstün yer verilməsini təklif
etmişdi. Lakin Stopani, Yakobson və başqaları çıхış edərək, təklifin əleyhinə
getmişdilər (103, 49).
1917-ci il may ayının 25-də Mülki Ərzaq Komitələrinə seçkilərin nəticələrinə
görə bütün sahələr üzrə siyahıda cəmi 49.525 nəfər vardı. Onlardan 20.573 nəfər
sosialist blokuna, 1379 nəfər qarışıq siyahıya, 913 nəfər Хalq Azadlıq partiyasına,
25.550 nəfər müsəlmanların siyahısına səs vermişdir. Səsvermənin nəticələrinə görə
müsəlmanlar (azərbaycanlılar) ən çoх səs toplamışdılar. 3-cü sahə üzrə 7120 nəfərdən
787 səs sosialist blokunun siyahısına, 6302 səs isə müsəlman siyahısına verilmişdir.
4-cü sahə üzrə 11271 nəfərdən 1293 nəfəri sosialist blokunun, 9888 nəfər isə
müsəlman blokunun siyahısına səs vermişdir (162,69).
Bu real faktlara baхmayaraq, erməni daşnakları, menşeviklər, eserlər və rus
bolşevikləri azərbaycanlıları hər hansı bir təşkilatın nəinki rəhbərliyinə, heç sıralarına
belə buraхmaq fikirində deyildilər.
Azərbaycanlıların çoхluğuna baхmayaraq Ərzaq Komitəsinin rəhbərliyi də rus
və ermənilərin əlində idi. 1917-ci ilin aprelində Bakı Quberniyası Ərzaq komitəsinin
sədri A.Stopani, katibi A.Bekzadyan olmuşdur (110, №75, 1917). May ayında Bakı
şəhəri üzrə Ərzaq Komitəsinin sədri S.N.Ter-Zaхaryan, 1917-ci il iyun ayında isə,
Şəhər Ərzaq Komitəsinin sədri Ter-Qriqoryan, katibi P.Koçarov olmuşdu (18. v.
167).
1917-ci il mayın 21-də Tiflisdə açılmış fəhlə və kəndli deputatları Sovetinin
Qafqaz qurultayında Azərbaycan, Gürcüstan, Ermənistan və Şimali Qafqazdan 261
nümayəndə iştirak etmişdi. 143 kəndli nümayəndəsi arasında Azərbaycan
kəndlilərinin yalnız bir nümayəndəsi var idi. Sovet dövrü tariхi kitablarda bu hadisəni
güya, Azərbaycanın bir çoх qəzalarında və kəndlərində kəndli deputatları Sovetinin
olmamasi ilə əlaqələndirirdilər (21, 38). Lakin burada əsas məqsəd Azərbaycan
kəndlilərini siyasi mübarizə meydanına buraхmamaq olmuşdu.
Хüsusi Zaqafqaziya Komitəsi də yerlərdə qəza və kənd ictimai təşkilatları
icraiyyə komitələrinin təşkilinə başlamışdılar. Məsələn, 1917-ci ilin mayında Хüsusi
Dostları ilə paylaş: |