Microsoft Word Vaqif Memmedov xatirelerde doc



Yüklə 21,11 Mb.
Pdf görüntüsü
səhifə53/86
tarix08.07.2018
ölçüsü21,11 Mb.
#54099
1   ...   49   50   51   52   53   54   55   56   ...   86

Vaqif Məmmədov xatirələrdə 
 
189
bir sıra yoldaşlarla, şeir-sənət adamları ilə Vaqif müəllimin 
görüşləri oldu. O görüşlərdə Vaqifin özü də, şeirləri də, yaradı-
cılığı da hər kəsi heyran etmişdi .  
2015-ci ilin sonlarında Vaqifin Bakıda əməliyyat olundu-
ğunu eşitdim. Evə yanına getdim. Görüşdük, xeyli söhbət etdik. 
Keçmişdən, köhnə illərdən, yaradıcılığından danışdıq. Yeni kita-
bını hazırladığını, bu günlərdə çapdan çıxacağını dedi. Amma 
ömrü vəfa etmədi. Sonuncu kitabını görmədi. Həmin kitab çap-
dan çıxanda artıq dünyasını dəyişmişdi... Vaqif müəllim ilə mən 
40 ilə yaxın dostluq etdik. Çox heyif, Vaqifi tez itirdik. Onun 
ürəyi yazıb-yaratmaq, vətən eşqi ilə dolu idi. Bizim bu təmənna-
sız əsl dostluğumuzu övladlarımızın, nəvələrimizin davam 
etdirəcəyinə ümid edirəm. Çünki biz bu dostluğu saf, təmiz, 
münasibətlər üzərində qurmuşduq. 
Allahdan sənə rəhmət diləyirəm əziz dostum! Məkanın 
cənnət olsun!  
 


Vaqif Məmmədov xatirələrdə 
 
190
İdris Qədimbəyli 
Sədərək kənd 1 saylı orta məktəbin 
 keçmiş müəllimi 
 
SEÇİLMİŞLƏRDƏN BİRİ... 
 
Vaqif müəllim haqqında çox yazılıb, mən bir az başqa səp-
gidən yanaşmaq istərdim. 
 Tanrı bizi yaradanda hərəyə bir və ya bir neçə qabiliyyət 
verir. Öz seçdiklərinə xüsusi qabiliyyət də verir. Buna görə 
Vaqif müəllim seçilmişlərdəndir. Ona yazıçılıqdan, şairlikdən 
əlavə səmimilik, doğruluq, qayğıkeşlik, ədalətlilik və bir çox 
başqa insani keyfiyyətlər də bəxş etmişdir. 
Dərin bilik qazanmaq üçün daim mütaliə etməsi onu yeni-
likçi və həqiqi vətənpərvər səviyyəsinə gətirdi. Elə buna görə də, 
Sədərək məktəbində ilk muzey yaratdı, daim inkişaf etdirdi, 
təkmilləşdirdi, yenilədi. Hətta, mənfur ermənilərin atdığı mərmi-
lərin dağıtdiğı muzeyi yenidən bərpa etdi və yeni eksponatlarla 
zənginləşdirdi. Bu sətirləri yazarkən bir hadisə yadıma düşdü, o 
vaxt dərsliklərin üz qabığında Leninin şəkli olurdu, qəlpələrdən 
biri düz onun kəlləsinə dəymiş, kitabı deşib keçmişdi, kimsə 
kitabı atmaq istəyirdi, amma Vaqif müəllim “bundan yaxşı 
eksponat ola bilməz, bu həm Leninə, həm də biliyə xəyanətdir” 
deyib, bu kitabı muzeydə eksponat kimi saxladı. 
Məktəb direktoru işlədiyi dövrdə ilk olaraq məktəblilərin 
topladığı üzüm çubuqları sayəsində qazanılan pullarla yaxşı və 
əla oxuyan şagirdləri o vaxt SSRİ məkanına əsasən də türkdilli 
respublikalara, ekskursiyaya aparır, şagirdlərin dünyagörüşünün 
artırılmasına çalışırdı. Böyük səbri və mərhəməti sayəsində, 
digər müəllimlərin də səyi nəticəsində, bu səfərlərdə heç bir ha-
disə baş vermədi. Bunun ömrü boyu şəhər görməyən kənd uşaq-
larının inkişafına böyük təsir edəcəyinə inanırdı və yanılmırdı. 
Şagirdlərin bir çoxu Rusiyada, Belorusiyada, Tatarıstanda, 
Özbəkistanda viktorinalarda, yarışlarda iştirak edir, müxtəlif 
diplomlarla geri dönürdülər. 


Vaqif Məmmədov xatirələrdə 
 
191
Vaqif müəllim özü də Daşkənddə keçirilən poeziya müsabi-
qəsinin qalibi olmuşdu.  
Sədərək məktəbində linqafon kabinetinin, kompyuter sini-
finin yaradılması da Naxçıvan MR-da ilklərdən idi.  
Vaqif müəllim yumoru çox sevir, dəyərləndirirdi. Sədərəkdə 
baməzə hadisələrin hamısını toplayardı. 
Yadımdadı hərdən bir yerdə nərd oynayardıq, deyirdilər 
Vaqif müəllim nədən oynayırsınız?  
Cavab verirdi ki, İdris müəllimi bilmirəm, amma mən uduz-
sam Eltəni (o vaxt Eltənin 3 yaşı vardı) sinif nümayəndəsi qoya-
cam. 
Bir dəfə də müəllimlər otağında təsadüfən şairlərimiz Vaqif 
Məmmədov, Əhməd Sədərəkli və Kəmaləddin Qədim əyləşib 
söhbət edirdilər, mən zarafatla: bu şairlər niyə fərqli insanlar 
olurlar? deyə sual etdim. 
Vaqif müəllimlə Kəmaləddin müəllim nə deyəcəyimi bil-
dikləri üçün gülümsündülər, Əhməd Sədərəkli sualedici nəzərlə 
mənə baxdı, dedim ay Əhməd müəllim, siz fərqli olmasaydınız 
bizim kimi siz də şer yaza bilməzdiniz də. 
Vaqif müəllim bizim üçün böyük itki oldu, Allah rəhmət 
eləsin.  
 


Vaqif Məmmədov xatirələrdə 
 
192
İsmayıl İsmayılbəyli
 
Sədərək kənd 2 saylı tam orta  
məktəbin dərs hissə müdiri 
 
XATİRƏLƏRDƏ YAŞAYAN DOST 
 
Kəndimiz Naxçıvan Muxtar Respublikasının ən böyük 
kəndlərindən biridir. Mərkəzdən-ədəbi mühitdən uzaq olmağı-
mız kəndin cavanlarının yaxşı mənada qruplaşmasına səbəb 
olurdu. Ədəbiyyata-incəsənətə meylli gənclərin bir qrup şəklin-
də yığışaraq dostluq etməsi yaşlıların nəzərində müsbət hal kimi 
qiymətləndirilir və təqdir edilirdi. Qəzet və jurnallarda nəşr 
edilən bədii nümunələri acgözlüklə oxuyar, müzakirə edərdik. 
Vaqif müəllim yaşca bizdən bir neçə yaş böyük idi. Asta 
yerişi, məsum baxışları, sakit təbiəti ilə bizlərdən gizli bir iş 
çevirdiyini düşünürdük. Öz daxili aləminə qapılmış kimi görü-
nür, sanki, vaxtının qiymətini bilirmiş kimi abunə olduğu qəzet 
və jurnalı alaraq tez də evə dönərdi. İlk şeirlərini rayon qəze-
tində oxuduqdan sonra, ona olan rəğbətimiz birə-beş artdı. Daha 
sonra şeirləri mərkəzi qəzet və jurnallarda çap olunduqca ona 
olan hörmət və ehtiramımız dostluğa çevrildi. Biz onda bildik ki, 
o, şeirə vurğun və ədəbi qaydalara vaqif idi. 
Bəli, bu, şeir və sənət vurğunu Vaqif müəllim idi... 
Qismət elə gətirdi ki, orta məktəbdə müəllim kimi çiyin-
çiyinə çalışası olduq. Onun daxili aləminə, pedoqoji qabiliyyə-
tinə və digər özünəməxsus xarakterinə yaxından bələd olmaqla 
Vaqif müəllimi kəşf etdim. O, öz səmimiyyəti ilə kollektivdə 
xüsusi hörmət qazanmaqla gənc müəllimləri ətrafına yığa bildi. 
Uşaqların təhsilində önəmli anların uğurla başa vurulmasında 
fədakarlıqla yanaşır, ədəbi mühiti genişləndirirdi. Şeirləri ilə 
çərçivəyə sığmayan Vaqif müəllimin uğurları rayon, vilayət, res-
publika səviyyəsindən kənara çıxmağa başladı. Səsi-sədası Orta 
Asiyadan tutmuş Türk dünyasının ədəbi mühitlərindən gəlməyə 
başladı. Ədəbi yaradıcılığı ilə yanaşı müəllimlik peşəsini hər 
şeydən üstün tutan Vaqif müəllim məktəb direktoru kimi böyük 


Yüklə 21,11 Mb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə