Microsoft Word Vaqif Memmedov xatirelerde doc



Yüklə 21,11 Mb.
Pdf görüntüsü
səhifə51/86
tarix08.07.2018
ölçüsü21,11 Mb.
#54099
1   ...   47   48   49   50   51   52   53   54   ...   86

Vaqif Məmmədov xatirələrdə 
 
181
Sən elə yolsan ki, hər səhər-axşam, 
Sinəndən adlayıb keçsəm doymaram. 
Sən elə bulaqsan gündə neçə yol, 
Ovcumu doldurub, içsəm doymaram… 
 
Vaqif Məmmədov dünyadan köçən dostlarının adını və 
telefon nömrəsini mobil telefonundan silməyən yazıçı dostu 
Qəşəm İsabəyliyə həsr etdiyi şeirin sonuncu bəndində yazır: 
 
Qorxmuram, mən əcəl şərbəti içsəm, 
Mətləbi qoy deyim şeirin sonunda, 
Yaxşı ki, sən varsan, dünyadan köçsəm 
Adım qalacaqdır telefonunda… 
 
Şair, bu gün bütün dostlarının mobil telefonunda sənin 
telefon nömrən saxlanılır. Hərdən gözlərimiz həmin nömrəyə 
sataşır, qeyri ixtiyari olaraq 050 334 69 63 nömrəsinin düymə-
sini basırıq və birdən sənin çox-çox uzaq bir “səfərə” getdiyin 
yadımıza düşür, kövrəlirik, çünki, həmişə qəlbimizdəsən, nə 
qədər ürəyimiz döyünürsə, hər zaman qəlbimizdə yaşayacaqsan! 
 


Vaqif Məmmədov xatirələrdə 
 
182
Səfər Əliyev 
 
XATİRƏYƏ DÖNMÜŞ ÖMÜR 
 
Vaqif müəllim haqqında xatirə yazmaq mənə çox çətindir. 
Ona görə ki, uşaqlığımız, gəncliyimiz və sonrakı dövrümüz çox 
zaman bir yerdə keçmişdir. Onunla olan görüşlərimiz təəssüf 
olsun ki, xatirəyə çevrilmişdir. Mərhum Vaqif Məmmədovun  
bütün əmək fəaliyyəti mənim gözümün qarşısında baş vermişdir. 
Belə ki, kəndimizdə 14-15 yaşlarında təssərüfatın ən ağır sahəsi 
olan tütünçülük təsərrüfatında çalışmış, gundüzlər işləyərək 
gecələr təhsilini gecə məktəbində davam etdirmişdir. Gənclik 
illərini çox agır keçirən Vaqif Məmmədov daima öz üzərində 
çalışırdı. 
Təhsilini davam etdirməklə bərabər, bədii yaradıcılıqla da 
məşqul olurdu. Məhz bunun nəticəsiydi ki, 90-cı illərdə artıq bir 
neçə sanballı kitabın müəllifi oldu Vaqif müəllim savadlı, geniş 
dünya görüşlü, iti zəkalı alim idi. Onun içtimai-siyasi fəaliyyəti, 
40-a yaxın kitabı, qəzet, jurnal səhifələrində dərc olunmuş 
publisist yazıları xüsusi diqqət çəkirdi. O, gərgin həyatımızın 
saysız-hesabsz problemlərini qələmə alıb, çatışmazlıqları göz 
önünə çəkib, onların aradan qaldırılması yollarını axtarıb. 
Vaqif müəllimi tanıyanlar bu nadir insanın hətta bu dəyişil-
miş, bəzən hər çür kriteriyası yoxa çıxmış dünyamızda belə 
təmənnasızlığını itirməyən insanın özünə, öz əqidəsinə qaldığına 
sevinir. 
Vaqif müəllimi tanıyanlar bilirlər ki, o, çox təvazökar insan 
idi, heç vaxt öz işi üçün kiməsə xahiş etməzdi. Xatirimdədi, bir 
gün Bakı şəhərində Y.Məmmədəliyev küçəsindəki ofisimdə 
oturub Vaqif müəllimin şerlərin oxuyurdum, birdən qapı açıldı, 
mərhum dostum Ramiz Mirişli içəri daxil oldu. Əlimdəki kitabı 
görüb maraqlandı, alıb bir neçə şeri oxudu. 
Sonra mənə dedi ki, bu kitabı verərsən mən də aparım oxu-
yaram. Əlbəttə mən kitabı verdim Ramiz Mirişliyə və bir neçə 
gündən sonra kitabı qaytarıb verdi və bildirdi ki, Vaqif müəlli-


Vaqif Məmmədov xatirələrdə 
 
183
min iki şerinə mahnı yazdım “Yaşamaq gözəldir”, “Təmənnam 
yox idi ”. Həmin mahnını Ramiz Mirişlinin bəstəsində mərhum 
Azərbaycanın xalq artisti İlhamə Quliyeva səsləndirdi və uzun 
müddət dinləyicilərin sevimli mahnısına çevrildi. Allah hər 
üçünə rəhmət eləsin. 
Təəssüflər olsun ki, vaxtsız əcəl Vaqif müəllimi aramızdan 
tez apardı. Həmin vaxt mən 6 ay Azərbaycandan kənarda oldu-
ğum üçün yas mərasimində iştirak edə bilməmişdim. Bu, məni 
həmişə narahat edirdi. Azərbaycana dönən günü axşam gecə 
saatları olduğu üçün qəbr üstünə gedə bilmədim. Səhər evdən 
çıxarkən sürücüyə yoldan gül alıb bir başa qəbristanlığa ziyarətə 
getməyi tapşırdım. Yoldan qardaşı Vidadi ilə Məhəmmədidə 
zəngləşib çağırdım. Vaqif müəllimin qəbrini ziyarət etdik, 
Quran oxutdurduqdan sonra, bir az rahatlılq tapdım. Gözlərimə 
inana bilmirdim, gözəl insan, görkəmli şair, əvəzolunmaz müəl-
lim və bizim ailə üçün çox əziz olan Vaqif müəllim aramızda 
yox idi. Yaxşı ki, bu gün onun övladları, ailə üzvləri və qardaş-
ları onun əziz xatirəsini daim uca tuturlar. Allah Vaqif müəllimə 
rəhmət eləsin, qəbri nurla dolsun. Onun əziz xatirəsi qohum-
ların, dostların və yaxınların yaddaşında daim yaşayacaqdır. 
 
 


Vaqif Məmmədov xatirələrdə 
 
184
Arif Məmmədov 
Həkim 
 
BƏYMƏMMƏD NƏSLİNİN QEYRƏTLİ OĞLU 
 
Hörmətli və əziz əmim oğlu, Vaqif müəllimlə uşaqlıq və 
gənclik illərindən aramızda səmimi ünsiyyət var idi. 
60-cı illərin orta məktəb dövründə əlimizə keçən qəzet, 
jurnal, kitabları acgözlüklə oxuyub, öz aramızda müzakirə etmə-
yimiz çox maraqlı idi. Oxumaq böyük biliklərə malik olmaq, o 
zaman sanki bir yarış idi. Hər kəs kimi biz də ali məktəbə daxil 
olmaq üçün böyük səylər edirdik. (Allah bütün orta məktəb 
müəllimlərimizə rəhəmət etsin) 
Baxmayaraq ki, o zaman hər şey, kitab, dəftər qəzet qıt, 
həyat tərzimiz çox aşağı idi. Atam söyləyirdi, “ehtiyac həyat 
məktəbidir”.  
Həmin dövrdə “Ədəbiyyat və incəsənət”, eləcə də “Qobus-
tan” jurnalı oxumaq bizim ən böyük məşguliyyətimiz idi. İlk 
illərdə Vaqif müəllim ilk şeirlərini mənə oxuyurdu. Yaşımın az 
olmasına baxmayaraq, mənim şəxsi fikrimi, rəyimi səmimi 
öyrənmək istəyirdi. O dövrdə Vaqif müəllimlə ünisiyyətimiz 
getdikcə dərinləşirdi. Əslində bu ünsiyyətin mənbəyi bizim həm 
də yaxın qohumluğumuz idi. Vaqif müəllimin atası Cəfər əmi ilə 
atam İbrahim müəllimin bir-birilərinə olan münasibəti idi. (hər 
ikisi Bəyməmməd tayfasndan olan əmi uşağı idilər) Atam necə 
ağızdolusu Cəfər əmi deməsi, onunla istənilən mövzularda ailə, 
dolanışıq müzkirələrini ədəblə, ehtiramla aparmaları heç vaxt 
yaddan çıxmayan hadisələr idi. 
Ümumiyyətlə, 50-ci illərdə uşaqlıq dövrü özümü başadü-
şəndən qohumların, qonuşuların atamın iş yerindəkilərin bir-
birinə davarnışını özüm yaşlaşdıqca duyurdum ki, həmin insan-
lar nə qədər tərbiyəli və ağıllı, təmkinli, cəsarətli və qürurlu 
olublar. Vaqif müəllimin gəncliyi bu  dövrün süzgəcindən keçib 
gəlib. Ona görə də ləyaqətini dünya malına, vəzifəyə, tərifə 
dəyişməyən bir insan kimi yetişdi. Vaqif müəllimin bu keyfiy-


Yüklə 21,11 Mb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə