Microsoft Word Vaqif Memmedov xatirelerde doc



Yüklə 21,11 Mb.
Pdf görüntüsü
səhifə47/86
tarix08.07.2018
ölçüsü21,11 Mb.
#54099
1   ...   43   44   45   46   47   48   49   50   ...   86

Vaqif Məmmədov xatirələrdə 
 
165
ləm vardı, lakin hansı redaksiyaya zəng etdim müsbət cavab 
almadım. Yəni cavab bu olurdu ki, artıq gecdir, sizin məqaləni 
növbəti sayımızda nəşr edərik. Dissertasiyam ilkin müzakirəyə 
buraxılmışdı, sevincli idim və bu məqalənin jurnala daxil edil-
məsi mənim üçün çox vacib idi. Siyahıda təbii ki, Naxçıvan 
Dövlət Universitetinin “Elmi xəbərlər” jurnalı da var idi. Bildi-
yiniz kimi, dosent Vaqif müəllim Naxçıvan Dövlət Universiteti-
nin nəşri olan “Elmi əsərlər” jurnalının redaktoru idi. Azərbay-
can Prezidenti yanında Ali Attestasiya Komissiyasının siyahısın-
da olan bu elmi jurnalda məqalənin nəşr olunması bir tədqiqatçı 
üçün şərt idi. Vaqif müəllimin sayəsində mənim elmi məqaləmin 
də bu jurnalda nəşr olunmaq şansı oldu. Bu istiqamətdə Vaqif 
müəllimin xüsusi əməyi və köməyi olmuşdur. Yazıdğım məqa-
lələr haqqında müəllimin dəyərli fikirlərini bilmək mənim üçün 
olduqca maraqlı idi və bu, özü bir şərəf idi, istiqamət idi. Elə 
mən deyərdim, bu, özü də bir kömək idi. Mənim NDU-nun 
“Elmi xəbərlər”ində 4 elmi məqaləm dərc olunub. Və hər dəfə 
işlədiyim müəssisənin Ümumi şöbəsindən mənə zəng gələndə 
ki, Samirə müəllimə, sənin adına Naxçıvandan poçt gəlib, sevin-
cimin həddi hududu olmazdı. O günlər üçün darıxıram və hələ 
də darıxacam. 
Gəlin etiraf edək ki, yaşlı naslin çoxu müasir texnikadan-
kompüterdən, elektron məktublardan, sosial şəbəkələrdən istifa-
də etməyi bacarmır. Vaqif müəllimin müasir texnikanın sirlərini 
yaxşı bilməsini xüsusi vurğulamaq istərdim. Təcrübə etibariylə 
gənclərə dəstək olmaq baxımından Vaqif müəllim yaşlı nəsilə 
bir örnək idi, gənclərin nəinki müəllimi, həm də dostu idi. Müa-
sir texnikadan, sosial şəbəkələrdən istifadə etməsi, biz gənclərin 
işini asanlaşdırırdı. Gedib saatlarla, yaxud, günlərlə Vaqif müəl-
limin iş otağının önündə gözləməyə ehtiyac olmurdu. Müəllim, 
məqalələri elektron ünvanı vasitəsilə qabul edirdi, şəxsi face-
book səhifəsindən ona və redaksiyaya ünvanlanan məktublara 
anındaca cavab yazardı. Bu, onun sadəliyi idi. Məhz Vaqif 
müəllimi bizlərə sevdirən xüsusiyyəti onun sadəliyi idi. Müxtəlif 
yüksək vəzifələrdə işləməsinə baxmayaraq tələbələrlə, tədqiqat-


Vaqif Məmmədov xatirələrdə 
 
166
çılarla ünsiyyətdən qaçmaz, əksinə, daha böyük maraq göstərər-
di, hörmət edərdi. İnsan Vaqif müəllimlə ünsiyyətdən çəkinməz-
di. Adətən vəzifə taxtının müxtəlifliyi insanlar arasında ünsiy-
yətə mane olur. El arasında bir məsəl var: bir insanı tanımaq 
istəyirsənsə, onu vazifəyə təyin et. Vaqif müəllim bunun tam 
əksinə idi.  
Elm sahəsində işləyənlər, xüsusilə, tədqiqatla məşğul olan-
lar, bu yolun nə qədər səbr istədiyini, bu insanların da nə qədər 
həssas olduğunu bilirlər. Bu keşməkeşli yolda insana yardımı 
toxunan insanlar görmək insanlara sevgi, hörmət, inam hissini 
gücləndirir. Vaqif müəllim tez-tez məndən müdafiən nə zaman-
dır? deyə soruşardı. Müdafiyəm 2016-cı ilin oktyabr ayında 
oldu. Mən Vaqif müəllimlə bu şad xəbəri, həyacanı bölüşə bil-
mədim. Bu yolda mənə dəstək olduğu üçün təşəkkür edə bilmə-
dim. Mən Vaqif müəllimin ailəsinə təşəkkür etmək istəyirəm ki, 
bəlkə bununla öz mənəvi borcumu azaltmış olaram.  
Müəllim o qədər insanı sevindirməyi sevərdi ki, yalnız xoş 
günlərini paylaşardı. Xəstələndiyini, xəstəxanaya əməliyyata 
gedəcəyini də deməmişdi tələbələrinə. Müəllim yazılara cavab 
vermədiyi üçün mən telefonuna zəng etdim və oğlu Səbuhi 
müəllim cavab verdi. Mən baş verənləri–müəllimin xəstə yatdı-
ğını, əməliyyat olduğunu, hazırda evdə müayinə olduğunu bil-
dim. Hökmən müəllimi ziyarət etməliydim və etdim. Səbuhi 
müəllimdən atasını ziyarət etməyimiz üçün icazə istədim. İlk 
öncə, Vaqif müəllimin qəbul etməyəcəyindən çəkindim. Lakin 
çox çəkmədi ki, Sabuhi müəllim mənimlə əlaqə saxladı və 
bildirdi ki, atam sizi görmək istəyir. Buna çox sevindim. Mənim 
fikrimcə, mən Vaqif müəllimi əməliyyatdan sonra yox, əməliy-
yatdan öncə görməliydim, ziyarət etməliydim. Buna baxmaya-
raq, yenə də sevindim. Qızım Şəmsi götürüb Sumqayıtdan Bakı-
ya yola düşdüm. Niyə məhz Şəmslə? Qızım Vaqif müəllimin 
kitablarını, şeirlərini oxuyardı, tədbirlərdə, çıxışlarında mütləq 
Vaqif müəllimin şeirlərindən parçalar söyləyərdi. O, da artıq 
qiyabi da olsa, Vaqif müəllimi öz müəllimi kimi qəbul etmişdi. 
İndi isə əyani tanış olmağa gedirdi. Həmin gün müəllimin səmi-


Vaqif Məmmədov xatirələrdə 
 
167
mi söbətləri, şeirləri, zarafatları Şəmsin lap ürəyincə oldu. Vaqif 
müəllim uşaqların da qəlbini fəth etmişdi. Həmin gün müəllimin 
nəvələri də xeyli şeirlər söylədilər. Vaqif müəllim mənə həmişə 
olduğu kimi, kitablarından hədiyyə etdi. Qeyd edim ki, “Xəbər-
lər” jurnalını göndərəndə müəllim onun şeirlərini nə qədər 
sevdiyimizi, bəyəndiyimizi bildiyi üçün şeirlər kitabından da 
zərfin arasına qoyardı. Yəni sevincimiz iki qat olardı. Vaqif 
müəllim sanki yer üzünə insanları sevindirmək üçün gəlmişdi. 
Allah ona qəni-qəni rəhmət eləsin. Qəbri nurla dolsun, məkanı 
cənnət olsun. 
  


Vaqif Məmmədov xatirələrdə 
 
168
Telli Pənahqızı 
Telejurnalist, şair-publisist 
 
RUHUN O LEYLƏKLƏRƏ ƏMANƏT, ŞAİR... 
 
Tanıdığımız insanlar; yaxın qohumlar, dostlar, nə vaxtsa, lap 
bircə dəfə ünsiyyətdə olduğumuz adamalar haqq evinə köçüb bizi 
həmişəlik tərk edəndə dünya boşalır, gözəlliyini, dadını-tamını 
itirir sanki. Bəzən qəfil yadına düşür, bəzən ani olaraq qarşından 
keçən bir adamın silueti onu xatırladır, bəzən yuxuna girir, bəzən 
də sözü, misrası beynini döyəcləyir...Və bəzən də içində baş 
qaldıran acı bir təəssüfə təskinlik tapa bilməyəndə bu dünyanı eti-
barsızlıqda, vəfasızlıqda, fanilikdə günahlandırıb, köks ötürürsən. 
Ömrünü sözün nazını çəkməyə həsr edənlərin, yüzlərlə 
insanın mənəvi yaddaşını kəlmənin, sözün, poeziyanın sehri ilə 
süsləyənlərin ölümü isə həm də mənəviyyatımızın, xatirələrimizin 
bir küncündəki mübhəm və zərif duyğuların üstünü qara buludla 
sarır, uzun müddət bu bulud əriyib getmir, zaman-zaman göz yaş-
larına çevrilib xatirələrdə göyərir, hafizəndə, yaddaşında boy atır. 
Vaqif Məmmədovun qəfil ölüm xəbəri də məni bu cür 
sarsıtdı. Doğma, yaxın bir insanın xəbərsiz-ətərsiz (iddaya bax e, 
guya ölüm gələndə xəbər eləməliymiş...) canını Əzrayıla təslim 
etməsinə heç cür inana bilmədim və bu gün də inanmıram. 
Onu tanıyanda şairliyindən heç xəbərim yox idi. Bacım Sona 
Sədərəkdə yaşayırdı. O, da, həyat yoldaşı İdris də orta məktəbdə 
müəllim işləyirdilər və mən onlara qonaq gedəndə əsas söhbəti-
miz müəllimlərdən, məktəbdə görülən işlərdən, keçirilən tədbir-
lərdən, təhsilin keyfiyyətindən və daha çox da... Vaqif müəllim-
dən düşürdü. Onunla yaxından tanışlıqdan sonra mən, su kimi saf, 
dup-duru, kindən-küdurətdən, şərdən-şəbədədən uzaq bir şairin 
poeziya dünyasının qapısını açdım, mənəvi aləminin gözəlliyini 
duydum, danışanda yanaqları allanan bu insanın necə böyük 
daxili zənğinliyə malik olduğunu hiss etdim. Vaqif müəllim o 
qədər mütəvazi, o qədər  sadə, səmimi və mehriban insan idi ki, 
peşəmlə əlaqədar uzun illər bütün müsahiblərimə rahatlıqla sual 


Yüklə 21,11 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə