Microsoft Word Vaqif Memmedov xatirelerde doc



Yüklə 21,11 Mb.
Pdf görüntüsü
səhifə48/86
tarix08.07.2018
ölçüsü21,11 Mb.
#54099
1   ...   44   45   46   47   48   49   50   51   ...   86

Vaqif Məmmədov xatirələrdə 
 
169
verməyə alışıq olsam da, onun bu utancaqlığı, həyası qarşısında 
özümü itirir, hər hansı bir məsələ və daha çox da yaradıcılığı ilə 
bağlı suallarımda daha diqqətli və ifallı olmağa çalışırdım. Bil-
mirəm niyə, amma mənə elə gəlirdi ki, Vaqif müəllim bu dünyada 
bir dəfə yaşayıb, həyatın bütün ağrı-acılarını dadıb, əzab və 
əziyyətlərinə bələd olub, necə deyərlər hər şeyin və hər kəsin 
gözü ilə baxıb bu dünyaya və müdrikcəsinə pıçıldayıb: 
 
Hər şeyin öz adı, öz havası var, 
Istidi, soyuqdu, sirindi, şitdi, 
Indi bu dünyanın yüz havası var, 
Daha insanlar da çeşid-çeşiddi. 
 
Yaşadığı ömür sürəci bu çeşidli insanların arasında saf 
qalmaq, təmiz qalmaq, uşaq kimi hər yerdə ədalət, həqiqət, 
halallıq görmək istəyirdi Vaqif müəllim. Onun şeirləri ilə 
tanışlıqdan sonra bir daha əmin oldum ki, insan öz dilinin 
altında, fikrinin kölgəsində gizlənir. Kim nə boydadırsa, sözü də 
elə o ucalıqda, o mərtəbədə, o zirvədədir: 
 
Mən dünyayam, tufanlar var içimdə
Kimliyimi mənliyimi bilmişəm. 
Yaşayıram bu donda, bu biçimdə,  
Yaranışdan elə belə gəlmişəm. 
 
...Pisliyi də yaxşılıqla bələdim, 
Xeyirxahlıq hər əməldən öncədir. 
Neçəsinə arzu-murad dilədim, 
Öz arzumsa ürəyimdə qönçədir. 
 
Dedim ki, sakit, rahat adam idi Vaqif müəllim. Həmişə 
başıaşağı, həmişə fikirli-düşüncəli. Ilk baxışdan bir az qaraqa-
baq, bir az adamayovuşmaz, ünsiyyətə “qıfıllı”görünürdü. Hər 
halda mənim aləmimdə belə idi və bir az əvvəl də qeyd etdiyim 
kimi, onun köhnə kişilərə xas o ağır, batman yerişi, ölçülü-biçili 
söz-söhbəti, sanbalı, ciddi görkəmi... sən demə içində ümid kimi 
göyərib boy atan şeirləri ilə dərdləşdiyi anlara bağlı imiş. Şairin 


Vaqif Məmmədov xatirələrdə 
 
170
də ki, nə qəlbi, nə hissi-düşüncəsi, nə də ki, poeziyaya sevgisi 
tükənər... beləcə bir canda iki dünyanın, bir ruhda iki havanın 
yükünü, əzabını yaşayır şairlər... 
İllər keçdi... Vaqif müəllim Sədərək kənd məktəbinin direk-
toru oldu, bu kəndin ən ağır günlərində əlinə silah alıb, doğma 
torpaqlarımızın müdafiəsinə qalxdı, düşmən tərəfə güllə atdı, bir 
zamanlar gözəlliyini vəsf etdiyi çiçəklər üstünə çilənən şəhid 
qanını göz yaşları ilə yudu, qəddinin əyildiyi, belinin büküldüyü, 
dizinin qatlandığı günlər oldu. Ancaq ürəyindəki Vətən sevgisi 
azalmadı, onun uğrunda Şəhid olmaq istəyi korşalmadı.    
 
Şəhid!-qərinələr saxlar bu səsi, 
Qanı torpağımız, daşımız üstə. 
Şəhidlər Tanrının ulu bəndəsi, 
Ruhu da hər zaman başımız üstə. 
 
Vaqif müəllim harada işləməsindən, hansı vəzifəni daşı-
masından asılı olmayaraq, həmişə saf, təmiz qaldı. Əminəm ki, 
heç vaxt da POEZİYAYA vədini, andını pozmadı, onunla 
bağladığı əhdi-peymana sadiq qaldı: 
 
Bu payız günündə, 
xəzan günündə 
Elə qəribsədim, 
sanki, xəyalsan. 
Bir az da geciksən, 
Bir az da qalsan, 
Surətin gözümdən 
çəkilə bilər. 
Ya da sənsizliyə 
dözə bilməyib, 
Ömrüm yarpaq-yarpaq 
tökülə bilər... 
 
Bax beləcə, ömrünü yarpaq-yarpaq, ləçək-ləçək, çiçək-çiçək 
çilədi şeirlərinə. Hər misra ilə ruhunun bir zərrəsi uçdu göylərə


Vaqif Məmmədov xatirələrdə 
 
171
hər sətirlə havalandı Məcnun kimi… kitabları nəşr olundu, adı 
şeir, sənət məclislərində yada düşdü, şeirlərindən örnək göturən-
lər oldu, çəkdiyi zəhmət dəyərləndirildi. Hər dəfə yolu Bakıya 
düşəndə ərklə, Azərbaycan televiziyasının da qapısını döydü, 
apardığım proqramların qonağı oldu, mətbəə qoxulu kitablarını 
hədiyyə etdi, arzularından, istəklərindən söz açdı… 
Sonra Bakıya gəldiyini, xəstələndiyini, sonra da… bu gün 
də inanmadığım xəbərini… 
Qismət elə gətirdi ki, (xaricdə ezamiyyətdə idim) onun yas 
məclisində də iştirak edə bilmədim. Cümə axşamlarına, 40–na 
da gedə bilmədim. Və bu qeydləri yazarkən qəlbimin lap dərin 
guşəsində düşünürəm ki, görünür Ulu Tanrı mənə Vaqif  müəl-
limin yoxluğuna inanmamaq, o təziyə məclislərinə getməmək 
üçün hər dəfə bir mane yaradıb. Nə bilim, bəlkə bu, daha çox 
özümə təskinlik və toxtaqlıq vermək, onun ruhu qarşında, ailəsi, 
qohumları qarşısında “qəbahətimi” etirafım üçün uydurduğum 
nəsnədir. Bilmirəm, təkcə onu bilirəm ki, mənim tanıdığım o 
əziz insan, o söz və sənət xiridarı, mütavazi və təvazökar şair, 
yüzlərlə şagirdin yaddaşında yaşayan müəllim, o köhnə kişi-
Vaqif Məmmədov kitablarında, şeirlərində, ürəklərdə, xatirə-
lərdə, sevdalı könüllərdə və bir də hər bahar yolu səbirsizliklə 
gözlənilən bənövşələrin, yasəmənlərin pıçıltısında yaşayacaqdır: 
 
Gələcəkdir, gəlişinə güman var, 
Daha yazdı, nə bir çən var, duman var. 
Bəlkə bilmir, ondan vüsal uman var, 
Yasəmənlər niyə belə gec açdı… 
 
Xəyalən də olsa onun son mənzilinə bütün oxucuları adın-
dan bir qucaq yasəmən ünvanlayıram. Qoy ruhu sevinsin, Vaqif 
müəllimin. Ayaqları Sədrəyin bom-boz qayalarının xınasına 
boyanan kəkliklər, siz də o şəhid qanına bələnmş çiçəklərin keşi-
yini çəkməyi unutmayın. Qar papağını heç vaxt soyunmayan 
Ağrı dağı, şairin Ruhu sənə və tənha yuvalı Leyləklərə əmanət! 
Axı, o, sizi çox sevirdi! Cavabsızsa sevgi olmaz!!! 


Vaqif Məmmədov xatirələrdə 
 
172
Şərabanı Məmmədova 
Filologiya üzrə fəlsəfə doktoru 
                  
ÖLÜMƏ BAŞ ƏYMƏYƏN ŞAİR 
 
Azərbaycan Yazıçılar Birliyinin, Jurnalistər Birliyinin üzvü, 
Naxçıvan MR-nın “Əməkdar mədəniyyət işçisi”, “Qabaqcıl təhsil 
işçis”, şair Vaqif Məmmədovun imzası ilə tanışlığım orta mək-
təbdə oxuyarkən başlamışdı. 1990-cı ildə erməni təcavüzkarları 
tərəfindən Sədərək kəndinə hücum edilərkən kəndin qadın, qoca 
və uşaqları kənddən çıxarılmışdı. Vaqif müəllim də bu hadisədən 
təsirlənərək “Şərq qapısı” qəzetində “Bu kənd niyə yetimdir?” 
adlı şerini çap etdirmişdi. Qəlbi vətən eşqi ilə döyünən şairin 
qələmindən süzülüb gələn bu şeir, o qədər xoşuma gəlmişdi ki, 
dəfələrlə məktəb tədbirlərində bədii qiraət etmişdim. Bu mis-
raların müəllifinə qəlbimdə dərin rəğbət hissi oyanmışdı.  
Sonralar harada Vaqif Məmmədov imzasıyla yazılan şeirlər 
görürdümsə, mütləq onları kəsib saxlayır, əzbərləyirdim. İş elə 
gətirdi ki, NDU-da oxuyarkən Vaqif Məmmədovu şəxsən 
tanıdım. Şeirlərini sevə-sevə oxuduğum Vaqif Məmmədov xoş 
sifətli, qayğıkeş, alicənab bir insan idi. Dövlət Universitetinin 
“Qeyrət” nəşriyyatının direktoru vəzifəsində çalışan Vaqif müəl-
limlə hər dəfə rastlaşanda beynimdə bu misralar qeyri-ixtiyari 
olaraq səslənirdi: “Yenə göylərdədir şair xəyalın...”.   
Tələbəlik illərimdə Vaqif müəllimin haqqında hazırlanan 
televiziya verilişlərində, kitablarının təqdimat mərasimlərində 
onun şeirlərini bədii qiraət etmişdim. Bu illər ərzində heç düşün-
məzdim ki, bu misraların müəllifi ilə bir kollektivdə çalışa-
cağam. 
2004-cü ildə magistraturanı bitirdikdən sonra akademik İsa 
Həbbibəylinin qayğısı və dəstəyi ilə NDU-da fəaliyyətə baş-
ladım. Məni ilk təbrik edənlərdən biri Vaqif müəllim idi. Həmin 
vaxtan sonra misraları qədər həzin, sakit, ahəstə səsi, nüfuzu və 
səmimiyyəti ilə iş yoldaşlarının, tələbələrinin rəğbətini qazanan 
Vaqif müəllimi daha yaxından tanımağa başladım. Bir müəssisə-


Yüklə 21,11 Mb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə