Microsoft Word Vaqif Memmedov xatirelerde doc



Yüklə 21,11 Mb.
Pdf görüntüsü
səhifə44/86
tarix08.07.2018
ölçüsü21,11 Mb.
#54099
1   ...   40   41   42   43   44   45   46   47   ...   86

Vaqif Məmmədov xatirələrdə 
 
153
Vaqif müəllim dedi ki, bu şeir kimindi?  
Dedim ki, 
Vallah bilmirəm. 
Dedi ki, 
Bu şeiri keçən əsr qələmə almışdım. 
Üzrxahlıq etdim, ona görə ki, həmin şeirin o ana qədər 
müəllifinin Vaqif müəllim olduğunu bilmirdim.  
Çoxtərəfli tədqiq olunmuş, şəxsiyyətinə, yaradıcılığına on-
larca alim, professor, elm xadimi qiymət vermiş V.Məmməd-
ovun dilçilik görüşünə, daha doğrusu, əsərlərinin dil və üslub 
xüsusiyyətləri az tədqiq olunub. Yəqin ki, bundan sonra gör-
kəmli dilçilər, dilsevər alim-müəllimlər bu bənzərsiz şairin əsər-
lərinin dil və üslub xüsiyyətlərini araşdıracaq, tədqiq edəcəklər. 
Mən də bir dilsevər müəllim kimi, xeyli müddətdir ki, onun 
şeirləri üzərində apardığım təhlillərdən sonra bu qənaətə gəldim 
ki, o, şair olmaqla yanaşı, həm də gözəl dilçi, Azərbaycan dili-
nin kamil bilicisidir. Əsərlərinin dil xüsusiyyətlərinə nəzər 
saldıqda görürük ki, onun şeirlərində demək olar ki, dilimizin 
bütün fonetik, leksik, morfoloji və sintaktik xüsusiyyətləri geniş-
liyi ilə əks olunub. 
Düşünən olar ki, bütün şairlərin əsərləri dil vahidləri ilə 
zəngindir. Təkcə V. Məmmədov deyil ki? Bu sualın bir neçə 
cavabı var, daha doğrusu, mən belə cavab verərdim: 
Birincisi, V. Məmmədovun şeirlərində dil xüsusiyyətləri ilə 
az məşğul olunub. 
İkincisi, onun poeziya aləmində öz dəsti-xətti var. 
Üçüncüsü, V. Məmmədovda söz kasadlığı yoxdur, mənaya, 
məzmuna uyğun söz “oynatmağı” ustalıqla bacarır. Bu da şairin 
şeir dilinin üslubu imkanlarını öyrənmək üçün daha çox imkan 
verir. 
Dördüncüsü, şair var riyaziyyatçıdır, şair var həkim, şair var 
coğrafiya müəllimi, şairdə var ədəbiyyatçıdır. Mübaliğəsiz desək, 
Vaqif müəllim həm informasiya tutumunda, həm peşəsində, həm 
də şairliyində, ədəbiyyatçıdır, publisistdir, tarixçidir, nasirdir, 
ustad müəllimdir, coğrafiyaçıdır. Bir sözlə, o, hərtərəfli ustaddır. 


Vaqif Məmmədov xatirələrdə 
 
154
Beşincisi, Vaqif Məmmədov ömrünün çox hissəsini kənddə 
yaşayıb, kənd həyatına, torpağa, yurda bağlıdır. Vətənin torpa-
ğından, dağından, daşından, qayasından, gülündən, çiçəyindən 
ilham alıb. Şübhəsiz ki, Vətən eşqi, yurd məhəbbəti, müvəqqəti 
itirilmiş torpaq həsrəti onu şair edib, ata-ana ocağına hörmət və 
ehtiram, Vətənə məhəbbət onu bütövləşdirib, saflaşdırıb, büllur-
laşdırıb. Buna görə də, o, vətənin uca dağlarına, özündə tarix 
yaradan, tarix yaşadan sərt qayalarına, sal daşlarına çevrilib, 
düşmənə qarşı sərtləşib, dosta qarşı mərdləşib. Onun qələmindən 
çıxmış saysız- hesabsız şeirlərindən bir bənd:  
 
Ürəyimsiz ağlamıram, gülmürəm, 
Hər istəyim ürəyimdə birləşir. 
Böyükmüdür, kiçikmidir, bilmirəm, 
Ürəyimə təkcə Vətən yerləşir. 
 
Yuxarıdakı sıranı daha da artırmaq olar. Çünki, onun şəx-
siyyətini, bənzərsiz şairliyini, vətən məhəbbəti ilə yoğrulmuş 
şeirlərini araşdırmaq, tədqiqat aparmaq üçün oğul istəyirəm cild-
cild əsər yazsın. O, buna layiqdir. İnşallah, o tədqiqat əsərlərini 
də yazıb gələcək nəsillərə ərmağan edəcəklər. 
Sonda qeyd edim ki, bənzərsiz şair, müdrik insan, tanınmış 
alim, peşəkar jurnalist, naşir, tarixçi, gözəl insan, qayğıkeş ata, 
səmimi yoldaş, təvazökar şəxsiyyət Vaqif Məmmədov haqqında  
cürət edib bir necə söz yazmaq, böyük məsuliyyət tələb edir. 
Və nəhayət, sözdə cəsarətli, işdə məharətli, əqidədə pak, 
əməldə büllur, uzun illər kənddə yaşayıb xarüqələr yaradan, 
təkcə Azərbaycanda deyil, türk dünyasında və dünyanın bir sıra 
ölkələrində tanınan Vaqif müəllim vaxtsız ölümü ilə ölüm-
süzlüyə qovuşdu. Ruhu şad olsun! 


Vaqif Məmmədov xatirələrdə 
 
155
Orhan Aras 
Almaniya 
Yazıçı-publisist 
 
BİR DOSTUN ARDINDAN 
 
Fevral ayı aylar içində ən qısa ay və qış mövsümünün baha-
ra doğru gedən yolunda son dayanacağı... Bəlkə də buna görə 
həmişə fırtınalı, yorucu keçir.  
Anam da fevral ayını sevməzdi. Fevral gələndə: “kiçik çillə 
girdi, artıq qış özünü göstərəcək” – deyərdi. Bir il əvvəl 17 
fevralda vəfat etdi. Qar yolları bağladı, külək, fırtına yolumuzu 
kəsdi, dəfninə yetişə bilmədim. 
İki il əvvəl əziz dostum Tofiq Abdin də fevralın 24-də vəfat 
etdi. Bu il fevral ayı yenə dostlarımızın ürəyinə yas olaraq 
düşdü. Dostum Rəşad Məcidin atası da fevral günlərinin birində 
torpağa verildi. Şair Cahit Sıtkı Tarancı dediyi kimi: – Həyata 
birlikdə başladığımız dostlarla da yollar ayrıldı bir-bir; 
Getdikcə artır yalnızlığımız... 
Artan təklik, ölümlərlə gələn ağrılar və dünyanın faniliyi 
hamımızın başında... Muhiddin Ərəbi demiş, “Qaçıb can qurtar-
mağa yer yoxdur!” – Tək çarə xatirələrin qoynunda təsəlli axtar-
maq və həyatın fərqli məkanlarında yeni ümidlərə doğru getmək... 
Tanıdığım ən ümidli və gülərüz insanlardan biri şair Vaqif 
Məmmədovdu. Hündür boylu, yaraşıqlı, xoş söhbət və ürəyi 
insanlıq, türklük sevgisi ilə dolu bu dostumu da vəfasız fevral 
ayında itirdik. Keçən il Bakıdan İğdıra getdiyimdə, məni Naxçı-
van hava limanında qarşılayıb, bütün gün yanımdan ayrılma-
mışdı. Naxçıvan universitetindəki kiçik, amma duyğu və kitab 
dolu otağında məni rahatlamaq üçün əlindən gələni etmişdi. 
Onunla qiyabi tanış idik, birgə dostlarımız var idi. Naxçıva-
na gedən dostlar mütləq ona uğrayar, ondan kömək alardılar. 67 
yaşında, amma gənc bir ürəyin sahibi idi. Türkiyədən gələnlərə 
səmimi bir sevgisi vardı. Oradan Naxçıvana gələn tələbələrin 
Vaqif həm müəllimi, həm də abisiydi. İğdırda dostlarımla söhbət 


Yüklə 21,11 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə