Microsoft Word Vaqif Memmedov xatirelerde doc



Yüklə 21,11 Mb.
Pdf görüntüsü
səhifə43/86
tarix08.07.2018
ölçüsü21,11 Mb.
#54099
1   ...   39   40   41   42   43   44   45   46   ...   86

Vaqif Məmmədov xatirələrdə 
 
149
Kitablar bir neçə ay öncə AMEA-nın Naxçıvan Bölməsinə 
NDU-ya göndərilmişdi ki, tanış olsunlar. 
NDU-nun rektoru İ. Həbibbəyli məni səmimi qəbul etdi və 
proqram hazırlanması üçün Vaqif müəllimin yanına göndərdi. 
Beləliklə, “Aqra” EİDİB-nin ilk rəsmi tədbiri Naxçıvanda, 
NDU-da, Vaqif Məmmədovun rəhbərliyi ilə hazırlanmış 
proqram-bukletlə başlandı və uğurlu oldu. 
Bundan sonra Vaqif müəllimlə elmi əməkdaşlığımız başladı. 
2013-cü ilin may ayından başlayan və öz fəaliyyətini uğurla 
davam etdirən www.aqra.az saytında Vaqif Məmmədovun da mə-
qaləsi, yazıları, kitabları öz əksini tapmağa başladı. Bu dövrdə 
Vaqifi özüm üçün bir daha kəşf etdim. Onun istedadlı, qabiliyyə-
ti, yorulmaq bilmədən çalışmasını bir daha özüm üçün təsdiq-
lədim. Hazırda bizim saytda Vaqif Məmmədovun haqqında bir 
neçə material vardır:  
1) Vaqif Məmmədov. “Klassik poeziyamızda Nuh və Nuh 
tufhanı” 
2) Vaqif Məmmədov. (Azərbaycan və ingilis dillərində) 
“Vətən yanğılı şair” 
3) Səbuhi Məmmədov. “Müqəddəs borc”  
4) Vaqif Məmmədov. “Ömrün payız nəğməsi" və.s 
Nuh və Nuhun tufhanı məqaləsi haqqında sağlığında dəfə-
lərlə söhbətlərimiz olub və onun bu araşdırması “Aqra” EİDİB-
nin yaradılmasının ideya müəllifi, İH-nin üzvü Vahid Rzayev 
tərəfindən çox yüksək qiymətləndirilib. 
Vaqif müəllim bu elmi məqaləsində Ə.Xaqani, F.Şirvani, 
N.Gəncəvi, M.Füzuli, Ş.İ.Xətai, S.Təbrizi, Q.B.Zakir, S.Ə.Şir-
vani, Heyran xanım, A.Bakıxanov, Xəstə Qasım, Aşıq Ələsgər, 
M.Ə.Sabir, H.Cavid, M.Hadinin irsini bir daha araşdırır, 
onlardan konkret misallar gətirərək sübut edir ki, araşdırdığı XII 
əsrdən XX əsrə qədər olan dövrdə Həqiqətən “Nuh” və “Nuh 
Tufanı” mövzusu Azərbaycan ədəbiyyatı klassiklərinin əsərlə-
rində də öz əksini tapmışdır. Müəllif Həzrəti Nuhun bizim 
olduğunu, Həzrəti Nuh dövründə baş vermiş tufandan Naxçıvan 
ərazisindəki insanların xilas olmasını və II bəşər mədəniyyətinin 


Vaqif Məmmədov xatirələrdə 
 
150
Naxçıvandan başlamasını, elmi qaynaqlar vasitəsilə sübut edir. 
Araşdırmanın çox önəmli olduğunu təsdiq edən Vahid Rzayevin 
də Həzrəti Nuhla xilas və ərazi bürclər ilk təqvimlərdəndir. 
Qoç bürcündən başlamış, ikinci həyat məqalələri-Azərbay-
canın həqiqi tarix salnaməsini əks etdirən yazıları olaraq və 
Vaqif Məmmədovun "Klassik poeziyamızda Nuh və Nuh tufanı" 
məqaləsi “Aqra” EİDİB tərəfindən ingilis dilinə tərcümə oluna-
raq saytımıza yerləşdirilmişdir. Qədim Azərbaycan tarixi möv-
zusu Vaqif müəllimə doğma, yaxın bir mövzu idi. Onun kitab-
larını vərəqlədikcə, bütün bunları görmək olur. 
Ümumiyyətlə, adına səhvən erməni dediyimiz hayların bu 
ərazidə əsas iddiaları Həzrəti Nuha sahib çıxmaq məqsədi daşı-
yır. Onların əsl məqsədi budur və bunun çox uzağa gedən nəti-
cələrini biz özümüz anlamalıyıq. Onun üçün həqiqi mənbələri 
oxumalı, öyrənməli, başa düşməli və gələcək nəsillərə çatdırma-
lıyıq. 
Sözardı: Bu mövzuda söhbətlərimizin birində söz gəlib 
Naxçıvanın tarixinin neçə il olmasına çıxdı. 5000 il yaşını nə 
Vaqif müəllim, nə də mən qəbul etmədik və gəldiyimiz nəticə 
bu oldu ki, Naxçıvanın yaşı Nuh Tufanının yaşına uyğun olmalı-
dır. Ona görə də tarixçilər, arxeoloqlar və digər humanitar 
elmlər burada geoloji, coğrafi, bioloji, etnoqrafik sahə alimlərini 
birləşdirən davamlı elmi ekspedisiyalar Gəmiqayadan başlaya-
raq üzü aşağı-yəni tufandan sonra suyun çəkilmə dövrlərini 
əhatə edən şəkildə öz alimlərimizin rəhbərliyi ilə həmişə davam 
edən elmi işlər, elmi tədqiqatlar aparılmalıdır. 
Bu işin artıq təməli qoyulub. Naxçıvan MR-nın rəhbərli-
yinin göstərişi ilə Gəmiqayadakı yazılar yenidən qeydə alınıb. 
Mövcud 1000-2000 yazılı daş sayı 3-4 dəfə artıb. 
Vaqif müəllimin də sağlığında iştirak etdiyi Gəmiqaya 
səfərlərinin sonda uğurla nəticələnəcəyi və dünyanın II minillik 
tarixinin Naxçıvandan başlaması faktının öz əksini tapacağına 
inanırıq! 
Gecəni rahat yata bilmədim, düşüncələrim məni Sədərək 
kəndi barədə, yaxınlarım barədə, dünyasını dəyişmişlər-anam


Vaqif Məmmədov xatirələrdə 
 
151
xalam, uşaqlıq həyatım, orada, keçən günlərimlə üz-üzə Vaqif 
barədə yazdığım xatirələrimdə də öz əksini tapmalı olmasını 
anladım. Ona görə də onları da yazmaq qərarına gəldim.Bu yazı-
nı yazdığım gün həm də mənim anamın dünyasını dəyişdiyi 
gündür.(17.04.1999)  
Vaqif müəllim haqqında xatirə yazmaq üçün özümü nə qə-
dər toparlasam da, yazını başlaya bilmirdim. Ona  görə iş elə 
gətirdi ki, bu yazını 16.04.2017-ci il tarixində ofisdə axşama 
yaxın başlasam da, hətta bitirdiyimi Səbuhiyə gecə 23:00-da 
desəm də, hansı səbəblərsə məni məcbur etdi ki, yenidən kağız 
qələm alıb onu davam etdirim. 
Fikrim Vaqifin qardaşı Müzəffərin adından  Müşfiq haqqın-
da müəllifi olduğu kitaba yazdığı yazıya yönəldi. Onun necə 
sadə və təvazökar bir qardaş olduğu, niyə Müşfiq haqqında yaza 
bilməməsi səbəbləri həm böyük qardaş, həm şair-yazıçı, həm 
vətəndaş, həm vətənpərvər, sədaqətli azərbaycanlı olması gəlib 
gözümün  önündə durdu.  
Sonda V.Rzayevin sözü ilə desək “Hər bir yaranmış, yazır 
özünə baş daşı” Vaqif müəllim həm həyatdakı tədqiqatlarında, 
yazılarında, kitablarında, məqalələrində, övladlarında, yaxınla-
rında, ətrafındakılarda özü öz baş daşını yazdı getdi!  
Allah Vaqif müəllimə rəhmət eləsin. 
 


Vaqif Məmmədov xatirələrdə 
 
152
Mədət Səfərov 
NDU “Azərbaycan dilciliyi” 
 kafedrasının baş müəllimi,  
Azərbaycan Respublikasının 
Qabaqcıl Maarif Xadimi 
 
MÜDRİKLİK ZİRVƏSİNİ FƏTH ETMİŞ              
BƏNZƏRSİZ İNSAN 
 
Bənzərsizliyin simvolu, ölməzlik rəmzi, müdriklik pirami-
dası, şair-şəxsiyyət qanında, canında, amalında, əqidəsində, mə-
nəvi saflıq, təmənnasızlıq, humanistlik toxumlarını cücərtmiş, 
inkişaf etdirmiş, müdriklik zirvəsini fəth etmiş, bənzərsiz, ilahi 
vergili şair – Vaqif Məmmədov 
Bu adla, bu imza ilə mən keçən əsrin 70-ci illərindən 
tanışam. Bir bənd şeir ilə: bu şeirin adı “Qara kağız” idi.  
 
Gəlib çox ünvana, gəlib çox ada, 
Şübhəli dərdləri dağ eyləyibdi. 
Nədənsə, öz adı qara olsa da, 
Çoxunun saçını ağ eyləyibdi. 
 
Tamamilə ictimai məna daşıyan, xəlqliklə, yoğrulmuş bu bir 
bənd şeir onun necə bir şair  olduğunu konkret sübut edir. 
V. Məmmədovla ilk canlı tanışlığım 1998-ci ildə Naxçıvan 
Dövlət Universitetində oldu. Düz qamətli, sakit, danışığı, düz-
lüyü, doğruluğu ilə yaddaşımda həkk olundu. Sonralar onunla 
isti münasibətlərlə yaxın oldum. Mən hərdən bir onun yanında 
şeirlər deyərdim. Bir dəfə şeir dedim. 
 
Saçına de şəlalətək axmasın, 
Baxışların şimşək olub çaxmasın. 
Odun məni yandırmasın, yaxmasın 
Bəlkə onda mən də səni unudam... 
 


Yüklə 21,11 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə