Microsoft Word Vaqif Memmedov xatirelerde doc



Yüklə 21,11 Mb.
Pdf görüntüsü
səhifə39/86
tarix08.07.2018
ölçüsü21,11 Mb.
#54099
1   ...   35   36   37   38   39   40   41   42   ...   86

Vaqif Məmmədov xatirələrdə 
 
135
Kimsənin yazığı gəlməsin mənə
Sanmayın qəlblərə dəyib gedirəm. 
Atımı sürmədim dumana-çənə, 
Şərəfli bir ömür qoyub gedirəm. 
 
“Xəstəxana şeirləri”nizdə 67 illik bir ömür yaşamağınıza 
baxmayaraq, hələ də həyat dolu olduğunuzu, məhsuldar yaradı-
cılıq taleyi yaşadığınız halda, hələ də yazmaq istədiyiniz nə 
qədər şeirin var olduğunu duymamaq mümkün deyil: 
 
Bu qədər ömrü də tez sayıram mən, 
Yarımçıq arzular çox qalır hələ. 
Hələ yazdığımı az sayıram mən, 
Hələ neçə şeirim var – düşəcək dilə. 
 
Bax, buna təkcə siz yox, hamımız inanırıq. Sizin yazdıqları-
nız dillərə düşdüyü kimi, bundan sonra yazacaqlarınız da yad-
daşlara həkk olunacaqdı. Amma hər kəsin ömür yolunun son 
dayanacağında bir “Ölüm” mənzili var. Lakin ömrünü xalqının, 
vətəninin taleyinə bağlayanlar, “Ellə gələn bəla toy-bayramdı” 
inamıyla yaşayanların vəfatından sonrakı ömürlərində “ölüm”ə 
yer olmur. Bu gün Vaqif Məmmədov doğulub boya-başa çatdığı 
Sədərəyin hər bir sakininin ürəyində xeyirxah, vətənpərvər, 
səmimi, əsl ziyalı kimi yaşadığı kimi, çoxsaylı oxucularının 
ürəyində də ən dəyərli şairlərdən biri kimi yaşayır.  
Şairi yaşadan onun şeirləridir. Təkcə mənim yaddaşımda 
sizin o qədər şeirləriniz yurd salıb ki. “Yaşadacaq bu yol məni”, 
“Sədərək harayı”, “Qeyrət qalası”, “Salam, Oğuz elləri”, “Mənə 
çiçək borclusan”, “Bu dünyanın sevinci nə, qəmi nə”, “Vətən 
sığır ürəyimə”, “Ömrümün yarpaqları”, iki cildlik “Seçilmiş 
əsərləri”niz, Ankarada nəşr olunan “Özüne dön halkım”, 
“Dənizə qar yağırdı”, “Kərkinin taleyi”, “Zirvədən baxanda”, 
“Dəniz də nigaran, sən də nigaran”, “Bura Naxçıvandır”, 
“Sədərəkdə yazılan gündəlik” və adalarını xatırlamadığım bir 
çox kitabınızdan yadımda qalan şeiriniz, onlarla müdrik məna 


Vaqif Məmmədov xatirələrdə 
 
136
daşıyan misra və bəndləriniz dilimin əzbəridir. Ən çox isə bu iki 
bəndi tez-tez öz-özümə pıçıldayıram: 
 
Dar qəfəsdə qala bilməz ürəyim
Hər arzumu qalsa, ora yığmazdım. 
Yumruq boyda ola bilməz ürəyim, 
Belə olsa Vətən ora sığmazdı. 
 
Ürəyimsiz ağlamıram, gülmürəm, 
Hər istəyim ürəyimdə birləşir. 
Böyükmüdür, kiçikmidir bilmirəm, 
Ürəyimə təkcə Vətən yerləşir... 
 
Vaqif müəllim, ilk məktubumda da xatırlamışdım. Mənə 
xitabən yazığınız beş bəndlik, bütün sözləri “Y” hərfi ilə başlayan 
şeiriniz tanınmış bir şairin gənc həmkarına bəlkə də ən böyük və 
qiymətli hədiyyəsi kimi daim xatırlanacaq. Bu Vaqif Məmmədo-
vun Elxan Yurdoğluna ağsaqqal xeyir-duası olmaqla bərabər, 
həm də gənclərə inamın ifadəsi, onlara sevginin nəticəsi idi:  
 
Yorğun yolun yüyəni yox, yalı yox, 
Yay yetişdi, yağışı yox, yeli yox... 
Yaşa, yarat, yorğunların yolu yox, 
Yol yoxuşdu, yorularsan, Yurdoğlu. 
 
Özünüz də bu şeirdə çox yaxşı vurğulamısız ki, yaradıcılıq 
yolu yoxuşludu, yorur insanı. Amma bizə həm də yorulmamağı 
siz öyrətdiniz. Sizdən öyrəndiklərimiz bundan sonra da ömrü-
müzün son mənzilinə qədər qulağımızda sırğa olacaq. 
Elə mənə aftoqrafınızla verdiyiniz kitabları da dəyərli kitab-
lar kimi saxlayıram. Həmin kitablarda yazdıqlarınızın bir neçəsi-
ni oxuyuram: “İstedadına inandığım və güvəndiyim gənc şair 
dostum Elxan Yurdoğluna xatirə olaraq”, “Şeir-sənət yolunu 
əbədi olaraq ömür yolu kimi qəbul edən istedadlı şair dostum 
Elxan Yurdoğluna”, “Şeir-sənət xiridarı kimi böyük ümid bəslə-


Vaqif Məmmədov xatirələrdə 
 
137
diyim Elxan Yurdoğluna xoş arzularla müəllifdən”, “İstedadına 
və şəxsiyyətinə böyük hörmət bəslədiyim şair dostum Elxan 
Yurdoğluna müəllifdən xatirə olaraq” və s.  
Vaqif müəllim, Allah sizə rəhmət eləsin, ulu türk dünyasın-
da ən əziz insanlar üçün söylənən “Məkanın uçmaq olsun” 
alqışını bu məktub vasitəsiylə sizə çatdırsınlar deyə, mələklərə 
pıçıldayıram. Bilirəm ki, onlar bu məktubumu sizə çatdıracaqlar.  
Sizə üçüncü məktubumda yenə yazacağam, siz də bizi 
unutmayın. Məktubunuzu mələklərə verin. Onlar fiziki mənada 
olmasa da, mənəvi mənada düşüncələrinizi bizə çatdıracaqlar.  
İnanıram ki, siz haralardasa ucalardan, zirvələrdən bizə 
baxırsınız. Bəlkə elə buna görə çoxsaylı kitablarınızın arasından 
qeyri-ixtiyari olaraq “Zirvədən baxanda” kitabınızı götürüb bu 
bəndi təzədən oxuyuram: 
 
Qayalar səsimə səs verər dinsəm, 
Mahnı tək daşlara hoparam yenə. 
Əgər bu zirvədə qartala dönsəm, 
Uçub insanları taparam yenə. 
 


Vaqif Məmmədov xatirələrdə 
 
138
Gülşən Vəliyeva 
Şirvan şəhər Tarix-diyarşünaslıq 
Muzeyinin direktoru 
 
HƏYAT FORMULU VƏ YAXUD XOŞ TƏSADÜF 
 
Fəlsəfə elmi bizim həyatımıza qanunauyğunluq və təsadüf 
kimi anlayışlar gətirib. İnsan həyatında məqsədini bilirsə, onun 
gələcəyi də məhz qanunauyğunluq xətti ilə inkişaf  edir. Təsadüf  
isə təsadüfdür. Düzdür, hərdən təsadüf  özünü qanunauyğunluq 
kimi də aparır. Bu tip mülahizələri buraxaq filosofların öhdəsinə. 
2014-cü il idi. Ölkə Naxçıvan Muxtar Respublikasının yaran-
masının 90 illik yubileyini qeyd etməyə hazırlaşırdı. Respublika-
mızın Şirvan şəhərində fəaliyyət göstərən Tarix-diyarşünaslıq 
muzeyi də bu hadisəni keçirtmək üçün geniş tədbirlər planı hazır-
lamışdı. İlk tədbir “Azərbaycanın qədim diyarı-Naxçıvan” möv-
zusunda dəyirmi masa formasında keçirildi. Bütün hadisələr də 
elə bu tədbirdən sonra başladı. Dəyirmi masaya tək şəhərin ziya-
lıları yox, eyni zamanda əslən Naxçıvandan olan nümayəndələr 
də dəvət olunmuşdu. İnternet əsrində yaşayırıq. Bu səbəbdən 
hadisələr də ildırım sürəti ilə yayılır. Keçirilmiş tədbirin sorağı 
Naxçıvana da çatdı və orda xoş bir rezonansa səbəb oldu. “Azər-
baycan” qəzetinin bölmə müdiri Elxan Yurdoğlu, Naxçıvan MR-
ın elm adamları, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 
mətbu orqanı olan “Şərq qapısı” qəzeti tərəfindən yüksək dəyər-
ləndirildi. Əlbəttə, burada şəhərimizin tanınmış jurnalisti, Naxçı-
van Dövlət Universitetinin məzunu və Vaqif müəllimin tələbəsi 
olmuş Yaqut xanımın zəhməti böyükdür. Məhz bu hadisələrdən 
sonra biz ilk dəfə mərhum Vaqif Məmmədovun özünü şəxsən 
tanıdıq. Vaqif müəllimlə münasibətlərimiz getdikcə sürətlə inki-
şaf edirdi. Onun muzeyimizə etdiyi ən qiymətli hədiyyəsi ümum-
milli lider Heydər Əliyevin anadan olmasının 90-illik yubileyinə 
həsr edilmiş “Qalib gəldi, qalib getdi” adlı altı cildlik miniatur 
kitab dəsti oldu. Biz bu hədiyyəni Tarix-diyarşünaslıq muzeyinə 
xüsusi diqqət və Şirvan şəhərinə göstərilən hörmət əlaməti kimi 


Yüklə 21,11 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə