Microsoft Word Vaqif Memmedov xatirelerde doc



Yüklə 21,11 Mb.
Pdf görüntüsü
səhifə38/86
tarix08.07.2018
ölçüsü21,11 Mb.
#54099
1   ...   34   35   36   37   38   39   40   41   ...   86

Vaqif Məmmədov xatirələrdə 
 
131
“Yaxşı insan” kimi, anılmaq, hər dəfə adı keçəndə; “məkanı 
cənnət olsun”, deyə xatırlanmaqdan gözəl nə ola bilər ki, bu fani 
dünyada...  
Deyirlər; “Dünya bir pəncərədir, hər gələn baxar, gedər.” 
“Olum”lu dünyada nə etmək olar ki, ölüm də var. Bu həyatın 
fəlsəfəsidir. Təsəllimiz odur ki, bu pəncərə dünyadan baxıb ge-
dən də var, özünə əbədilik qazananlar da var. Vaqif müəllimin 
bu gün cismən aramızda olmaması onun bu dünyadan getməsi 
deyildir. Çünki, yazdıqları, yaratdıqları, gördüyü işlərlə dünya 
var olduqca yaşayacaq, Vaqif müəllim. 
Bir az poetik desək; insanlar var ki, bir müddət ağızlarda 
dolaşan nəğmələrə bənzəyirlər, az sonra bu nəğmə unudulur, 
insanlar da var ki, hər  zaman yaxşılıqla, hörmətlə, səmimiy-
yətlə, ən önəmlisi isə, rəhmətlə anılır. Vaqif müəllim kimi... 
Məkanın cənnət olsun, Vaqif müəllim! 
 


Vaqif Məmmədov xatirələrdə 
 
132
Asif Kəngərli 
Həkim-narkoloq,  
Dünya Xalqları Yazıçılar Birliyinin üzvü 
 
GÖZƏL NİYYƏTLİ İNSAN 
 
Həyatda elə istedadlı və görkəmli şəxsiyyətlər olur ki, onların 
təvazökarlığı, səmimiliyi, yüksək insani keyfiyyətləri, prinsipiallığı 
qarşısında səcdə etməmək mümkün deyil. Belə insanlardan biri də 
şəxsiyyətinə dərin hörmət bəslədiyim, indi də böyük məhəbbətlə 
xatırladığım tarix elminin inkişafında, gənclərin tərbiyə olunması 
və formalaşmasında böyük xidmətləri olmuş alim, şair, pedaqoq və 
naşir Vaqif Məmmədovdur. Bu böyük şəxsiyyəti mən 2002-ci ildə 
tanıdım. Mən o vaxt Naxçıvanda yaşayır və işləyirdim. İş elə gətir-
di ki, yazı-pozu işinə başladım: “Bəla” pyesi və “Zəhrimar” adlı 
hekayə yazdım. Yazdım amma bu pyes və hekayə nə gündə idi? 
Görəsən bunları adam içinə çıxarmaq olar, ya yox-deyə hey düşü-
nürdüm. Ona görə də mənim bir məsləhətçiyə, yol göstərənə ehtiy-
yacım var idi: Axtarışa başladım, günlərin birində gedib çıxdım 
Naxçıvan Dövlət universitetinin “Qeyrət” nəşriyyatına. Qarşıma 
Vaqif müəllim çıxdı, onunla söhbət edib dərdimi danışdım. O, 
mənə diqqətlə qulaq asıb, dedi: –Yazılarını qoy, get bir həftədən 
sonra gələrsən. Mən deyilən vaxt gələndə onun yazdıqlarımı diq-
qətlə oxuyub 7 bənddən ibarət tənqidi yazı hazırladığını gördüm. 
Əlavə etdi ki, material yaxşıdı, maraqlıdı, amma sən bu təsvirçi-
likdən, qəzet cümlələrindən uzaq ola bilsən yaxşı olar. Mən Vaqif 
müəllimin o məsləhətinə əməl etməyə səy elədim, yazmağa ina-
mım artdı. Onun mənə qayğı və diqqətlə yanaşacağı, bir insan kimi 
xeyirxahlığı məndə xoş duyğular oyatdı. Söz Vaqif Məmmədovdan 
düşəndə gözümün qabağında onun nurlu çöhrəsi, gözəl insani key-
fiyyətləri canlanır. Mən indi də Vaqif müəllimin əlyazısını arxi-
vimdə saxlayır və onu minnətdarlıqla yad edirəm. 
Mən onun məsləhət verərkən nə qədər dərindən düşündüyü-
nün şahidi olmuşam. Bu baxımdan, o, başqaları üçün yaşamağı 
bacaran adam idi. Baqalarının  sevincini də, dərdini də özünün 
kimi yaşayırdı. 
Allah Vaqif müəllimə rəhmət etsin. Məkanı cənnət olsun. 


Vaqif Məmmədov xatirələrdə 
 
133
Elxan Yurdoğlu 
AMEA Naxçıvan Bölməsi İncəsənət, 
Dil və Ədəbiyyat İnstitutunun  
“Folklorşünaslıq” şöbəsinin müdiri,  
filologiya üzrə fəlsəfə doktoru, şair 
 
ŞƏRƏFLİ BİR ÖMÜR QOYUB GEDƏN ŞAİR   
Şair Vaqif Məmmədova ikinci məktub 
 
Salam, Vaqif müəllim! Bu məktubu yazmazdan əvvəl, sizə 
altı il bundan əvvəl yazdığım “Yaxşı ki, varsınız” adlı birinci 
məktubumu xatırladım. Mənə o məktubu yazdıran səbəb ömrü-
mün çətin vaxtlarında sizin mövqeyiniz olmuşdu. Bir yanlış 
anlaşılma üzündən ətrafımda olan və mənim dəyər verdiyim 
insanların çoxu 180 dərəcə dəyişildiyi halda, siz məni dəstəklə-
diniz, təsəlli verdiniz, məsləhətlərinizlə nəyi necə etməli olduğu-
mun yollarını göstərdiniz.  
İndi bu məktubu yazarkən sizin uzaqgörənliklə söylədiyiniz 
sadə sözlərin nə qədər əhəmiyyətli olduğunu bir daha anlayıram. 
Hətta həyat təcrübəsi kifayət qədər olan birinin müşahidə 
qabiliyyətinin mükəmməlliyinə bu gün də həsəd aparıram.  
O zaman yazdığım məktubumu mətbuat vasitəsiylə sizə 
ünvanlamışdım. Oxumuşdunuz, öz təvazökar xarakterinizlə zəng 
etmişdiniz, nə qədər danışmışdıq. Səmimi təşəkkürünüz, sadə 
bir yazıya nə qədər həssaslıqla münasibət bildirməyiniz o vaxt 
məni çox duyğulandırmışdı.  
Bu məktubu isə sizə necə göndərəcəyimi bilməsəm də, onun 
sizə çatacağına əminəm. Bir insanı əgər tez-tez xatırlayırsansa 
və bu adam yaradıcı adamdırsa, xüsusilə şairdisə bir zamanlar 
Tanrıdan vəhy kimi gələn sözlər dünyadan köçəndən sonra da 
yəqin ki, mələklər vasitəsiylə ona əyan olur. Bu korafəhm 
düşüncə nədənsə mənə həmişə inandırıcı gəlib. Ona görə də sizə 
bu ikinci məktubu yazarkən aramızda olmamağınızın təəssüfi ilə 
yazsam da, sizin kimi alicənab və sözün bütün mənalarında, əsl 
şairə yazmağın qüruru və həyacanını da hiss edirəm.  


Vaqif Məmmədov xatirələrdə 
 
134
Vaqif müəllim, vəfatınızı eşidəndə çoxları kimi mən də 
inanmamışdım. Sizi ilk gördüyüm, Naxçıvan Dövlət Universite-
tinin ötən əsrin və minlliyin son illərindəki rektorluq binasındakı 
simanız, sonralar Naxçıvan televiziyasında “Çinar ömrü” ədəbi-
bədii verilişinizdə iştiraklarım, ondan sonrakı illərdə müxtəlif 
tədbirlərdə birlikdə müzakirələrimiz, söhbətlərimiz yaddaşımdan 
sürətlə və apaydın bir şəkildə keçib getdi. Yaxşı yadımdadı, 
2014-cü ilin aprel ayından etibarən “Çinar ömrü”nü yenidən 
bərpa edərək çəkilişlərinə başlamışdınız. İlk verilişdə qonaqları-
nızdan biri də mən idim. Naxçıvan şəhərinin möhtəşəm mənzə-
rəsinin fonunda, Bayraq meydanındakı yüksəklikdə təbii dekora-
siyaların önündə ədəbi-bədii yaradıcılıqdan, şeirdən, poeziyadan 
söhbət edirdik. İndi kompyuterimin yaddaşındakı 24 aprel 2014-
cü il tarixli həmin şəkillərə baxanda kövrəlməmək mümkün 
deyil. Üzərinizdəki səmimi təvazökarlıq sizin təbii xarakterini-
zin ən diqqətçəkən cəhəti kimi daha aydın görünür.  
Sağlığınızda tərtrib edib nəşrə verdiyiniz, çox təəssüf ki
çapdan çıxmasını görmədiyiniz “Ömrün payız nəğməsi” adlı 
kitabınızı dəflərlə oxumuşam. Xüsusilə “Xəstəxana şeirləri” baş-
lığı altında toplanmış şeirləri. Həmin şeirlərdə sizin ölümə 
məğlub olmamaq, həyat dolu yaşam istəyiniz nə qədər də özünü 
göstərir. Lakin həmin şeirlərin içərisində bəzən bədbin notlar 
üzərində köklənmiş kövrək şair duyğuları da var. Və bu, təkcə 
sizin kövrək dyğularınız deyil, bu həm də bizi–sizi sevən min-
lərlə oxucunuzu, yaxınlarınızı, dostlarınızı kövrəldən misralar, 
bəndlər, şeirlər kimi yadda qalır. “Mən bir dəniz idim”, “Şərəfli 
bir ömür qoyub gedirəm” kimi fikirlərin hakim kəsildiyi “İlk 
gün” adlı şeirinizdəki bu bənd bəlkə də sizin növbəti uzaqgö-
rənliyiniz imiş. Sadəcə bizlər o anda anlamamışıq. Siz isə artıq 
yeni bir yola çıxdığınızı işarə edirmişsiniz, əbədiyyət yoluna: 
 
Yaxşılıq eylədim ümid bilənə, 
Tutduğum düz yoldan kənar çıxmadım. 
Beş addım mən attım, birin gələnə
Qapı bağlamadım, evlər yıxmadım. 


Yüklə 21,11 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə