Microsoft Word Vaqif Memmedov xatirelerde doc



Yüklə 21,11 Mb.
Pdf görüntüsü
səhifə34/86
tarix08.07.2018
ölçüsü21,11 Mb.
#54099
1   ...   30   31   32   33   34   35   36   37   ...   86

Vaqif Məmmədov xatirələrdə 
 
117
Bağdadda YUNESKO-nun xətti ilə keçirilən “Füzuli-500” bey-
nəlxalq festivalına dəvət olundu. Kərbalanı ziyarət etdi. Məhəm-
məd Füzulinin məzarı önündə şeir söylədi:  
 
Dayanmışıq əllər göydən üzülü
Tarixlər dolanıb neçə yüz ili, 
Başda İmam Hüseyn, ayaq Füzuli, 
Ayağı müqəddəs, başı müqəddəs... 
 
Anar, İsa Həbibəyli, Nizami Xuduyev, Teymur Kərimli, 
Vasif Məmmədəliyev, Ağamusa Axundov, Qabil, İmamverdi 
Əbilov kimi tanınmış şəxsiyyətlərlə “Füzuli günləri”nin iştirak-
çısı olmaq V. Məmmədova göstərilən ən böyük etimad idi. 
Filologiya elmləri doktoru, professor İmamverdi Əbilov 
yazırdı: “Əzizim Vaqif! 1994-cü ilin sentyabr ayında Bağdadda 
keçirilən “Füzuli günləri”ndə birgə iştirakımızdan sonra, müqəd-
dəs Kərbalanı birgə ziyarətimizdən sonra, Azərbaycan yazıçıla-
rının 1997-ci ildə keçirilən X qurultayındakı söhbətlərimizdən 
sonra sizin şeirlərinizi daha çox mütaliə etməyə, yaradcılığınızı 
daha çox izləməyə ehtiyac duymuşam. “Mənə çiçək borclusan” 
şeirlər kitabını və “Arazdan keçə bildim” səyahətnamənizi oxu-
dum, ilğımlı istilərdə təngənəfəs olsam da könlümə sərinlik 
axdı, ümüdlərimə işıq çiləndi”. 
Rəngarəng yaradcılığa malik olan Vaqif Məmmədov poezi-
yasında və publisistikasında haqsızlıq və ədalətsizlik pislənilir, 
özgəsinin torpağına göz tikmək, müharibə törətmək kimi hallar 
lənətlənir. 1989-cu ildən Azərbaycanımızın  və onun ən qədim 
ayrılmaz bir parçası olan Naxçıvan Muxtar Respublikasının 
başının üstünü qara buludlar alanda Vaqif Məmmədovun doğma 
kəndi Sədərək də ən təhlükəli zonalardan biri oldu. Kənd məktə-
binin direktoru olan Vaqif Məmmədovun yaşadığı ev qərargaha 
çevrildi, qələmi isə ermənilərə qarşı mübarizəyə qalxdı. Sədərək  
kəndinə keçmiş SSRİ-yə məxsus hərbi texnikadan atəş açan 
ermənilərin törətdikləri vəhşiliklər, qoca və qarıların, uşaq və 
xəstələrin minbir əzabla kənddən təhlükəsiz yerlərə köçürülmə-


Vaqif Məmmədov xatirələrdə 
 
118
ləri, yaralanan və şəhid olan könüllü döyüşçülərin taleləri, vətəni 
canı qədər sevən bir qələm sahibinin mövzusuna çevirilməyə 
bilməzdi. Doğma ocağından müvəqqəti olaraq köçürülmüş Sə-
dərəklilərin öz evlərinə dönməmələri şair harayına, şair kədərinə 
qarışaraq göylərə yüksəldi: 
 
Bağ-bağçalar yetim kimi boy atdı, 
Uşaqları top səsləri oyatdı, 
Payız gəldi, el arana  qayıtdı, 
Bizim ellər  yaylağından dönmədi... 
 
Vaqif Məmmədov üçün elinin, obasının dar günündə hara 
isə qaçmaq, vətənini tərk etmək, döyüş yoldaşlarını tək qoymaq 
kimi halları, ən azı nankorluq hesab edirdi. Belə adamlara “Bu 
torpağın ahı səni tutacaq” şeiri ilə öz sözünü deyirdi: 
 
Atan, baban doğulmuşdu burada, 
Məclislərdə durardın ön sırada, 
Ağır gündə niyə çıxdın aradan? 
Bu torpağın ahı səni tutacaq... 
 
Almaniyada dərc olunan “Milli qazetə” 05.02.2002-ci il 
tarixli 9413-sayında yazırdı: “Şair Vaqif Məmmədovun oxuculara 
təqdim etdiyimiz “Bizim ellər yaylağından dönmədi” və “Mənim 
anam” seirlərinin oxucu qəlbini riqqətə gətirib ovsunlayacağına 
şübhə etmirik. Bu şeirlərdə rəngsiz, boyasız təbii həyat var. 
Vaqif Məmmədov 1990-cı ilin yanvar ayında ermənilər 
tərəfindən işğal olunmuş Kərki kəndinin tarixindən, onun keş-
məkeşli taleyindən, Kərkinin işğal dövründə baş verən içtimai-
siyasi proseslərdən dəqiq tarixi faktlara və rəsmi məlumatlara 
əsaslanaraq “Kərkinin taleyi” adlı kitab yazmışdı. Kitabdakı 
“Kərki xəritədən niyə silinib?” məqaləsini redaktoru olduğu Sə-
dərək Rayon İcra Hakimiyyətinin orqanı “Oğuz yurdu” qəzetndə 
dərc etdirmişdi. Məqalədə qeyd olunmuşdur ki, Sədərək rayonu-
nun inzibati ərazi vahidinə daxil olan Kərki ANS və İçtimai tele-


Vaqif Məmmədov xatirələrdə 
 
119
viziya tərəfindən xəritədən silinmiş və həmin saxtalaşdırılmış 
xəritəni də hər gün ərzində adı çəkilən televiziyalarda bir neçə 
dəfə ölkə əhalisinə reklam etdirilir.
 
Bu yazını oxuduqdan sonra və şair-jurnalist qardaşımızın 
harayına aşağıdakı şeirlə cavab verdim və bu şeir “Şərq qapısı” 
qəzetində dərc olundu. 
 
Oğuz torpağıdır özü Kərkinin 
Şair dostum Vaqif Məmmədovun  
“Kərki xəritədən niyə silinib?” adlı məqaləsinə cavab 
 
Adı xatırlanmır, dərdi çəkilmir
Deyilmir dünyada sözü Kərkinin. 
Bir nöqtə boyda da şərti çəkilmir, 
Yoxdu  xəritədə özü Kərkinin. 
 
Yağıya Tejgartək dağı qalıbdı, 
Almalı, heyvalı bağı qalıbdı, 
Nehrədə çalınan yağı qalıbdı, 
Sönüb köksümüzdə odu Kərkinin. 
 
Baxır, Sədərəyə görə bilməyir, 
Söyür, söydüyünü  söyə bilməyir, 
Dizinə, başına döyə bilməyir, 
Tutulub hər iki gözü Kərkinin. 
 
Qalıbdı köməksiz yad caynağında 
Çəkir ürək yaxan dad caynağında, 
Yaşayır gavurun ad caynağında, 
Yamanca tutqundu üzü Kərkinin. 
 
Adına ən gözəl kənd salınsa da. 
Hər bir övladına ev alınsa da. 
Boyu xəritədən lap salınsa da, 
Oğuz torpağıdır özü Kərkinin. 


Vaqif Məmmədov xatirələrdə 
 
120
Halı xatırlanmır, dərdi çəkilmir, 
Tarlası şumlanmır, düzü əkilmir, 
Nə günah eyləyib, şəkli çəkilmir, 
Yoxdu xəritədə sözü Kərkinin. 
 
Şeiri oxuyan Vaqif müəllim mənə zəng etdi, öz minnətdarlı-
ğını bildirdi. Və “Nə yaxşı ki, sənin kimi oxucular, mənim hara-
yıma cavab verdi” – dedi. Görürdüm ki, bu yazıya etinasızlıq 
onun qəlbinə toxunmuşdu... 
1998-ci ilin iyun ayından Naxçıvan Dövlət Universitetinin 
“Qeyrət” nəşriyatının direktoru, həmçinin universitetin “Elmi 
əsərlər” jurnalının redaktoru, “Fikir” jurnalının məsul redaktoru, 
universitetin “Jurnalistika və dünya ədəbiyyatı” kafedrasının 
müəllimi vəzifəsində çalışan Vaqif Məmmədovun yaradcılığı və 
əmək fəaliyyəti haqqında akademik İsa Həbibbəyli 2007-ci ildə 
nəşr olunan “Naxçıvan Dövlət Universitetində nəşriyyat işi” 
kitabına ön sözdə yazırdı: “Sözün həqiqi mənasında Naxçıvan 
Dövlət Universitetinin “Qeyrət” nəşriyyatında  çox səmimi bir 
ailəni xatırladan mütəşəkkil bir kollektiv formalaşmışdır. Nəş-
riyyatın direktoru Vaqif Məmmədovun tarixçi alim, tarix elmləri 
namizədi kimi fəaliyyəti də elmi əhəmiyyəti ilə yanaşı, həm də 
milli məzmuna, vətəndaşlıq mövqeyi ilə diqqəti cəlb edir. Heç 
tərəddüd etmədən Vaqif Məmmədovu ölkə miqyaslı bir nəşriy-
yatçı, hətta, necə deyərlər, nəşriyyatşunas kimi də dəyərləndir-
mək lazım gəlir”. 
Uzun illər Naxçıvan Dövlət Universitetinin rektoru olmuş 
akademik İsa Həbibbəyli Vaqif Məmmədovun yaradcılığına, şəx-
siyyətinə böyük hörmət bəsləyirdi. Onun “Qeyrət” nəşriyatının 
direktoru olması, elm sahəsinə gəlişi, onlarca kitaba  tərtibçi və 
redaktorluq etməsi, dünya səviyyəli tədbirlərdə iştirakı İ.Həbib-
bəylinin təşəbbüslərinin nəticəsi idi. Yaxşı yadımdadır, 2008-ci 
ilin noyabrında V.Məmmədovun 60 illik yubleyi NDU-nin kon-
servatoriyasının akt zalında keçirildi. Muxtar Respublikanın 
ziyalılarının, NDU-nun, Naxçıvan Müəllimlər İnstitutunun, “Nax-
çıvan” Universitetinin nümayəndələrinin, tanınmış qələm sahib-


Yüklə 21,11 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə