Microsoft Word Vaqif Memmedov xatirelerde doc



Yüklə 21,11 Mb.
Pdf görüntüsü
səhifə30/86
tarix08.07.2018
ölçüsü21,11 Mb.
#54099
1   ...   26   27   28   29   30   31   32   33   ...   86

Vaqif Məmmədov xatirələrdə 
 
102
Məni də qəhər boğdu və gözlərim yaş içində oynamağa 
başladı. Bu ağrını Səbuhi balamızın ruhundan qopartmaq üçün 
özümdə təpər tapdım: 
– Ağlama, ay bala, ağlama! Taleyi belə imiş. – Bir qədərdən 
sonra isə. – Dəfni haçandı?-soruşdum. 
– Bu gün saat 03-də.  
– Hardan götürüləcək? 
– Mehdiabaddan-bizim evdən. 
Şair dostum Tariyel Ümidə zəng elədim. 
Getdik Səbuhigilə. Yarım saatdan sonra cənazəni həyətdən 
çıxardanda tabutun altında olan Səbuhiylə göz-gözə gəldik. Elə 
bil atasının ən yaxın beş-altı dostundan birini də görəndə ürəyi 
az da olsa təskinlik tapdı.  
Naxçıvanda doğulub, Naxçıvanda yaşayıb-yaradan Vaqif 
müəllim Bakıda dünyasını dəyişdi. Onu doğma Şərura – Sədərə-
yə aparmadılar. Demə, Sədərək elə burda-Bakının özündəymiş. 
Nəinki özündəymiş, hətta bir deyil, bir neçəymiş. Əlbəttə “Sədə-
rək” Ticarət Mərkəzini nəinki ölkəmizdə, hətta sərhədlərimizdən 
kənarda belə tanıyırlar. Amma bilməzdim ki, “Sədərək” adlı 
gorgah evi də varmış, yəni “Sədərək qəbiristanlığı”. Tariyel 
Ümidlə gedib biz də öz gözümüzlə gördük – böyük bir elat 
yatırmış bu qəbiristanlıqda.  
Vaqif müəllimi də doğmalarının arasında-özündən əvvəl 
Bakıda rəhmətə getmiş qardaşı Müşfiqlə anasının yanında torpa-
ğa tapşırdıq.   
Nə yaşı vardı ki?! Yetmişi görə bilərdi, səksəni görə bilərdi, 
lap doxsanı da görərdi. Səxavət əli varmış-qalan ömrünü bizə-
övladlarına, ailə üzvlərinə, dostlarına əmanət edib getdi. Nə 
dalınca su atmaq oldu, nə xeyir-dua vermək oldu, nə də “yaxşı 
yol!” demək. Bir el bayatısındakı kimi: 
Elə getdi... 
Qarışdı selə getdi. 
Tükənməz çörək alıb, 
Qurtarmaz yola getdi! 


Vaqif Məmmədov xatirələrdə 
 
103
Şəhla Şirəliyeva 
NDU “Jurnalistika və dünya 
ədəbiyyatı” kafedrasının müdiri, 
filologiya üzrə fəlsəfə doktoru  
 
XATİRƏLƏRDƏ YAŞAYAN GÖZƏL İNSAN 
 
Həyatda müəllim çoxdur. Lakin əsl müəllim, həqiqi müəl-
lim, bütün mənəviyyatı və varlığı ilə sənətinə ürəkdən bağlı 
olanlardır. Tələbələri tərəfindən sevilən, hörmət və ehtiramla 
yad edilən həqiqi müəllimlərdən biri də Vaqif müəllim haqqında 
keçmiş zamanda danışmaq mənim üçün nə qədər çətin olsa da, 
buna məcburam. Həyatın öz qanunları var. Lakin, məncə, insan-
lar ölmür, yalnız dünyasını dəyişir. Kimisi xeyirxah, nəcib, yara-
dıcı əməllərilə insanların yaddaşında xoş xatirələrdə yaşayır, 
kimisi isə “qara torpağa tapşırılan” anda unudulur. Və təbii ki, 
gözəl, mənəviyyatı təmiz bir insanı itirəndə daxildəki göynərti-
miz, ağrımız daha böyük olur. Vaqif müəllim bizi göynədə-
göynədə xatırlanan insanlardandır. 
Vaqif Məmmədov onu tanıyanların yaddaşında yorulmaz, 
təşəbbüskar və bacarıqlı redaktor, savadlı, qayğıkeş, tələbkar bir 
müəllim, vətənpərvər bir şair, təmiz qəlbli, səmimi bir insan 
kimi qalmışdır. O, təvazökarlığı, təmkinliyi, sadəliyi ilə hamının 
dərin hörmətini qazanmışdı. Onun köksündə vətəni və xalqı ilə 
döyünən bir ürək var idi. O ürək həmişə xalqının sevinci ilə 
sevinmiş, kədəri ilə kədərlənmişdi. Ömrünün yarım əsrə yaxını-
nı söz sənətinə, poeziyaya həsr etmiş, ədəbiyyatın müxtəlif 
janrlarında dəyərli sənət nümunələri yaradan Vaqif Məmmədo-
vun yaradıcılığına nəzər salsaq, bunun bir daha şahidi olarıq. 
Onun prinsipiallığı, bacarığı incə qəlbli şair ruhu ilə qələmə 
aldığı əsərlərində bütün parlaqlığı ilə üzə çıxmışdır.  
Azərbaycan mətbuatındakı xidmətlərinə görə Naxçıvan 
Muxtar Respublikasının “Əməkdar mədəniyyət işçisi” fəxri adı, 
Azərbaycan Respublikası Təhsil Nazirliyinin “Qabaqcıl təhsil 


Vaqif Məmmədov xatirələrdə 
 
104
işçisi” döş nişanı ilə təltif edilmiş Vaqif Məmmədov eyni 
zamanda, Naxçıvan Dövlət Universitetinin nəzdində yaradılan 
“Qeyrət”  nəşriyyatının direktoru olmuşdur. Fəaliyyətə başladığı 
ilk gündən  etibarən bu nəşriyyatın bütün ağırlığını çiyinlərində 
daşıyan Vaqif müəllim ömrünün son günlərinədək bu mətbəəyə 
rəhbərlik etmişdir.
 
“Qeyrət” nəşriyyatı və Vaqif Məmmədov 
adları universitetdə daim birlikdə çəkilmişdir. Burada çalışdığı 
illər ərzində təkcə universitetin mətbu orqanlarına, “Fikir” infor-
masiya bülleteninə, “Elmi əsərlər” jurnalına deyil, eyni zaman-
da, Sədərək Rayon İcra Hakimiyyətinin orqanı olan “Oğuz 
yurdu” qəzetinə (2000-2008-ci illər) də redaktorluq etmişdir.
 
Vaqif Məmmədov “Jurnalistika və dünya ədəbiyyatı” kafed-
rası yarandığı gündən nəşriyyat işi ilə əlaqəli dərsləri mükəmməl 
tədris etmiş, tələbələrin sevimli müəllimlərindən olmuşdur. 
Kafedra əməkdaşları içərisində həmişə məsuliyyəti və dəqiqliyi 
ilə seçilmişdir. Kafedramızın bütün iclas, tədbir və müzakirə-
lərində çox fəallıqla iştirak edən Vaqif müəllim əməkdaşlarımı-
za daim örnək olmuşdur. 
Vaqif müəllim həm kafedramızın əməkdaşı olduğundan, 
həm də qonşu otaqlarda oturduğumuzdan yoxluğunu daha çox 
hiss edənlərdən biri də mənəm. Hər gün işə gələndə universitetin               
I mərtəbəsinin foyesində ilk qarşılaşıb salamlaşdığım insan, 
məhz Vaqif müəllim olurdu. Son zamanlar hündürboylu, ağ 
saçlı, həmişə çox səliqə ilə geyinmiş, üzündə nur olan bu insanla 
tez-tez müəyyən problemlər, yerinə yetirəcəyimiz işlərlə bağlı 
söhbət edib qısaca dərdləşmək, artıq adət halını almışdı. Vaqif 
müəllim mənim yaddaşımda əqidəli, düzgün, məsuliyyətli, sadə, 
eyni zamanda sağlam, gümrah, hər gün işinin başında olan bir 
insan kimi qalıb. Onun qəfil xəstəliyi və ölümü bizlər üçün çox 
gözlənilməz oldu. Çünki, biz heç vaxt onun səhhətində hər hansı 
bir problemin olduğunu hiss etməmişdik. Bəlkə də qüruru, 
qətiyyəti ilə fərqlənən Vaqif müəllim xəstəliyini bizlərə hiss 
etdirməmişdi.  
Çox təəssüf ki, iki günlük müayinə üçün Bakıya gedən se-
vimli, unudulmaz müəllimimizi yenidən görmək bizə nəsib ol-


Yüklə 21,11 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə