Microsoft Word Vaqif Memmedov xatirelerde doc



Yüklə 21,11 Mb.
Pdf görüntüsü
səhifə28/86
tarix08.07.2018
ölçüsü21,11 Mb.
#54099
1   ...   24   25   26   27   28   29   30   31   ...   86

Vaqif Məmmədov xatirələrdə 
 
94
Bu şeirdə təkcə bir şəhid taleyi yox, həm də bir ziyalı şəhid-
liyinin də taleyinə güzgü tutulur: “Hər misrada, hər xitabda, hər 
obrazda Vətən uğrunda həlak olan oğulu gördüyümüz kimi, biz 
şairin özünü də görürük:  
 
Şəhidlər dünyadan cavan köçsə də,  
Ömründə illəri daşıyanlardır.  
Əsrlər dolanıb, zaman keçsə də,  
Şəhidlər ədəbi yaşayanlardı.  
 
Şəhid! Qərinələr saxlar bu səsi,  
Qanı torpağımız, daşımız üstə.  
Şəhidlər Tanrının ulu bəndəsi,  
Ruhu da hər zaman başımız üstə.  
 
Göründüyü kimi, şair sonuncu bənddə şerin əvvəlinə qayı-
dır. Əbədi yaşamağın fonunda Şəhidliyin zamandan ucalığına 
bir daha inamını ifadə ediр...  
“Duzdağ” təxəllüsünü də ona mən vermişdim. Və özü də bir 
məmnunluq duyğusu ilə qəbul etmişdi. Ancaq hiss elədim ki, bir 
təəssüf də duyulur onun razılığından. Bunu hiss etdim və özün-
dən də soruşdum ki, nə üçün təəssüf edirsən? İstədi ki, təəssü-
fünü dansın. Amma təbiətindəki səmimiliklə tez də əlavə etdi: 
“Heyif, bu adı gərək gənclikdən götürmüş olaydım. Deyirəm, 
bəlkə, indi gecdir?..” Nə isə... yəqin ki, hərəmiz üçün yazılan bir 
qəza-qədər var. Şərqin böyük mütəfəkkiri Həzrət Əli İbn Əbu 
Talib bir dəfə divar dibində yığılan adamlara dünya, həyat, in-
sanlıq haqqında düşüncələrini danışırmış. Sonra nə hiss edirsə, 
deyir ki, bu divarın dibindən o biri divarın dibinə keçək. Həzrət-
lə birgə adamlar yerini dəyişən kimi divar uçur. Soruşurlar ki, 
Həzrət, insan qəza-qədərdən qaça bilərmi? Həzrət də cavab verir 
ki, biz o qəza-qədərdən başqa qəza-qədərə pənah gətirdik. Bu da 
Vaqif Duzdağın qəzası-sözün, sənətin, şəhidliyindən keçən 
yolu... Amma ondan dünyamıza elmi əsərləri, zəngin, poetik 
yaradıcılğı, çoxlu sayda kitabları qaldı. Bir də qəhrəman döyüş-


Vaqif Məmmədov xatirələrdə 
 
95
çü Ceyhun Orucəliyevə həsr olunmuş bədii kamillik zirvəsi 
“Şəhid” adlı şeiri . Bütün zamanlarda ölməzliklə - Ceyhunun adı 
ilə birgə anılacaq dəyərli söz-söhbət nümunəsi”. (Əli Rza Xələfli 
“Söz və qan”. Bakı, 2016. сəh.214).  
Elə bilirəm ki, bu yerdə Vaqiflə məni tanış eləmiş, aramızda 
dostluq körpüsü ədəbi əlaqələr yaratmış Xanəli Kərimliyə də 
minnətdarlığım yerinə düşər. Vaqiflə dostluq mənəvi zənginlik 
mənbəyi idi.  
Vaqif Duzdağ (Məmmədov) kimi dostların qəzasını yaşa-
maq çox ağırdır, ağrılıdır, nisgillidir.  
... Bir dəfə redaksiyaya gəlmişdi. Hamı ilə doğmaları kimi 
görüşdü. Elə bil ki, 10 ilin yox, uzaq illərin yaxını məhrəmi idik. 
Çay, qənd, konfet də alıb gətirmişdi. Dostum Hafiz Rüstəm, 
Vaqif və mən üçlükdə bir şəkil də çəkdirdik. İndi nə o şəkili 
çəkən-qəzetimizin fədakarı Nəcəf, nə də dostumuz Vaqif Duz-
dağ aramızda yoxdur. Amma o şəkil qalır... Hiss edirəm ki, heç 
bir cismani ayrılıq məni doğmalarımdan qopara bilməz. Yenə 
vaxtı ilə yazdığım və bu məqamda daha üstün bildiyim duyğular 
özünü bu sətirlərin arasına diqtə edir: “Görkəmi yaşından yuxa-
rı, hərəkətləri yaşından cavan, sözü-söhbəti təmkin dağı, ölçüsü, 
meyarı birmənalıdır. İnsani dəyərlərə sədaqət, etibar. Vaqifliyin 
mahiyyəti insanın özü ilə yaşıddır... insanlıq üçün vaqiflik idealı 
həmişə təzədir. Vaqif şair Molla Pənahın ədəbi təxəllüsüdür. 
Bəlkə də bu təxəllüsü ona Mövlana Füzuli verib: “Vaqifi-əsrari-
söz” ifadəsi ilə. Sonra da Vaqif bu adı əmanətləyib sahib dura 
bilənlərə... Vaqiflər çoxdur. Vaqifliyin Vaqifləri çox azdır. Va-
qif Səmədoğlu, Vaqif İbrahim. Vaqif Bayatlı...  
Vaqif Duzdağ (Məmmədov) vaqifliyin böyük əmanət daşı-
yıcısıdır.  
“Azadlığın qanı” kitabımı avtoqrafla sözünün qanı, canı, 
hissi, düşüncəsi, diriliyi olan Vaqifə bağışladım-Vaqif Duzdağa. 
Vaqifin poeziyası “Söz” qafiyə yuvasından uğurla pərvazlanır, 
qanadlanır, “göz” dolusu cilvələnir, “göz” üstündə yeriyə bilir, 
köz kimi közərir, “düz” onun meyarı, “duz” müqqəddəsliyidir.  


Vaqif Məmmədov xatirələrdə 
 
96
Niyə Vaqifin ədəbi təxəllüsü yoxdur? Hərçənd ki, həqiqi 
şairliyin təxəllusu olub, olmamağa dəxli yoxdur. Milyon ildən 
bəri, Naxçıvanın Duz dağları əriməyib.  
Duz müqəddəsliyi... Duz insanın həm maddi, həm də 
mənəvi tapınacağıdır. Duzsuzluq insanın faciəsidir.  
Vaqif Duzdağ... Vaqifi belə gördüm, tanıdım, sevdim... 
Yazdım ruhuma” (“Kredo” qəzeti, №10 (675), 10 mart 2012). 
Vaqif Duzdağ mənim yaddaş kitabımda ruhumun, varlğımın 
doğma obrazıdır. Həm dost kimi, həm də çox istedadlı şair kimi. 
Vaqif dilini yaxşı bildiyim, ruhunu yaxşı duyduğum şairdi. İna-
nıram ki, böyük sözü axtaranlar üçün də onu duymaq heç vaxt 
çətin olmayacaq yaradıcılığında asanlıqla görəcəklər, tapacaqar. 
Vaqif Duzdağ-Məmmədovun ədəbi taleyi zaman-zaman 
öyrəniləcək. 
Bu günlərdə bir zəng məni Vaqif unudulmazlığına daha çox 
inandırdı. Oğlu Səbuhi zəng eləmişdi:-“Atam haqqında xatirələ-
rinizi yaza bilsəydiniz... xatirələr kitabı hazırlamaq istəyirəm”. 
Oğul-övlad duyğusu ilə deyilən sözlər məni sevindirdi. Şair 
yolunun-şairin ədəbi taleyinin yaşarlığı üçün çoxlu yollar var. 
Bu yollardn biri-bəlkə də, birincisi də elə oğul istəyi ilə davam 
edən yoldur. Şair Vaqif Duzdağ-Məmmədovun oğlunun istəyi 
daha çox elə bu səbəbdən-ata yolunu davam etdirmək istəyindən 
sevindirmişdi. 
Vaqif Duzdağın şair və insan obrazı mənəvi kamillik obrazı 
ədəbi yaddaşda əbədiyaşardır. Mən buna inaniram, çünki sözə 
inanıram. 
 
 
 


Vaqif Məmmədov xatirələrdə 
 
97
Qəşəm İsabəyli 
“Şirvannəşr”in direktoru,  
şair-publisist 
 
NAXÇIVANLI ŞAİR DOSTUM                                        
VAQİF MƏMMƏDOV 
 
2015-ci ilin 31 dekabr axşamı Vaqif müəllimə yazdığım 
Yeni il təbrikini yola salandan 10 dəqiqə ötər-ötməz cavab gəl-
mədiyini görəndə, istiləndim. Bu səbrin yiyəsi deyildi axı. 
Amma mən səbirsizləndim-bir saat keçdi, ikinci saat da... Bir 
gündən sonra isə bu “laqeyd”liyi min yerə yozdum və bir yerə 
çıxara bilmədim...  
Məndən 1 ay, 17 gün böyük olduğu üçün, bayram günlərində 
Vaqif müəllimə mesaj yazıb-təbrik yollayanda sözümün ayaq 
tozları yerə yatmamış, ondan ya zəng gələrdi, ya söz: “Mən də sə-
nin bayramını təbrik edirəm. Yenə də məni qabaqladın, qardaş!”.  
Bu dəfə isə... Günlər ötdükcə, cavabsız təbrikimin həyəcanı 
yatır, özüm də rahatlıq tapırdım. Amma hərdən ürək qanıyla 
yazdığım sözləri qardaşımın hörmətsiz etməsi yadıma düşəndə, 
fikrə gedirdim. Axırda haqq qazandırmalı da olurdum ona – gö-
rünür ya Türkiyəyə gedib, ya İrana. 
Bizim Kürdəmirin Xəlsə kəndində bir Fatma qarı vardı. 
Rəhmətlik həmişə evdən çıxıb geri qayıdanda deyərmiş:     
 
“Çıxmışam kəndə, 
Xəbər var məndə.” 
 
İndi baxıram ki, həyatımızı əqrəb caynaqlarıyla qamarlayıb 
sinəsinə sıxan “facebook” elə bizim Fatma qarının daha böyük 
missiyasını yerinə yetirməkdən o yana bir iş sahibi deyilmiş. 
Nəyimiz var, “facebook”un süfrəsindədir. 
 Bir gün də yazıçı Aygün Bünyadzadənin mənim “Face-
book” səhifəmə girdiyini görüb, nəzərimi ona yönəltdim. Və bir-
dən Vaqif müəllimlə üz-üzə gələndə diksindim-kimisi ona şəfa 
diləyirdi, kimisi cansağlığı arzulayırdı, kimisi... 


Yüklə 21,11 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə