Microsoft Word Vaqif Memmedov xatirelerde doc



Yüklə 21,11 Mb.
Pdf görüntüsü
səhifə25/86
tarix08.07.2018
ölçüsü21,11 Mb.
#54099
1   ...   21   22   23   24   25   26   27   28   ...   86

Vaqif Məmmədov xatirələrdə 
 
84
Məmməd Abbasov 
Naxçıvan MR-nın sabiq  
Kənd Təsərrüfatı naziri 
 
“OT KÖKÜ ÜSTƏ BİTƏR” 
 
Vaqif müəllimlə mənim ilk tanışlığım gənclik illərində 
"Şərq qapısı" qəzetində onun şeirlərini oxumaqla olmuşdur. 
Sentyabr 1988-ci ilin sentyabr ayından mən Şərur rayon partiya 
komitəsinin birinci katibi vəzifəsində işləməyə başladıqdan 
sonra isə biz əyani olaraq yaxından tanış olduq. 
O zamanlar Dağlıq Qarabağda baş verən hadisələr öz  təsirini 
rayonun Ermənistanla sərhəddə olan bütün kəndlərində, xüsusilə 
də, Sədərək kəndində özünü birüzə verirdi. Ermənilər bütün vasi-
tələrlə Kərki və Sədərək  kəndlərini ələ keçirməyə cəhd göstərir-
dilər. Sədərəyin "Qarağac" adlanan ərazisinə hücum edərək, və-
ziyyəti gərginləşdirirdilər. Məqsəd təxribatla münaqişə yaratmaq 
idi. Ona görə də mənim bir katib kimi əsas iş vaxtım demək olar 
ki, Sədərək kəndində keçirdi. Kənd əhalisi ilə mütəmadi söhbətlər 
aparıb, təxribata uymamağa, ayıq-sayıq olmağa çalışırdıq. Həm-
çinin mövcud problemlərin həlli ilə də məşqul olurduq. 
Kənd əhalisi ilə görüşlərimiz kəndin mərkəzində, çayçılarda 
və əsasən, məktəbdə, Vaqif müəllimin direktor işlədiyi məktəb-
də keçirilirdi. Vaqif müəllim yığıncaqların keçirilməsində təşki-
lati işlərlə bərabər, həm də yığıncaqlarda fəal iştirak edirdi. 
Bizim də tanışlığımız o zaman baş verdi. Sonraki illərdə də 
yaranmış isti münasibətlər, görüşlər mütəmadi xarakter aldı. 
Vaqif müəllim ən gərgin anlarda insanlar qarşısında öz vətə-
nini, torpağını sevən bir ziyalı kimi çıxış edərdi. Həqiqət tərəf-
darı idi. Onun danışığında bayağılıq, yaltaqlıq yox idi. Kəndin 
müdafiəsində, əhalinin səfərbər olunmasında nümunə göstərərdi. 
Döyüşlər zamanı onun şəxsi yaşayış mənzili döyüşçülərin qərər-
gahı, sığınacağı olmuşdur. O dövrdə (1988-1991) ölkə daxilində 
hakimiyyət uğrunda gedən çirkin oyunların qarşısının alınmasın-
da mübarizə aparardı. 


Vaqif Məmmədov xatirələrdə 
 
85
1990-cı ildə qanlı yanvar hadisələri ərəfəsində Şərur rayo-
nunda ermənilərin mütəmadi təxribatları nəticəsində gərginlik son 
həddə çatmışdır. Xalq cəbhəsindən bir qrupu mitinq keçirərək
rayon partiya komitəsinin birinci katibinin istefasını tələb etdilər. 
Onu əsas gətirdilər ki, bunlar Türkiyə ilə olan sərhəddəki məftillə-
ri sökməyə cəhd edən zaman sərhədçilər onların cəhdinin qarşısı-
nı alıb və guya sərhədçilərə göstərişi I katib verib. Mən mitinqdə 
çıxış edərək bildirdim ki, bu yalan və uydurma bir cəhddir. 
Rus hərbiçilərinin rayonun katibinə heç bir tabeçiliyi yox-
dur. İstefaya gəldikdə isə, bu mitinqdə iştirak edən 50-60 nəfərin 
yersiz tələbinə görə mən istefa vermərəm, rayon əhalisinin top-
lantısını çağırıram, orada məsləhət olarsa istefa verərəm. Rayon 
əhalisinin ümumi toplantısında raykomun plenum üzvləri, rayon 
sovetinin deputatları kəndlərin xalq cəbhəsi başçıları və idarə 
heyətinin üzvləri iştirak edirdilər. Yığınacaq 6 saata yaxın da-
vam etdi. Cəbhəçilərin heç bir əsaslı dəlilləri yox idi. Xalq cəb-
həsi idarə heyətinin üzvü Hidayət həkim çıxışında bildirirdi ki, 
biz 1-ci katiblə siyasi müharibədə həmişə çıxılmaz vəziyyətdə 
qalırıq, onun ağlına, təfəkkürünə üstün gələ bilmirik. Ona görə 
onun vəzifədən getməsini istəyirik. 
Toplantıda Sədərəkdən 5 nəfər, o cümlədən, Vaqif müəllim 
də iştirak edirdi. O, söz alıb, geniş çıxış etdi. Bildirdi ki, belə bir 
gərgin vaxtda düşmənlərimizin bizə qarşı hücuma hazırlaşdığı 
vaxtda, sizin ağıllı bir rəhbərin istefa verməsi tələbiniz nə qədər 
yersizdir. 
Bu misalı çəkməklə onu bildirmək istəyirəm ki, o zaman hər 
kəs cəsarət edib, cəbhəçilərə qarşı çıxa bilməzdi. O, Sədərəklilər 
adından cəbhəçilərin tələbinin qəbul olunmaycağını bildirdi. 
Vaqif müəllim öz əqidəsinə, mənliyinə hörmət edən bir ziyalı 
mövqeyi göstərdi. Məsələ mənim vəzifədə qalmağımdan ibarət 
deyildi, rayonun taleyindən söhbət gedirdi. 
Mən iş yerimi dəyişəndən sonra Baş Nazirin müavini 
işlədiyim dövrdə də biz onunla mütəmadi görüşüb, dərdləşərdik. 
O, mənə "Arazdan keçə bildim", "Ata ömrü", "Bu dünyanın 
sevinci nə, qəmi nə", "Zirvədən baxanda", "Sədərəkdə yazılan 


Vaqif Məmmədov xatirələrdə 
 
86
gündəlik", “Seçilmiş əsərləri"nin 2 cildliyini vermişdi. O 
kitablar müəllifin avtoqrafı ilə təqdim olunmuşdur. Onlardan bir 
neçəsini nəzərinizə çatdırıram. "Arazdan keçə bildim" kitabına 
yazılan: "Zamanın küləklərinin əyə bilmədiyi, sabit xarakterli 
böyük ürək sahibinə, şəxsiyyətinə hörmət bəslədiyim Məmməd 
müəllimə müəllifdən xoş arzularla." (18.06.2008) "Zirvədən 
baxanda" kitabına: "Həyatda ən sabit xarakterli insan, mənliyini 
və şəxsiyyətini daim uca tutmağı bacaran ziyalı, lap gənclik 
illərindən tanıyıb, hörmətlə yanaşdığım və hörmət gördüyüm 
Məmməd Abbasova xoş arzularla."(21.11.2012) "Sədərəkdə 
yazılan gündəlik" kitabında: "Bu kitabda təsvir olunan hadisələ-
rin bir çox ağırlıqlarını çiynində daşımaqla, Sədərək əhalisi 
arasında çox böyük nüfuz qazanmış hörmətli Məmməd 
Abbasova müəllifdən xatirə." (21.11.2012) 
Ba avtoqrafları qeyd etməklə onu bildirmək istəyirəm ki, 
bizim qarşılıqlı hörmətimiz var idi, digər tərəfdən mənəvi 
cəhətdən saf, vicdanlı Vaqif müəllim kimi ziyalının mənə 
ünvanladığı bu sözlərlə fəxr edirəm. 
Mən 32 ildən artıq dövlət qulluğunda olub bir çox dövlət 
məmurları ilə işləyib, çörək kəsib, yoldaşlıq etmişəm, hətta onla-
rın bəzilərinin şəxsi həyatında, kariyerasında rolum da oldu. 
Təəssüflər olsun ki, onların əksəriyyəti çətin anlarda sınaqdan 
çıxmadılar. Çünki, onların münasibəti süni və təmənnalı idi. 
Vaqif müəllim təmənnasız, sədaqətli insan idi. 
Vaqif müəllim vaxtı ilə rayon partiya komitəsinin üzvü 
olmuş, rayon sovetinin və Naxçıvan Muxtar Respublikası Ali 
Məclisinin deputatı seçilmiş, muxtar respublikanın ictimai-siyasi 
həyatında fəal iştirak etmişdir. 
El arasında belə bir deyim var: "Hər kəs öz kökü üstə 
böyüyər". Vaqif müəllimin  atası Cəfər dayı partiya, müharibə 
və əmək veteranı olmuşdur. Bütün həyatı zəhmətlə yoğrulmuş 
bir nüfuz sahibi olub. Övladlarını da vətənə, torpağa məhəbbət 
ruhunda tərbiyə edib. 
Şairin yaradıcılığına gəldikdə onu deyə bilərəm ki, şeirlə-
rinin, əsərlərinin məğzini insana, vətənə, torpağa olan məhəbbət 


Yüklə 21,11 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə